Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0,73 Mb.
səhifə20/43
tarix02.01.2022
ölçüsü0,73 Mb.
#39807
1   ...   16   17   18   19   20   21   22   23   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

Zənginlərlə bəhsə durar [124, 91].

Çəmənin sonsuzu, göyün əngini,

Ona təbiətdən bir ərməğandır [123, 153].

Gedin asta-asta,



dalğın, pərişan [124, 115]

Oldun müsafiri

sən bircə anın [124, 112]
Nümunə gətirdiyimiz misallardakı sözlərin bir qismi yal­nız ədəbi dildə, digər bir qismi isə həm ədəbi dildə, həm də ümumxalq danışıq dilində işlənir. Belə ki, qəm, kədər, qüssə sözləri həm ədəbi dil, həm də danışıq dilində, lakin bu söz­lə­rin qarşılığı olan məhzun sözü yalnız ədəbi dildə;eləcə də zən­­­gin, əngin, dalğın, müsafir sözləri əsasən ədəbi dildə işlən­dik­lə­ri halda, bu sözlərlə sinonim olan varlı, sonsuz, pərişan, qo­naq sözləri həm ədəbi dildə, həm də ümumxalq danışıq di­lin­də işlənir.Danışıq dilində işlənən,etik mənaları pozmayan be­­lə sözləri istər ədəbi dildə, istərsə də bədii dildə işlətmək heç də pis deyil. Çünki ədəbi-bədii dil məhz ümumxalq dili hesa­bı­­­na zənginləşir.

5.Dildə sinonim cərgələrin genişlənməsində dialekt söz­lərin də əhəmiyyəti vardır. Dialektizmlərin sinonim cərgədə iş­lən­məsi bədii üslubun ehtiyacından əmələ gəlir. Əsasən, nəsr əsərlərində hər hansı bir personajın yaşadığı yeri, onun həyat tərzini daha qabarıq nəzərə çarpdırmaq üçün istifadə olunan dialektizmlərə, bəzən poeziya dilində də rast gəlinir. Təbii ki, bu dialektizmlərin mənası başa düşülən, anlaşılan sözlərdir. Çünki dialektizmlərə müraciət edən hər bir sənətkar işlətdiyi sö­zün dar çərçivədə olan dialektdə deyil, müəyyən qrup dia­lekt­­­lərdə işlənməsini nəzərdə tutur. Hər bir sənətkar kimi, gör­kəm­­­­­­­­li şairimiz N. Xəzri öz yaradıcılığında az da olsa, dia­lek­ti­zm­lərdən istifadə etmişdir. Məsələn;
Bir çaya döndüm ki, sısqa axıram [123, 46].

Axdı gözlərindən yaş gildir - gildir,

Yuxudan oyandım... yenə tənha - tək [123, 85]

Köklərdən

bir şiv ucaldı.

Şivlər kəsilmədi,

əllər kəsildi [123, 98].

Tərif atı yeyindir,

qürur atı ceydaraq,

Yaraşarmı qüruru

haqsızlıqla haqlamaq [124, 21]


Bu misallarda sısqa-dildə zəif; gildir-gildir-ədəbi dil­­­­də gilə-gilə;şiv-qanqal; yeyin-tez, cəld, yaxşı; ceydaraq-asta, ləng mənaları vardır. Məlum olduğu kimi, şair dia­lektlərə məxsus olan bu sinonim dialektizmləri heç də məqsədsiz işlət­mə­miş­dir. Poeziyanın üslubi ehtiyacından do­ğan tələbi ödəməklə şe­i­­rə yeni kolorit gətirmişdir.

6. Sinonim cərgələrin genişlənib zənginləşməsində alın­ma sözlərin də müəyyən qədər rolu vardır. Alınma sözlər he­sa­­­­bına artan sinonim cərgələrdə bu sözlərin öz dilimizdə ek­vi­­­valenti olur. Məsələn;


Oldun müsafiri -

Sən bircə anın [124, 112]

Nurani qonağım

Xəyala döndü [124, 84]

Ey İnsan!

Dünyaya


yaxşı mehman ol! [124, 61]
Bu nümunələrdəki qonaq-müsafir-mehman sözləri si­no­­­­­­­­nim cərgə təşkil edir. Bu cərgədə qonaq sözü öz doğma Azər­­­­­­­­­­­­­­baycan dilimizə, müsafir-ərəb, mehman-fars dilinə məx­sus­­­­­­­­­dur. Bu sözlərin hər üçü ümumi bir mənanı bildirsə də, la­kin qonaq sözü həm ədəbi dildə, həm də sadə danışıq dilində da­ha işləkdir, digər iki alınma söz-müsafir, mehman sözləri da­­­­ha çox ədəbi-bədii dildə istifadə olunur.Buna bax­ma­ya­raq, bu sözlər dilimizə başqa dillərdən keçsələr də, sinonim cər­gə­də olan sözlərlə sinonimik əlaqəyə girərək onun bəra­bər­hü­quq­­­­­­­­­­­­­­lu üzvü ola bilir.

7.Sinonim cərgədəki sinonimlərin artmasında köhnəl­miş və arxaik sözlər az da olsa iştirak edir. Belə sözlərin çoxu dilimizə başqa dillərdən keçən leksik vahidlərdir. Bu sözlər vax­­­­­tilə dilimizdə fəal olsalar da, indi isə lüğət tərkibimizin pas­­­­­­­­­­­­­­siv fonduna keçərək köhnəlmişlər.Müasir Azərbaycan di­­­lin­­də, əsasən, üslubun tələbi ilə poetikada ahəngdarlığı artır­maq,ekspressiyanı daha da gücləndirmək üçün belə arxaik si­­nonimlərdən istifadə edilir. Məsələn;


Nəsimi yanaşır...o,müdrik, nədim! [123, 29]

O, hər kəsdən gizlənirdi,

qəlbdə günahı, suçu [123, 92].


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin