Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0,73 Mb.
səhifə19/43
tarix02.01.2022
ölçüsü0,73 Mb.
#39807
1   ...   15   16   17   18   19   20   21   22   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

Susdu,nəfəsini

bir anlıq dərdi [124, 25].



Ağzına su alıb sən niyə susdun

Səndən ev dərdinə qalan olarmı?

Qız yenə dinmədi, sakitcə durdu,

Baxırdı hər ötən nadan harına [124, 132].

Varam alnı açıq, varam üzü ağ [123, 104]

Vicdan üfüqümüz safdır, təmizdir [123, 101].

Mən gedirəm, qoşalaşır kölgəmiz

Gecə keçir, yuxu qaçır, yatmıram [123, 81].

Nümunələrdəki danışmaq-söyləmək-dinmək sino­nimik cər­­gəsi söz açmaq-dilə gəlmək; susmaq-dinməmək-sakit dur­maq sinonim cərgəsi nəfəsini bir anlıq dərmək-ağzına su al­maq; təmiz-saf-ülvi sinonimik cərgəsi alnı açıq-üzü ağ və s. ki­­­­­­­­­­­­mi frazeoloji birləşmələr hesabına zən­gin­ləşmişdir.

Frazeoloji birləşmələrə xas olan fıkrin yığcamlığı, ob­raz­­­­­­­­lılığı, ifadəliliyi, ekspressivliyi onlardan istər sadə danışıq di­­­­lində, istərsə də bədii dildə istifadə olunmasına ehtiyac du­yur. Bu cəhətdən fikrin daha təsirli, emosional, qüvvətli ifadə olunması üçün sinonim cərgədə dominant sözü çox vaxt onun sinonimik frazeoloji ekvivalenti ilə əvəz edirlər. Mə­sə­lən,ağlamaq sözünün yerinə bədii ədəbiyyatda,əsasən,fra­ze­o­loji qarşılığı olan sinonimlərindən istifadə olunur. Bunu Nəbi Xəz­­­­­­ri yaradıcılığından gətirdiyimiz nümu­nələrdən aydın görə bilərik:

Qəmləndim, sevindim, ağladım, güldüm

Süzüldü göz yaşım yanaqlarıma [124, 193].

Bir ümman yaş tökdü dostlar, qohumlar

Eynəkdən, güzgüdən, pəncərələrdən [123, 166].

Baxışında kədər,

Gözlərində nəm [124, 173]

Burda həyat ilə, ölüm üzləşib

Axıb göz yaşı tək şeh kainatdan [123, 178].
3.Sinonim cərgələri zənginləşdirən mənbələrdən biri də ev­femizmlərdir. «Evfemizm» - pis, xoşagəlməz sözlərin yaxşı, xo­şagələn sözlərlə verilməsi deməkdir. Kobud sözlər əvəzinə yum­şaq ifadələr işlətmək evfemizmin əsas ruhunu təşkil edir. Deməli,söz vasitəsilə edilən təsir, bu təsir nəticəsində yara­nan reaksiya,həyəcan daha qüvvətlidir. Məhz belə hallarda, hə­yə­­­­­canı, yaranan mənfi reaksiyanı kənar etmək və ya zəiflətmək üçün evfemizmlərdən istifadə olunur. Xoşa­gəlməz məzmunu yum­şaq şəkildə başqasına çatdırmaq üçün evfemizmlər ən yax­­şı vasitədir» [76,216-217]. Elə buna görə də evfemizmlərə xas olan zəriflik,ən kobud ifadəni yumşaltmaq,insanın əh­val-ruhiyyəsinə mənfi təsir bağış­layan sözləri daha münasib tərz­də deyilmə xüsusiyyəti onları sinonimik cərgənin ifadəli vasi­tə­­­­­­­­­­sinə çevirir.

Yaşlaşdın, yenə də sən coşdun-daşdın,

Ahıllaşdın, qəlbən azca yaşlaşdın,

Qocaldm yer oldun, asiman oldun [124, 44].

O, bir də qalxmadı, əbədi yatdı [124, 38].

Məni kəndimdəki

ata evindən,

Özünüz aparın axır mənzilə [124, 115].

Vay o gündən - ömrün axır anında,

Gözünüzü qapayan da olmadı! [123, 76]

Qara tellərini

Erkən ağ hördün [124, 174].
Bu nümunələrdən aydın görürük ki, qocalmaq-yaş­laş­maq, ahıllaşmaq, tellərini ağ hörmək, ömrün axır anı; ölmək-əbədi yatmaq; qəbiristan-axır mənzil və s. sinonim cərgələri məhz evfemizmlər hesabına artmışdır.

4.Sinonim cərgələrin zənginləşməsində canlı danışıq di­­li sözlərinin də rolu vardır. Çünki sinonim cərgədə işlənən söz­­­­­­­­lərin hamısı dildə eyni dərəcədə işlənmə imkanına malik de­­yil. Belə ki, bu sinonim sözlərin bəziləri yalnız ədəbi dildə iş­­lənsə də, bəziləri isə həm də canlı danışıq dilində işlənir. Bü­tün bunları nəzərə alıb deyə bilərik ki, bir çox sənətkarlar ki­mi N.Xəzri də öz yaradıcılığında nə qədər bədiiliyə,poe­tik­li­yə üstünlük versə də,bir o qədər də canlı,sadə xalq danı­şıq di­­linin gözəlliyini qoruyub saxlamışdır.

Çökdü qəlbə kədər, qəm,

Soyuq yellər əsəndə [123, 210]



Kədərli, qüssəli bu səhər çağı,

Yaxşı ki, qapını sən açdın mənim! [124, 193]

Eşqin gecələri kədərli, məhzun [124, 53]

Yoxsullara dərsə durar,




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin