Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

 
 
Hidrogenləşmə prosesləri 
 
Hidrogenləşmə reaksiyaları üzvi sintezdə ən çox işlədilən reaksiyalardan biridir. 
Metanol, doymamış birləşmələrdən alınan doymuş birləşmələr, sintez-qaz 
proseslərindən alınan maddələr, bitki yağlarından alınan bərk yağlar və s. 
Hidrogenləşmə reaksiyalarının məhsullarıdır. Hidrogenləşmə reaksiyaları ekzotermik-
katalitik proseslərdir. Ona görə də bu tip reaksiyaların selektiv getməsi üçün optimal 
şərait seçilməlidir.
Tərkibində karbon olan maddələrə suyun ayrılması, yaxud ayrılmaması ilə 
hidrogenin birləşməsi reaksiyalarına hidrogenləşmə reaksiyaları deyilir.
 
Sənayedə bu proses əsasında bir sıra qiymətli xammallar və sənaye məhsulları 
alınır. Bunlardan biri də metanoldur (CH
3
OH). 
Metanol istehsalı 
Metanol (metil spirti) bir çox sənaye məhsullarının alınması üçün əsas xammal 
hesab edilir. Formaldehid, dimetilsulfat, dimetiltereftarat, metilasetat, dimetilformadid, 
metilamin, müxtəlif antidetonatorlar, antifriizlər, ingibitorlar, laklar, müxtəlif turşuların 
mürəkkəb efirləri (metilakrilat) və s. metil spirti əsasında istehsal olunur. Metil spirti 
yaxşı həlledicidir. Benzinlərin oktan ədədini yüksəltmək üçün onlara metil spirti əlavə 
olunur.
Hazırda metil spirti dəm qazının yüksək təzyiq altında hidrogenləşməsindən alınır: 
CO+2H
2
CH
3
OH∆H 
Göründüyü kimi ekzotermikdir və həcmin azalması ilə gedir. Ona görə də 
temperaturun azalması və təzyiqin artması tarazlığı metanol alınması istiqamətində 
yönəldir. Lakin aşağı temperaturda reaksiyanın surəti çox az olduğundan proses 350–
400
o
C-də aparılır. Tarazlığı sağa yönəltmək üçün hidrogenləşmə prosesi sink-xrom 
(ZnO+Cr
2
O
3
) qarışıq katalizatoru iştirakında və 2·10
7
–3·10
7
H/m
2
təzyiq altında həyata 


50 
keçirilir. Katalizatorun intensivliyini artırmaq üçün qazın həcmi surəti də böyük olur 
(10000–35000m
3
/m
3
.saat).
Təzyiqin azalması və temperaturun optimal rejimdən yüksək olması bir sıra əlavə 
reaksiyaların baş verməsinə səbəb olur:
CO+3H
2
O CH
4
+H
2
O+∆H 
2CO+2H
2
CH
4
+CO
2
+∆H 
2CO CO
2
+C 
CO+H
2
CH
2
O+∆H 
2CH
3
OH CH
3
–O–CH
3
+H
2

CH
3
OH+
n
CO+2
n
H
2
→CH
3
(CH
2
)
n
OH+
n
H
2

CH
3
OH+H
2
→CH
4
+H
2

Əlavə reaksiyaların baş verməsi təkcə təzyiq və temperaturdan asılı olmayıb, həm 
də ilkin qaz qarışığının tərkibindən və katalizatorun seçicilik keyfiyyətindən asılıdır. 
Dəm qazından tam istifadə etmək məqsədilə CO:H
2
=1:4 nisbətində, bəzən də 1:8 
nisbətində götürülür.
Katalizator dənəciklərinin ölçüləri də reaksiyanın gedişinə təsir göstərir. Müəyyən 
edilmişdir ki, ZnO:Cr
2
O
3
=2:1 götürüldükdə və dənəciklərin ölçüsü 0,38–2,5 mm 
olduqda proses daha selektiv gedir. Proses optimal şəraitdə getdikdə kontakt 
aparatından çıxan qaz qarışığında 20%-ə qədər metanol olur. 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin