Ya ALLAH
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
XƏZƏR UNİVERSİTƏSİ
R E F E R A T
İkiqat elektrik təbəqəsinin əmələ gəlmə mexanizmləri. İkiqat elektrik təbəqəsinin quruluşu haqqında nəzəriyyələr. Müxtəlif faktorların elektrokinetik potensiala təsiri.
Fakültə:Təhsil
Fənn: KOLLOİD KİMYASI
Rəhbər: Ph.D. RƏVAN RƏHİMOV
Tələbə:Əliyeva Nailə Xəqani qızı (IV kurs)
İxtisas: Kimya - biologiya
BAKI - 2014
Mündəricat
Elektrokinetik hadisələr ...................................................................................... 3
İkiqat elektrik təbəqəsinin əmələ gəlmə mexanizmi ........................................... 5
İkiqat elektrik mexanizmi təbəqəsinin quruluşu ................................................. 7
Hemhots – Perren nəzəriyyəsi ............................................................................. 8
Qui – Çepmen nəzəriyyəsi .................................................................................. 10
Ştern nəzəriyyəsi ................................................................................................ 13
Elektrokinetik potensiala təsir edən amillər ....................................................... 16
Ədəbiyyat ........................................................................................................... 21
Elektorkinetik hadisələr
Dispers sistemlərdə elektrik yüklü hissəciklərin olması ilk dəfə 1828-ci ildə Moskva Universitetinin professoru F.F.Reyss tərəfindən aparılan iki təcrübə ilə müəyyən olunmuşdur. Birinci təcrübədə o, U şəkilli şüşə borunun dibinə kvars tozu tökərək onu su ilə doldurur (burada kvars tozu məsaməli diafraqma rolunu oynayır). Borunun hər iki qoluna elektrodlar salıb, sistemə sabit cərəyan verdikdə mənfi elektrod (katod) salınan qola suyun səviyyəsinin qalxması, digər qolda isə əksinə, düşməsi müşahidə olunur. Bu qalxma borunun qollarında səviyyələr fərqi müəyyən qiymətə çatana qədər (hidrostatik təzyiqə bərabər olanadək) davam edir. Dövrə açıldıqda isə hər iki qolda mayenin səviyyəsi eyniləşir. Diafraqma olmadığı halda mayenin hərəkəti müşahidə edilmədiyindən, mayenin kvars hissəcikləri ilə kontaktda olaraq yükləndiyi qənaətinə gəlmək olar. Kvars tozu tərpənməz dispers faza kimi nəzərdən keçirilərsə, elektrik sahəsinin təsirindən dispers mühitin hərəkət etdiyi aydın olur. Bu hadisə, yəni sabit elektrik sahəsinin təsiri nəticəsində dispers mühitin yarımkeçirici arakəsmədən birtərəfli hərəkəti elektroosmos adlanır.
İkinci təcrübədə isə Reyss nəm gilə iki şüşə boru keçirir, onlara bir qədər kvars tozu tökərək su ilə doldurur və hər iki boruya elektrodlar salaraq, sistemə cərəyan verir. Bu zaman elektroosmos hadisəsi ilə yanaşı, gil hissəciklərinin əks istiqamətdə, yəni anoda doğru hərəkəti də müşahidə olunur. Belə ki, “ + ” elektrod salınan boruda su bulanır, “ – “ elektrod olan boruda isə şəffaf qalır. Dispers faza hissəciklərinin elektrik sahəsinin təsirindən hərəkət etməsi elektroforez və ya kataforez adlanır.
Reyssin müşahidə etdiyi bu hadisələrdə fazaların bir-birinə nəzərən yerdəyişməsi baş verir. Elektroosmos zamanı dispers fazaya nəzərən, elektroforez zamanı isə dispers faza dispers mühitə nəzərən hərəkətdə olur.
1852 – ci ildə Videmann tərəfindən elektroosmosun miqdarı baxımdan öyrənilməsi üçün bir sıra tədqiqatlar aparılmışdır. O müəyyən etmişdir ki, elektroosmosun həcmi sürəti v digər parametrlərin sabitliyi şəraitində cərəyan şiddəti I ilə mütənasibdir, v/I nisbəti isə diafraqmanın en kəsiyinin sahəsindən və qalınlığdan asılı deyildir.
XIX əsrin ikinci yarısında elektroforezı və elektroosmosa əks olan iki hadisənin olmaı da müəyyən olunmuşdur. 1895 – cu ildə Q.Kvinke mayenin təzyiq altında məsaməli diafraqmadan keçirilməsi (filtrasiyası) zamanı diafraqmanın hər iki tərəfində mayeyə salınmış elektrodlar arasında potensiallar fərqinin yarandığını müşahidə etmişdir (şəkil 1,a). Bu hadisə elektroosmosun əksi olub, axma potensialı və ya Kvinke effekti adlanır. Axma potensialı diafraqmanın qalınlığından, filtrasiya olunan mayenin miqdarından asılı olmayaraq, filtrasıyanın həcmi sürəti ilə mütənasibdir.
1878 – ci ildə isə R.Dorn müəyyən etmişdir ki, mayedə hər hansı hissəciyin, məsələn, suda qum dənələrinin çökməsi zamanı mayenin içərisində müxtəlif hündürlüklərdə yerləşdirilmiş elektrodlar arasında potensiallar ferqi yaranır (şəkil 1,b). Bu hadisə çökmə (sedimentasiya) potensialı və ya Dorn effekti adlanır.
Yuxarıda göstərilən dörd hadisə elektrokinetik hadisələr adlanır. Bu hadisələr zamanı potensiallar fərqi yaradıldıqda fazaların nisbi hərəkəti müşahidə olunur, yaxud da əksinə, fazalrın bir-birinə nəzərən hərəkəti potensiallar fərqi yaradır.
Elektrokinetik hadisələr istər elmi tədqiqatlarda, istərsə də texnikada geniş istifadə olunur. Laboratoriya şəraitində elektroforez hadisəsinə əsasən kolloid hissəciklərin yükü təyin edilir. Elektroforez həmçinin farfor – fayans istehsalında suspenziyalarının və keramik kütlənin hazırlanmasında, metallik səthlər üzərinə qoruyucu və dekorativ təbəqələrin çəkilməsində, radiolampalar üçün aktivləşdirilmiş katodun hazırlanmasında və s. istifadə olunur. Bundan əlavə, elektroforez tibbi praktikada insan orqanizminə müxtəlif dərman vasitələrinin yeridilməsində də tətbiq olunur.
Elektroosmosda isə müxtəlif çöküntülərin tərkibindəki artıq suyun kənarlaşdırılması, su, jelatin və müxtəlif dərman maddələrinin qarışıqlardan təmizlənməsi, qruntun qurudulması, məsaməli maddələrin keyfiyyətini yüksəltmək üçün onlara müəyyən maddə məhlullarının hopdurulmasında və s. istifadə olunur.
Dostları ilə paylaş: |