Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S


Sistemin gündəlik idarəetmə orqanları



Yüklə 67,87 Kb.
səhifə2/14
tarix29.12.2021
ölçüsü67,87 Kb.
#48430
1   2   3   4   5   6   7   8   9   ...   14
elesgerova elnare mm

Sistemin gündəlik idarəetmə orqanları

Sistemin gündəlik idarəetmə orqanları isə bütün səviyyədən olan ərazi fövqəladə hallar komissiyalarının növbətçi xidmətləri; -nazirliklərin (dövlət komitələrinin, baş idarələri), təhlükə potensiallı təsərrüfat obyektlərinin növbətçi- dispetçer xidmətləri və bütün səviyyələrdən olan mülki müdafiə qərargahlarından ibarətdir. (H.O.Ocaqov, “Mülki müdafiə”, Bakı – 2010. (səh. 239))

Müxtəlif səviyyəli fövqəladə komissiyaların vəzifələri ancaq miqyasca fərqlənir. Öz səviyyələrində və səlahiyyət dairələrində bu komissiyaların əsas vəzifələri bunlardır:



  • ətraf mühitə və təhlükə potensiallı obyektlərə daimi müşahidə və nəzarəti təşkil etmək;

  • belə hallarda yarana biləcək vəziyyəti proqnozlaşdırmaq və qiymətləndirmək;

  • fövqəladə halların qarşısını almaq və nəticələrini zəiflətmək məqsədilə profilaktiki tədbirləri görmək, xilasetmə işləri aparmaq üçün qüvvələr hazırlamaq, zərər çəkmiş əhaliyə yrdım üçün lazımi maddi – texniki vəsait ehtiyatları yaratmaq;

  • fövqəladə hallar barədə xəbər və məlumatların bütün əhaliyə (təşkilatlara, fəhlə və qulluqçulara) vaxtında çatdırılmasını təmin etmək;

  • fövqəladə halların aradan qaldırılması işlərini təşkil etmək və ona rəhbərlik etmək.

Qeyd etmək lazımdır ki, fövqəladə komissiyalar daimi fəaliyyət göstərən komissiyalardır. Onlar həmişə hazır olmalı, lazım gəldikdə dərhal fəaliyyəti təşkil etməlidirlər.

Fövqəladə komissiyalar öz vəzifələrini yerinə yetirə bilsin deyə, onların heyətinə nazirliklər, dövlət komitələri, baş idarələr, şirkətlər, birliklər və s. təşkilatlar cəlb olunmuş, onların konkret vəzifələri müəyyən edilmişdir. Azərbaycan Respublikasının FHN MM üzrə əsas vəzifələri:



  • əhalinin fövqəladə hallarda mühafizəyə və düzgün fəaliyyətə hazırlanmasını təşkil etmək və ona nəzarət etmək;

  • təhkükə barədə əhali üçün xəbərdarlıq sisteminin daimi hazırlığını təmin etmək və onlara davranəş qaydaları haqqında göstəriş və məlumatları vaxtında çatdırmaq;

  • fövqəladə hallarda fəaliyyət üçün nəzərdə tutulan qüvvələrin hazırlanmasına nəzarət etmək, onların işini planlaşdırmaq, xilasetmə işləri zamanı idarə olunmasını təşkil etmək;

  • fövqəladə hallarda əhalinin həyat fəaliyyətini təşkil etmək və s. həvalə olunmuşdur.

Yerli (şəhərlərin, habelə nazirlik və obyektlərin) daimi komissiyaları da özlərinin fəaliyyətini təşkil etmək məqsədilə belə vəzifə bölgüsü aparmalı, bu işə cəlb edilən hər bir təşkilatın və məsul şəxsin səlahiyyətini və məsuliyyətini müəyyən etməlidirlər.

Fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün həm mövcud olan qüvvə və vəsaitlərdən: nazirliklərin və idarələrin qəza - xilasetmə, qəza – bərpa və çevik yanğınsöndürən dəstələrindən; səhiyyə nazirliyinin təcili yardım xidməti qüvvələrindən, FHN – nin qoşun hissələrindən və ixtisaslaşdırılmış dəstələrindən; müdafiə nazirliyinin kimyəvi və mühəndis qoşun hissələrindən; dəmir yolu, hava yolları, Xəzər donanması idarələrinin müvafiq qəza – xilasetmə qüvvələrindən istifadə etmək, həm də bir sıra tikinti, ixtisaslaşdırılmış quraşdırma idarələrində xüsusi çevik qəza – bərpa dəstələrinin yaradılması nəzərdə tutulur.



Yaranan vəziyyətdən asılı olaraq, bütünlüklə Dövlət fövqəladə fəaliyyət sistemi müvafiq daimi Fövqəladə Hallar Nazirinin qərarı əsasında üç müxtəlif rejimdə işləyə bilər:


Yüklə 67,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin