Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sahə texnologiyasının əsasları»



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə37/37
tarix25.12.2023
ölçüsü0,61 Mb.
#195956
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   37
Sahə-texnologiyasının-əsasları-K.Sevda

Oksidləşmə prosesləri 
 
Oksidləşmə prosesləri karbohidrogenləri və digər üzvi birləşmələri oksidləşdirmək 
üçün ən çox yayılmış proseslərdir. Oksidləşmə prosesləri dedikdə, karbohidrogenlərin 
və digər üzvi birləşmələrin hava, oksigen, ozon və su buxarı ilə katalizator iştirakında 
oksidləşməsi başa düşülür. Oksidləşmə proseslərinin köməyi ilə aldehidlər, ketonlar, 
üzvi turşular, spirtlər, fenollar və s. istehsal olunur. Bu prosesdə katalizator kimi 
metallar, onların oksid və duzları işlədilir. Kiçik molekul kütləli parafinlər (C
1
–C
6
), 
adətən, qaz fazada, adi atmosfer təzyiqində və 500
o
C-də, yüksək molekul kütləli 
parafinlər və naften karbohidrogenləri isə maye fazada oksidləşir. 
Böyük sənaye əhəmiyyəti olan üzvi birləşmələrdən formaldehid, asetaldehid, asetat 
turşusu, fenol və s. oksidləşmə prosesinin məhsullarıdır. 
Formaldehid istehsalı 
 
Üzvi kimya sənayesinin ən mühüm məhsullarından biri olan formaldehid də 
katalitik oksidləşmə prosesinin köməyi ilə istehsal olunur.
Formaldehid–19
o
C-də qaynayan, özünə məxsus kəskin iyli qazdır. Formaldehid 
böyük reaksiya qabiliyyətinə malik olduğu üçün ondan bir çox üzvi maddənin 
sintezində xammal kimi istifadə edilir. Fenolformaldehid qatranları, urotropin, qlikol 
turşusu, karbamid və melamin qatranları, etilenqlikol, qliserin, müxtəlif boyalar
partlayıcı maddələr, dərman maddələri formaldehid əsasında alınır. Formaldehidin sulu 
məhlulu olan formalin dezinfeksiyaedici maddə kimi işlədilir.
Formaldehid istehsal etmək üçün xammal kimi metil spirtindən istifadə edilir. 
Metanolun oksidləşməsi yolu ilə formaldehid alınmasının texnologiyası E.İ.Orlov 
tərəfindən verilmişdir. Proses metanol buxarlarının 500–700
o
C-də pemza üzərinə 
çəkilmiş gümüş katalizatoru iştirakında hava oksigeni ilə oksidləşməsinə əsaslanır. 
Reaksiya aşağıdakı sxem üzrə gedir:
2CH
3
OH+O
2
→2CH
2
O+2H
2
O+∆H 
Oksidləşdirmək üçün istifadə olunan hava oksigeni stexiometrik miqdardan az 
olduqda temperatur yüksək olduğuna görə metil spirti qismən dehidrogenləşir: 
CH
3
OH→CH
2
O+H
2
–∆H

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin