Azərbaycan respublikasi


həmişə  sıx  bağlı  olmuşam.  Hesab  edirəm  ki,  cəmiyyət  hara-



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix02.01.2022
ölçüsü49,79 Mb.
#2530
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
həmişə  sıx  bağlı  olmuşam.  Hesab  edirəm  ki,  cəmiyyət  hara-
dan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, 
gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir”. 
Ulu  öndər  ikinci  dəfə  hakimiyyətə  qayıdışından  sonra 
təhsilin  milli  tərəqqinin  gerçək  amilinə  çevrilməsi  üçün  geniş 
islahatların  həyata  keçirilməsi  vəzifəsini  qarşıya  qoydu.  Bu 
baxımdan  1999-cu  ilin  iyununda  imzalanmış  “Azərbaycan 
Respublikasının  Təhsil  sahəsində  İslahat  Proqramı”  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Belə  ki,  bu  proqram  Azərbaycanın  milli 
təhsil  sisteminin  aydın  strategiya  və  konsepsiyasını,  təhsilin 
idarəolunmasında  yeni  prinsiplərin  tətbiq  olunmasını,  onun 
beynəlxalq  normalara  uyğunlaşdırılmasını  və  dünya  təhsil 
sisteminə  inteqrasiyasının  sürətləndirilməsini  özündə  əks  etdirir. 
İslahat  proqramının  tələblərinin  yerinə  yetirilməsinin  təmin 
olunması, onun səmərəliliyinin yüksəldilməsi və təhsil sisteminin 
strukturunun yeniləşdirilməsi məqsədilə ulu öndər Heydər Əliyev 
“Azərbaycan  Respublikasında  təhsil  sisteminin  təkmilləşdiril-
məsi haqqında” 2000-ci il 13 iyun tarixində 349 nömrəli Fərman 
imzalamışdır. Bu fərman təhsilin inkişaf istiqamətlərini müəyyən 
etməklə təhsil işçilərinin fəaliyyəti üçün stimul yaratmışdır.  
Ümummilli  liderimiz  Heydər  Əliyevin  2001-ci  il  18  iyun 
tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 
2001-ci  il  9  avqust  tarixli  “Azərbaycan  əlifbası,  Azərbaycan  dili 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
gününün  təsis  edilməsi  haqqında”  fərmanları  və  digər  qərarlar 
təhsilin və elmin inkişafında, mədəni dəyərlərimizin qorunmasın-
da, milli şüurumuzun formalaşdırılmasında müstəsna əhəmiyyətə 
malikdir. 
Təməli  ümummilli  liderimiz  Heydər  Əliyev  tərəfindən 
qoyulmuş  siyasi  kurs  onun  layiqli  davamçısı,  Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək 
inam  və  əzmkarlıqla  davam  etdirilir.  Azərbaycan  təhsilinin, 
elminin,  mədəniyyətinin,  idmanının,  bir  sözlə,  mənəvi  dəyərləri-
nin daha da inkişaf etdirilməsi dövlət başçısının daim  diqqətində 
saxlanılır. 
Ölkə  başçısı  tərəfindən  2004-cü  il  21  avqust  tarixində 
təsdiq  olunmuş  “Azərbaycan  Respublikasında  ümumtəhsil 
məktəblərinin  informasiya  və kommunikasiya texnologiyaları  ilə 
təminatı  Proqramı”  və  2008-ci  il  10  iyun  tarixində  təsdiq 
olunmuş  “2008-2012-ci  illərdə  Azərbaycan  Respublikasında 
təhsil  sisteminin  informasiyalaşdırılması  üzrə  Dövlət  Proqramı” 
ölkəmizdə,  o  cümlədən  muxtar  respublikada  yeni  informasiya 
texnologiyalarından  istifadə  olunmaqla  təhsilin  keyfiyyətinin 
yüksəldilməsinə  xidmət  edən  və  dünya  təhsil  sisteminə 
inteqrasiya  imkanı  verən  vahid  təhsil  informasiya  mühitini 
yaratmaq və əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi 
daşımışdır. Bu dövr ərzində  muxtar respublikada təhsilin  maddi-


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
texniki  bazası  gücləndirilmiş,  o  cümlədən  yeni  müasirtipli 
məktəb  binaları  inşa  edilmiş,  mövcud  təhsil  ocaqları  isə  yenidən 
qurulmuş  və  ya  əsaslı  təmir  olunmuşdur.  Son  18  ildə  muxtar 
respublikanın şəhər, qəsəbə və kəndlərində hər cür avadanlıqlarla 
təchiz  edilən,  ən  yeni  kompyüter  dəstləri  ilə  təmin  olunan        
303  təhsil  müəssisəsi  tikilərək  və  ya  yenidən  qurularaq 
şagirdlərin istifadəsinə verilmişdir.  
Bununla  yanaşı,  müstəqillik  illərində  muxtar  respubli-
kamızda  şagirdlərin  asudə  vaxtının  səmərəli  təşkili  ilə  məşğul 
olan  məktəbdənkənar  müəssisələrinin  infrastrukturunun  yenilən-
məsi  muxtar  respublika  rəhbərliyinin  daim  diqqətində  saxlanılır. 
Son  illərdə  muxtar  respublikamızda  18  məktəbdənkənar  tədris 
müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur.  
“2008-2012-ci  illərdə  Azərbaycan  Respublikasında  təhsil 
sisteminin  informasiyalaşdırılması  üzrə  Dövlət  Proqramı”na 
uyğun  olaraq,  1  yanvar  2014-cü  il  tarixə  muxtar  respublikanın 
ümumtəhsil  məktəblərində  3409  dəst  kompyüter  quraşdırılmış, 
hər 13 şagird bir dəst kompyüterlə təmin  olunmuşdur. İstifadədə 
olan  3409  dəst  kompyüterin  2849-u  və  ya  83,6  faizi  internetə 
qoşulmuşdur.  Bununla  yanaşı,  təhsilin  informasiya  mühitinin 
yaradılması  məqsədilə  ümumtəhsil  məktəblərində  548  ədəd 
elektron  lövhə  quraşdırılmışdır.  Kompyüter  dəstlərinin  və 
elektron  lövhələrin  ümumtəhsil  məktəblərinə  verilməsi  və  yeni 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
təlim  metodlarından  istifadə  şagirdlərdə  vizual  təfəkkürün 
formalaşdırılmasında böyük rol oynayır.  
İntellektual  səviyyəli  gənclərin  yetişdirilməsi  sahəsində 
yüksək  bilik  və  pedaqoji  ustalığa  malik  müəllim  kadrlarının 
mövcudluğu  əsas  amildir.  Muxtar  respublikada  pedaqoji 
kadrların  hazırlanması  sahəsində  işin  gücləndirilməsi  məqsədilə 
ali 
təhsil 
müəssisələrinin 
şəbəkəsi 
genişləndirilmiş 
və 
infrastrukturu  yenilənmişdir.  Belə  ki,  muxtar  respublikamızda 
fəaliyyət  göstərən  Naxçıvan  Dövlət  Pedaqoji  İnstitutu  1990-cı 
ildə  Naxçıvan  Dövlət  Universitetinə,  Azərbaycan  Müəllimlər 
İnstitutunun  Naxçıvan  filialı  isə  2003-cü  ildən  müstəqil  instituta 
çevrilmişdir.  Bununla  yanaşı,  1999-cu  ildə  Naxçıvan  Özəl 
Universiteti yaradılmışdır.  
Mövcud  ali  təhsil  müəssisələrində  yetişdirilən  pedaqoji 
kadrların  ümumtəhsil  məktəblərində  lazımi  səviyyədə  fəaliyyət 
göstərməsi  işi  daim  diqqətdə  saxlanılır.  2005-ci  ildə  Azərbaycan 
Respublikasında 
ilk 
dəfə 
olaraq 
Naxçıvan 
Muxtar 
Respublikasında 
təhsil 
yarmarkası 
keçirilmişdir. 
Muxtar 
respublika  rəhbərinin  xüsusi  diqqət  və  qayğısı  ilə  muxtar 
respublikanın  ucqar  dağ  kəndlərinin  təhsil  müəssisələrində 
pedaqoji  kadrlara  olan  təminatı  həyata  keçirmək  məqsədilə 
ənənəvi olaraq 9 ildir ki, təhsil yarmarkaları təşkil olunur. Həyata 
keçirilən  yarmarkalar  sayəsində  ötən  müddət  ərzində  700-dən 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
çox  gənc  kadr  muxtar  respublikanın  ucqar  dağ  kəndlərində 
pedaqoji fəaliyyətə başlamışlar.  
2008-ci  ildən  2013-cü  ilədək  muxtar  respublikamızın      
18  ümumtəhsil  məktəbi,  “ən  yaxşı  məktəb”  adına  layiq 
görülərək,  hər  biri  on  min  manata,  eyni  zamanda  30  müəllim 
Azərbaycan  Respublikasının  ən  yaxşı  müəllimləri  sırasına  daxil 
olaraq  hər  biri  5  min  manat  birdəfəlik  pul  mükafatına  layiq 
görülmüşdür. 
Son  5  ildə  54  nəfər  müəllim  Azərbaycan  Respublikasının 
“Əməkdar  müəllimi”,  63  müəllim  isə  Naxçıvan  Muxtar 
Respublikasının  “Əməkdar  müəllimi”  fəxri  adına  layiq 
görülmüşlər.  Eyni  zamanda  52  müəllim  “Tərəqqi”  medalı  ilə 
təltif edilmişdir. 
2013-cü  ilin  sonuna  muxtar  respublikamızda  220  ümum-
təhsil məktəbi, o cümlədən 208 tаm orta, 9 ümumi orta, 3 ibtidai 
məktəb,  44  məktəbdənkənar  təhsil  müəssisəsi,  2  peşə  liseyi  və     
2  peşə  məktəbi  fəaliyyət  göstərmişdir.  Ümumtəhsil  və  peşə 
məktəblərində  təhsil  alan  45161  şagirdin  təlim  və  tərbiyəsi  ilə 
8089 müəllim məşğul olmuşdur.  
Muxtar  respublikada  uşaq  və  gənclərin  yaradıcılıq 
potensialını  daha  da  yaxşılaşdırmaq  və  inkişaf  etdirmək 
məqsədilə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin 
2006-cı  il  30  may  tarixli  Sərəncamı  ilə  “Naxçıvan  Muxtar 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Respublikasında xüsusi istedada malik olan uşaqların (gənclərin) 
yaradıcılıq  potensialının 
inkişafı 
üzrə  Dövlət  Proqramı        
(2006-2010-cu  illər)”  təsdiq  edilmişdir.  Dövlət  proqramına 
uyğun  olaraq,  2006-cı  ildən  muxtar  respublikanın  şəhər  və 
rayonlarında 
istedadlı 
uşaqlar 
və 
gənclər 
üçün 
fənn 
olimpiadalarına  hazırlıq  mərkəzləri  yaradılmış,  bunlara  yüksək 
ixtisaslı  və  peşəkar  səviyyəli  müəllimlər,  mütəxəssislər  cəlb 
olunmuş, olimpiada hərəkatının miqyası genişləndirilmişdir.  
Ötən  dövr  ərzində  muxtar  respublikada  təhsilə  göstərilən 
dövlət  qayğısı  öz  bəhrəsini  vermişdir.  Əgər  1995-1996-cı  tədris 
ilində  ümumtəhsil  məktəblərini  bitirmiş  3512  məzundan        
1301 nəfəri ali təhsil  müəssisələrinə qəbul üçün sənəd vermiş və 
onlardan 401 nəfəri respublikamızın müxtəlif ali təhsil ocaqlarına 
daxil  olmuşdursa,  2012-2013-cü  tədris  ilində  ümumtəhsil 
məktəblərini  4186  məzun  bitirmiş,  onlardan  3238  nəfəri  və  ya 
77,4  faizi  ali  məktəblərə  sənəd  vermişdir.  Qəbul  imtahanlarında 
iştirak  edən  abituriyentlərimizdən  1676  nəfəri  ali  məktəblərə 
qəbul  olunmuşdur  ki,  bu  da  sənəd  verənlərin  51,8  faizini  təşkil 
edir. Ali məktəblərə qəbul olunanlardan 312 nəfəri 500-700 inter-
valında  bal  toplamışdır.  Müqayisə  üçün  qeyd  etmək  olar  ki, 
1995-1996-cı tədris ilində bu göstərici 5 nəfər olmuşdur.  
Sоn  18  ildə  ümumtəhsil  məktəblərini  81981  məzun 
bitirmiş,  onlardan  46412  nəfəri  ali  təhsil  müəssisələrinə  sənəd 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
vermişdir.  Sənəd  verənlərin  17854  nəfəri  tələbə  adını 
qazanmışdır.  Bunlardan  2285  nəfəri  500-700  intervalında  bal 
toplamışdır.  500-700  intervalında  bal  toplamış  məzunlarla 
görüşdə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri 
təhsil sahəsində görülmüş işlərə yüksək qiymət verərək demişdir: 
Təhsil  sahəsində  çəkilən  zəhmət  hədər  getməmiş,  görülən  iş 

Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin