AZƏrbaycan rеspublikasi təHSİl naziRLİYİ


II FƏSİL NƏBİ XƏZRİNİN DİLİNDƏ LEKSİK-SEMANTİK KATEQORİYALAR



Yüklə 0,79 Mb.
səhifə4/8
tarix14.01.2017
ölçüsü0,79 Mb.
#5324
1   2   3   4   5   6   7   8

II FƏSİL
NƏBİ XƏZRİNİN DİLİNDƏ LEKSİK-SEMANTİK KATEQORİYALAR
Sinonimlər
Azərbaycan ədəbi dili olduqca rəngarəng, gözəl bədii ifa­­­­də üsuluna, zəngin lüğət tərkibinə malikdir. «Şübhəsiz ki, di­­­lin leksik tərkibi yalnız leksik-semantik söz qruplarının məc­­­­­­­­­­­­muyundan ibarət olmayıb, hər şeydən əvvəl dil siste­min­də­ki vahidlərin daxilindəki leksik-semantik qruplaş­ma­ların müx­­­­­­­təlifliyindən ibarət­dir» [108, 194].

Dilimizin əsas semantik kateqoriyalarından olan sino­nim­­lər lüğət tərkibinin mühüm bir hissəsini təşkil edərək, di­li­­­mizin özəl xüsusiyyətlərini özündə qoruyub saxlayan lek­sik va­­hidlərdir.

Sinonimlər üçün əsas xarakterik xüsusiyyət onların bir ümumi mənanı ifadə etmələridir. Lakin bir ümumi məna ifa­də etsələr də, müəyyən bir sinonim cərgədən ibarət olan söz­lər həm incə məna bildirmələri, həm də üslubi cəhətdən bir-bi­­­­­­­­rindən fərqlənirlər. Çünki sinonimlər ifadə etdikləri ümumi mənalarına görə bir-birinə nə qədər yaxın olsalar da, po­li­se­man­tik xarakter daşıyır. «Hər bir sözün – sinonimin öz iş­lən­mə yeri, ifadə forması və təsir qüvvəsi vardır. Əgər bir mü­na­si­­bətlə sinonimin bir formasını işlətmək yaxşıdırsa, digər mü­­na­­sibətlə onun başqa formasından istifadə etmək məs­lə­hət­dir. Bu da danışan və yazanın sözdən istifadə etmək ba­ca­rı­ğın­dan asılıdır. Əgər belə olmasa idi, o zaman sinonim söz­lə­rə ehtiyac qalmazdı, dil onlardan birini saxlayar, digər for­ma­­larını isə arxaikləşdirər və beləliklə də, sinonimlik aradan çı­­xardı. Halbuki sinonimlər dilimizdə çox inkişaf etmişdir» [81,167]. Bu fikri N. Xəzri yaradıcılığında hər hansı bir si­no­nim cərgəni linqvistik təhlil etməklə daha aydın görə bilərik. Mə­­­­­­­­sələn; Meşə pıçıldayır, bulaq danışır? [123, 62] misrasında pıçıldamaq, danışmaq sözləri ümumi bir anlayış bildirir. La­kin danışmaq sözü hər hansı bir fikri normal şəkildə deməyi bil­dirirsə, pıçıldamaq sözü isə bu məfhumu bir qədər ki­çil­də­rək fikri emosional-ekspressiv mənalarla ifadə edir. Gö­rün­dü­yü kimi, sinonimlər bir-birini heç də tam, dəqiqliyi ilə əvəz edə bilmir. Əksinə, sinonim cərgədə işlənən hər bir sinonim sö­zün özünün xüsusi məna çaları və üslubi məqamına görə nitqdə özünəməxsus yeri vardır. Hər hansı bir sinonim məq­səd­siz olaraq digər bir sinonimin yerində işlənmir: «Sino­nim­lərin zənginliyi dilin zənginliyinin əsas şərtlərindən biridir. Çün­­­ki hər bir sinonim nitqin ifadəsinə bu və ya başqa də­rə­cə­də yeni məna çalarlığı gətirir» [65, 117].

Bəzən sinonimlərin eyni mənanı ifadə etməsi göstərilir. La­kin belə sözləri sinonim yox, dublet adlandırmaq daha məq­­bul sayılır. Dubletlər dili ehtiyac olmadan sözlərin tək­rar­lanması ilə ağırlaşdırır və ifadənin işləkliyini pozur. «Dub­let­lər forma və mənşəyi müxtəlif olan sözlərdir; onlar mətnə gö­rə neytral olur, çünki mənaca bir-birinin tam eyni olan söz­lərdir» [23,28]. Dubletlər dildəki ifadənin sürəkliliyini lən­gitsə də, N. Xəzri poeziyasında fikri qüvvətləndirmək məq­sə­di ilə bunlardan ustalıqla istifadə olunmuşdur:


O, hər kəsdən gizlənirdi,

qəlbdə günahı, suçu [123, 92]

Mən ki, bir dünyalıq baharam, yazam [123, 171].
Bu nümunələrdə dubletlər fıkri qüvvətləndirmək üçün iş­­­lədilmişdir. Bununla yanaşı, eyni məna ifadə edən söz dub­let­­lər dilin saflığını, ifadənin səlisliyini pozduğu üçün dil belə gəl­­mə dubletləri özündə uzun müddət saxlamır. Nəticədə, bu söz­lər arasında çox cüzi də olsa, incə məna fərqi əmələ gəldiyi üçün yeni sinonimlərin yaranma zərurəti meydana çıxır.

Sinonimlər üçün əsas səciyyəvi xüsusiyyətlərdən biri də onların eyni fikri,məfhumu rəngarəng üslubi boyalar və ça­­larlarla ifadə etməsidir. «A.İ.Efimov doğru olaraq yazır ki, sinonimik vasitələr bədii dili rəngarəng edir, gözəl­ləş­di­rir, onun ifadə üsulunu müxtəlifləşdirir,zəng­in­ləş­di­rir» [66, 119]. Məhz bu xüsusiyyət sinonimləri nitqin məzmununa və işlənmə yerinə görə işlətməyə imkan verir. Ona görə də si­­­nonimlər nitq üçün ən mənalı,vacib,işlək leksik va­hid­lər­­­­­dir.

XIX əsrin görkəmli rus dilçisi A.İ.Davıdov sino­nim­lə­rin rolundan bəhs edərkən sinonimsiz nitqi rəngsiz şəkilə bən­­­­­­­­zətmişdir. Hər hansı bir sənətkarın dilində sinonimlərin az­­lığı onun üslubunun kasıblığı ilə izah edilir. Çünki sino­nim­lər təkrarçılığa yol verməmək üçün sənətkarın əlində ye­ga­nə vasitədir. Eyni zamanda təkrarçılıqdan qaçmaq məq­sə­dilə işlədilən sinonimlər əvəz etdiyi sözün əvəzləyicisi olsa da, la­kin incə mənalarına görə bir-birindən fərqlənirlər.

Dildə olan sinonim cərgələrin inkişafı daha çox bədii ədə­­biyyatda genişlənir, zənginləşir. Əsasən də, hər bir sənət­ka­­rın fərdi üslubu ilə əlaqədar poeziyada sinonimlərin əmə­lə­gəl­mə yolları və sinonim sözlərin sırası artır. «Sinonim söz­lə­ri təyin edərkən bunlardakı əsas və əlavə mənalar cərgəsini mey­dana çıxarmaq mühüm məsələdir. Çünki sinonim cərgə­də sözlər tamamilə eyni mənanı ifadə etmir və mənada dəyi­şik­lik yaratmadan bir-birini əvəz edə bilmir. Sinonim sözlər kon­tekstdə bir-biri ilə əvəz edildikdə müəyyən dərəcədə incə mə­na dəyişikliyi əmələ gəlir» [63, 5].

«Məcazlaşdırma,çoxmənalılıq,söz yaradıcılığı,sabit söz birləşmələri-frazeoloji ifadələr,sadə danışıq dili sözləri,dia­lekt sözləri,arxaik sözlər və s. sinonim cərgələrin yaran­ma­sı, ge­niş­lənməsi üçün imkan yaradır. Çünki hər bir yazıçı dil­dəki müt­ləq sinonimlərdən istifadə etməklə yanaşı, özü də ye­ni si­no­nim sözlər-cərgələr yaradır» [66,119-120]. «Bəzən söz­lərin metaforikləşməsi və obrazlı ifadə forması sinonim­lə­rin mü­əy­yən­ləşdirilməsində çətinlik törətsə də, eyni zaman­da sinonim cər­gələrin genişlənməsinə imkan yaradır. Sino­nim söz­lərin si­no­nimliyi başlıca olaraq sözlərin semantik – struk­tur cə­hət­dən uyğun gəlməsi ilə şərtlənir» [90,88]. Deməli, sinonim cər­gə­lərin yaranma yolları və mənbələri müxtəlifdir:

1. Sinonimlərin zənginləşməsində əsas meyar kimi po­li­se­mantik sözləri və frazeologizmləri qeyd etmək olar. Çünki si­nonim cərgələr polisemantika sayəsində artır, zən­gin­ləşir. Çox­­­mənalı sözün həqiqi mənasından başqa, məcazi mənası da semantikasına görə bu və ya digər sinonimik cər­gəyə daxil ola­raq,onun bərabərhüquqlu üzvü ola bilir.Məsələn, kö­mək­­­­-yardım sinonim cərgəsi arxa-dirək-qanad-inam kimi sözlərin məcazi mənaları hesabına zənginləşməklə yanaşı, sinonim ­lə­rin obrazlılığı, ifadəliliyi də artır. Eyni zamanda bu mə­caz­lar özləri də bir-birindən özünəməxsus məna çalarları və üs­lubi boyalarla fərqlənirlər.Belə ki,arxa-dirək obrazlı ifa­də­lərin­dən fərqli olaraq,qanad-inam sözləri daha yüksək emo­­­­­­­­­­­­­si­onal-ekspressiv mənaya malikdir.Sino­nim cərgənin be­lə gö­­zəl mə­na rəngarəngliyi onun bədii-üslubi əhəmiyyətini da­ha da ar­tı­rır.Bunu N.Xəzri poeziyasına məxsus olan aşa­ğı­da­kı şeir par­ça­­­­sında görmək olar:


O, mənə qanaddır, mənə inamdır! [123, 197]

Mənim çinar boylu nəvələrim, siz,

Mənim arxamsınız, dirəyimsiniz [124, 67].
Qeyd edək ki, nümunədə göstərdiyimiz arxa-dirək-qa­nad­­-inam sözlərinin hər biri sinonimik cərgədən ayrılıqda si­no­­nimlik xüsusiyyətini itirir. Çünki bu sözlər yalnız məcazi mə­­na kəsb etməsi baxımından konkret məqamda kömək-yar­­dım sinonimik cərgəsinə daxil ola bilir.Nominativ mə­na­sı­na görə bu sözlər sinonim deyil.

Bəzən çoxmənalılıq xüsusiyyəti sözə bir neçə sinonimik cər­gədə iştirak etmək imkanı verir.Məsələn,inam məcazi mə­na­­da arxa-dirək-qanad sözləri ilə bir sinonimik cərgəyə da­xil­dir­sə, həqiqi mənada inam-əmin-arxayın-etibar-ümid-etiqad-inanc-inanış kimi sözlərlə sinonimik cərgə yaradır. Elə buna gö­rə də hər bir sinonimik cərgədə sinonimləri ardıcıl olaraq öz ətrafında birləşdirən, cərgədəki sözlərin ümumi leksik mə­na­sını bildirən dominant-aparıcı söz olur. Bu söz üslubi cə­hət­­­dən neytral və emosional-ekspressiv mənadan azad olur. Buna baxmayaraq, çox vaxt sinonimik cərgədə dominant sö­zü seçə bildiyimiz halda, bəzən bu sözün seçilməsi mümkün ol­­­mur. Məsələn;

Sənin gözəl-göyçək

Oğul, qızın var [124, 171].

Yuxarıdakı bədii parçada verilən qoşa işlənmiş gözəl-göy­çək sinonim­lərindən hansı sözün dominant olduğunu mü­­ə­yyənləşdirmək çətindir. Çünki hər iki söz sinonimik cər­gə­­­də bərabərhüquqludur.

2. Sinonim cərgəni təşkil edən dil vahidlərindən biri də fra­zeoloji birləşmələrdir. Dildə frazeologizmlərdən ibarət xü­su­­si sinonim cərgələr yoxdur. Lakin buna baxmayaraq, hər han­­­­­­­sı bir frazeologizm müəyyən bir sözün ekvivalenti ola bi­lir. Bu zaman frazeologizmlər semantikasına görə sino­ni­mik cər­­­­­gəyə daxil olub, onun bərabərhüquqlu üzvü olur. «Sino­nim frazeoloji vahidlər mənaca yaxın və ya bərabərhüquqlu olsa da, mənanı adi sözlər kimi neytral şəkildə deyil, emo­si­o­nal boyalarla ifadə edə bildiyindən işlən­mə dairəsi və üslubi rəng etibarilə fərqlənir» [55,113]. Ona görə də yazıçıdan sino­nim cərgəyə daxil olan frazeoloji ifadələrdən daha müna­si­bi­ni seçib işlətmə ustalığı tələb edir:


Gözlər kədərlidir, gözlər qapqara,

Baxışlar söz açır sirli mənadan [124, 80].

Dayandım, ayağım qopmadı yerdən,

Sanki dilə gəlib kimsə danışdı [124, 193]



Susdu,nəfəsini

bir anlıq dərdi [124, 25].



Ağzına su alıb sən niyə susdun

Səndən ev dərdinə qalan olarmı?

Qız yenə dinmədi, sakitcə durdu,

Baxırdı hər ötən nadan harına [124, 132].

Varam alnı açıq, varam üzü ağ [123, 104]

Vicdan üfüqümüz safdır, təmizdir [123, 101].

Mən gedirəm, qoşalaşır kölgəmiz

Gecə keçir, yuxu qaçır, yatmıram [123, 81].

Nümunələrdəki danışmaq-söyləmək-dinmək sino­nimik cər­­gəsi söz açmaq-dilə gəlmək; susmaq-dinməmək-sakit dur­maq sinonim cərgəsi nəfəsini bir anlıq dərmək-ağzına su al­maq; təmiz-saf-ülvi sinonimik cərgəsi alnı açıq-üzü ağ və s. ki­­­­­­­­­­­­mi frazeoloji birləşmələr hesabına zən­gin­ləşmişdir.

Frazeoloji birləşmələrə xas olan fıkrin yığcamlığı, ob­raz­­­­­­­­lılığı, ifadəliliyi, ekspressivliyi onlardan istər sadə danışıq di­­­­lində, istərsə də bədii dildə istifadə olunmasına ehtiyac du­yur. Bu cəhətdən fikrin daha təsirli, emosional, qüvvətli ifadə olunması üçün sinonim cərgədə dominant sözü çox vaxt onun sinonimik frazeoloji ekvivalenti ilə əvəz edirlər. Mə­sə­lən,ağlamaq sözünün yerinə bədii ədəbiyyatda,əsasən,fra­ze­o­loji qarşılığı olan sinonimlərindən istifadə olunur. Bunu Nəbi Xəz­­­­­­ri yaradıcılığından gətirdiyimiz nümu­nələrdən aydın görə bilərik:

Qəmləndim, sevindim, ağladım, güldüm

Süzüldü göz yaşım yanaqlarıma [124, 193].

Bir ümman yaş tökdü dostlar, qohumlar

Eynəkdən, güzgüdən, pəncərələrdən [123, 166].

Baxışında kədər,

Gözlərində nəm [124, 173]

Burda həyat ilə, ölüm üzləşib

Axıb göz yaşı tək şeh kainatdan [123, 178].
3.Sinonim cərgələri zənginləşdirən mənbələrdən biri də ev­femizmlərdir. «Evfemizm» - pis, xoşagəlməz sözlərin yaxşı, xo­şagələn sözlərlə verilməsi deməkdir. Kobud sözlər əvəzinə yum­şaq ifadələr işlətmək evfemizmin əsas ruhunu təşkil edir. Deməli,söz vasitəsilə edilən təsir, bu təsir nəticəsində yara­nan reaksiya,həyəcan daha qüvvətlidir. Məhz belə hallarda, hə­yə­­­­­canı, yaranan mənfi reaksiyanı kənar etmək və ya zəiflətmək üçün evfemizmlərdən istifadə olunur. Xoşa­gəlməz məzmunu yum­şaq şəkildə başqasına çatdırmaq üçün evfemizmlər ən yax­­şı vasitədir» [76,216-217]. Elə buna görə də evfemizmlərə xas olan zəriflik,ən kobud ifadəni yumşaltmaq,insanın əh­val-ruhiyyəsinə mənfi təsir bağış­layan sözləri daha münasib tərz­də deyilmə xüsusiyyəti onları sinonimik cərgənin ifadəli vasi­tə­­­­­­­­­­sinə çevirir.

Yaşlaşdın, yenə də sən coşdun-daşdın,

Ahıllaşdın, qəlbən azca yaşlaşdın,

Qocaldm yer oldun, asiman oldun [124, 44].

O, bir də qalxmadı, əbədi yatdı [124, 38].

Məni kəndimdəki

ata evindən,

Özünüz aparın axır mənzilə [124, 115].

Vay o gündən - ömrün axır anında,

Gözünüzü qapayan da olmadı! [123, 76]

Qara tellərini

Erkən hördün [124, 174].
Bu nümunələrdən aydın görürük ki, qocalmaq-yaş­laş­maq, ahıllaşmaq, tellərini ağ hörmək, ömrün axır anı; ölmək-əbədi yatmaq; qəbiristan-axır mənzil və s. sinonim cərgələri məhz evfemizmlər hesabına artmışdır.

4.Sinonim cərgələrin zənginləşməsində canlı danışıq di­­li sözlərinin də rolu vardır. Çünki sinonim cərgədə işlənən söz­­­­­­­­lərin hamısı dildə eyni dərəcədə işlənmə imkanına malik de­­yil. Belə ki, bu sinonim sözlərin bəziləri yalnız ədəbi dildə iş­­lənsə də, bəziləri isə həm də canlı danışıq dilində işlənir. Bü­tün bunları nəzərə alıb deyə bilərik ki, bir çox sənətkarlar ki­mi N.Xəzri də öz yaradıcılığında nə qədər bədiiliyə,poe­tik­li­yə üstünlük versə də,bir o qədər də canlı,sadə xalq danı­şıq di­­linin gözəlliyini qoruyub saxlamışdır.

Çökdü qəlbə kədər, qəm,

Soyuq yellər əsəndə [123, 210]



Kədərli, qüssəli bu səhər çağı,

Yaxşı ki, qapını sən açdın mənim! [124, 193]

Eşqin gecələri kədərli, məhzun [124, 53]

Yoxsullara dərsə durar,



Zənginlərlə bəhsə durar [124, 91].

Çəmənin sonsuzu, göyün əngini,

Ona təbiətdən bir ərməğandır [123, 153].

Gedin asta-asta,



dalğın, pərişan [124, 115]

Oldun müsafiri

sən bircə anın [124, 112]
Nümunə gətirdiyimiz misallardakı sözlərin bir qismi yal­nız ədəbi dildə, digər bir qismi isə həm ədəbi dildə, həm də ümumxalq danışıq dilində işlənir. Belə ki, qəm, kədər, qüssə sözləri həm ədəbi dil, həm də danışıq dilində, lakin bu söz­lə­rin qarşılığı olan məhzun sözü yalnız ədəbi dildə;eləcə də zən­­­gin, əngin, dalğın, müsafir sözləri əsasən ədəbi dildə işlən­dik­lə­ri halda, bu sözlərlə sinonim olan varlı, sonsuz, pərişan, qo­naq sözləri həm ədəbi dildə, həm də ümumxalq danışıq di­lin­də işlənir.Danışıq dilində işlənən,etik mənaları pozmayan be­­lə sözləri istər ədəbi dildə, istərsə də bədii dildə işlətmək heç də pis deyil. Çünki ədəbi-bədii dil məhz ümumxalq dili hesa­bı­­­na zənginləşir.

5.Dildə sinonim cərgələrin genişlənməsində dialekt söz­lərin də əhəmiyyəti vardır. Dialektizmlərin sinonim cərgədə iş­lən­məsi bədii üslubun ehtiyacından əmələ gəlir. Əsasən, nəsr əsərlərində hər hansı bir personajın yaşadığı yeri, onun həyat tərzini daha qabarıq nəzərə çarpdırmaq üçün istifadə olunan dialektizmlərə, bəzən poeziya dilində də rast gəlinir. Təbii ki, bu dialektizmlərin mənası başa düşülən, anlaşılan sözlərdir. Çünki dialektizmlərə müraciət edən hər bir sənətkar işlətdiyi sö­zün dar çərçivədə olan dialektdə deyil, müəyyən qrup dia­lekt­­­lərdə işlənməsini nəzərdə tutur. Hər bir sənətkar kimi, gör­kəm­­­­­­­­li şairimiz N. Xəzri öz yaradıcılığında az da olsa, dia­lek­ti­zm­lərdən istifadə etmişdir. Məsələn;


Bir çaya döndüm ki, sısqa axıram [123, 46].

Axdı gözlərindən yaş gildir - gildir,

Yuxudan oyandım... yenə tənha - tək [123, 85]

Köklərdən

bir şiv ucaldı.

Şivlər kəsilmədi,

əllər kəsildi [123, 98].

Tərif atı yeyindir,

qürur atı ceydaraq,

Yaraşarmı qüruru

haqsızlıqla haqlamaq [124, 21]


Bu misallarda sısqa-dildə zəif; gildir-gildir-ədəbi dil­­­­də gilə-gilə;şiv-qanqal; yeyin-tez, cəld, yaxşı; ceydaraq-asta, ləng mənaları vardır. Məlum olduğu kimi, şair dia­lektlərə məxsus olan bu sinonim dialektizmləri heç də məqsədsiz işlət­mə­miş­dir. Poeziyanın üslubi ehtiyacından do­ğan tələbi ödəməklə şe­i­­rə yeni kolorit gətirmişdir.

6. Sinonim cərgələrin genişlənib zənginləşməsində alın­ma sözlərin də müəyyən qədər rolu vardır. Alınma sözlər he­sa­­­­bına artan sinonim cərgələrdə bu sözlərin öz dilimizdə ek­vi­­­valenti olur. Məsələn;


Oldun müsafiri -

Sən bircə anın [124, 112]

Nurani qonağım

Xəyala döndü [124, 84]

Ey İnsan!

Dünyaya


yaxşı mehman ol! [124, 61]
Bu nümunələrdəki qonaq-müsafir-mehman sözləri si­no­­­­­­­­nim cərgə təşkil edir. Bu cərgədə qonaq sözü öz doğma Azər­­­­­­­­­­­­­­baycan dilimizə, müsafir-ərəb, mehman-fars dilinə məx­sus­­­­­­­­­dur. Bu sözlərin hər üçü ümumi bir mənanı bildirsə də, la­kin qonaq sözü həm ədəbi dildə, həm də sadə danışıq dilində da­ha işləkdir, digər iki alınma söz-müsafir, mehman sözləri da­­­­ha çox ədəbi-bədii dildə istifadə olunur.Buna bax­ma­ya­raq, bu sözlər dilimizə başqa dillərdən keçsələr də, sinonim cər­gə­də olan sözlərlə sinonimik əlaqəyə girərək onun bəra­bər­hü­quq­­­­­­­­­­­­­­lu üzvü ola bilir.

7.Sinonim cərgədəki sinonimlərin artmasında köhnəl­miş və arxaik sözlər az da olsa iştirak edir. Belə sözlərin çoxu dilimizə başqa dillərdən keçən leksik vahidlərdir. Bu sözlər vax­­­­­tilə dilimizdə fəal olsalar da, indi isə lüğət tərkibimizin pas­­­­­­­­­­­­­­siv fonduna keçərək köhnəlmişlər.Müasir Azərbaycan di­­­lin­­də, əsasən, üslubun tələbi ilə poetikada ahəngdarlığı artır­maq,ekspressiyanı daha da gücləndirmək üçün belə arxaik si­­nonimlərdən istifadə edilir. Məsələn;


Nəsimi yanaşır...o,müdrik, nədim! [123, 29]

O, hər kəsdən gizlənirdi,

qəlbdə günahı, suçu [123, 92].

Nagah qara gələn düyün də gördün! [123, 104]

Sanki avizələr səpdikcə ziya

Zəncir çiçəyinin salxımlarıdır [123, 115].
Nümunə gətirdiyimiz bu bədii parçalardakı nədim, suç, nagah, avizə sözləri arxaizmlərdir. Çünki bu sözlərin hər biri­nin müasir dilimizdə ekvivalentləri vardır. Belə ki, müasir dili­miz­də nədim sözünü həmsöhbət; suç sözünü günah; nagah sö­zü­­nü qəflətən, birdən, vaxtsız; avizə sözünü isə çilçıraq, lüstr söz­­­­­ləri əvəz edir.

8.Bədii dildə sinonim cərgələr poetik sinonimlər vasi­tə­si­lə də zənginləşir. «Məlum olduğu üzrə, bədii üslubun poe­zi­ya və nəsr kimi böyük qollarının hər biri inkişaf etdikcə mü­əy­­­­yən sözlər məhdud bir dairədə işlənməyə başlayır. Belə ki, bir qrup sözlər klassik şeir dilində olduğu kimi müasir poetik əsər­­­lərdə də istifadə edilir. Bu da təbiidir» [26,39]. Hər bir sə­­­­­nətkar,şair çalışır ki, mümkün qədər öz yaradcılığında elə söz və ifadələrdən istifadə etsin ki, burada poetik obrazlılıq, ifa­də­­­lilik, emosionallıq və ekspressiya güclü olsun. Bu da bədii dilin, üslubun daxili tələbindən meydana gəlir ki, sənətkar bu imkandan istifadə edir. Çünki əgər sənətkar gündəlik danışıq dilindəki sözlərdən çox istifadə etsə, daxilən keçirdiyi hissləri, istək və arzularını oxucuya çatdıra bilməz. Məhz buna görə də bədii dildə poetik sinonimlər meydana gəlir və bir daha şe­ir dilinin təsir gücünü, bədii gözəlliyini artırır. N.Xəzri ya­ra­­dcılığından gətirdiyimiz nümunə­lərdən bunu aydın görə bi­lə­­rik:

Dəyəndə gözümə o qız, o afət,

Qəlbimi dindirən lal baxışıdır.



Eşqimin sultanı - o gözəl qızı

Həm görmək istərəm, həm də görməmək [123, 13].



Durna qatarıdır - o zərif qaşlar

Payızda gedərkən məni də apar [123, 224].



Səma yerdən küsdü,

Yer göydən küsdü [124, 34].

Endi yerə Günəş - göylərin tacı [123, 98]

Sevgi vadilərində

Həqiqətlə yanaşı səslənir ağ yalan da [123, 145]

Ehmalca telləri oxşadım ki, mən

Pərişan söyüdlər saçıydı, sanki [124, 19]
Nümunələrdəki sinonimik cərgələr belədir: qız-afət/eş­qin sultanı; zərif qaş-durna qatarı; göy-səma; günəş-göy­lərin tacı; böhtan-ağ yalan; saç-tel və s.Bu cərgələrdəki birinci söz­­­­­­­­­­lər ədəbi dilə, digərləri isə obrazlı, poetik dilə məxsus olan söz və ifadələrdir.

Məlumdur ki, sinonimlər bədii dildə daha geniş mə­na­ya malikdir. Çünki bədii dildə üslubun tələbi ilə sino­nim cər­gə­lər ədəbi dil və funksional üslubi mənbələrdən qay­naq­la­na­raq genişlənir, zənginləşir.Sinonim cərgənin işlənmə mə­qa­mı­nı A.V.Kalinin izah edərkən yazır: «Sinonimlərin bir tipi də müxtəlif üslublu sinonimlərdir. Eyni bir əşyanı, hərəkəti, əla­mə­­ti ifadə edən sözlərin müxtəlif üslubi rəngləri olur» [104, 79]. Məhz buna görə də dilçilikdə sinonimləri, əsasən, 2 cə­hə­tə görə fərqləndirirlər:

1) ideoqrafik və ya semantik sinonimlər

2) üslubi və ya emosional-ekspressiv sinonimlər

Semantikasına görə fərqlənən sinonimlərə ideoqrafık si­­­­­­­nonimlər də deyilir.
Qəlbdə yuva salmış dərd ki,ələm ki... [124, l32]

Nədir yaxın eldə,uzaq diyarda [124, 134]

Əzizdir öz yurdum,

torpağım mənim,

Mən ki vətən deyən təriqətdəyəm [124, l99].


Bu sinonim cərgədəki vətən-yurd-yuva-torpaq-el-di­yar sinonim sözləri müxtəlif məna çalarları ifadə etsələr də, lakin ümumi bir mənanı, fikri bildirirlər.

Semantik və emosional-ekspressiv sinonimlərdən ibarət olan sinonimik cərgələr bədii ifadə vasitəsi kimi, əsasən, bədii yaradıcılıqda istifadə olunur. Bu cür sinonimik cərgələri hər bir yazıçı,şair öz yaradıcılığında üslubi zərurətlə əlaqədar se­çib işlədir. Çünki məcazlar, frazeoloji birləşmələr, evfe­mizm­lər,ümumxalq danışıq dili sözləri,alınma sözlər,dia­lek­tizm­lər, poetik söz və ifadələr, arxaizm və köhnəlmiş sözlərdən əmə­lə gə­­lən sinonimik cərgələr bədii-üslubi məq­sədlə lazım olan sö­zün seçilib istifadə edilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Bədii əsərlərin dilində mövzu, məqsəd və üslubla bağlı olaraq kontekstdaxili sinonimlər də əmələ gəlir. Bu cür si­no­nim­lərin əmələ gəlməsi bədii dildə ona görə mümkündür ki, «sinonimik münasibətlərin və əlaqələrin məna sərhədləri bu­ra­da ümumi dilə məxsus semantikasından fərqli olaraq qat - qat genişlənir» [26,46]. Bu hal o zaman meydana çıxır ki, əş­ya və hadisələri adlandıran hər hansı bir söz digər bir sözlə özü­nün leksik mənasına daxil olmayan ikinci dərəcəli əla­mə­ti­nə görə yaxınlaşır və misrada sinonimlik təşkil edir. Lakin qeyd edək ki, bu sözlər kontekstdən ayrılıqda sino­nimlikdən çıxır. Məsələn;
Sən kimin arzusu, məhəbbətisən? [123, 128]

Doludur yer üzü qəmlə, təlaşla,

Hələ deyilməmiş sözüm, ahım var [123, 166].

Söz ki, nə boyadır,

nə də ki, riya [124, 7].

Dedilər ki,yeri isti,rahətdir [124, 53].

Sanki kəpənəkdin parladın, uçdun

Budaq şaxələndi,yaşatdı səni [124, 80]

Yansın qəlbdə ulduz - çıraq [124, 153]

Bizi çulğamışdı



Kasıblıq, azar [124, 156]

Çağladı könlümün eşqi, həvəsi [124, 193]


Görkəmli şairimiz N.Xəzri poeziyasından gətirdiyimiz bu nümunələrdə arzu-məhəbbət;qəm-təlaş;söz-ah;boya- ri­ya; isti-rahət; parlamaq-uçmaq; şaxələnmək-yaşatmaq; ulduz-çı­raq; kasıblıq-azar; eşq-həvəs sözləri kontekstdən kənarda si­no­­­­­­­­­­­­­­­­­nim deyil. Lakin şair misra daxilində hər hansı bir fikri, və­­­­ziyyəti daha dərin, inandırıcı, hərtərəfli, ifadəli şəkildə təs­­vir etmək üçün bu sözləri sinonimləşdirmişdir. Bu da bədii dil­­­­­­­­­də sinonimlərin situativ sinonimlər sayəsində artmasını bir daha sübut edir.

Bədii dildə sinonimik cərgədən bir neçə sinonim sözün seçilib işlənməsinə də təsadüf edilir. Bu zaman şeirdə ifadə­li­lik və obrazlılıq yaratmaq funksiyası seçilən tək sinonim sö­zün üzərinə düşür, lakin qoşa işləndikdə isə bu funksiyanı ye­ri­nə yetirmək bir neçə sinonim arasında bölü­nür. Elə buna gö­rə də sinonimik cərgədən konkret şərait üçün bir sino­ni­min seçilməsi çətinlik yaradır. Lakin sino­nimik cərgədən iki - üç sinonimi seçib işlətməyi də hər sənətkar bacarmır. Çünki şa­ir elə sözləri seçməlidir ki,bunlar həm semantik, həm də üs­lubi cəhətdən fərqlənən sinonimlər olmaqla yanaşı, eyni za­­­manda poeziyada birləşərək fikri qüvvətli ekspressiya ilə ifa­­də etsinlər.

Qeyd edək ki, sinonimlərin qoşa işlənməsi özünü müx­tə­lif formalarda göstərir: 1) sinonimlər qoşa işlənərək bir söz yaradır; 2) sinonimlər yanaşı işlənir.

1.Məlum olduğu kimi, ümumxalq dilində bir sıra məf­hum­­­­lar sözlərin qoşa şəkildə işlənməsi ilə ifadə olunur. Bun­ların bir hissəsi sinonim sözlərin birləşməsi nəticəsində əmələ gəlir. Belə ki, iki yaxın mənalı söz birləşib əvvəlki mə­na­la­rın­dan müəyyən qədər fərqlənən yeni sözlər yaradır:


Get el keşiyində dur ayıq - sayıq [123, 90]

sözlü - söhbətli

Tamada vardı [124, 235].

Sən elə tanışdın



Dərd - sərimlə [124, 30]

Sonra da əl tutub dinməz - söyləməz,

Onları evlərə aparan sənsən [124, 107]

Zamanın al - əlvan çəmənlərində

Gəlirsən yuxuma boylu - buxunlu [124, 80]

Mən ehtiyac içindəykən



Var - dövlətə biganəyəm

Mən ad - sana yetişsəm də



Şan - şöhrətə biganəyəm [124, 46].

Elə ki, dost - tanış geyindi qara,

Sındı şeirimizin qolu - qanadı [124, 85].
Nümunələrdən bir daha aydın olur ki, «iki yaxın mə­na­lı sözün – sinonimlərin qoşa işlənməsi nəticəsində bu birləşən söz­­lərin hər birindən müəyyən qədər fərqlənən yeni söz ya­ran­mış olur. Bu yeni söz əvvəlki sözlərin təklikdə hər birinə nis­bətən daha geniş anlayış bildirir. Deməli, sino­nim­lərin bir­ləş­məsi ümumxalq dilinin və ayrıca bir əsərdə yazıçı dilinin lü­­­ğətinin zənginləşməsinə gətirib çıxarır» [3, 121].

2.Sinonimlər yanaşı işləndikdə qüvvətli bədii ifadə va­si­­təsi yaratmaqla sənətkara rəngarəng üslubi məqsədlərə nail ol­maqda kömək edir.

1)Sinonimlər poeziyada yanaşı işlənməklə mənanı qüv­­­­­­­vətləndirməyə xidmət edir.
Budaq şaxələndi, yaşatdı səni [124, 80].

Ey varlığım, ey həyatım,

Sahildə dalğalar

coşdu, çağladı

Al qandan torpaq da



od tutdu, yandı [124, 107].
Göründüyü kimi, sinonimlərin yanaşı işlənməsi fıkrin ifa­­­­­dəliliyini artırmaqla yanaşı,hər iki sinonim sözdə olan in­cə məna çalarları birləşərək ümumi anlayışı yüksək eks­pres­si­ya ilə ifadə edir. Onu da qeyd edək ki, burada məntiqi vurğu ikin­ci sinonim sözün üzərinə düşdüyü üçün bu söz se­man­ti­ka­sına görə daha mənalı və ifadəli olur.

2) Sinonimlər poeziyada yanaşı işlənməklə eyni zaman­da ifadənin dəqiqləşdirilməsinə kömək edir. Məsələn;


O, bir də qalxmadı, əbədi yatdı [124, 38].

Titrətmə, qızdırma qucaqlaşaraq

Çəkib aparırdı qızı harasa

Axşam qayıtdılar pərişan, yorğun,

Onlarda dilənçi xisləti varmı? [124, 132]

Balıqlar oynaşır

Rəngbərəng, xallı... [124, 166]

Dayandım, ayağım qopmadı yerdən,

Sanki dilə gəlib kimsə danışdı [124, 193].


Bu nümunələrdə isə sinonimlər yanaşı, ardıcıl gələrək fik­­ri daha dəqiq və aydın şəkildə ifadə etmişdir. Burada də­qiq­ləşdirici funksiyanı yerinə yetirən ikinci sinonim söz bi­rin­ci­nin mənasını aydınlaşdırmaqla yanaşı, eyni zamanda kon­kret­ləşdir­mişdir.

3) Bədii dildə səmərəli üslubi vasitələrdən biri də poe­zi­ya­da sinonimlərin ardıcıl, sadalama yolu ilə həmcins­ləş­mə­si­dir. Bu halda sənətkar böyük obrazlılıq və ifadəliliyə na­il olur. Məsələn;


Dərdə, əzablara, haqsızlıqlara

Nə qəmli baxırsan

sən haqq dünyadan [124, 80]

Elə bil əsrlər dindi, danışdı

Müqəddəs məqbərə önündə yenə,

Ürəklər saflaşır, təmizlənirdi [124, 103].



Cibi boş, rütbəsiz,

Üst-başı cındır [124, 144]

Sözlər büllur kimi,

sözlər tərtəmiz [124, 208].
4) Bəzən sənətkar sinonimləri yanaşı işlədərək ifadənin emosional qüvvəsini artırmaqla bərabər şeirdə fikri yüksək hiss-həyəcanla ifadə edir:
Kəsin, yığışdırın, qurtarın, bəsdir,

Bu dil rüşvətini, söz rüşvətini [124, 120].


Bu nümunədə kəsin,yığışdırın, qurtarın, bəsdir sino­nim sözləri ilə şair yaltaqlığa, ikiüzlülüyə, boş-boşuna yalan söz vəd etməyə özünün mənfi münasi­bə­tini, kəskin etirazını bil­dir­­­məklə, bir daha fikrin ekspressiyasını qüvvət­lən­dir­miş­dir.

5) Poeziyada sinonimlərin yanaşı işlənməsi ahəng­dar­lı­ğı artırır,şeirə musiqilik və axıcılıq gətirir. Bunu ayrı-ay­rı söz­­­­­­­­­­lərdəki səs uyuşması-alliterasiya hadisəsi qüvvətləndirir.

Rəhbərlər adıyla

Çağladıq, coşduq [123, 229].

Bu toyda, düyündə

sənsiz deyildik [124, 112].

Dövrəmi almışdı



güllər, çiçəklər [124, 77]

Bağdad üfüqləri çənli, dumanlı,

Ürəklər, diləklər ahlı, amanlı,

Gedirəm sehirli, sirli aləmdə [124, 189]


Beləliklə, müşahidələr göstərir ki, dilin müxtəlif mən­bə­lə­ri – polisemiya,frazeoloji birləşmələr, evfemizmlər, dia­lek­ti­zmlər, köhnəlmiş sözlər və arxaizmlər, alınma sözlər və po­e­­­­tizmlər hesabına artan sinonimik cərgələr,eyni za­manda üs­lu­­­­­bi, situativ və fərdi sinonimlər sayəsində də ar­taraq zən­gin­ləşir.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin