Mülki Müdafiə xidmətləri, qüvvələri, onların təyinatı və yaradılması
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəzaxilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yrtirilməsinə cəlb olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir. (H .O .Ocaqov, “Fövqəladə hallann nəticələrinin aradan qaldmlması”, Bakı – 2009. (səh. 310))
Mülki müdafiə qüvvələri FH-in nəticələrini aradan qaldırarkən QX və DTİ yerinə yetirmək, bu işləri təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra etmək üçündür. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəstələr təşkil edir. Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki müdafiə qüvvələrinin sayca ən böyük hissələridir.
Xatırladaq ki, mülki müdafiə dəstələri ərazi – istehsalat prinsipi üzrə Naxçıvan Muxtar Rspublikasında, rayonlarda, şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələrində yaradılır.
Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:
Dostları ilə paylaş: |