Mədəniyyət. Qədim tarixə, zəngin mədəniyyətə, çoxəsrlik
dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı çətin,
mürəkkəb və eyni zamanda şərəfli inkişaf və tərəqqi yolu
keçmişdir. Naxçıvan torpağı həmişə özünün zəngin mədəniyyəti,
ədəbiyyatı, incəsənəti və xalq yaradıcılığı ilə tariximizdə
əhəmiyyətli rol oynamışdır. Bütün Azərbaycanda olduğu kimi
1920-1924-cü illər Naxçıvan Muxtar Respublikasında da çətin və
mürəkkəb illər idi. Bu dövrdə Naxçıvanda geniş mədəniyyət
şəbəkəsi olmadığından xalqın maariflənməsində, ziyalıların
təşkilatlanmasında Naxçıvan teatrı mühüm rol oynayırdı.
Naxçıvan MSSR Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan
Teatrının qanun layihəsi Naxçıvan Xalq Komissarları Sovetinin
1922-ci il 21 yanvar tarixli qərarı ilə təsdiq edilmişdir. Həmin
dövrdə tanınmış rəssam Bəhruz Kəngərli 1921-ci il 1 iyul tarixli
68 nömrəli əmrlə Naxçıvan Diyarı Xalq Təhsil Komissarlığının
İncəsənət Şöbəsinin müdiri təyin olunmuşdur. Naxçıvanda təsviri
incəsənətin inkişafında və təbliğində Bəhruz Kəngərlinin
müstəsna xidmətləri olmuşdur.
Qədim diyarda mədəniyyətin, folklorun, mədəniyyət
abidələrinin tədqiq edilməsi məqsədilə 1925-ci ilin mart ayında
yaradılmış və 1928-ci ilədək fəaliyyətini davam etdirmiş
Naxçıvan Tədqiq və Tətəbbö (öyrənmə, araşdırma) Cəmiyyətinin
əhəmiyyətli xidmətləri olmuşdur.
Əhali arasında maarifçilik ideyalarının, mədəniyyətin
yayılmasında 1883-cü ildə yaradılan Naxçıvan teatrı mühüm rol
oynayırdı. Teatr geniş ictimaiyyət arasında olur, qadınlar üçün
Naxçıvan Muxtar Respublikası – 90
teatr tamaşaları göstərirdi. Mədəniyyətin, maarifin əhali arasında
yayılmasında muxtar respublikaya gələn tanınmış Azərbaycan
ziyalıları, aktyorları, bəstəkarları, yazıçı və şairləri də fəal iştirak
edirdilər. 1923-cü il 28 iyulda Naxçıvan MİK-in qərarı ilə teatra
Dövlət Dram Teatrı adı verilmişdir. Naxçıvan Dövlət Dram
Teatrında musiqili tamaşaların səhnəyə qoyulması həm də musiqi
mədəniyyətinin inkişafı üçün şərait yaradırdı. Bu dövrdə
Naxçıvan teatrının nəzdində musiqi qrupu da fəaliyyət göstərirdi.
Naxçıvanda yaradılan Ernest Telman adına Qadınlar
Klubunda bədii özfəaliyyət dram dərnəyi təşkil olunur, musiqi,
ədəbiyyat, sənət məsələlərindən söhbət açılırdı. 1927-ci ildə
Naxçıvana gələn Rza Təhmasib, Sidqi Ruhulla, Abbas Mirzə
Şərifzadə və başqa sənətkarlar Naxçıvanda mədəniyyətə, teatra,
kinoya və musiqiyə marağı daha da artırmışdılar.
Teatrla bərabər Naxçıvanda musiqi mədəniyyətinin də
inkişafı öz bəhrəsini verirdi. Teatrda çalışan xanəndə, müğənni
və instrumental ifaçılar açıq konsertlər verirdilər. Bu illərdə
Naxçıvanda ilk nəfəs alətləri orkestrinin konsertləri də təşkil
olunurdu. Şəhərdə fəaliyyət göstərən Qadınlar Klubunda musiqi
mədəniyyətinin təbliği və öyrənilməsi üçün də işlər həyata
keçirilirdi.
Musiqi mədəniyyətinin inkişafında Naxçıvanda yaşamış
Zülfüqar Hacıbəyovun, sonralar isə onun qardaşı Üzeyir Hacı-
bəyovun xidmətləri çox olmuşdur. Üzeyir Hacıbəyov 1937-ci
ildə Naxçıvandan SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputat
seçilmişdi. 1937-ci ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə
Naxçıvanda ilk musiqi məktəbi açıldı, dahi bəstəkar məktəbə
“Berlin” markalı piano və not kitabları hədiyyə etmişdi. Naxçı-
Naxçıvan Muxtar Respublikası – 90
van Mərkəzi İcraiyyə Komitəsinin 1937-ci il 23 avqust tarixli
qərarı ilə yaradılan uşaq musiqi məktəbində həm də diyarın başqa
rayonlarından cəlb olunmuş şagirdlər təhsil alırdılar.
1942-ci ildə görkəmli bəstəkar Tofiq Quliyevin Naxçı-
vanda çalışması, başqa böyük musiqiçi və bəstəkarların Naxçı-
vanla yaradıcılıq əlaqələri musiqi mədəniyyətimizin inkişafında
böyük rol oynamışdır.
Naxçıvanda incəsənətin başqa sahələrinə də maraq bu
dövrdə hiss olunurdu. 1940-1941-ci illərdə tanınmış rəssam
Şamil
Qazıyevin
direktor
olduğu
Naxçıvan
Rəssamlıq
Məktəbində rəssamlığın sirləri gənclərə öyrədilirdi. Rəssam
Şamil Qazıyev teatr rəssamlığı ilə bərabər qədim yurdun təbiəti,
tarixi, məişəti və abidələri ilə bağlı gözəl tablolar yaratmışdır.
Naxçıvanlı rəssamlar Adil Qazıyev, Şamil Qazıyev, Məmməd
Qasımov və başqalarının bu sahədəki xidmətləri gələcək təsviri
incəsənətimizin inkişafında dəyərli rol oynamışdır.
1971-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin təşəbbüsü ilə qədim diyarımızda Rəssamlar Birliyi
yaradılmışdır. Təşkilatın təsis yığıncağında SSRİ Rəssamlar
İttifaqının üzvü olan muxtar respublikanın Əməkdar
incəsənət xadimi, tanınmış teatr rəssamı Məmməd Qasımov
Rəssamlar Birliyinin sədri seçilmişdir. Sonrakı illərdə
Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının sədri
vəzifələrində muxtar respublikanın tanınmış rəssamları
Şəmil Mustafayev, Abuzər Qardaşbəyov, Mircəlil Seyidov,
Babək Abazərli, Hüseynqulu Əliyev fəaliyyət göstərmişlər.
Sovet dövründə də Naxçıvan rəssamlarının əsərləri bir sıra
mötəbər sərgilərdə nümayiş etdirilmişdir. Rəssamlarımız
Naxçıvan Muxtar Respublikası – 90
ittifaqın müxtəlif şəhərlərində yaradıcılıq ezamiyyətində
olmuşlar.
Muxtariyyətin ilk illərində yaradılan “Qızıl qələmlər”
cəmiyyətində birləşən gənc yazıçı və şairlər Əyyub Abbasov,
Məmmədhüseyn Təhmasib, Müzəffər Nəsirli, Hüseyn Əzim,
Məmmədəli Tarverdiyev, Əvəz Sadıq, Nağı Nağıyev, Məmməd
Əkbər və başqalarının ilk qələm təcrübələri bu dövrdə “Şərq
qapısı” qəzetində müntəzəm çap edilirdi. Xalq yazıçıları Mirzə
İbrahimov, Əli Vəliyev, Süleyman Rəhimov və başqalarının bu
illərdə Naxçıvanda yaşayıb-yaratması ədəbiyyat və incəsənətin
inkişafına öz töhfəsini vermişdir. 1958-ci ildə bu cəmiyyət
Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsinə çevrilmişdir.
Naxçıvanda ilk muzey 1924-cü ildə tarix-etnoqrafiya
muzeyi kimi təşkil olunmuşdur. Naxçıvan şəhər sakinləri
Balabəy Əlibəyov, Mirbağır Mirheydərzadə və başqa ziyalılar
qədim diyarımızda muzey yaradılması işinin ilk təşkilatçıları
olmuşlar. 1932-ci ildə Naxçıvan tarix və ölkəşünaslıq muzeyinə
çevrilən bu mədəniyyət müəssisəsi yenidən qurulmuşdur. Muzey
müəyyən illərdə Bəhruz Kəngərlinin adını daşımışdır. Keçən
əsrin 60-cı illərin sonundan isə Dövlət Tarix Muzeyi kimi
fəaliyyət göstərir. 1966-cı ilə qədər bu muzey Naxçıvan Muxtar
Respublikasında yeganə muzey kimi fəaliyyət göstərmiş, 1967-ci
il iyunun 12-də Naxçıvan şəhərində ədəbiyyat muzeyi
yaradılmışdır.
Muxtariyyətin yaranması kitabxana işinə, kitabxana
şəbəkələrinin formalaşmasına da öz təsirini göstərmişdir. Geniş
kitabxana
şəbəkələrinin
yaradılmasına
məhz
bu
illərdə
başlanılmışdır. Hələ 1922-ci ildə Xalq Maarif Komissarlığı
Naxçıvan Muxtar Respublikası – 90
tərəfindən təsis edilən Naxçıvan şəhər kitabxanasının bazasında
1930-cu ildə Naxçıvan Respublika Kitabxanası yaradılmışdır.
1933-cü ildə muxtar respublika kitabxanasının yanında qiraət
salonu təşkil edilmişdi. Kitabxanaya Naxçıvan şəhəri ilə bərabər
ətraf kəndlərdən də oxucular gəlirdilər. 1953-cü ildə Naxçıvan
Muxtar Respublika Kitabxanasına görkəmli yazıçı Məmməd Səid
Ordubadinin adı verilmişdir. 1960-cı ildə kitabxana hazırda
fəaliyyət göstərdiyi binaya köçürülmüşdür. 1935-1965-ci illərdə
muxtar respublika kitabxanası nəzdində uşaq kitabxanası şöbəsi
də fəaliyyət göstərmişdir. Bu şöbənin bazasında 1965-ci il
yanvarın 1-də muxtar respublika uşaq kitabxanası yaradılmış,
1978-ci ildə isə kitabxanaya görkəmli şair Adil Babayevin adı
verilmişdir.
1924-1940-cı illər arasında kitabxana, klub və mədəniyyət
evlərinin geniş şəbəkələrini yaratmaq sahəsində aparılan işlər
nəticəsini vermiş, 1940-cı ildə kitabxanaların sayı 73, klub
müəssisələrinin sayı 105 olmuşdur.
Ötən dövrdə muxtar respublikada xalça sənətini, xalq
rəqslərini, folklorumuzu yaşatmaq üçün bir sıra işlər həyata
keçirmişdir. Şərur yallı kollektivinin bu illərdəki fəaliyyəti diq-
qəti xüsusilə cəlb edir. 1929-cu ildə yaradılan kollektiv 1936-cı
ildə böyük səhnəyə qədəm qoymuşdur. 1938-ci ildə yallı
kollektivi Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və
incəsənəti ongünlüyündə iştirak etmişdir. Bu, kollektivin
Vətəndən uzaqlarda ilk uğurlu çıxışı kimi diqqəti cəlb edir.
Sonrakı illərdə, yəni 1970-ci ildən sonra isə kollektivin xarici
ölkələrə səfərləri daha intensiv olmuş, Moskva şəhərində, xarici
Naxçıvan Muxtar Respublikası – 90
ölkələrdə təşkil olunmuş festival və şənliklərdə uğurla çıxış
etmişdir.
Müharibə illərində muxtar respublikanın mədəniyyət və
incəsənət
işçiləri
xalqın
milli
və
mənəvi
dünyasını
zənginləşdirmək üçün öz fəaliyyətlərini daha fəal davam
etdirmişlər. Teatr, musiqi kollektivləri xalqımızda ruh yüksəkliyi
yaratmaq üçün daim maraqlı tamaşalar, konsert proqramları
hazırlamışlar. 1949-cu ilə qədər fəaliyyətini davam etdirən
Ordubad Dövlət Dram Teatrı da bu tədbirlərdə fəal iştirak etmiş,
vətənpərvərlik ruhunda tamaşalar hazırlamışdır. Bu illərdə ölkədə
teatrların təsərrüfat hesablı olaraq fəaliyyət göstərməsi bu teatrın
bağlanmasına səbəb olmuş, 1964-cü ildə isə rayonda Kazım Ziya
adına xalq teatrı fəaliyyətə başlamışdır.
1940-1950-ci illər arasında Naxçıvanda musiqi mədəniy-
yətində bir canlanma hiss olunmuşdur. Naxçıvanda fəaliyyət
göstərən tibb məktəbində, müəllimlər evində yeni musiqi
kollektivləri, orkestrlər yaradılmışdır. 1949-cu ildə məşhur tarzən
Hacı Məmmədovun Naxçıvanda yaşayıb-yaratması, tanınmış
bəstəkar Ağasi Məşədibəyovun Naxçıvana dəvət edilməsi musiqi
sahəsində səviyyəli kadrların yetişməsinə öz bəhrəsini vermişdi.
Hacı Məmmədovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı
ilk peşəkar ansambl kimi diqqəti cəlb edirdi.
1955-ci ildə Naxçıvan Dövlət Radio Komitəsinin nəzdində
xalq çalğı alətləri ansamblı yaradılmış və 1959-cu ildə isə
30 nəfərdən ibarət dövlət konsert briqadası təşkil olunmuşdur.
1963-cü ildə bu musiqi kollektivinə Naxçıvan Dövlət “Araz”
Mahnı və Rəqs Ansamblı adı verilmişdir.
Naxçıvan Muxtar Respublikası – 90
Bu dövrdə naxçıvanlı bəstəkar və musiqiçilər Nəriman
Məmmədov, Ramiz Mirişli, Məmməd Məmmədov, Məmməd
Ələkbərov, Rəşid Məmmədov, Səfər Rəcəbov, Vahid Axundov
ilk musiqi əsərlərini yaratmışlar.
Naxçıvan Dövlət Dram Teatrı 1964-cü ildə yeni binaya
köçürülmüş və Naxçıvan Dövlət Musiqili Dram Teatrı
adlandırılmışdır. Teatr 1966-cı ildən C.Məmmədquluzadənin
adını daşıyır.
Bu illərdə kitabxana və klub, mədəni-maarif işi sahəsində
həyata keçirilən tədbirlər bu müəssisələrin sayının artmasına
səbəb olub. 1965-ci ildə kitabxanaların sayı 154-ə, klub və
mədəniyyət evlərinin sayı 100-ə çatıb. Bununla belə muxtar
respublikada yeni teatr və muzeylərin yaradılması sahəsində
durğunluq özünü göstərirdi. Muxtar respublikanın rayonlarında
uşaq
musiqi
məktəbləri,
kitabxana
sistemi,
muzeylərin
yaradılması hələ də arzu olunan səviyyədə deyildi.
Azərbaycanda muzey işinin və muzeyşünaslığın inkişafı
ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində mümkün
olmuşdur. Dahi şəxsiyyət ölkəyə rəhbərlik etdiyi illərdə mu-
zeylərə böyük önəm vermiş, ötən əsrin 70-80-ci illərində respub-
likamızda tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin yaradıl-
ması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi isti-
qamətində mühüm tədbirlər həyata keçirilmişdir. Məhz bu illərdə
muxtar respublikanın Ordubad, Culfa, Şərur, Şahbuz rayon tarix-
diyarşünaslıq muzeyləri yaradılmışdır.
Ümummilli liderin birinci hakimiyyəti illərində muxtar
respublikanın bölgələrində də muzeylərin sayı artmış, yeni
muzeylər yaradılmışdır. Məmməd Səid Ordubadinin ev-muzeyi
Naxçıvan Muxtar Respublikası – 90
(1972), Yusif Məmmədəliyevin ev-muzeyi (1975), Hüseyn
Cavidin ev-muzeyi (1981), Cəmşid Naxçıvanskinin ev-muzeyi
(1981) və başqa muzeylər məhz bu illərdə yaradılmışdır.
Naxçıvan Dövlət Rəsm Qalereyası da 1982-ci ildə qapılarını
tamaşaçılarının üzünə açmışdır. 1987-ci ildə isə Şərur rayonunda
Cəlilkənddə C.Məmmədquluzadənin Xatirə Muzeyi yaradıl-
mışdır.
Naxçıvanda musiqi mədəniyyətinin inkişafı üçün vacib
işlər həyata keçirilmişdir. 1978-ci ildə Azərbaycan Bəstəkarlar
Təşkilatının Naxçıvan şəhərində keçirilən səyyar plenumunda
Naxçıvan
Bəstəkarlar
Təşkilatı
yaradılmışdır.
Təşkilat
Naxçıvanda xalq mahnı və rəqslərinin toplanması, nota
salınması, aşıq yaradıcılığının tədqiqi, musiqi janrlarının inkişaf
etdirilməsi və başqa yaradıcılıq məsələləri sahəsində işləri həyata
keçirmişdir. 1975-ci ilin 28 aprel tarixində Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda orta
ixtisas musiqi məktəbi fəaliyyətə başlamışdır. Məktəbə 1992-ci
ildən texnikum statusu verilmişdir. Hazırda bu məktəb Naxçıvan
Musiqi Kolleci kimi fəaliyyət göstərir. Bu illər ərzində kolleci
2000-ə yaxın məzun bitirmişdir.
1970-ci ildə Naxçıvan teatrının dəvəti ilə Şıxəli Qurbanov
adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışan
xalq artistləri – Lütfəli Abdullayev, Hacıbaba Bağırov, Səyavuş
Aslan, Nəsibə Zeynalova və başqaları Naxçıvan teatrının kollek-
tivi ilə tamaşalar göstərirdilər. Teatr bu illərdə Azərbaycanın bir
çox rayonlarında uğurlu qastrol səfərlərində olmuşdur. Azərbay-
canın tanınmış bəstəkarlarının, dramaturqlarının, rejissorlarının
Naxçıvan teatrı ilə əlaqələri genişlənirdi. 1973-cü ildə Azərbay-
Naxçıvan Muxtar Respublikası – 90
can teatrının 100 illik yubileyi ölkəmizdə geniş qeyd olunmuş,
yubiley tədbirlərində fəal iştirak edən Naxçıvan teatrı Bakı şəhə-
rində ən yaxşı tamaşalarını göstərmişdir. Bu illərdə Naxçıvanda
Ə.Naxçıvaninin, M.S.Ordubadinin, Ə.Qəmküsarın, H.Cavidin
yubileyləri geniş qeyd olunmuş, Naxçıvan şəhərində M.S.Ordu-
badinin, C.Məmmədquluzadənin abidələri ucaldılmışdır.
1983-cü ildə muxtar respublikanın həyatında daha bir
mühüm mədəniyyət hadisəsi baş vermiş, Naxçıvan Dövlət
“Araz” Mahnı və Rəqs Ansamblının bazası əsasında Naxçıvan
Dövlət Filarmoniyası yaradılmışdır.
1982-ci ildə H.Cavidin cənazəsi Uzaq Sibirdən Naxçıvana
gətirilərək böyük xalq sevgisi ilə dəfn edildi və onun üzərində
əzəmətli məqbərəsinin ucaldılması qərara alındı. Bu fakt keçmiş
Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət
səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümu-
nəsidir. 1982-ci ilin 6 noyabr tarixində Naxçıvanda Cavid
Poeziya Teatrının açılışında ümummilli lider Heydər Əliyev də
iştirak etmiş və geniş nitq söyləmişdir.
1984-cü ildə Naxçıvan Muxtar Respublikasının 60 illiyi
ərəfəsində Naxçıvan Muxtar Respublika Mədəniyyət Sarayı
istifadəyə
verilmişdir.
Saray
2009-cu
ildə
isə
əsaslı
yenidənqurma və təmir işlərindən sonra istifadəyə verilmişdir.
Hazırda möhtəşəm saray Heydər Əliyev Sarayı adlanır.
1987-ci ildə Tbilisi şəhərində keçirilən Ümumittifaq teatr
festivalında Naxçıvan teatrının hazırladığı Sofoklun “Elektra”
tamaşası diplomla təltif edilir. Bu uğurlu tamaşa Moskva
televiziyasının
əməkdaşları
tərəfindən
lentə
alınır
və
Ümumittifaq televiziyası ilə nümayiş etdirilirdi.
Naxçıvan Muxtar Respublikası – 90
Azərbaycan hökumətinin qərarı ilə 1989-cu ildə uşaq və
yeniyetmələrin milli-mənəvi və əxlaqi dəyərlər ruhunda tərbiyə-
sini gücləndirmək, dünyagörüşlərini formalaşdırmaq məqsədilə
Naxçıvan Dövlət Kukla Teatrı yaradılmışdı.
Bununla bərabər, təəssüflə qeyd etmək lazımdır ki,
ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
dövrdə yaradılmış mədəni infrastruktur, qazanılmış uğurlar keçən
əsrin 90-cı illərində ölkədə yaranmış özbaşınalıq, xaos nəticə-
sində tam sıradan çıxmaq təhlükəsi ilə qarşılaşmış, maddi-mədə-
niyyət abidələrinin bir çoxu baxımsızlıq üzündən dağılmışdır. Bu
problemlər Azərbaycan xalqının ümummilli lideri, mədəniyyət
və incəsənətimizin hamisi Heydər Əliyevin ikinci dəfə haki-
miyyətə qayıdışından sonra öz həllini tapdı.
Mədəniyyətin inkişafına qayğı göstərmək, milli-mədəni
irsimizin qorunması sahəsində ümummilli liderimizin böyük
səyləri olmuşdur. Bu illərdə muxtar respublikada mədəniyyət
sahəsində mühüm işlərdən biri yeni muzeylərin yaradılması,
mövcud olanlarının yenidən qurulması olmuşdur. Bir sıra
muzeylər üçün yeni binalar inşa olunmuş, muzeylərin bəziləri
yeni binalara köçürülmüş, təmir olunmuş, ekspozisiyaları
yenidən qurulmuşdur. Ötən dövr ərzində Naxçıvan şəhərində
Heydər Əliyev Muzeyi, C.Məmmədquluzadənin ev-muzeyi,
Naxçıvan Dövlət Xalça Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Açıq
Səma Altında Muzey, Xatirə Muzeyi fəaliyyətə başlamışdır.
C.Məmmədquluzadənin ev-muzeyinin və Bəhruz Kəngərli
Muzeyinin açılışında ulu öndər iştirak etmiş və geniş nitq
söyləmişdir.
Naxçıvan Muxtar Respublikası – 90
1996-cı il oktyabr ayının 29-da Naxçıvanda böyük
romantik şair və dramaturq H.Cavidin məqbərəsinin açılışı
olmuşdur. Bu təntənəli mərasimdə geniş nitq söyləyən ulu öndər
Heydər Əliyev sənətkara yüksək qiymət vermişdir. Bu təkcə
böyük sənətkara deyil, Cavidlərə ucaldılan abidədir.
Bu dövrdə muxtar respublikamızda tarix və mədəniyyət
abidələrinə, milli-mənəvi dəyərlərə diqqət və qayğı köklü şəkildə
dəyişmişdir. Naxçıvan şəhərində Ana dili və Dədə Qorqud
abidələri ucaldılmış, Dədə Qorqud abidəsinin yerləşdiyi meydan
yenidən qurulmuşdur. “Əshabi-Kəhf” Dini-Mədəni Abidə
Kompleksi abadlaşdırılmış, Aza körpüsü, Buzxana, Şərq
hamamı, İmamzadə Məscid Kompleksi, Yusif Küseyiroğlu
abidəsi, Möminə xatın türbəsi, Qarabağlar kəndindəki Quti xatın
türbəsi, Culfa rayonunda Xanəgah abidə kompleksi, Ordubad
rayonunda tarixi abidələr bərpa və təmir olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
“Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət
abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili
haqqında”, “Nuh peyğəmbərin Naxçıvan şəhərində məzarüstü
abidəsinin bərpa edilməsi haqqında”, “Ordubad rayonundakı
Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” və digər
sərəncamlar tarixi abidələrimizə, maddi-mənəvi dəyərlərimizə,
inanc yerlərimizə diqqət və qayğının ən gözəl nümunələridir. Bu
gün Naxçıvan Muxtar Respublikasında 1202 tarix və mədəniyyət
abidəsi qeydə alınmışdır.
Naxçıvanda geniş vüsət alan abadlıq və quruculuq işlərinin
bir qolunu yeni, həm də müxtəlif profilli muzeylərin yaradılması,
mövcud olanların yüksək səviyyədə yenidən qurulması təşkil
Naxçıvan Muxtar Respublikası – 90
edir. Naxçıvan Dövlət Tarix Muzeyi, Şahbuz, Sədərək rayon-
larında tarix-diyarşünaslıq muzeyləri, Cəlil Məmmədquluzadə
adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, Naxçıvan
Dövlət Xalça Muzeyi yeni binalarla təmin olunmuşdur. Ötən
dövrdə Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi, Cəlil Məm-
mədquluzadənin ev-muzeyi, Şərur rayonunun Cəlilkənd və
Babək rayonunun Nehrəm kəndlərindəki xatirə muzeyləri, aka-
demik Y.Məmmədəliyevin, M.S.Ordubadinin ev-muzeyləri,
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi
“Qeysəriyyə” tarixi binası əsaslı təmir olunmuş, ekspozisiyaları
yenidən qurulmuş, muzeylər zənginləşdirilmişdir. Hazırda
muxtar respublikanın muzeylərində 110 mindən çox maddi-
mədəniyyət nümunəsi qorunub mühafizə olunur.
Muxtar respublika rəhbərinin 2010-cu il 9 fevral tarixli
Sərəncamı ilə yaradılan Şahtaxtinskilər Muzeyi, 2010-cu il
23 oktyabr tarixli Sərəncamı ilə yaradılan “Xan Sarayı” Dövlət
Tarix-Memarlıq Muzeyi qədim yurdun görkəmli şəxsiyyətlərinə
ehtiramının ifadəsidir.
Muxtar respublikada dəniz səviyyəsindən 3700 metr
yüksəklikdə Gəmiqaya muzeyi yaradılmışdır. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradıl-
ması haqqında, 2013-cü il 28 iyun tarixli “Xalq şairi Məmməd
Arazın ev-muzeyinin yaradılması haqqında” sərəncamları bu
istiqamətdə aparılan işlərin davamlı olduğunu göstərir. Əgər
1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey
vardısa, hazırda qədim diyarımızda 23 müxtəlif profilli muzey
fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası – 90
Qədim diyarda mədəniyyətin və incəsənətin bütün sahələri
qayğı ilə əhatə olunmuşdur. 1990-cı illərin ortalarından
Naxçıvan rəssamlarının beynəlxalq əlaqələri genişlənmiş
onlar Türkiyə Respublikasında, İran İslam Respublikasında,
Rusiya Federasiyasında, Orta Asiya və Avropa ölkələrində
fərdi sərgilərini təşkil etmiş, rəssamlarımızın Naxçıvanda,
Bakıda və xaricdə albomları, bukletləri nəşr edilmişdir.
2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü və
qayğısı ilə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan
Təşkilatının yeni əsasnaməsi təsdiq olunmuş, təşkilat
müstəqil yaradıcılıq qurumu kimi Naxçıvan Muxtar
Respublikasının Rəssamlar Birliyinə çevrilmişdir.
2011-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar
Birliyinin 40 illiyi dövlət səviyyəsində qeyd olunmuş, 2012-ci
ildə “Naxçıvan bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm
Festivalı
təşkil
olunmuşdur.
Festivalda
Naxçıvan,
Azərbaycan rəssamları ilə yanaşı, xarici ölkələrin fırça
ustaları da fəal iştirak etmişlər. Festivalda 4 ölkədən
24 rəssam iştirak etmişdir.
2012-ci
ildə
Azərbaycan
təsviri
incəsənətinin
banilərindən biri olan Bəhruz Kəngərlinin 120 illik yubileyi
dövlət səviyyəsində qeyd olunmuşdur. Bu münasibətlə
görkəmli rəssamın əsərlərindən ibarət sərgi təşkil olunmuş
və rəssamın əsərlərindən ibarət albom nəşr olunmuşdur.
2013-cü ildə Naxçıvan Rəssamlar Birliyinin yeni müasir
binası və Bəhruz Kəngərli adına Sərgi Salonu istifadəyə
verilmişdir.
Naxçıvan Muxtar Respublikası – 90
Bu gün Naxçıvan Rəssamlar Birliyinin sıralarında
36
fırça
ustası
birləşir.
Onlardan
Azərbaycan
Respublikasının
xalq
rəssamı
Hüseynqulu
Əliyev,
Azərbaycan Respublikasının əməkdar rəssamları Telman
Abdinov, Ülviyyə Həmzəyeva, Həsən Qurbanov, Naxçıvan
Muxtar Respublikasının əməkdar rəssamları Məhəmmədəli
Ələkbərov, Həmzə Sadiqov, Səyyad Bayramov, Əbülfəz
Axundov,
Cavid
İsmayılov,
Həbibə
Allahverdiyeva,
Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət
xadimi Elman Cəfərov və başqaları muxtar respublikamızın
təbiətini, tarixini, insanlarını öz əsərlərində sevə-sevə
yaradırlar. Ümumiyyətlə, son 10 ildə 50-yə yaxın sərgidə
rəssamlarımızın
2500-dən
çox
rəsm
əsəri
nümayiş
etdirilmişdir. Son 3 ildə isə 45 sərgidə rəssamlarımızın
1570 rəsm əsəri nümayiş etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin
üzvləri bir çox xarici ölkələrdə sərgilərdə, festivallarda və
müsabiqələrdə iştirak etmişlər. Bu ölkələrdən Almaniya,
ABŞ, Türkiyə, İran, Fransa, Bolqarıstan, İtaliya, Çin,
Kanada və başqa ölkələri göstərmək olar. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov
mədəniyyət və incəsənətimizin bütün sahələri kimi, təsviri
incəsənətimizə də böyük diqqət və qayğı göstərir. Ali
Məclisin Sədri dəfələrlə rəssamlarımızın sərgisinə baxmış
və muxtar respublikada gənclərin bu sənətə cəlb edilməsi
üçün dəyərli tövsiyələrini vermişdir: “Bu sahəyə ona görə
Dostları ilə paylaş: |