Karbamid istehsalı .
Karbamid CO(NH
2
)
2
tərkibində 46,3% N var. Həm gübrə kimi, həm malqara
yeminə əlavə kimi, həm də plastik kütlələrin amino plastin istehsalında xammal
kimi istifadə olunur. Karbamid amonyakla CO
2
- nin qarşılıqlı təsirindən alınır.
Proses iki mərhələdə gedir.
Birinci mərhələdə amonium karbonat alınır.
İkinci mərhələdə onun dehidratasiyası gedir və karbamid alınır.
2NH
3
+ CO
2
= NH
2
COONH
4
+ Q (I)
NH
2
COONH
4
= CO(NH
2
)
2
+ H
2
O + Q
(II)
Temperatura artdıqca hər iki reaksiyanın sürəti artır. Reaksiyanın tarazlığına
təzyiqdə təsir edir. Təzyiq artdıqca qazın həcmi azalır karbamidin çıxımı artır.
Beləliklə karbamid sintezi yüksək təzyiq, temperatur və amonyakın artıq miqdarda
aparılması məqsədə uyğundur. Karbamidin sintez 18 ∙ 10
6
-20 ∙10
6
N/m
2
təzyiqdə
və 180 - 200
0
C temperaturda və amonyakın artıq miqdarında aparılır. Nəticədə
tərkibində 35% karbamid olan məhsul alınır.
Ammonium sulfat. Amonium sulfat (NH
4
)
2
SO
4
aşağı qatılıqlı azot gübrəsidir. Tərkibində 20,8 -
21% - ə kimi N var. Bu az hidroskopik azot gübrəsidir. Amonium sulfat
amonyakın sulfat turşusunun koks qazı ilə udulmasından və kaprolaktan
istehsalında aralıq məhsul kimi alınır.
Maye azot gübrələri. Maye amonyak, amonyaklı su, tərkibində azot olan maddələrin amonyakda
və ya amonyaklı suda məhlulları gübr kimi istifadə olunur. Belə gübrələr
qatılaşdırılmış, onların tərkibində 20% - dən 82% - ə kimi azot vardır. Onların
istehsal texnalogiyası mürəkkəb deyildir. Maye gübrələrdə N bərk gübrələrdiki
kimi bitkilər tərəfindən asan mənimsənilir.