Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

 
Mineral gübrələr. 
Tərkibində bitkilər üçün quda elementi olan və məhsulu yüksəltmək üçün
torpağa verilən duzlara mineral gübrələr deyilir. 
Bitkinin tərkibinə 60 - a qədər kimyəvi element daxil olur. Bunlardan karbon, 
oksigen, hidrogen, azot, fosfor, kalium, maqnezium, kükürd, kalsium və dəmir 
elementləri onun əsas kütləsini təşkil edir. Bitki kütləsində az da olsa digər 
elementlər də iştirak edir. 


27 
Mineral maddələrdən azot, fosfor və kalium bitkilərin həyat fəaliyyəti üçün
daha vacibdir. Bu elementlər bitki hüceyrələrində maddələr mübadiləsini
yaxşılaşdırır. Onlar bitkilərin boyunu, məhsuldarlığını və onlarda qiymətli
maddələrin miqdarını artırır. Göstərilən maddələr kartofda nişastanın, çuğundurda, 
meyvələrdə və moruqda şəkərin, taxılda zülalın və s. çoxalmasına səbəb olur. 
Torpağı uzun müddət istismar etdikdə ondakı mineral maddələr tükənir, 
bitkinin məhsuldarlığı və məhsulunkeyfiyyəti aşağı düşür. Ona görə də bitkilər
üçün qida maddələri hesab edilən maddələrin miqdarını kompensasiya etmək
lazımdır. Bu məqsədlə mineral gübrələrdən istifadə edilir. 
Mineral gübrələr aqrokimyəvi əhəmiyyətinə görə, tərkibinə, xassələrinə, qida 
maddələrinin növünə görə və s. bir neçə növə bölünür. 
Aqrokimyəvi əhəmiyyətinə görə gübrələr birbaşa və dolayı gübrələrdən
ibarətdir. 
Gübrənin tərkibindəki qida elementi birləşmə halında bitkilər tərəfindən
birbaşa mənimsənilərsə, belə gübrələr birbaşa gübrələr adlanır.
Dolayı gübrələr torpaqda olan qida maddələrini torpağın fiziki, kimyəvi və
bioloji xassələrini yaxşılaşdırmağa yönəlir. Məsələn, torpağa üyüdülmüş əhəng
daşı və ya dolomit əlavə etdikdə onun turşuluğu azalır.
Birbaşa mineral gübrələr onun tərkibində olan qida elementlərinin növünə
görə fosforlu, azotlu, kaliumlu, maqneziumlu və s. olur. 
Birbaşa gübrələr sadə və kompleks gübrələrə bölünür. Sadə gübrələrin
tərkibində bir qida elementi, kompleks gübrələrin tərkibində isə iki, üç və daha
çox qida elementi olur. Belə gübrələrdə qida elementlərinin hamısı olduğundan
onlara tam gübrələr deyilir. 
Mikrogübrələr xüsusi yer tutur. Bu gübrələrdə qida elementləri kimi bor, 
manqan, sink, mis və s. olur. Göstərilən qida elementləri bitkinin boyunu artırır və
çoz az tələb olunur. 1ha torpağa 1kq mikrogübrə verilir. 
Fosforlu və azotlu gübrələr daha çox yayılmışdır. Bunlardan superfosfatı, 
apatiti, ammonium şorasını, karbamidi, natrium şorasını, ammofoskanı və s. 
göstərmək olar. 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin