Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiTƏSİ referat


Elektrokinetik potensiala təsir edən amillər



Yüklə 59,6 Kb.
səhifə6/6
tarix22.05.2023
ölçüsü59,6 Kb.
#119531
növüReferat
1   2   3   4   5   6
referat 4210

Elektrokinetik potensiala təsir edən amillər
Elektrokinetik potensial İET – ni xarakterizə edən əsas parametrlərdən biri olub, bütün elektrokinetik hadisələrdə böyük rol oynayır. Bundan əlavə, elektrokinetik potensial zolların əsas davamlılıq faktorlarından biridir. Bu səbəbdən də Ϛ – potensiala təsir göstərən amillərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bildiyimi kimi Ϛ – potensialın qiyməti diffuziya təbəqəsinin qalınlığı ilə sıx əlaqədardır. Diffuziya təbəqəsinin qalınlığına təsir edən bütün faktorlar elektrokinetik potensialın dəyişməsinə səbəb olurlar.
Elektrokinetik potensialın qiyməti ilk növbədə məhlulda oln elektrolitlərddən asılı olur. Verilmiş bərk səthə ( dispers faza hissəciyinə ) təsir baxımından elektrolitlər indifferent və qeyri – indifferent olurlar. Indifferent elektrolitin ionları kolloid hissəciyin səthində adsorbsiya olunaraq, onun kristal qəfəsini qurmaq qabiliyyətinə malik deyildirlər. Buna görə də həmin ionlar potensialtəyinedici ola bilməzlər. İndifferent elektrolitlər ümumi potensial sıçrayışı φ0 – ı dəyişdirmirlər. Lakin indifferent elektrolitlərin sistemə əlavə edilməsi ilə əks ionların qatılığı artdığından, diffuziya təbəqəsi sıxılır və nəticədə Ϛ – nın qiyməti azalır.
İndifferent elektrolitlərin sistemə əlavə edilməsi zamanı iki hal ola bilər; 1) elektrolitin ionlarından biri İET – nin əks ionları ilə eynidir; 2) elektrolitin ionlarından heç biri əks ionlarla eyni deyil. Birinci halda, yəni əlavə olunan elektrolitin ionlarından biri əks ionlarla eyni olduqda, elektrolitin qatılığının artması ilə diffuziya təbəqəsinin qalınlığı azalır. Bu, diffuziya təbəqəsində olan əks ionların adsorbsiya təqəbəsinə keçməsi ilə əlaqədar baş verir və nəticədə elektrokinetik potensialın qiyməti də kiçilir (şəkil 6). Elektrolitin çox yüksək qatılıqlarında diffuziya təbəqəsindəki bütün əks ionların adsorbsiya təbəqəsinə keçməsi ilə əlaqədar olaraq, artıq diffuziy təbəqəsi mövcud olmur. Bu halda φ0 – ın qiyməti olduğu kimi qalsa da, Ϛ = 0 olur. Elektrokinetik potensialın qiymətinin sıfra bərabər olduğu hal izoelektrik hal adlanır. İzoelektrik halda kolloid hissəciklər artıq potensiallar fərqinin təsiri altında hərəkət etmirlər, elektroforezin sürəti sıfra bərabər olur. İzoelektrik halında zolun davamlılığı ən aşağı və o, asanlıqla koaqulyasiyaya uğrayır. Qeyd etmək lazımdır ki, Ϛ = 0 olması səthdə yükün olmaması demək deyildir. Bu halda hissəciyin səthində potenialtəyinedici ionlar qalır, lakin onlar əks ionlarla tamamilə kompensasiya olunmuş olur.
İkinci halda isə, birincidən fərqli olaraq, kolloid hissəciyin əks ionları əlavə olunan elektrolitin ekvivalent miqdarda eyni işarəli ionları ilə əvəz olunur. Əgər səth ilə spesifik adsorbsion qarşılıqlı təsir baş vermirsə, ionların mübadiləsi onların valentliyi ilə müəyyən olunur. İET – nin əks ionu onunla eyni valentlikli ionla əvəz olunduğu halda bu ionların İET – də qatılıqları nisbəti onların məhlulun daxilindəki qatılıqları nisbətinə bərabər olur. əks ionların valentliyi eyni deyilsə, onda ion mübadiləsini tarazlığı dha yüksək valentliyə malik olan ionun İET – yə daxil olması istiqamətinə yönəlir. Əks ionun yükü nə qədər böyük olarsa, İET bir o qədər çox sıxılır.
İonların spesifik adsorbsiya müşahidə olunduqda isə, ion mübadiləsi mürəkkəbləşir. Bu halda eyni valentliyə malik ionlar İET – yə daxil olmaq qabiliyyətinə görə müəyyən sıralarda yerləşirlər. Bildiyimiz kimi, ionun həqiqi radiusu artdıqca, onun polyarlaşması artır, hidratlaşma dərəcəsi azalır. Ona görə də onlar daha asanlıqla İET – yə daxil olurlar və elektrostatik qarşılıqlı təsirin güclənməsi hesabına bərk səthə daha çox yaxınlaşırlar.
Yüksək adsorbsiya qabiliyyətinə malik çoxvalentli ionlar kolloid hissəciklərin yükünün işarəsini belə dəyişə bilərlər. Başqa sözlə, səthin yenidən yüklənməsi baş verir və Ϛ– potensial işarəsini dəyişir.
İndifferent elektrolitlərdən fərqli olaraq, qeyri – indifferent elektrolitlər dispers fazanın kristal qəfəsinə daxil ola bilən ionlara, yəni potensialtəyinedici ionlara malik olurlar. İET – yə daxil olan bu ionlar φ0 potensialını artırırlar. Lakin sistemə əlavə olunan elektrolitin əks ionla eyni işarəyə malik digər ionlara İET – ni sıxa bilirlər. Qeyri – indifferent elektrolitin kiçik qatılıqlarında potensialtəyinedici ionların təsiri daha güclü olur, yəni φ0 yüksəlir. Sistemə daxil olan ionlar hesabına kristal qəfəsinin böyüməsi başa çatdıqdan sonra isə əks ionlar İET – yə təsiri artır. Buna görə də qeyri – indifferent elektrolitlərin qatılığının yüksəlməsi ilə Ϛ – potensialı əvvəlcə artaraq maksimuma çatır, sonra isə azalır.
Qeyri – indifferent elektrolitlərin İET – yə daxil edilməsi halında da səthin yenidən yüklənməsi baş verə bilər.
Elektrokinetik potensiala təsir göstərən amillərdən biri mühitin pH – dir. Dispers mühitin pH- ı kolloid hissəciklərin Ϛ- potensialına güclü təsir göstərə bilər, çünki hidrogen və hidroksil ionları yüksək adsorbsiyaqabiliyyətinə malikdir. Hidrogen ionlarının radiusu kiçik olduğundan onlar bərk fazanın səthinə çox yaxınlaşa bilir, hidroksil ionları isə böyük dipol momentinə malik olduğu üçün yaxşı adsorbsiya olunur.
Dispers mühitin təbiətinin təsirinə gəldikdə, elektrokinetik hadisələr, uyğun olaraq fazalararası sərhəddə ikiqat elektrik təbəqəsinin mövcudluğu polyar dispers muhitli sistemlər üçün xarakterikdir. Aparılmış çoxsaylı tədqiqatlar göstərir ki, dispers fazanın Ϛ – potensialı həlledicinin polyarlılığının artması ilə artır.
Ϛ – potensialına təsir göstərən digər bir amil dispers sistemin qatılığıdır. Qatılıq azaldıqda, yəni sistemin durulaşması zamanı İET – nin qalınlığı artır və Ϛ – nın qiyməti yüksəlir. Lakin qeyd etmək lazımdır ki, durulaşma zamanı dispers faza hissəciyinin səthindəki potensialtəyinedici ionun desorsiyası da baş verə bilər ki, bu da φ0 potensialının, uyğun olaraq da Ϛ – potensialın azalmasına gətirib çıxarır. Qatılıq artdıqda İET – nin qalınlığı azalır və elektrokinetik potensial kiçilir. Göründüyü kimi, Ϛ – nin qiyməti iki faktordan asılıdır. Onlardan hansının üstünlük təşkil etməsindən asılı olaraq, Ϛ – nin qiyməti o istiqamətdə dəyişir.
Temperaturun elektrokinetik potensiala təsiri kolloid sistemin qatılığı ilə anolojidir. Temperatur yüksəldikcə əks ionların istilik hərəkətinin intensivliyi də artır ki, bunun nəticəsində İET – nin qatılığı və Ϛ – potensialın qiyməti artır. Temperatur azaldıqda bunun əksi müşahidə olunur.
Ədəbiyyat

  1. Cəfərov Y.İ. “ Fiziki və kolloid kimya ” Bakı.2008.

  2. T.Ağdamski Fiziki və kolloid kimyasının əsasları B.1984

  3. C.İ.Mirzai, V.Q.Muradxanlı “ Kolloid kimya ” Bakı – 2011, 372səh

  4. E.İ.Əhmədov “ Kolloid kimya” Bakı – 2007, 371 səh

  5. Dobiçin və.b. Fiziki və kolloid kimya fakultəsi tələbələri üçün dərslik M.1987




Yüklə 59,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin