I FƏSİL
GİRDİMANÇAY VƏ VƏLVƏLƏÇAY HÖVZƏLƏRİNİN YERLƏŞDİYİ COĞRAFİ RAYONLARIN İQTİSADİ XARAKTERİSTİKASI (SƏCİYYƏSİ)
1.1.Təbii sərvətləri. Dağlıq Şirvan iqtisadi rayonun əsas təbii sərvətlərinə neft, təbii qaz, yanar şist, isti mineral sular, aqroiqlim resursları aiddir. Lakin Şirvan iqtisadi rayonu faydalı qazıntılarla zəngin deyildir. Regionda əsasən daş, çınqıl, qum, əhəng və digər tikinti materialları mövcüddur. Şamaxı, Ağsu, İsmayıllı rayonlarının gil yataqları mühüm tikinti əhəmiyyətinə malikdir. İqtisadi rayonun 8% - i meşələrdir. Dağlıq zonası müalicə və kurort əhəmiyyətli mineral sularla zəngindir. Tərkibi əsasən kükürdlə, hidrokarbonatla zəngin olan bulaqların suyundan müalicə və içmək məqsədi ilə istifadə edilir.
Quba-Xaçmaz iqtisadi rayonunun əsas təbii sərvətləri neft, təbii qaz, yanar şist, qum, çınqıl, gildir. İqtisadi rayon sıx çay şəbəkəsinə və bol su ehtiyatlarına malikdir. İqtisadi rayonun ərazisinin 10-11 %-i meşələrdə örtülmüşdür. Quba-Xaçmaz iqtisadi rayonu mühüm kurort-sanatoriya regionlarından biri olmaqla zəngin təbii-rekreasiya ehtiyatlarına malikdir. Şabran rayonunda Qalaaltı mineral suyu əsasında kurort fəaliyyət göstərir.
Dostları ilə paylaş: |