Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S



Yüklə 67,87 Kb.
səhifə3/14
tarix29.12.2021
ölçüsü67,87 Kb.
#48430
1   2   3   4   5   6   7   8   9   ...   14
elesgerova elnare mm

Birinci rejim – gündəlik fəaliyyət respublikanın ərazisində, o cümlədən də rayonda (obyektdə) sənaye – istehsalat fəaliyyəti, radiasiya – kimyəvi şərait, həmçinin seysmik, hidrometroloji, sanitar – epidemik vəziyyət normal olan halda işləyə bilər. Bu zaman rayonlarda, obyektlərdə planlı surətdə ətraf mühitə, potensiallı obyektlərdə daimi müşahidə aparılır, ehtimal edilə bilən fövqəladə halların qarşısını almaq, təsirini azaltmaq, nəticələrini aradan qaldırmaq məqsədilə əvvəlcədən planlı tədbirlər hazırlanır və yerinə yetirilir. Qüvvə və vasitələrin ehtiyatları yaradılır, əhaliyə müvafiq proqramlar əsasında mühafizə, davranış, fəaliyyət qaydaları öyrədilir və müvafiq təsərrüfat planları əsasında digər hazırlıq işləri görülür.

İkinci rejim – yüksək hazırlıq rejimidir. Bu rejimə fövqəladə hallar baş verəcəyi barədə proqnoz alınarkən, normal istehsal fəaliyyəti, radiasiya, kimyəvi şərait, epidemik və s. pisləşərkən keçilir. Belə hallarda müvafiq fövqəladə hallar komissiyaları aşağıdakı işləri görürlər:

  • vəziyyətin pisləşməsi səbəbini aşkar etmək üçün operativ qruplar yaradır;

  • növbətçi – dispetçer xidmətlərinin fəaliyyətini gücləndirir;

  • müşahidə və nəzarəti artırır;

  • fəaliyyət göstərəcək qüvvə və vasitələri hazır vəziyyətə gətirir və onların vəzifələrini konkretləşdirir, əhalinin mühafizəsi üzrə tədbirləri dəqiqləşdirirlər.


Yüklə 67,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin