AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
QƏRBİ KASPİ UNİVERSİTETİNİN KOLLECİ
Tələbə:
İxtisas:
Qrup:
Tədris ili:
Fənn:
Sərbəst işin mövzusu:
Müəllim:
BAKI - 2021
PLAN
Hindistаn əhalisinin etnik tərkibi
Ədəbiyyat Siyahısı
Hindistаn əhalisinin etnik tərkibi
Hind çayı vadisində təxminən e.ə. 3000-1750-ci illərdə mövcud olmuş Harappa sivilizasiyası, şəhər mədəniyyəti burada çoxçalarlı etnik proseslərin getdiyini göstərir. Harappa sivilizasi- yasının (Sarasvati vadisi sivilizasiyası) Şumer əsaslı olması, dra- vid və ya hind-ari tayfalarının yaratması haqqında müxtəlif rəylər vardır. Son illərdə isə hind alimləri bu bölgəyə mədəniyyətin gəti- rilməsi haqqında iddianın əleyhinə çıxır, II minilliyin ortalarında arilərin gəlməsindən xeyli əvvələ aid çoxsaylı arxeoloji və maddi mədəniyyət nümunələrinə istinad edərək qədimdən inkişaf etmiş yerli mədəniyyətin mövcud olması mövqeyini müdafiə edirlər.
Arxeologiya, etnologiya, toponimika və dilçilik üzrə tə- dqiqatlar ilkin dravid və Sarasvati vadisi sivilizasiyası elementlərinin Riq Vedada (o cümlədən, sanskrit dilində) əksini tapdığı- nı və indiyədək hesab ediləndən daha çox olduğunu təsdiqləyir. Tanınmış amerikalı hindşünas və arxeoloq Corc Erdosi hind-ari dillərində dravid elementlərinin mövcudluğunu belə izah edir: “Qədim hind-ari dillərinin daşıyıcıları üçün dravid dili doğma idi və onlar bu dili tədricən unutdular”.
Müasir dövrdə belə dravid dilli bhaqui xalqının Hind (Sind) çayının orta axarlarında yaşaması Harappa sivilizasiyasının ya- radıcılarının dravid mənşəli olması barədə iddiaları gücləndirir. Ümumiyyətlə, son 40 ildə arxeoloji, kulturoloji, filoloji və s. sahələr üzrə toplanmış materiallar “ari müdaxiləsi”, “arilərin gəl- məsi” nəzəriyyəsini sual altında qoymuşdur. XIX əsrdə Fridrix Şlegelin irəli sürdüyü “Hindistandan getmə” nəzəriyyəsi (“Out of İndia” theory) artıq tam ayrı bir şəkildə yenidən ortaya atılmışdır.
F. Şlegel (1821-1868) “Hind-Avropa dillərinin müqayisəli qrammatikası kompendiumu” (1862) əsəri ilə müqayisəli-tarixi metodun böyük bir dövrünə yekun vuraraq “ulu dil” nəzəriyyəsini yaratmışdır. O, Hind-Avropa dillərinin ilk təsnifini vermiş, dillərin şəcərəsi nəzəriyyəsini yaratmış, qohum dillərin bir “ulu dil”dən – kök dildən əmələ gəldiyini və sonrakı dillərin həmin ulu dilin nəsilləri, budaqları olduğunu göstərmiş, fikirlərini “Şleger ağacı” deyilən bir ağac şəklində təsvir etmişdir. Onun fikrincə, ulu dilin xüsusiyyətləri (müəllif “ulu dil” dedikdə Hind-Avro- pa protodilini nəzərdə tutur) slavyan-german dillərində daha az mühafizə olunmuşdur. Deməli, slavyan-german dilləri ulu dildən daha qədim dövrlərdə ayrılmışdır; yunan-itali-kelt qrupu bir müddət ulu dil daxilində dialekt kimi yaşamış, nisbətən sonralar ayrılmışdır.
Ulu dilin parçalanması səbəbləri çox olmuşdur. Təbii fəlakət və zəlzələlər, yanğın və uçqunlar, təbii şəraitin əlverişli olmama- sı, qohum tayfa və qəbilələr arasında ixtilaflar, əhalinin getdikcə artması, izlərini dini kitablarda saxlamış Nuh daşqını, iqlimin dəyişməsi, havaların soyuması və istiləşməsi, şimala doğru hərəkə- tin mümkünlüyü, daha yaxın ailə və qəbilələrin özlərinə müstəqil məskən seçmək istəyi, yeni otlaqlar və əkin yeri axtarışları, miq- rasiyalar və s. insan dəstələrinin bir-birindən uzaq düşməsinə, minilliklər ərzində qohumların yadlaşmasına, ərazi iddiaları ilə düşmənçilik münasibətlərinin artmasına, dillərin, dinlərin, antro- poloji quruluşun dəyişməsinə səbəb olmuşdur.
Hind mənşəli alimlər əsasən “Arilərin Hindistana müdaxilə- si” nəzəriyyəsinin əsasının olmadığını və XVIII – XIX əsrlərdə avropalıların müstəmləkəçilik siyasətinə xidmət etdiyini bildirir, ortaya qoyduqları “Hindistandan getmə” nəzəriyyəsində Sarasva- ti vadisi sivilizasiyasının (Harappa sivilizasiyası) qədim hind-i- ranlılar tərəfindən yaradıldığını və hind-iranlıların məhz qədim Hindistandan Mərkəzi, Orta və Ön Asiyaya, oradan Avropaya yayıldığını iddia edirlər. Nə qədər inanılmaz görünsə də, bu nəzə- riyyənin tərəfdarları arasında tanınmış hind alimləri Ş. Talageri,
B.B. Lal , N.S. Rajaram və d. ilə yanaşı samballı Qərb hindoloq- ları vardır.
XX əsrin tanınmış dilçi alimi, alman mənşəli Kanada hindo- loqu K. Klostermayer tanınmış hindoloqlar G.Feuerstein, S.Kak, D.Fravley-nin birgə yazdıqları əsərinə (“In search of the Crad- le of Civilization”, Wheaton:
Quest Books, III., 1996) istinad edərək “Ari müdaxiləsi” nəzəriyyəsinə qarşı 17 arqumenti əsas gətirir. Bu arqumentlərin bir neçəsini göstərərək yazır: Qədim Hind mənbələrində işğal və ya geniş miqyaslı miqrasiya barəsin- də heç bir xatırlatma yoxdur – onlar nə Vedalarda, nə buddist və ya caynist mətnlərdə, nə də tamil ədəbiyyatında yoxdurlar. Riq Vedada təsvir olunan fauna və flora, məkan, iqlim Hindistanın şimal hissəsi üçün xarakterikdir; Hind-Sarasvati sivilizasiyaları dövrünün arxeoloji tapıntıları və sonrakı Hind cəmiyyəti və mədəniyyəti arasında heyranedici vərəsəlik mövcuddur: dini təsəvvürlərin, incəsənətin, sənətlərin, memarlığın, ölçü və
çəki sistemlərinin vərəsəliyi; Merqardakı arxeoloji tapıntılar (e.ə. 3000 illər) mis, iribuynuzlu qaramal, arpa vedik hindlilərin mədəniyyəti ilə oxşar mədəniyyətlərə şahidlik edir. Əvvəlki şərhlərə əks olaraq Riqveda köçəri deyil, şəhər həyat tərzini təsvir edir (“Puruşa”pur vasa-“şəhər sakini”ndən törəmədir); Ari müdaxiləsi nəzəriyyəsi belə bir ehtimala əsaslanırdı ki, atlara və ikitəkərli döyüş arabalarına malik köçərilər, atları tanımayan şəhər sivilizasiyasını dağıtmışlar və atların təsvirləri Hindistanda yalnız e.ə. II minil- liyin ortasından peyda olur. Amma Harappa və Harappayaqədər dövrdəki məskənlərdə atların mövcudluğu barədə arxeoloji sü- butlar tapılmışdır; Hindistanda atların təsvirləri paleolit dövrünə aid mağaralarda tapılmışdır. Atların qoşulduğu ikitəkərli cəng apabaları maldar – köçərilər üçün tipik deyil, onlar məhz şəhər sivilizasiyaları üçün xarakterikdir ; Riqveda Şimali Hindistanda e.ə. 1900-cü illərədək (Sarasvati çayı misalında) və e.ə. 2600-cü ilədək (Drişadvati çayı misalında) mövcud çay şəbəkələrini təsvir edir. Veda ədəbiyyatında əhalinin Sarasvatidən (
Riq Veda) Qanq (
Brahmanlar və
Puranalar) vadisinə doğru miqrasiyası təsvir edi- lir, bu da arxeoloji tapıntılarla isbat olunur;
Hind vadisi şəhərləri işğalçılar tərəfindən məhv edilməmişdi, onlar, regionun səhraya çevrilməsi səbəbindən əhali tərəfindən tərk edilmişdir. Strabon “Coğrafiya” əsərində məlumat verir ki, Aristobul Hind çayının məcrasını dəyişdiyindən tərk edilmiş minlərlə kənd və şəhərləri görmüşdür; Riqvedada təsvir edilmiş savaşlarda işğalçılar və yerli sakinlər deyil, eyni mədəniyyətə mənsub insanlar döyüşür- dülər; Harappa yazısı ilə Brahmi və Devanaqari yazılarında morfoloji fasiləsizlik; Əvvəllər “dəmir” kimi tərcümə olunan “ayas”
vedik sözü çox güman ki, misi və ya tuncu ifadə edirdi. Hindis- tanda dəmiri Kəşmir və Dvarakda e.ə. 1500-cü illərdə tapmışlar; Riqvedanın özü inkişaf etmiş və təkmilləşmiş mədəniyyətin nü- munəsidir, “Hindistana at belində gətirilməsi mümkün olmayan sivilizasiyanın” uzun inkişafının məhsulu idi; E.ə 1100-cü illərə aid, Qanq vadisinin qərbində olan “boz naxışlı keramika” (bu mədəniyyəti Hindistana gəlmə hind-arilərlə bağlayırdılar) daha qədim boz və qırmızı keramika ilə əlaqəlidir və i.a.”Hələlik Qərb tarix elmində hind-arilərin miladdan 1500 il əvvəl İran yaylalarından Hindistana köçməsi haqqında nəzəriy- yə üstünlük təşkil edir. Həmin nəzəriyyəyə görə, neqroid irqinə mənsub yerli dravidlərlə müharibə aparan arilər Hindistan yarı- madasının şimal hissələrini ələ keçirdilər, Vendiya sıra dağlarına, daha sonra isə Dekan məntəqəsinə qədər cənuba doğru yayıldılar, öz mədəniyyət və etiqadlarını yaymağa başladılar.
Harappa sivilizasiyasının məhv olduğu tarixdən (e.ə.1750) təxminən 150 il sonra Sarasvati vadisində, eləcə də Hind çayı ilə paralel, qərbdə Qanq çayı vadisində hind-ari mədəniyyətinin meydana gəlməsi Corc Erdosin “dravid elementlərinin mövcud- luğu” haqqında fikrini təsdiqləyir. Yəni, Qanq vadisində, Hindis- tanın mərkəzi hissələrində çiçəklənən hind-ari mədəniyyəti Ha- rappa sivilizasiyasının davamı idi və hind-ari mədəniyyəti daha çox yerli köklərə malik olmuşdur.
Tarixin gedişatı Hindistan coğrafiyasını etnik-dini baxım- dan daha da zənginləşdirmişdir. Maqadha-Mauri imperiyası, Kuşan-Qupt dövrü, Harşi imperiyası, Vicayanaqar imperiyası, Delhi sultanlığı, Baburşahlar imperiyası burada etnik-dini rəngarəngliyi daha da artırmışdır. Böyük coğrafi kəşflər, XVII əsrdən ingilis, fransız işğalları, beynəlxalq ticarətin inkişafı və s. proseslərin Hin- distanın etnik tərkibinin formalaşmasında xüsusi rolu olmuşdur. İlk növbədə qeyd etmək lazımdır ki, dünyanın ən çox əhalisi olan ölkələrindən biri olan Hindistanda milli məsələ mühüm rol oynasa da dini konfessional fərqliliklər, dini mənsubiyyət daha çox önə çıxır. Bir çox hallarda Hindistanda dini kimlik, kasta mənsubiyyəti etnik kimliyin üzərində olur, daha həlledici amil sayılır.
Müasir dövrdə Hindistаnın еtnik tərkibi bir nеçə yüz хаlq- dаn ibarətdir. Bu ölkədə аdivаsi, аkhа, аnqаm, аdаmаn, аpаtаni, аssаm, bаdаqа, bаyqа, bаlti, bеnqаl, bihаri, bоndо, burişi, bhi- li, bhоtiyа, bhutiyа, qоnd, qucаrаti, qucаri, dаrdı, cаrаvаrа, cаt, cuаnq, dоqrа, kаnnаrа, kristаnqi, khаsi, khаsı, khоndi, lаdаkhi, lеpçа, lisu, lоbа, mаqаri, mаlаyаli, mаlеr, mаnipuri, mаrаthi, minаrо, mоnpа, nаqа, оnqе, оrаоn, оriyа, pəncаbi, pаrs, pаhаri, rаcаstаni, rаcputi, rаi, sаvаrа, sаntаli, sеntinеli, sеrаiki, siddi, siqhi, sindhi, tаmаnqi, tаmil, tеluqu, tоdа, tripurа, hindustаni, hо, çаkmа, şеrp və s. хаlqlаr, tayfalar yаşаyır.