Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S


Türkmənçay müqaviləsinin nəticəsi



Yüklə 64,63 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü64,63 Kb.
#41738
1   2   3
anar eliyev az tarix 3

Türkmənçay müqaviləsinin nəticəsi

Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. (Həsən Qəniyev, “Azərbaycan Tarixi”, Bakı – 2019. (səh. 245))

Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər. Onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar".

Rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar.

Amerikalı alim Castin Makkartinin yazılarında Cənubi Qafqazda, daha doğrusu Azərbaycanda erməni koloniyalarının yaradılması haqqında bunları demişdir: "1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş, və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirişmişdir. Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100 000 ermənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin yerlərində yerləşdirmişdilər".

1877-1878-ci illər müharibəsində, ruslar Qars–Ərdəhan vilayətini zəbt etmiş, müsəlmanları qovaraq onların yerində 70 000 erməni məskunlaşdırmışdılar. 1895-1896-cı illərin hadisələrində isə təxminən 60 000 erməni Qafqazda məskun edilmişdi. Birinci dünya müharibəsi illərində miqrasiya balanslı şəkildə davam etmiş, Şərqi Anadoludan olan 400 000 erməni Qafqazın 400 000 müsəlman əhalisinə dəyişdirilmişdir.

Amerika akademikinin göstərdiyi rəqəmlərə görə, 1828 və 1920-ci illər arasında Azərbaycana 560 000 erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında – Araks çayının şimalında erməni əhalisi sürətlə artmağa başladı. Bununla bağlı diqqətə layiq bir fakt da Z. Balayanın özü etiraf etmişdir: "Onun (İrəvanın) əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində həqiqi İrəvanlı yoxdur". Akademik A.İ.İonisian yazır ki, "İrəvan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlüq təşkil edir".

Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmanına görə Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən idarə olunan "Erməni vilayəti" adlanan yeni inzibati qurum yaradılmışdır. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək İrəvan quberniyası qoyulmuşdur. (Həsən Qəniyev, “Azərbaycan Tarixi”, Bakı – 2019. (səh. 247))

Ərazilərinin gunişləndirilməsi məqsədini güdən ermənilər 1836-cı ildə Rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri (daha dəqiq desək Qarabağ regionu) ermənilərin XIX əsrdə davam edən sıx məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin Qriqoryanlaşdırılması, bununla belə də erməniləşdirilməsi prosesi başlandı.

Bu açıq həqiqət hələ XIX əsdrə bəlli idi. Məşhur rus tarixçisi V.L.Veliçko yazırdı: "Səhvən erməni adlandırılan, əslində isə erməni-qreqorian təriqətini qəbul edən və yalnız üç-dörd əsr əvvəl erməniləşmə prosesinə qədəm qoyan əhali müstəsnalıq təşkil edirdi". Bunu erməni müəllifi B. İşxanyan da təsdiq edərək yazırdı: "Dağlıq Qarabağda məskunlaşmış ermənilərin bir qismi yerli olub qədim Alban xalqının nəsilləri, bir qismi isə Türkiyə və İrandan qaçmış və Azərbaycan torpaqlarında təqib və təzyiqlərdən sığınacaq tapmış erməni əhalisidir".(Həsən Qəniyev, “Azərbaycan Tarixi”, Bakı – 2019. (səh. 250))



  1. Yüklə 64,63 Kb.

    Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin