Xarici ticarət. Naxçıvanın xarici ticarət əlaqələri bu qədim
Azərbaycan torpağının özünün tarixi qədər qədimdir. Tarixən
mühüm əhəmiyyətə malik ticarət yollarının üzərində yerləşən
Naxçıvan bölgəsi Şərqlə Qərbin arasında mühüm məntəqələrdən
Naxçıvan Muxtar Respublikası – 90
biri olmuşdur. Ötən əsrin əvvəllərində tarixi torpaqlarımızın bir
hissəsinin
Rusiya
tərəfindən
ilhaq
edilib
Ermənistana
birləşdirilməsi nəticəsində Naxçıvanın Azərbaycanın ərazisindən
ayrı düşməsi ilə regionun həyatında xarici iqtisadi əlaqələrin rolu
və əhəmiyyəti daha da artmışdır.
1924-cü il 9 fevral tarixində Naxçıvan Muxtar Sovet
Sosialist Respublikası qurulandan sonra muxtar respublikamız
Sovet İttifaqı ilə həmsərhəd olan iki xarici ölkə ilə, yəni İran və
Türkiyə ilə həmsərhəd olsa da, yalnız İranla və bu ölkə vasitəsilə
bir sıra Şərq ölkələri ilə mühüm ticarət əlaqələri qurmuşdur.
Həmin dövrdə Naxçıvan ərazisində İranla sərhəddə Ordubad
zastavası, Culfa postu, Culfa gömrükxanası, Bulqan zastavası,
Şahtaxtı gömrükxanasının fəaliyyətinə icazə verilmişdir.
1924-1926-cı illərdə Naxçıvan MSSR Xalq Komissarları
Şurasının sədri işləmiş Həmid Sultanov “Naxçıvan diyarı və
onun iqtisadiyyatı” adlı əsərində bu qədim yurd yerində ticarətin
və xarici iqtisadi əlaqələrin tarixinə nəzər salaraq qeyd edirdi:
“Özünün
coğrafi
vəziyyətindən
asılı
olaraq
Naxçıvan
respublikası həm müharibədən əvvəl (I Dünya müharibəsi
nəzərdə tutulur), həm də müharibədən sonra Zaqafqaziya üzrə,
eyni zamanda bütün ittifaqın, Rusiyanın ticarətində tranzit ərazini
təşkil edir. Hərçənd diyar həm Türkiyənin, həm də İranın
sərhədində yerləşir, yalnız əsas halda ticarət İran Azərbaycanı və
Maku xanlığı ilə edilir”.
Ümumiyyətlə, Rusiya ilə İran arasındakı xarici ticarət
əlaqələrində əsas tranzit məntəqələrdən biri olan Naxçıvan əsrin
əvvəllərində Tiflis-Bakı-Moskva dəmir yoluna qoşulmasından və
1916-cı ildə isə Culfadan Təbrizə ilk dəmir yolunun
Naxçıvan Muxtar Respublikası – 90
çəkilməsindən sonra ticarət dövriyyəsində mühüm yerə malik
olmuşdur. Region tranzit funksiyasını Naxçıvan Muxtar Sovet
Sosialist Respublikası yaranandan sonra nəinki qorumuş, daha da
inkişaf etdirmişdir. Gömrük orqanında yalnız İrana gedib-gələn
qatarların, aparılıb gətirilən yüklərin qeydiyyatı aparılmış, bütün
məlumatlar birbaşa mərkəzə ötürülmüşdür. Məhz buna görə də
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaranandan bir
müddət sonra keçmiş postsovet ölkələrindən İrana və digər Şərq
ölkələrinə dəmir yolu ilə aparılan yüklərə nəzarəti həyata keçirən
Culfa gömrükxanası fəaliyyətini davam etdirə bilmişdir.
İkinci Dünya müharibəsindən sonra ölkə iqtisadiyyatında
baş verən durğunluq, öz növbəsində, Naxçıvan vasitəsilə həyata
keçirilən xarici ticarət əlaqələrinə mənfi təsir göstərsə də, 1969-cu
ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə
başlaması ilə Sovet İttifaqının ən geridə qalmış respublikaların-
dan biri kimi tanınan Azərbaycan çox keçmədən uğurlu inkişaf
yoluna qədəm qoymuşdur. Ölkə həyatının bütün sahələrində
quruculuq işləri vüsət almış, kənd təsərrüfatı məhsulları istehsalı
dəfələrlə artmış, minlərlə yeni sənaye müəssisəsi yaradılmış,
Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmişdir.
Bütün bunlar o dövrdə Azərbaycanda, o cümlədən Naxçıvanda
xarici ticarət əlaqələrinin artaraq keyfiyyətcə yeni mərhələyə
qədəm qoymasına gətirib çıxarmışdır.
Müstəqilliyin ilk illərində Naxçıvanın ictimai-siyasi və
iqtisadi mənzərəsi heç də ürəkaçan deyildi. Ermənistanın hərbi
təcavüzü nəticəsində muxtar respublikanın Azərbaycanın əsas
ərazisi ilə əlaqələrinin kəsilməsi blokada vəziyyətinə düşən bu
diyarın sovetlər dövründə formalaşmış istehsal əlaqələri
Naxçıvan Muxtar Respublikası – 90
şəbəkəsindən təcrid olunmasına səbəb olmuşdu. Artıq yeni
dövrün tələblərinə uyğun olaraq, qonşu dövlətlərlə iqtisadi
əlaqələrin qurulması vacib şərtə çevrilmişdi. Blokada şəraitində
yaşayan əhalinin yaşayışı bilavasitə xarici əlaqələrdən asılı idi.
Bütün bunları görən və xalqın nicatı üçün çalışan ümummilli
lider Heydər Əliyev İran İslam Respublikası ilə əlaqələrin
genişləndirilməsini nəzərdə tutan razılaşma və memorandumların
əldə olunmasına nail oldu. Bununla da, Azərbaycanın digər
bölgələrinə və əks istiqamətdə daxili yük daşınması təmin
olundu, sərnişin keçidinə müəyyən olunmuş kvota çoxaldıldı,
gömrük orqanlarının gündəlik iş saatının artırılması ilə hərəkətin
intensivliyi təmin olundu.
1992-ci ilin may ayında Türkiyə Respublikası ilə
sərhədlərin açılması da ulu öndər Heydər Əliyevin xalqın
qurtuluşu və nicatı üçün atdığı növbəti düşünülmüş addımlardan
idi. Türkiyə ilə əlaqələrin yaradılması regionun həyatında
mühüm dəyişikliklərə səbəb oldu. Əgər İran vasitəsilə
Azərbaycanın digər bölgələri və keçmiş postsovet dövlətlərilə
əlaqə yaranırdısa, Türkiyə vasitəsilə bütün Avropa ölkələrilə
iqtisadi əlaqələrin formalaşdırılmasına şərait yaranırdı.
1993-cü ildə İran İslam Respublikası ilə yeni keçid
məntəqəsinin – Şahtaxtı gömrük postunun açılması, əhalinin
istehsal mallarının sadələşdirilmiş qaydada realizə olunmasını
təmin etmək məqsədilə birgə sərhədyanı bazarların yaradılması
bu ölkə ilə olan əlaqələrin daha da genişlənməsinə xidmət
etmişdir. Şahtaxtı postunun açılması Culfa gömrükxanasında
sıxlığın azalmasına, Naxçıvan Muxtar Respublikasının Şərur,
Sədərək rayonlarının xarici əlaqələrdə daha yaxından iştirakının
Naxçıvan Muxtar Respublikası – 90
təmin olunmasına, İranın Qərbi Azərbaycan Ostandarlığı ilə
əlaqələrin formalaşmasına şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikasının xarici ticarət əlaqələ-
rində idxalın həcminin 1992-1993-cü illərdə artması, əsasən,
gündəlik tələbat mallarının həcmi ilə bağlı olmuşdu. Belə ki,
müharibə şəraitində olan muxtar respublikanın bu dövrdə əsas
yeyinti məhsullarına olan tələbatının idxal hesabına təmin
olunması, ticarətdə barter əməliyyatlarının üstünlük təşkil etməsi
idxalın dəyər və həcminin artmasına gətirib çıxarırdı. Ümumi
ticarət dövriyyəsinin azalması isə ixracın həcmindəki dəyişikliklə
bilavasitə əlaqələndirilməlidir. İdxalın həcminin artmasının bir
səbəbi əhalinin gündəlik tələbatının ödənilməsi idisə, digəri
xarici iş adamlarının ticarət əlaqələrinin qurulmasında marağının
artması idi. 1993-1995-ci illərdə idxalın həcminin artımına digər
amillərlə yanaşı, əsasən, elektrik enerjisinin idxalı da təsir
etmişdir. Muxtar respublikanın elektrik enerjisinə olan tələbatının
artması Türkiyədən bu enerji növünün idxalının ilbəil
artırılmasına səbəb olmuşdur.
1996-2000-ci illər planlı xarici ticarətin formalaşdırılması
ilə səciyyələnir. Lakin bu dövrdə əhalinin istehsal sahələrinə olan
marağı, dövlət tərəfindən sahibkarlığa yaradılan şərait çoxnövlü
və çoxçeşidli yerli məhsul istehsalına rəvac verməkdəydi.
1996-2000-ci illərdə ixrac əməliyyatlarının əsasını şəkər
çuğunduru və emal müəssisələrinin məhsulları olan xam spirt,
tütün, qara metal məmulatları təşkil etmişdir.
2001-ci ildən xarici ticarət əlaqələrində qanunvericiliyin
təkmilləşməsi, gömrük işinin kompyüterləşməsi, yerli sahibkar-
lığın nəzərə alınması və daxili bazarın qorunması, idxalın
Naxçıvan Muxtar Respublikası – 90
istehlak yönümlülüyünün avadanlıq və xammala dəyişdirilməsi
prosesi başlamışdır. Bu dövrdə muxtar respublika iqtisadiyyatı,
ona bilavasitə təsir göstərən xarici ticarət əlaqələrilə paralel
surətdə inkişaf etmişdir.
2001-2008-ci illərdə muxtar respublikanın xarici ticarət
dövriyyəsinin artan templə böyüməsi və şaxələnməsi Naxçıvanın
dinamik sosial-iqtisadi inkişafı, dünyaya açılması, yerli istehsal
məhsulları ilə yaxın və uzaq ölkələrin bazarlarına yol tapması,
xarici ölkələrin sahibkarlarının maraq dairəsinə düşməsi, yerli
sahibkarlığın inkişafı ilə müstəqil iqtisadiyyatın formalaşması
fonunda baş vermişdir. Məhz 2001-ci ildə muxtar respublikanın
xarici ticarət dövriyyəsi 31,9 milyon ABŞ dolları olduğu halda,
8 il sonra bu göstərici 3,3 dəfə artaraq 103,7 milyon ABŞ
dollarına çatmışdır.
Muxtar respublikada aparılan sənayeləşmə və ixracyö-
nümlü məhsul istehsalı uğurlu nəticələr vermişdir. 2009-cu ildən
başlayaraq ixracın həcminin idxalı üstələməsi sonrakı dövrlərdə
də davam etmişdir. Kənd təsərrüfatı regionu olan Naxçıvan
Muxtar Respublikasında sənaye istehsalının genişlənməsi, öz
növbəsində, 2009-2013-cü illərdə ixracın da həcminin sürətlə
artmasına və xarici ticarət əlaqələrinin arealının genişlənməsinə
müsbət təsir göstərmişdir. Belə ki, 2009-cu ildə muxtar
respublikanın xarici ticarət dövriyyəsi 220 milyon olduğu halda,
2013-cü ildə bu göstərici 2,3 dəfə artaraq 512 milyon Amerika
Birləşmiş Ştatları dolları olmuşdur. Bu dövrdə ixracın həcmi
3,6 dəfə artdığı halda, idxalın cəmi 1,7 faiz artmışdır. Xarici
ticarət əlaqələrində iştirak edən dövlətlərin sayı beş il ərzində
artaraq 45-ə çatmışdır. Özəl sektor və fiziki şəxslərin xarici
Naxçıvan Muxtar Respublikası – 90
ticarət dövriyyəsində payı 2009-cu ildə 80,3 faiz olduğu halda,
2013-cü ildə 80,8 faiz olmuşdur.
Muxtar respublikada yerli istehsalın stimullaşdırılması
üçün daxili bazarın uzunmüddətli formada qorunması ilə
sahibkarlıq sahələri genişləndirilir, zəruri istehlak məhsullarına
olan tələbat daxili mallar hesabına ödənilir, bölgənin ixrac
potensialı artır. Daxili bazarın qorunması yerli istehsalı olan
eyniadlı malların xaricdən tarif və qeyri-tarif metodlarından
istifadə olaraq gətirilməsinin tənzimlənməsi yolu ilə təmin edilir.
Bazarın tənzimlənməsinə baxmayaraq, muxtar respublikada
həyata keçirilən böyük quruculuq işləri idxalın həcminin
çoxalması ilə dövlət büdcəsinə köçürülən gömrük ödənişlərinin
artan dinamika ilə inkişafını təmin etməkdədir. Dövlət büdcəsinə
toplanan gömrük rüsum və vergilərinin həcmi 1992-ci ildə 7 min
326 manat olduğu halda, bu göstərici 2013-cü ildə 8 milyon
354 min 793 manat olmuş, 1140 dəfə artım müşahidə edilmişdir.
Muxtar respublikanın xarici ticarət dövriyyəsindəki hazırkı
dinamika davamlı hal almış sosial-iqtisadi yüksəliş prosesləri
fonunda həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində
əldə olunmuşdur. Zəngin yeraltı və yerüstü sərvətlərə, bərəkətli
torpaqlara və bacarıqlı insan resurslarına sahib Naxçıvanın qısa
müddətdə müsbət saldoya malik xarici ticarət dövriyyəsinə sahib
olması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
tərəfindən uğurla həyata keçirilən düşünülmüş iqtisadi siyasətin
nəticəsi, uzunmüddətli inkişaf proqramının tərkib hissəsidir.
Nəzərə alsaq ki, xarici ticarət dövriyyəsinin dinamikası sosial-
iqtisadi inkişafın, xarici ölkələrlə möhkəm əsaslara malik
Naxçıvan Muxtar Respublikası – 90
qarşılıqlı əlaqələrin vəziyyəti ilə birbaşa bağlıdır, deməli bu artım
tendensiyası bundan sonra da uğurla davam edəcəkdir.
Naxçıvan Muxtar Respublikasının 90 il ərzində keçdiyi
yol, onun ümumi təhlili bir daha təsdiqləyir ki, Naxçıvanın xilası
və tərəqqisi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən
hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə
Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu
yol Azərbaycanda sosial-iqtisadi inkişafın yeni tələblər
baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol
ölkəmizin dünəninin, bu gününün, sabahının və gələcəyinin
yoludur. Bu yolu uğurla davam etdirən ölkəmizin Prezidenti
cənab İlham Əliyevin dediyi kimi “Azərbaycanı qüdrətli
Dostları ilə paylaş: |