32
onlarda həmişə qarışıqlar olur. Bu qarışıqlar ərinti zamanı filizdən, yanacaqdan,
köməkçi materiallardan keçir. Bəzi qarışıqlar daimi olur. Məs., C, Si, Mn, P, S
dəmir ərintilərində daimi olur. Bəzən ərintiyə süni surətdə qarışıqlar əlavə edərək
xüsusi xassəli metallar alırlar. Poladın əsasını dəmir təşkil edir, qarışıqlar 1 - 2%
olur. Bəzi ərintilərdə qarışıqların miqdarı əhəmiyyətli dərəcədə çox olur. Məs.,
Latun - 60% mis və 40% sink; Ferromaqnit - 60 - 90% manqan qalanı dəmirdən
ibarətdir.
Ərintinin tərkibində olan kompanentlər müəyyən nisbətlərdə öz aralarında
qarşlılıqlı təsirdə ola bilər.
Ərintinin tərkibində olan qarışıqlar bir - biri ilə kimyəvi qarşılıqlı təsirdə
olaraq kimyəvi birləşmələr əmələ gətirirlər.
Nəhayyət ərintidə olan kompanentlər ərinti şəklində bir - birində həll ola
bilər və bircinslilik hətta bərk haldada saxlanılır.
Ərintidə olan kompanentlərin miqdarı ərintinin mexaniki xassələrinə təsir edir.
Məs., qara metalda karbonun miqdarı artdıqca onun bərkliyi və kövrəkliyi
yüksəlir. Kükürdün olması qızmış vəziyyətdə kövrək olur, kimyəvi təsirlərə
dözümlülüyü azalır. Fosforun olması onun soyuqdatez sınmasına kövrək olmasına
səbəb olur. Silisiumun olması turşuya istiyə davamlılığın artırır.
Dostları ilə paylaş: