1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra
dərhal birinci növbədə təhsil müəssisələri ilə məşğul olmağa
başladım. Bilirsiniz ki, mən o vaxta qədər də dövlət işində
işləmişdim. Azərbaycanda təhsilin, xüsusən də ali təhsilin
vəziyyəti məni daim maraqlandırmışdır. Təhsilin nailiyyət-
lərini də, qüsurlarını da, nöqsanlarını da bilirdim. Şübhəsiz
ki, respublikanın başçısı kimi məsuliyyətimi də dərk edirdim.
Ona görə də birinci növbədə təhsil məsələlərinə ciddi fikir
verirdim”. Məhz bu amil hesabına təhsilin dövlət səviyyəsində
himayə olunması sayəsində Azərbaycan ötən yüzillikdə sürətli
Naxçıvan Muxtar Respublikası – 90
inkişaf və tərəqqi yoluna qayıtdı, elm, təhsil, mədəniyyət intibah
yolunu tutdu.
1970-1980-ci illərdə muxtar respublikada məktəbəqədər tər-
biyə müəssisələrinin şəbəkəsi genişlənmiş, yeni obyektlər tikil-
mişdir. Belə ki, uşaq bağçalarının sayı Naxçıvan şəhəri üzrə 7-dən
13-ə, Şərur rayonu üzrə 4-dən 10-a, Babək rayonu üzrə 4-dən
6-ya, Culfa rayonu üzrə 5-dən 10-a, Şahbuz rayonu üzrə 4-dən
7-yə yüksəlmişdir. Bütövlükdə, 1970-1980-ci illərdə muxtar
respublikada 3690 yerlik məktəbəqədər uşaq müəssisələri
tikilmişdir.
Bütün respublikada olduğu kimi, Naxçıvan MSSR-də də
gənc nəslin istirahətinə dövlətin təhsil-tərbiyə sisteminin əsas
həlqəsi kimi böyük diqqət yetirilirdi. 1970-1980-ci illərdə uşaq
istirahət mərkəzlərinin, parkların və pioner düşərgələrinin sayı,
bu sahələrə ayrılan vəsaitlərin həcmi xeyli artmışdır. Bu
baxımdan “Uşaqların sağlamlığının qorunmasının vəziyyəti və
onun daha da yaxşılaşdırılması tədbirləri haqqında” muxtar
respublika hökumətinin 1974-cü il 14 fevral tarixli qərarı
diqqətəlayiq idi. Qərarda uşaqların istirahətinin daha da səmərəli
təşkil edilməsi, istirahət zonaları və pioner düşərgələrinin sayının
artırılması, oradakı şəraitin yaxşılaşdırılması, günüuzadılmış
müəssisələrdə uşaqların təlim-tərbiyəsinə və istirahətlərinə daha
böyük diqqət yetirilməsi məsələləri müzakirə olunmuşdur. Əgər
Naxçıvan Muxtar Respublikası – 90
1970-ci ildə muxtar respublikada cəmi 9 pioner düşərgəsində
1660 nəfər məktəbli dincəlmişdirsə, 1980-ci ildə 43 pioner
düşərgəsində 9396 nəfər uşaq istirahət etmişdir.
Muxtar respublika məktəblərində günüuzadılmış qrupların
sayı 1980-ci ildə 435-ə çatmış, sonrakı illərdə onların sayı daha
da artırılaraq 1988-1989-cu tədris ilində 612 qrup təşkil etmişdir.
Bu qruplarda 19553 nəfər məktəbli məşğul olurdu ki, bu da cəmi
oxuyanların 39,1 faizini təşkil edirdi. Bununla yanaşı,
məktəbəqədər müəssisələrin, pioner düşərgələrinin maddi-texniki
bazası,
avadanlıq
və
inventarlarla
təminatı
respublika
səviyyəsindən aşağı idi. Pioner düşərgələri bir qayda olaraq
məktəb binalarında yerləşir, yaşayış və istirahət üçün münasib
deyildilər. Həmin illərdə ulu öndərin uzaqgörən siyasəti
nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan MSSR-
də məktəb tikintisi geniş miqyas aldı. Belə ki, Naxçıvan
şəhərində 8, Şərur rayonunda 46, Babək rayonunda 12, Culfa
rayonunda 15 və bütün muxtar respublika üzrə 103 məktəb inşa
edilmişdir. Ulu öndərin hakimiyyətə gəlişinə qədər muxtar
respublikada ümumtəhsil məktəblərinin şagirdlərinin 59,8 faizi
ikinci növbədə oxuyurdusa, 1980-ci illərin əvvəllərində bu
göstərici 44,2 faizə enmişdir. Muxtar respublikanın bir çox
kəndlərində məktəblilər müasir məktəb binalarında təhsil
alırdılar. 1984-cü ildə Naxçıvan MSSR-də 210 ümumtəhsil
Naxçıvan Muxtar Respublikası – 90
məktəbi, o cümlədən 21 ibtidai, 68 əsas, 121 orta məktəb,
61 məktəbəqədər uşaq müəssisəsi, 6 texniki peşə məktəbi və
4 texnikum fəaliyyət göstərirdi.
Muxtar respublikada sənaye və kənd təsərrüfatının inkişafı
ilə əlaqədar texniki peşə məktəbləri şəbəkəsinin genişləndirilməsi
ölkə rəhbərliyinin diqqətində saxlanılmışdır. Belə ki, 1970-ci ildə
muxtar respublikada 2 texniki peşə məktəbi mövcud idisə, 1980-ci
ildə bu göstərici 8-ə çatdırıldı. Bütövlükdə, 1971-1980-ci illərdə
bu məktəblərdə 9800 nəfərə yaxın ixtisaslı fəhlə kadrı
hazırlanmışdır. 1970-ci ildə peşə məktəblərində 9 ixtisas üzrə
44 usta çalışırdısa, 1980-ci ildə 22 ixtisas üzrə 62 usta təlim
vermişdir.
1980-ci ildə Naxçıvanda bütün təhsil müəssisələri üzrə
müəllimlərin sayı 5276 nəfər təşkil edirdi. Onların 3974 nəfəri
ali, 517 nəfəri natamam, 785 nəfəri isə orta pedaqoji təhsilə malik
idi. Müqayisə üçün 1970-ci ildə bu göstəricilər müvafiq olaraq
3120, 1415, 662 və 1133 nəfər təşkil edirdi. Müəllimlərin
sayında ali təhsillilər təqribən 2,8 dəfə artmış, orta təhsillilər isə
təqribən 1,4 dəfə azalmışdır.
1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli
liderimiz gənc, müstəqil Azərbaycan Respublikasının üzləşdiyi
böyük çətinliklərə baxmayaraq, təhsil sahəsindəki mövqeyini
xalq arasında belə bəyan etdi: “Məktəb, maarif, təhsil işi ilə
Naxçıvan Muxtar Respublikası – 90
Dostları ilə paylaş: |