NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
İQTİSADİYYATI
I mərhələ: 1924-1969-cu illər
Sovetlər Birliyinin yarandığı ilk illərdə iqtisadi islahatların
başlıca istiqamətini kollektivləşmə, əsaslı təsərrüfatçılıq və
sənaye potensialının dirçəlişinə yönəlmiş tədbirlər təşkil edirdi.
Naxçıvanda da sənaye istehsalının nisbətən yeni texniki baza
üzərində qurulmasına səy göstərilirdi. Bu istiqamətdə həyata
keçirilən tədbirlər çərçivəsində həmin illərdə Ordubad rayonunda
konserv zavodu və yeni tipli ipəkçilik fabriki tikilmiş, Şərur
rayonunda pambıq zavodu bərpa olunmuş, Naxçıvan şəhərində
yeni pambıq zavodu tikilmiş, şərabçılıq müəssisəsi bərpa
olunmuşdur. Tarixi inkişafın gedişini əks etdirən sosial-iqtisadi
xarakterli materialların, sənədlərin təhlili göstərir ki, sonrakı
dövrlərdə Naxçıvan iqtisadiyyatına real vəziyyətdən irəli gələn
diqqət göstərilməmiş, müxtəlif dövrlərdə onun qarşısında duran
vəzifələrin yerinə yetirilməsinə respublika üzrə icra templərindən
gec başlanılmışdır.
Azərbaycanda sənayeləşdirmə və birinci beşillik planın
vəzifələrinin yerinə yetirildiyi vaxtda muxtar respublikada
sənayenin qismən yeni texniki baza üzərində bərpası işləri həyata
keçirilirdi. Tarixi mənbələr göstərir ki, muxtar respublikada
dağılmış sənayenin ilkin bərpası duz mədəni üzrə 1924-1926-cı,
ipəkçilik üzrə 1924-1927-ci, konserv istehsalı üzrə 1925-1927-ci,
şərabçılıq üzrə 1926-1927-ci illərdən başlayaraq həyata
keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası – 90
Sosialist inqilabı ərəfəsində Naxçıvan ərazisində olan
sənaye müəssisələri yüngül və yeyinti sənayesi sahələrinə aid
olmaqla, əsasən, kiçik kustar xarakteri daşıyırdı. İnqilabdan son-
rakı dövrdə aparılan bir sıra yenidənqurma işlərinə baxmayaraq,
birinci beşilliyin axırlarında muxtar respublikada hələ də tam
gücü ilə işləməyən, texniki bazası zəif olan xeyli sayda koope-
rativləşdirilməyən xırda müəssisələr vardı. 1930-cu ildə bütün
sənayedə işləyənlərin 43,2 faizi, 1932-ci ildə isə 50 faizi fabrik-
zavod sənayesinin payına düşürdü. Beləliklə, hələ birinci beşil-
liyin axırlarında sənaye istehsalının iri fabrik-zavod müəssisələri
hesabına təşkili başa çatmamışdı. Şübhəsiz ki, bu proses sonrakı
beşillikdə də xeyli vaxt və vəsait tələb etməklə sənayenin ümumi
inkişafını və sahə quruluşunun təkmilləşdirilməsi imkanlarını
məhdudlaşdırmışdı.
1933-1937-ci illərdə Naxçıvanda yağ və pendir zavodları,
mərmər və mebel fabrikləri tikilib istifadəyə verildi. Badamlı
mineral su doldurma zavodunun tikintisinə başlanıldı. Ordubad
baramaaçma fabriki yenidən quruldu. Qarabağlar və Xok kənd-
lərində muxtar respublikada ilk dəfə olaraq kənd elektrik stansi-
yaları tikildi. 1940-cı ilə nisbətən 1950-ci ildə muxtar respubli-
kada sənaye məhsulu istehsalı 44 faiz artmışdır.
Yeni sənaye müəssisələri Naxçıvan və Ordubad şəhərləri
ilə yanaşı, Şərur, Şahbuz və Culfa rayonlarında da tikilirdi.
1951-1955-ci illərdə Şərur rayonunda elektrik şəbəkəsi, Ordubad
rayonunda Parağaçay, Şərur rayonunda Gümüşlü dağ-mədən
sənaye müəssisələri, Naxçıvan şəhərində çörək zavodu, ət
kombinatı, Şahbuz rayonunda Badamlı mineral su doldurma
zavodu tikilib işə salındı. Nəticədə, sənayenin yeni sahələri, o
Naxçıvan Muxtar Respublikası – 90
cümlədən mineral sular, ət, süd, çörək-bulka, əlvan metal
istehsalı sahələri meydana gəldi və bu sahələr hesabına sənaye
məhsulu istehsalı 1951-1955-ci illərdə 87 faiz artdı.
1956-1965-ci illərdə tikilən elektrotexnika zavodu, tikinti
sənaye müəssisələri, tütün fermentasiya zavodu və Sirab mineral
su zavodu muxtar respublika iqtisadiyyatının inkişafında böyük
rol oynadı. Bunlarla yanaşı, Naxçıvanda dəmir-beton məmulatları
zavodunun tikintisinə, Naxçıvan duz mədəninin texniki cəhətdən
yenidən qurulmasına başlanıldı. Artıq 1965-ci ildə sənaye
sahəsində 40 adda məhsul buraxılırdı. Bu dövr ərzində muxtar
respublikanın elektrikləşdirilməsi istiqamətində mühüm addımlar
atılmış, Naxçıvana Mingəçevir Su Elektrik Stansiyasından enerji
verilməsinə başlanılmışdır. Xam ipək istehsalı həmin dövrdə
40 tona çatdırılmışdır. 1964-cü ildə yaradılmasının 40 illiyi və
əldə etdiyi nailiyyətlərə görə Naxçıvan Muxtar Respublikasına
Lenin ordeni verilmişdir.
Naxçıvan iqtisadiyyatının 1956-1965-ci illərdəki inkişafı
çox ziddiyyətli, natamam xarakter daşımışdır. Belə ki, həmin
illərdə sənaye sahəsində bir sıra irəliləyiş baş versə də, kənd
təsərrüfatının daha da inkişaf etdirilməsi vaxtında və lazımi
səviyyədə yerinə yetirilmədi. Başlıcası isə 1956-1965-ci illərdə
kənd təsərrüfatı xammalı emal edən və bu əsasda inkişafına
böyük imkanlar olan ənənəvi sənaye sahələrinə diqqət olduqca
zəifləmişdi. Nəticədə, 1954-cü ildən başlayaraq sənayedə
durğunluq və tənəzzül yarandı. 1956-1959-cu illərdə sənayedə
məhsul istehsalının həcmi mütəmadi olaraq azalmış, 1958-ci ildə
1955-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 91 faiz, 1959-cu
ildə 99,2 faiz olmuşdur. Ümumiyyətlə, sənaye məhsulu
Naxçıvan Muxtar Respublikası – 90
istehsalının həcmi 1956-1960-cı illərdə cəmi 6 faiz, 1961-1965-ci
illərdə 8 faiz artmışdır. İnkişafı kənd təsərrüfatının vəziyyətindən
asılı olan yüngül, yeyinti sənaye sahələri, inkişafına böyük
imkanlar olan tikinti materialları istehsalı sahələri həmin illərdə
durğunluq dövrü keçirirdi. 1960-cı illə müqayisədə 1965-ci ildə
meşə, ağac emalı və kağız-sellüloz sənayesi məhsulunun həcmi
92 faiz, tikinti materialları sənayesi məhsulunun həcmi 95 faiz
təşkil etmişdir. Yüngül sənayedə məhsul istehsalının həcmi cəmi
14 faiz, yeyinti sənayesində isə 5 faiz artmışdı. Naxçıvanın
ənənəvi kənd təsərrüfatı sahələri və onun xammalını emal edən
sənaye açıq-aşkar tənəzzülə uğrayırdı. Ümumiyyətlə, 1960-cı
illərin ikinci yarısınadək təqribən 40 il ərzində Naxçıvanın
iqtisadiyyatı Azərbaycanın bir çox başqa ərazilərinə nisbətən
aşağı səviyyədə olmuş, sənaye məhsulunun artım sürətinə görə o
həm də keçmiş SSRİ-də olan muxtar qurumlar arasında axırıncı
yerlərdən birini tutmuşdu.
1960-cı illərin əvvəllərində SSRİ Dövlət Plan Komitəsinin
xalq təsərrüfatının inkişafına dair hazırladığı arayışda, eləcə də
SSRİ Ali Sovetinin yenə həmin vaxt apardığı təhlillərdə
Qafqazın və Orta Asiyanın muxtar vilayətləri və muxtar
respublikaları arasında əhalinin hər bir nəfərinə düşən sənaye
məhsulunun həcminə görə Naxçıvan Muxtar Respublikasının
axırıncı yerlərdə olduğu qeyd olunmuşdur.
Muxtar respublika iqtisadiyyatının həmin dövrdə ümumi
inkişafdan xeyli geri qalmasının bir səbəbi rəhbərliyin
təşəbbüskarlıqdan uzaq xarakterli idarəetməyə üstünlük verməsi
və mərkəzi direktivlərdən asılı mövqeyi idisə, digər bir səbəbi
erməni millətçilərinin törətdiyi fitnəkarlıqlardan ibarət idi. Duz
Naxçıvan Muxtar Respublikası – 90
istehsalının yüksək səviyyəli inkişafını təmin etmək üçün
Naxçıvanda
olan
böyük
duz
mədənlərində
hasilatın
genişləndirilməsi istəyinin də qarşısı ermənilər tərəfindən
alınmışdır. Buna alternativ kimi həmin illərdə SSRİ Dövlət Plan
Komitəsində işləyən ermənilərin dəstəyi ilə Ermənistanın Avan
adlı çox cüzi ehtiyatlara malik duz yataqlarından istifadə
məsələsi ortaya atılmış, Naxçıvan duzunun guya çox baha başa
gəldiyi “əsaslandırılmışdır”. Azərbaycan isə öz kimya sənayesini
inkişaf etdirmək üçün baha qiymətə başqa yerlərdən duz
gətirməyə məcbur olmuşdur.
Sovet hakimiyyəti inqilabdan əvvəl ölkənin bütün torpaq
fondunun 92,1 faizinə sahiblik edən xanlardan, bəylərdən və
həmçinin dövlət və dini idarələrdən torpaqları müsadirə edib,
20 mindən artıq yoxsul kəndli təsərrüfatları arasında payladı.
Həmin islahat nəticəsində 10344 torpaqsız kəndli torpağa malik
oldu. Beləliklə, muxtar respublikanın bütün torpaq fondunun
75 faizi əhalinin ən geniş təbəqəsini təşkil edən yoxsul kəndli
təsərrüfatlarına verildi. Qalan 25 faiz torpaqlar isə dövlət
fondunda qaldı ki, bunlardan da kəndlilər yay və qış otlaqları
kimi istifadə etməyə başladılar.
1924-cü il fevralın 9-da Naxçıvan MSSR yaradılaraq
Azərbaycan SSR-in tərkibinə daxil edildikdən sonra ilk növbədə
xalq təsərrüfatının əsas sahəsi olan kənd təsərrüfatının geniş
inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilməyə başlanılmış,
dövlətin vəsaiti və köməyi ilə dağıdılmış suvarma kanalları bərpa
edilmişdir.
1924-cü ildə muxtar respublikada əkin sahələrinin altında
bütün təsərrüfat kateqoriyaları üzrə 45 min hektar kənd
Naxçıvan Muxtar Respublikası – 90
təsərrüfatına yararlı torpaq sahəsi olmuşdur. 1925-ci ildə
36275 hektar əkin sahəsinin 19770 hektarı buğda, 7675 hektarı
arpa, 7583 hektarı pambıq, 365 hektarı çəltik, 78 hektarı bostan,
804 hektarı isə digər əkinlərin payına düşmüşdür. 1926-cı ildə
əkin sahəsi 5339 hektar artaraq 41614 hektar olmuşdur ki, bu
artım buğda əkinlərində 830 hektar, pambıq əkinlərində
789 hektar, bostan əkinlərində 1765 hektar, çəltik əkinlərində isə
7 hektar olmuşdur.
1930-cu illərdə kollektiv təsərrüfatların (kolxozların)
yaradılması, kənd təsərrüfatının yeni formada idarə olunması bu
sahənin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.
1940-cı illə müqayisədə 1945-ci ildə kənd təsərrüfatı
məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır. Bu artım
buğda istehsalında 19433,4 ton, arpa istehsalında 7460 ton,
paxlalı bitkilər istehsalında 3040 ton, çəltik istehsalında
2363 ton, darı istehsalında 1058 ton olmuşdur. 1924-cü illə
müqayisədə buğdanın əkin sahəsi 7601 hektar, arpa əkini sahəsi
2832 hektar, pambıq əkini sahəsi 1867 hektar artmışdır. Bu
dövrdə yeni bitkilər əkin dövriyyəsinə daxil edilmişdir. Belə ki,
950 hektar sahədə paxlalı bitkilər, 149 hektarda isə darı əkini
aparılmışdır.
1940-cı illərdə pambıq istehsalına maraq artdığından əkin
sahəsi 9450 hektara çatmış, məhsul istehsalı 5805 ton, məhsul-
darlıq 6,1 sentner olmuşdur. 1941-1945-ci illərdə pambıq əkini
sahəsi azalaraq 4656 hektar olsa da, məhsuldarlıq 6,1 sentnerdən
15 sentnerə yüksəlmiş və məhsul istehsalı 6996 tona çatmışdır.
Pambıqdan hazırlanan məhsullara tələbat artdığından sonrakı
illərdə də əkin sahəsində və məhsul istehsalında artım templəri
Naxçıvan Muxtar Respublikası – 90
davam etmişdir. Belə ki, 1951-1955-ci illərdə pambığın əkin
sahəsi 1945-ci ilə nisbətən iki dəfə artaraq 9278 hektara çatmış,
məhsul istehsalı isə 2,7 dəfə artmaqla, 19069 ton olmuşdur. Orta
hesabla məhsuldarlıq hektara 20,5 sentner olmuşdur ki, bu da
1941-ci illə müqayisədə 1,4 dəfə və ya 5,5 sentner çoxdur.
1954-cü ilin dekabrında 1955-1960-cı illərdə Naxçıvanda
kənd təsərrüfatının daha da inkişaf etdirilməsi haqqında
Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Soveti və
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən
xüsusi qərar qəbul edildi. Bu qərar muxtar respublikanın
mürəkkəb iqtisadi inkişaf problemləri qarşısında tam əhatəli
olmasa da, hər halda onun məhsuldar qüvvələrinin inkişafında
xeyli imkanlara malik olan suvarma əkinçiliyinin, bu əsasda kənd
təsərrüfatı məhsulları emalı sahələrinin genişlənməsinə müəyyən
təkan verməli idi. Həmin qərar əsasında bir neçə su anbarının və
başqa əhəmiyyətli suvarma obyektlərinin tikilməsi nəzərdə
tutulurdu ki, bu da iqtisadiyyatın bir qədər canlanmasına səbəb
olmalı idi. 1956-cı ildə istismara verilən Yuxarı Sovxoz kanalı
əsrlərdən bəri istifadəsiz qalan min hektardan çox yeni münbit
sahələrin əkilməsinə şərait yaratdı.
Həmin illərin əkin strukturunda ərzaq bitkiləri üstünlük
təşkil etsə də, sənaye əhəmiyyətli texniki bitkilərin əkilməsinə də
üstünlük verilmişdir. Belə ki, 1940-cı ildə muxtar respublikada
tütünün əkin sahəsi 500 hektar olduğu halda, 1961-1965-ci
illərdə bu göstərici 958 hektara yüksəlmişdir. Məhsul istehsalı
1940-cı ildə 450 ton, 1950-ci ildə 542,1 ton, 1960-cı ildə
1185,5 ton, 1965-ci ildə 1458,2 ton olmuşdur. Məhsuldarlıq
Naxçıvan Muxtar Respublikası – 90
1940-cı ilə nisbətən 1945-ci ildə 62,2 faiz, 1950-ci ildə 150 faiz,
1955-ci ildə 2,2 dəfə, 1960-1965-ci illərdə isə 170 faiz artmışdır.
1965-ci ildə Naxçıvan MSSR-də kənd təsərrüfatı bitkilə-
rinin əkin sahəsi 27385 hektar olmuşdur. Ümumi əkin sahəsinin
60,5 faizini, yəni 16577 hektarını dənli-paxlalılar, 17,6 faizini,
yəni 4812 hektarını pambıq, 4,2 faizini, yəni 1154 hektarını
tütün, 1,4 faizini, yəni 377,4 hektarını bostan və tərəvəz, 16,3 fai-
zini, yəni 4464,6 hektarını isə yem bitkiləri əkini sahəsi təşkil
etmişdir.
Kənd təsərrüfatının inkişaf etdirilməsində mövcud kənd
təsərrüfatı texnikalarının böyük rolu olmuşdur. Belə ki, 1964-cü
ildə Naxçıvan MSSR-də kolxozlarda olan 570 ədəd traktorlardan
287 ədədi tırtıllı, 283 ədədi isə təkərli traktorlar olmuşdur.
Bundan başqa, taxılbiçən kombaynlar 154 ədəd, yük
avtomobilləri 316 ədəd olmuşdur. Bu texnikaların kənd
təsərrüfatı işlərinin aqrotexniki qaydaya uyğun vaxtında və
keyfiyyətlə
aparılmasında,
eyni
zamanda
məhsuldarlığın
yüksəldilməsində müstəsna əhəmiyyəti olmuşdur.
Sovetlər
Birliyi
dövründə
də
muxtar
respublika
iqtisadiyyatının əsasını kənd təsərrüfatı sahəsi təşkil etdiyindən
meliorasiya və su təsərrüfatı sahəsinin inkişafı həmişə ön planda
olmuşdur. Lakin 60-cı illərə qədər bu sahənin inkişaf tempi tələb
olunan səviyyədə olmamışdır. Muxtar respublikanın əsas su
mənbələri olan Araz, Arpaçay, Naxçıvançay, Əlincəçay və
Gilançay kimi çayların potensialından lazımınca istifadə
olunmamış, hidrotexniki qurğuların tikintisi prosesinin ləng
aparılması kənd əməkçilərini daima su çatışmazlığı ilə
üzləşdirmişdir. 1951-55-ci illərdə Batabat 0-1-2 göllərinin
Naxçıvan Muxtar Respublikası – 90
istifadəyə verilməsi irriqasiya sahəsində əlamətdar bir hadisə olsa
da, bu göllərdə yığılan su tələbatı ödəmirdi. 1961-1966-cı illərdə
Uzunoba, Nehrəm, Qahab göllərinin və bundan sonra da bir sıra
kiçik sututarlarının tikintisi başa çatdırıldı. Lakin buna
baxmayaraq, yenə də suvarma suyuna olan tələbat ödənilmirdi.
Həmin dövrdə ermənilərin Naxçıvan iqtisadiyyatına
vurduğu ən böyük zərbələrdən biri də Arpaçayın suyunun Göyçə
gölünə axıdılması oldu ki, bu da əsas kənd təsərrüfatı məhsulları
istehsalının mərkəzi olan Şərur rayonunda kəskin su qıtlığı
yaratdı.
Rabitənin inkişafı istiqamətində 1920-ci ildə Naxçıvan
Rabitə Şəbəkəsinin yaradılması haqqında layihə təsdiq edilmiş və
rabitə stansiyasının mərkəzi Naxçıvan şəhərində olmaqla,
Şahtaxtı, Culfa, Yaycı və Ordubadda rabitə məntəqələrinin
açılması qərara alınmışdır.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq
Komissarları Soveti tərəfindən 1926-cı il 17 mart tarixli
“Naxçıvan MSSR-nin telefonlaşdırılması haqqında” qərar qəbul
edilmiş və həmin qərara əsasən, ilk növbədə, Naxçıvan-Qıvraq-
Baş Noraşen və Naxçıvan-Cəhri-Şahbuz-Biçənək xətti, ikinci
növbədə isə Naxçıvan-Culfa-Ordubad-Parağa xəttinin çəkilməsi
nəzərdə tutulmuşdur.
1929-cu ildə Naxçıvan MSSR üzrə təkcə Naxçıvan
şəhərində 42 nöqtədə radio qovşağı mövcud idisə, 1932-1933-cü
illərdə bu göstərici 80-ə çatdırılmış, Ordubadda, Culfada, Şərur və
Şahbuzda 30 yerdə radio qovşağı quraşdırılmışdır. 1932-1934-cü
illərdə Culfada, Əbrəqunusda və Şahbuzda radio qovşağı
tikilərək istifadəyə verilmişdir. 1932-ci il aprelin 1-də Naxçıvan
Naxçıvan Muxtar Respublikası – 90
Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvan Radio
Verilişləri Komitəsi yaradılmışdır.
1932-ci ildə Naxçıvanda 7 poçt-teleqraf və telefon
müəssisəsi, 10 poçt-teleqraf agentliyi, Naxçıvan şəhərində
100 nömrəlik telefon stansiyası tikilib istifadəyə verilmiş, telefon
xətlərinin uzunluğu 1414 km-ə çatdırılmışdır. 1933-1936-cı
illərdə muxtar respublikada 2 kommutator olmaqla, 42 telefon
nöqtəsini əhatə etmiş, kənd sovetlərinin 67 faizi telefonlaş-
dırılmışdır.
1956-cı ildə muxtar respublikada 7767 radio qovşağı
mövcud olmuş, 101 kolxoz, 57 kənd sovetliyi telefonlaşdırılmış,
abonentlərin sayı 1168-ə çatdırılmışdır. 1968-ci ildə muxtar
respublikada 18 000 radio qovşağı, 4550 telefon nömrəsi
olmuşdur ki, bundan 3300-ü şəhərdə, 1250-si isə kəndlərdə
xidmət göstərmişdir.
Naxçıvanda sərnişin və yükdaşımaların tarixi nə qədər
qədim olsa da, onun dövlət səviyyəsində idarə olunması
avtomobil
nəqliyyatının
təşəkkülü
ilə
bağlıdır.
Muxtar
respublikada avtomobil nəqliyyatının mərkəzləşdirilmiş qaydada
fəaliyyəti ötən əsrin iyirminci illərindən, muxtariyyət dövründən
başlanmış, avtomobil nəqliyyatı ilə əlaqədar olan ilk təşkilatlar
Naxçıvan Kommunal Təsərrüfat Komissarlığının tərkibində
yaranmışdır. Naxçıvan İnqilab Komitəsinin 32 nömrəli qərarı ilə
Naxçıvan Dəmir Yolunun Naxçıvan Şöbəsi yaradılmışdır.
Naxçıvan Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə
Komitəsinin 1924-cü il 18 yanvar tarixli birinci plenumunda
yolların və körpülərin vəziyyətinə diqqətin artırılması tələb
olunurdu. Həmin tarixdən Naxçıvan Sovet Sosialist Respublikası
Naxçıvan Muxtar Respublikası – 90
Xalq Kommunal Komissarlığının tərkibində avtonəqliyyat şöbəsi
fəaliyyətə başlamışdır.
Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1926-cı il
20 oktyabr tarixli qərarı ilə Naxçıvan Dəmir Yolu Stansiyası
yaradılmışdır. Şərur-Culfa sahəsindəki yol təsərrüfatı qurğularına
xidmət göstərmək məqsədilə 1928-ci ildə Naxçıvan Yol
Distansiyası yaradılmışdır.
1938-ci ildə Naxçıvan Kommunal Təsərrüfat Şöbəsinin
balansında 3 avtobus, 2 taksi, 8 yükdaşıyan maşın, Ordubad
Rayon Şöbəsində 4 avtomaşın, Culfa Rayon Şöbəsində isə cəmi
1 avtomaşın olmuşdur. 1938-ci ildə Naxçıvan Kommunal
Təsərrüfat Şöbəsinin tərkibində “Taksi” bölməsi, Ordubad
Kommunal Təsərrüfat Şöbəsinin tərkibində “Avtotransport”
bölməsi, Culfa Kommunal Təsərrüfat Şöbəsinin tərkibində isə
“Yükboşaltma avtotransportu” bölmələri təşkil olunmuşdur.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq
Komissarları Soveti 1940-cı il 18 sentyabr tarixində “Nəqliyyat
ekspedisiya kontorunun təşkil edilməsi və Azərbaycan Sovet
Sosialist Respublikası Avtonəqliyyat Xalq Komissarlığının
Naxçıvan Muxtar Respublikasında şöbəsinin təşkil edilməsi
haqqında” qərar qəbul etmişdir. Qərarda xalq təsərrüfatının
inkişafında avtonəqliyyat sahəsinin əhəmiyyəti qeyd olunmaqla
avtodaşımaların tənzimlənməsi üçün avtotəmir sexlərinin
yaradılması, avtomaşınların yanacaqla təmin olunması, Naxçıvan
şəhərində traktorçu və avtomobil sürücüləri üçün kursların təşkil
olunması məsələləri öz əksini tapmışdır.
1941-ci ildə uzunluğu 126 km olan Mincivan-Culfa dəmir
yolu xətti istismara buraxılmış və bununla da, Naxçıvan Muxtar
Naxçıvan Muxtar Respublikası – 90
Respublikası əvvəlki dövrlərə nisbətən çox əlverişli nəqliyyat
imkanı əldə etmişdir.
1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil
olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə
endirilmişdi. 1930-cu ildə Şərur, Naxçıvan, Ordubad, Culfa,
Əbrəqunus və Şahbuz rayonları yaradılmışdır. 1948-ci ildə
Əbrəqunus rayonu Culfa rayonuna birləşdirildikdən sonra
Naxçıvan MSSR inzibati cəhətdən beş rayona – Naxçıvan, Şərur,
Şahbuz, Ordubad və Culfa rayonlarına bölünmüşdür.
Dostları ilə paylaş: |