Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti SƏRBƏst iŞ


Statistika elminin nəzəri əsasları, əsas kateqoriyaları və anlayışları



Yüklə 73,15 Kb.
səhifə3/3
tarix10.12.2022
ölçüsü73,15 Kb.
#73623
1   2   3
Biznes Statistikası

Statistika elminin nəzəri əsasları, əsas kateqoriyaları və anlayışları
Qədim inkişaf tarixinə malik olan statistika elmi fəlsəfə və iqtisadi nəzəriyyə elmləri əsasında ciddi dəyişikliklərə uğramışdır. Statistika elmi fəlsəfə və iqtisadi nəzəriyyə elmlərinin kateqoriya , qanun və müddəalarına istinad edərək özünə məxsus olan anlayış və kateqoriyaları inkişaf etdirmişdir. Statistika elmi cəmiyyətin inkişaf qanunauyğunluqlarını tədqiq edərkən fəlsəfənin prinsiplərinə istinad edir. Bu prinsiplərə hadisə və proseslərin qarşılıqlı əlaqə və asılılıqda olması, sosial – iqtisadi hadisələrin daim hərəkətdə, dəyişməkdə və inkişafda olması, hadisələrin inkişafı nəticəsində kəmiyyətin keyfiyyətə keçməsi qanunu, obyektiv varlığın ən mühüm ümumi prinsipi olan əksliklərin vəhdəti və mübarizəsi qanununu göstərmək olar. Bu prinsip, qanun və kateqoriyalar, hadisə və proseslərin tədqiqində , öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Onlar statistika elminin nəzəri əsasını təşkil edir. Bununla bərabər, statistika sosial – iqtisadi hadisələrin kəmiyyət tərəflərini öyrəndiyinə görə iqtisadi nəzəriyyə elminə onun kateqoriya və qanunlarına da əsaslanır. İqtisadi nəzəriyyə statistika elmini cəmiyyətin inkişaf qanunları, maddi və qeyri-maddi nemətlərin istehsalı və bölgüsü qanunları ilə silahlandırır. Bu elm sahələri arasında çox sıx əlaqə vardır. Belə ki, fəlsəfə və iqtisadi nəzəriyyə elmləri öz qanun, prinsip və kateqoriyalarını əsaslandırmaq üçün statistika məlumatlarından, statistika metodlarından geniş surətdə istifadə edirlər. Qeyd etmək lazımdır ki, xüsusilə statistika ilə iqtisadi nəzəriyyə və digər iqtisad elmləri arasında çox sıx əlaqə vardır. Onlar bir-birlərindən istifadə etmədən qənaətbəxş nəticələr əldə edə bilməzlər.
Statistika sosial- iqtisadi qanunları kəşf etmək üçün lazımi material verməklə bərabər, konkret məkan və zaman daxilində həmin qanunların baş verməsi fəaliyyətini rəqəmlərlə işıqlandırmaqla, onların dərk edilməsi və istifadə olunmasını asanlaşdırır. Bu baxımdan mübaliğəsiz demək olar ki, statistika əsri olan XXI əsrdə statistikasız iqtisadi nəzəriyyə və digər iqtisad elmlərinin inkişafı qeyri mümkündür. Deməli, statistika elmi fəlsəfə, iqtisadi nəzəriyyə və iqtisad elmlərinin ayrıayrı sahələrinin kateqoriya və anlayışlarına istinad edərək sosial- iqtisadi hadisələrin dərk edilməsində mühüm rola malikdir. Qeyd etmək lazımdır ki, hər bir elmin, o cümlədən statistika elminin nəzəri əsasını həmin elmə məxsus olan əsas prinsiplərin məcmuyunda olan anlayış və kateqoriyalar təşkil edir. Statistika elmində mühüm anlayış və kateqoriyalara əlamət, statistika məcmuyu, məcmu vahidi, əlamətin variasiyası, qanunauyğunluq və s. daxildir.
Statistika elminin mühüm anlayış və kateqoriyalarından biri müşahidə edilən və ya ölçülən vahidlərin xarakterik xüsusiyyətini, xassəsini müəyyənləşdirən əlamətdir. Məsələn, kəndli (fermer) təsərrüfatlarının əlaməti, sayı (yanvarın 1- nə), onlardakı ailə üzvlərinin sayı, onların ümumi torpaq sahəsi, kənd təsərrüfatına yararlı torpaq sahəsi, onlardan əkin yeri, kəndli (fermer) təsərrüfatlarının ümümi məhsulu və s. ola bilər. Əhali üzrə əhalinin cins, yaş, milliyyət tərkibi, təhsil səviyyəsi, doğum, ölüm, təbii artım, kəbin və s. əlamət adlanır. Sənaye müəssisələrinin əlamətlərinə müəssisələrdə əsas istehsal fondlarının dəyəri, ümum daxili məhsul, mənfəət, fəhlələrin sayı və s. daxildir. Əlamətlər atributiv (keyfiyyət) və kəmiyyət əlamətlərinə bölünür. Mühüm xüsusiyyətlərinə, xassələrinə görə bir-birindən fərqlənən əlamətlər atributiv (keyfiyyət) əlamətlər adlanır. Keyfiyyət əlamətinə misal, əhalinin ictimai qruplara, milli tərkibinə görə bölünməsini, müəssisələrin mülkiyyət formalarına görə bölünməsini, əməyin xarakterinə görə fərqlənən bölgüsünü və s. göstərmək olar. Keyfiyyət əlamətləri atributiv əlamətlər də adlanır. Fəlsəfi mənada atributiv predmetin əsas xassəsi deməkdir. Qarşı-qarşiya duran keyfiyyət əlamətlərinin birinin qəbul edilməsi alternativ əlamət adlanır. Alternativ əlamətə əhalinin savadlı – savadsız, evli-evsiz olması, istehsal olunmuş məmulatın yararlı-yararsız olması və s. misal ola bilər. Alternativ əlamətlər bilavasitə kəmiyyətlə ifadə oluna bilirlər. Ayrı-ayrı qiymətlərı kəmiyyətcə bir-birindən fərqlənən əlamətlərə kəmiyyət əlamətləri deyilir. Buradan aydın olur ki, kəmiyyət əlamətləri rəqəmlə ifadə olunur. Məsələn, işləyənlərin əmək haqqı, onların yaşı, iş stajları, müəssisələrin əsas fondlarının həcmi, ümumi daxili məhsulun həcmi, müəssisələrin mənfəət və s. kəmiyyət əlamətləri adlanır. Əlamətlər mühüm və qeyri-mühüm əlamətlərə ayrılır. Sosial – iqtisadi hadisələri bilavasitə xarakterizə edən, onların mahiyyətini, əsas məzmununu göstərən əlamətlərə mühüm əlamətlər deyilir. Sosial – iqtisadi hadisələrin daxili məzmunu ilə əlaqədar olmayan, onları dolayı yolla xarakterizə edən əlamətlərə qeyri- mühüm əlamətlər deyilir.
Statistika elminin mühüm kateqoriyası statistika qanunauyğunluğudur. Statistika qanunauyğunluğu kütləvi, çox götürülmüş məlumatlar əsasında müəyyən edilə bilər. Qanunauyğunluq dedikdə hadisələrdə baş verən təkrar olunmanı və ardıcıl dəyişilməni başa düşmək lazımdır. Statistika qanunauyğunluğu məkan və zamanda kütləvi hadisə və proseslərin kəmiyyətcə dəyişilməsi deməkdir.

İstifadə olunmuş ədəbiyyat siyahısı

1. S.M.Hacıyev. Statistikanın ümumi nəzəriyyəsi. Dərslik, Bakı. 2005.
2. S.M.Hacıyev –Statistikanın ümumi nəzəriyyəsindən metodik göstəriş, Bakı. 1991.
Yüklə 73,15 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin