26
olunur. Metanın xlorlaşması nəticəsində alınan metil xlorid, metilenxlorid,
xloroform və karbon 4 - xlorid yaxşı həll edicilərdir və bir çox qiymətli
məhsulların, polimer materiallar üçün xammaldır.
Doymuş karbohidrogenləri xlorlaşdırmaqla qiymətli həll edicilər və
tetraxloretilen, dixlor etan kimi üzvi yarımfabrikat məhsullar alınır. Polivinil
xlorid və onun birgə polimerləri elektroizolyasiya məhsulu kimi geniş istifadə
olunur.
Xlor, kənd təsərrüfatında istifadə olunur zəhərli kimyəvi məhsulların - DDT,
heksaxloran istifadə olunur. Xlor, parafin karbohidrogenlərin (C
12
- C
18
)
xlorlaşdırmaqla sintetik yuyucu vasitələrin istehsalında geniş istifadə olunur.
Xlorun mayeləşməsi.
Xlor ilə dəfə 1823 - cü ildə Faradey tərəfindən mayeləşdirilib. Maye xlor
yağlıtəhər tünd - yaşıl rəngli mayedir, atmosfer təzyiqində -34,1
0
C - də qaynayır.
Xlor asan mayeləşən qazdır. Onu adi və yüksək temperaturda mayeləşdirmək olar.
Temperatura qalxdıqca uyğun olaraq mayeləşmə təzyiqidə yüksəlməlidir.
Mayeləşmə üçün qəbul olunan qaz xlorun tərkibində Cl
2
-
96% - dən az, H
2
- 1%
dən çox, nəmlik isə 0,1% - dən çox olmamalıdır.
Sənayedə xlorun mayeləşməsinin üç üsulu vardır.
1. Yüksək təzyiqdə: 12at. təzyiqdə süni soyutmadan istifadə etmədən.
2. Dərin soyutmaqla maeləşmə: 0,8at təzyiqdə - 35
0
C - 45
0
C temperaturda.
3. Kombinə olunmuş üsul: 5at - ə kimi təziqdə -18
0
C - də aşağı olmayan
temperaturda.
Üçüncü üsuldan istehsalatda geniş tətbiq olunur. Alınan maye xlorun qatılığı
99,5% - dən az nəmliyi 0,05% - dən çox olmamalıdır.
Maye xlor xüsusi poladdan hazırlanmış 50t - luq tanklarda saxlanılır və 50t -
luq dəmir yol çənlərində daşınır. Tanklar və dəmir yol çənləri əvvəlcədən 22,5at
təzyiqdə sınaqdan keçirilir. Az miqdarda maye xlorun saxlanması və daşınmasında
həcmi 40 - 60l olan polad balonlardan istifadə olunur.
Sanitar normalara əsasən xlorun işçi zonada havaya buraxılma miqdarı
0,001mq/l çox olmamalıdır. Xlorla zəhərlənən zaman etil spirtinin, efirin,
amonyakın buxarı ilə və oksigenlə nəfəs almaq almaq məsləhət görülür.
Dostları ilə paylaş: