MÖVZU IV. Əmək bölgüsü və əmək kooperasiyası, onun təkmilləşdirilməsi
Əmək bölgüsü. Əmək bölgüsü və elmi-texniki tərəqqi. Əmək bölgüsünə təsir edən amillər. Bu sahədə baş verən müasir meyillər. Əmək bölgüsünün forma və növləri, onların qarşılıqlı əlaqəsi. Əmək kooperasiyası. Kollektiv əmək təşkili, istehsal briqadaları, onların tipləri, formalaşması problemləri. Müasir istehsal sistemləri şəraitində əmək bölgüsü və kooperasiyasının təkmilləşdirilməsi, onun sosial-iqtisadi nəticələri.
MÖVZU V. İş yerlərinin təşkili və ona mütərəqqi xidmət problemi
İş yerləri maddi və qeyri-maddi nemətlər istehsalının ilkin həlqəsi, məkanı kimi. Müxtəlif istehsal sistemləri, əmək fəaliyyəti şəraitində iş yerlərinin təşkili xüsusiyyətləri.
Elmi-texniki tərəqqi və iş yerləri.
İş yerlərinin təşkilinin ergonomik problemləri və sistemləri.
İş yerlərinin səmərəli təşkili prinsipləri və metodları.
İş yerlərinə xidmət. İş yerlərinin təchizatı. İş yerlərinin planirovkası.
İş yerlərinin layihələndirilməsi və təkmilləşdirlməsi məsələlri.
Ədəbiyyat:
-
Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003
-
Quliyev T.Ə., Məmmədov Ə.İ. Əməyin iqtisadiyyatı və sosiologiyası. Bakı, 2009
-
Məmmədov A.B. Əməyin normalaşdırılmasının əsasları. Bakı, 2002
-
Yusufova T.Q. Əməyin iqtisadiyyatının əsasları. Bakı, 2005
Dostları ilə paylaş: |