Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

Fosforlu gübrələr. 
Fosforlu gübrələr həll olmalarına və bitkilər tərəfindən mənimsənilməsinə
görə aşağıdakı formalara bölünür: suda həll olan, limon turşusunda həll olan və
çətin həll olan. Suda və limon turşusunda həll olan fosforlu gübrələr bitkilər
tərəfindən mənimsənilən gübrələrə aiddir. Həll olmayan gübrələr isə bitkilər
tərəfindən birbaşa mənimsənilmir. Onlar torpağa verildikdən sonra torpaq
turşularının təsiri ilə mənimsəniləcək formaya keçdikdən sonra bitkilər tərəfindən
mənimsənilir. Suda həll olmayan fosfor gübrələrinə fosforit unu, apatitlər, sümük
unu və s. aiddir.


28 
Fosforit unu təbii fosforitin əzilib üyüdülmüş formasıdır. Onun əsas tərkibi
Ca
3
(PO
4
)
2
- di. Bu un bilavasitə gübrə kimi istifadə olunur. Un üç növdə
hazırlanır: Əla növ, birinci və ikinci növ. 
Əla növdə P
2
O
5
25% - dən, birinci növ 22% - dən, ikinci növ 19% - dən az
olmamalıdır. Nəmlik hər üç növdə 3% - dən çox olmamalıdır. 
Apatitlər mürəkkəb təbii duzlardır. Formulu 3Ca
3
(PO
4
)
2
∙ CaF
2
və ya
Ca
5
F(PO
4
)
3

Apatitlər həll olan fosfor gübrələrinin istehsalında istifadə olunur. Bu zaman
o zənginləşdirilərək tərkibində 39,4% - dən az olmayan P
2
O
5
və nəmlik 1% - dən
çox olmayan apatit konsentrant alınır.
Əvvəlcədən sümükdən yağlar və yapışqan maddələr çıxarılaraq əzilir və
sümük unu alınır. Sümük ununun əsas tərkib hissəsi - Ca
3
(PO
4
)
2
və CaCO
3
- dən
ibarətdir. P
2
O
5
- in miqdarı 30% - dən az olmamalıdır, CaO - 38% - dən az
olmamalı, nəmlik 1% - dən çox olmamalıdır. 
Limon turşusunda həll olan fosfor gübrələr aşağıdakılardır. 
Tomas şlak - metallurgiya istehsalının tullantısıdır, tünd bozdan - tünd şabalıdı
rəngli tozdur. Tomas üsulu ilə polad istehsalında alınır. Tomasşlakın əsas tərkib
hissəsi 5CaO ∙ P
2
O
5
∙ SiO
2
. Fosforun əsas kütləsi Ca
3
(PO
4
)
2
∙ CaO şəklində olur.
Tomasşlakda 14% - dən çox P
2
O
5
olur. 
Termofosfatlar - təbii fosfatların soda ilə və ya əhənglə və ya qələvi
alminiumla silikatla ərintisindən alınır.
Ərimə zamanı aşğıdakı reaksiya gedir.
Ca
3
(PO
4
)
2
+ Na
2
CO
3
+SiO
2
= CaO ∙ Na
2
O ∙ P
2
O
5
+ CaSiO
3
+ CO
2
və ya 
CaF
2
+ 3Ca
3
(PO
4
)
2
+ 3 Na
2
CO
3
= 10 CaO ∙ 2Na
2
O ∙ 3P
2
O
5
+ NaF + 3CO
2
Termofosfatın tərkibində - 25 - 35% P
2
O
5
olur. 
Sitratda həll olan fosfor gübrələri (amonium sitratda həll olan) fosfor
turşularının əhənglə qarşılıqlı təsirindən alınan və dikalsium fosfot kimi ifadə
olunur. CaHPO
4
∙ 2H
2
O. Bu gübrə peresiptit adlanır. 
Suda həll olunan fosfor gübrələrinə sadə superfosfat aiddir
Ca(H
2
PO
4
)

∙ H
2
O + nCaSO
4
∙ m H
2

Bu fosforitlərin sulfat turşusu ilə qarşılıqlı təsirindən alınır. 
Tozşəkilli superfosfatdan başqa dənəvər və neytrallaşmış superfosfatda
istehsal olunur. Dənəvər superfosfat dənəvər şəkildə olur və əsas kütlədə dənələrin
ölçüsü 2 - 4mm olur və kütlədə P
2
O
5
- 19,5% - dən çox olur. 
Neytrallaşmış superfosfat sadə superfosfatla əhəngin qarşılaşdırılmasından
alınır. Onun tərkibində P
2
O
5
- in miqdarı 18% - dən az olmur. Turşunun miqdarı
isə 15% - dən çox olmur. 
İkiqat superfosfat turşularının fosfat turşuları ilə qarşılıqlı təsirindən alınır - 
Ca(H
2
PO
4
)
2
∙ H
2
O tərkibində 41 - 52% P
2
O
5
olur. 


29 
Xammalda fosforitlərdə, apatitlərdə - tərkiblərində olan, nəmlik, çar arağında
həll olmayan qalıqlar, P
2
O
5
, CaO, F, CO
2
analiz olunur. Gübrələrin analizi zamanı
tərkibində suda həll olan, həll olmayan və ümumi P
2
O
5
, sərbəst fosfat turşusu
kimi maddələr təyin edilir. 
Sadə superfosfat geniş yayılmış suda həll olan gübrədir. Bu əsasən
monokalsium fosfatla CaSO
4
- ün qarışığından ibarətdir. Superfosfatın tərkibində
dəmir və alminium birləşəmələri və fosfat turşusuda daxildir. Superfosfat apatit
və fosforitin sulfat turşusu ilə parçalanmasından alınır. Reaksiya iki mərhələdə
gedir. 
Birinci mərhələdə reaksiya hissəciklərin səthində parçalanma reaksiyası gedir. 
Ca
5
F(PO
4
)
3
+ 5H
2
SO
4
+ 2,5H
2
O = 5(CaSO
4
∙ 0,5H
2
O) + 3H
3
PO
4
+ HF 
İkinci mərhələdə əmələ gələn fosfat turşusu parçalanmayan hissəciklərə
diffuziya edir və trikalsiumfosfatla qarşılıqlı təsirdə olur. 
Ca
5
F(PO
4
)
3
+ 7H
3
PO
4
+ 5H
2
O = 5[Ca(H
2
PO
4
)
2
∙ H
2
O] + HF + Q 
Əmələ gəlmiş monokalsiumfosfat [Ca(H
2
PO
4
)
2
∙ H
2
O ] əvvəlcə məhlulda olur
və məhlul dolduqca kristallaşır. 
İkiqat superfosfat Ca(H
2
PO
4
)
2
∙ H
2
O tərkibində kalsium sulfat yoxdur. Ona
görədə tərkibində olan P
2
O
5
sadə superfosfatdan
2 ÷ 2,5
dəfə çoxdur. Bu zəngin
gübrə təbii fosfatların fosfat turşusu ilə parçalanmasından alınır.
Ca
5
F(PO
4
)
3
+ 7H
3
PO
4
+ 5H
2
O = 5[Ca(H
2
PO
4
)
2
∙ H
2
O] + HF + Q 
Apatitin parçalanması sürəti məhlulda Ca(H
2
PO
4
)
2
ilə doymuş olduqda
40 - 100
0
C - də P
2
O
5
qatılığı 46 - 48% olduqda ən böyük qiymət alır. 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin