Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»


Sulfat turşusunun qatılaşdırılması



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

Sulfat turşusunun qatılaşdırılması. 
Bir çox sənaye sahələrinda qatı sulfat turşusundan istifadə olunur. Ona görə 
də nitroz üsulu ilə alınan (75 - 77%) və işlənib durulaşmış turşunu qatılaşdırmaqla
kuporos yağı (92 - 95%) almaq mümkündür. Bu məqsədlə müxtəlif qurğularda
turşunu xüsusi şəraitdə qızdırıb tərkibində olan suyu buxarlandırmaq lazım gəlir. 
Kuporos yağından xlorid, flüorid, qatı nitrat turşusu və başqa turşuların
istehsalında, xlorun və digər qazların qurudulmasında istifadə edilir. Sulfat
turşusunun qatılaşdırılması prosesi monohidrat sulfat turşusunun qynama və
parçalanma temperaturlarına əsaslanır. 
Sulfat turşusunu əsasən iki pirinsip üzrə qatılaşdırırlar: 


20 
1. Səthi toxunma prinsipi üzrə qatılaşdırma; bu prosesdə turşu isti yanma
məhsulları ilə bilavasitə görüşür. 
2. Defleqmator prinsipi üzrə qatılaşdırma; bu halda qabın içərisində olan
turşu kənardan verilən istilik hesabına qızaraq qatılaşır. Hər iki aparatda istilik
almaq üçün mazut, yaxud təbii qaz yandırılır. Alınana istilik aşağıdakı proseslərə
sərf olunur: 
1. Sulfat turşusunun dehidratasiyasına; 2. Suyun buxarlanmasına; 3. Sulfat
turşusunun qismən buxarlanmasına; 4. Qatılaşdırmaq üçün lazım olan temperaturun
alınmasına və həmin temperaturun saxlanmasına; 5. Qatılaşdırma zamanı ətraf
mühitə verilən istiliyə. 
Səthi toxunma prinsipi üzrə işləyən qurğuda sulfat turşusunun qatılaşdırılması
zamanı, turşu yanma qazlarının istiliyi ilə bilavasitə görüşür. Bu qurğunun əsas
aparatlarıre kuperator, saturator və isti yanma məhsulu borusu hesab edilirdi. 
Hazırda isə bu prinsip üzrə işləyən barbotaj qatılaşdırıcıdan istifadə edilir. 
Qurğunun üstün cəhəti ondan ibarətdir ki, istilik bilavasitə turşu ilə təmasda
olduğundan istiliötürmə çox intensivdir. Ona görə də yanacaq sərfi az olur. Digər
tərəfdən qazlar sulfat turşusunun səthi üzərində hərəkət etdiyindən suyun turşudan
ayrılması sürətlənir, yəni buxarlanma çox intensiv baş verir. Çatışmayan əsas cəhət
odur ki, qatılaşan turşu çirklənir. Bunun qarşısını almaq üçün qiymətli xammaldan
istifadə edilir. 
Sulfat turşusunun defleqmator prinsipi üzrə işləyən qurğularda qatılaşdırılması
daha çox yayılmışdır. Bu qurşunun üstün cəhəti ondan ibarətdir ki, yanma qazları
sulfat turşusu ilə toxunma səthində bilavasitə görüşdüyündən qatılaşan turşu
çirklənmir. Digər tərəfdən, alınan kuporos yağı qatı və turşu itkisi az olur. Lakin
qurğunun çatışmayan cəhəti də vardır. Bu əsas etibarilə qaynar sulfat turşusuna
qarşı və yüksək temperatura davamlı, istiliyi yaxşı keçirən materialın
seçilməsindən ibarətdir; məhsuldarlığı azdır; yanacağı çox işlədir; qatılaşdırıcı tez
sıradan çıxır. Qurğuda əsas aparat qarışdırıcıdır. 
Qatılaşdırıcı çuqundan hazırlanır. Qurğunun əsas aparatları retort tipli
qatılaşdırıcı və defleqmatordur. 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin