Şirvan düzünün suvarılan ərazilərinin relyefinin ekoloji təsnifatı
(cədvəl 1.3.1)
Sıra
№
|
Hündürlük
qurşağı
|
Çay hövzəsi ərazilər
|
Ətraf ərazilər
|
Çay boyu
məntəqələr
|
mənsəb
məntəqələr
|
1
|
Dağətəyi
düzənlik
|
Aşağı subasar terraslar və yuxarı terraslar
|
Gətirmə konus sahəsi
ətrafa birləşən ərazilər
|
Dalğavari
düzənlik
|
2
|
Yarımsəhra
ovalıq
|
Aşağı subasar terraslar və yuxarı terraslar
|
Quru deltalar
|
Müasir
allüvial
düzənlik
|
Şirvan düzündə istər suvarma yolu ilə verilən suyun və istərsə də atmosfer sularının torpaqları müntəzəm sürətdə rütubətləndirə bilməsi, suvarılan ərazinin relyefinin vəziyyətindən asılıdır. Bununla əlaqədar olaraq relyefin hündür hissəsi nisbətən zəif rütubətlənməsi, onun çökəkliklərində artıq miqdarda su toplanması ilə səciyyələnir.
Ərazidə xüsusilə onun dağətəyi hissəsində torpaqların meylliyi çox ərazilərdə rütubətlənmə zəif gedir, sürətli səthi su axının yaranır və həmin torpaqlarda eroziya prosesi inkişaf edir. Eroziya prosesi nəticəsində torpaqların üst münbit humuslu qatı yuyulur. Bunun nəticəsində torpaqlardakı qida maddələri və o cümlədən müxtəlif birləşmələr suda həll olur və ya torpaqda birlikdə su vasitəsilə axılıb aparılır. Axan su və torpaq kütləsi sahənin çökəkliklərində və ona bitişik ərazilərdə toplanaraq ətraf mühitə təsir edir. Bu təsir isə müəyyən ekoloji dəyişiklərlə nəticələnir.
Şirvan düzünün torpaqları ekoloji- meliorativ xüsusiyyətlərinə görə çox mürəkkəb göstəriciyə malikdir ki, bu da ərazinin səth quruluşu və hidrogeoloji şəraitinin müxtəlifliyi səbəb olmuşdur.
Dostları ilə paylaş: |