Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiTƏSİ referat


İkiqat elektrik təbəqəsinin quruluşu



Yüklə 59,6 Kb.
səhifə3/6
tarix22.05.2023
ölçüsü59,6 Kb.
#119531
növüReferat
1   2   3   4   5   6
referat 4210

İkiqat elektrik təbəqəsinin quruluşu
Heterogen sistemlərdə fazaların ayrılma sərhəddində ikiqat elektrik təbəqəsinin yarabması fikri Q.Kvinke tərəfindən irəli sürülmüş və daha sonralar bir çox tədqiqatçılar tərəfindən inkişaf etdirilmişdir. İET – nin quruluşunu izah etmək üçün üç nəzəriyyə irəli sürülmüşdür. Bu nəzəriyyələrin təhlilinə keçməzdən əvvəl İET ilə bağlı bəzi ümumi təsəvvürlər qeyd edək.
İET dispers fazanın səthi ilə nəsbətən möhkəm əlaqəli olan müəyyən işarəli ionlardan və fazaların ayrılma səthinin yaxınlığında dispers mühit daxilində olan ekvivalent miqdarda əks işarəli yükə malik ionlardan təşkil olunmuşdur. Dispers faza hissəciyin səthində yerləşib onun yükünü təyin edən ionlara potensialtəyinedici ionlar, məhlulda fazalararası səthə yaxın sahədə yerləşən əks yüklü ionlara isə əks ionlar deyilir.
Bərk və maye fazaların bir-birinə nəzərən hərəkəti zamanı sürüşmə səthi boyunca İET – nin dağılması baş verir. Bu sürüşmə səthində meydana çıxan potensial elektrokinetik potensial (Ϛ) və ya zeta potensial adlanır.
İET ilə bağlı bu anlayışlarla tanış olduqdan sonra, İET – nin quruluşu izah edən nəzəriyyələri nəzərdən keçirək.

Hemhots – Perren nəzəriyyəsi.
İET – nin quruluşu barədə ilk nəzəriyyə 1879-cu ildə Helmholts tərəfindən irəli sürülmüş və daha sonralar Smoluxovski və Perren tərəfindən inkişaf etdirilmişdir. Bu nəzəriyyəyə əsasən İET müstəvi kondensator kimi nəzərdən keçirilirdi. Onun lövhələrindən biri bilavasitə bərk cismin səthi ilə əlaqəli olub, əks yük daşıyan digəri mayenin daxilindədir. Lövhələr bir-birindən molekulun ölçüsü qədər məsafədə yerləşmişdir. Belə İET – də potensial müstəvi kondensatorda olduğu kimi məsafədən asılı olaraq xətti və kəskin surətdə azalır. Səth yükü qs – in qiyməti isə aşağıdakı düsturla müəyyən olunur;
qs =
burada ℇ - kondensatorun lövhələri arasındakı mühitin dielektrik nüfuzluğu, φ0 – dispers faza və məhlul arasında potensiallar fərqi, σ – kondesatorun lövhələri arasındakı məsafədir.
Helmholts – Perren nəzəriyyəsinə əsasən İET – nin quruluşunun sxemi şəkil 2 – də verilmişdir. Şəkildəki ştriklənmiş sahə bərk fazanı, ştrixlənməmiş hissə isə mayeni göstərir. Şəkildə hamçinin bərk cismin səthindən uzaqlaşma məsafəsi olan x – ın artması ilə potensial düşküsü göstərilmişdir. Belə İET – də ümumi potensial sıçrayışı φ ( termodinamiki potensial) bərk faza və məhlul arasında olan potensial sıçrayışına (elektrokinetik potensial) bərabərdir.

İET – nin quruluşu barədə bu nəzəriyyə elektrokinetik hadisələrin bir çox xüsusiyyətlərini izah edə bilmirdi. Nəzəriyyənin çatışmayan cəhətləri aşağıdakılardan ibarətdir. Helmholts – Perren nəzəriyyəsinə əsasən İET – nin qalınlığının molekulyar ölçüdə olduğu qəbul edilirdi. Lakin bu fikrə zidd olaraq müəyyən olunmuşdur ki, bərk və maye fazaların bir-birinə nəzərən hərəkəti zamanı İET – nin dağılma yeri (sürüşmə sərhəddi) həmişə maye fazada və fazalararası sərhəddən daha uzaq məsafədə yerləşir. Artıq qeyd etdiyimiz kimi, Helmholts – Perren nəzəriyyəsinə əsasən Ϛ = φ, ancaq təcrübi olaraq müəyyən olunmuşdur ki, Ϛ < φ . Bundan əlavə, Ϛ = φ olması o deməkdir ki, bu kəmiyyətlərin hər ikisi indifferent elektrolitlərin, yəni dispers fazanın kristal qəfəsinə daxil ola biləcək ionları olmayan elektrolitlərin iştirakından eyni cür asılı olmalıdır. Lakin müəyyən olunmuşdur ki, φ elektrolitlərin iştirakından asılı deyil, Ϛ üçün isə bu asılılıq əhəmiyyətli dərəcədədir.



Yüklə 59,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin