Azərbaycan respublikasi təHSİl naziRLİYİ qafqaz universiteti İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ beynəlxalq iQTİsadi MÜnasiBƏTLƏR İXTİsasi magistr dissertasiyasi


Azərbaycanda toplam qeyri-neft ixracının ölkənin qeyri-neft ümumi daxili məhsuluna təsirlərinin qiymətləndirilməsi



Yüklə 419,87 Kb.
səhifə50/55
tarix02.01.2022
ölçüsü419,87 Kb.
#39468
növüXülasə
1   ...   47   48   49   50   51   52   53   54   55
Hagverdiyev Nijat The Estimation of Non-Oil Export in Azerbaijan Qafqaz University dissertation work Baku 2016

2.3.2 Azərbaycanda toplam qeyri-neft ixracının ölkənin qeyri-neft ümumi daxili məhsuluna təsirlərinin qiymətləndirilməsi


Tədqiqatda bizə maraqlı olan digər faktorlardan biri də ÜDM ilə ixrac arasında olan ekonometrik təsirlərin analizidir. Konkret olaraq Azərbaycanın toplam qeyri-neft ixracının qeyri-neft ÜDM-yə təsirləri, həmçinin qeyri-neft sektorunda ənənəvi və qeyri-ənənəvi məhsulların qeyri-neft ÜDM-yə təsirləri ekonometrik model şəklində qiymətləndirilmişdir. Verilən məlumatlara əsaslanaraq ilk olaraq toplam ixracda artım tempinin (GRNOEXP) ölkənin qeyri-neft ÜDM-nin artım tempinə (GRNOGDP) ekonometrik təsirlərini qiymətləndirmək əhəmiyyətlidir. Araşdırmanın aparılması üçün verilən məlumatlar vahid mənbədən-ARDSK-nin məlumatlarına əsasən götürülmüşdür.

Bizim aparacağımız təqiqat obyektinə dair modelləşdirmənin tətbiqi üçün istifadə edəcəyimiz ekonometrik metodologiya Model 1-də göstərildiyi kimi üç mərhələdən ibarət olacaqdır. Model qurarkən nəzərə almaq vacibdir ki, dəyişənlərin loqarifmalarının birinci tərtib fərqi həmin dəyişənlərin böyümə nisbətlərini verir. Yəni d(lnx) x dəyişəninin böyümə nisbətini verir. Ona görə də biz dəyişənlərin loqarifmalarının birinci tərtib fərqi ilə modeli quracağıq. Hipotezə əsasən reqressiya tənliyi aşağıdakı şəkildə olacaqdır:

d(logGRNOGDP) = α + β * d(logGRNOEXP) (2.8)

Burada:

GRNOGDP-qeyri-neft ümumi daxili məhsul üzrə artım tempi

α - sabit (avtonom) hədd;

β - meyillilik əmsalı;

GRNOEXP- toplam qeyri-neft ixracı üzrə artım tempi

Qiymətləndirmə aparılması üçün verilmiş məlumatlar 1995-2014-cü illər aralığınıda nominal qeyri-neft ÜDM və 1995-2014-cü illər aralığında toplam qeyri-neft ixracı məlumatlarıdır. Əsas dəyişənlərdə baş verən dəyişmələrin asılı dəyişəndə olan dəyişmələri izah etməsinin qənaətbəxş olmasını tədqiq etmək üçün aşağıdakı hipotezlər qurulmuş və test edilmişdir:

H0 – Qeyri-neft ixracının artım tempində baş verən dəyişmələr qeyri-neft ÜDM-nin artım tempində dəyişməni müəyyən edir. Həmin asıllıq ekonometrik üsulla müəyyən edilə bilər.

H1 - Qeyri-neft ixracının artım tempində baş verən dəyişmələr qeyri-neft ÜDM-nin artım tempində dəyişməni müəyyən edə bilmir. Həmin asıllığın ekonometrik üsulla müəyyən edilə bilməsi mümkünsüzdür.
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin