Azərbaycan respublikasi



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix02.01.2022
ölçüsü49,79 Mb.
#2530
1   ...   14   15   16   17   18   19   20   21   22
Səhiyyə.  Çar  Rusiyası  dövründə  müstəmləkə  vəziyyətində 
olan Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan bölgəsində 
də  iqtisadi  və  sosial  gerilik,  məişət  və  əmək  şəraitinin  aşağı 
səviyyədə  olması,  yoluxucu  xəstəliklərə  qarşı  profilaktik  tədbir-
lərin  həyata  keçirilməməsi,  ümumiyyətlə,  sağlamlığı  qoruyan 
dövlət sisteminin olmaması  nəticəsində tez-tez ağır epidemiyalar 
baş  vermiş,  kütləvi  ölüm  halları  olmuşdur.  Тəксə  1904-cü  ilin     
3  ayı  ərzində  vəba  epidemiyası  nəticəsində  Naxçıvan  və  Şərur 
qəzalarında  1674  nəfər  bu  xəstəliyə  tutulmuş,  onlardan           
1286 nəfəri, yəni 76,8 faizi ölmüşdü. 
Naxçıvan  Muxtar  Respublikasında  səhiyyə  sisteminin  yara-
dılması,  xalqımızın  və  dövlətimizin  ən  böyük  nailiyyətlərindən 
biri  oldu.  1920-ci  ilin  oktyabrında  bölgədə  ilk  səhiyyə  şöbəsi 
təşkil edildi. Sonralar səhiyyə şöbəsi səhiyyə komissarlığına çev-
rildi. 1920-1924-cü illərdə Naxçıvanda tibb  müəssisələrinin açıl-
masına  başlandı.  Naxçıvan  şəhərində  xəstəxana,  ambulatoriya, 
Ordubad  şəhərində  həkim  məntəqəsi,  Culfa  şəhərində,  Çənnəb, 
Cəlilkənd,  Qıvraq,  Əbrəqunus  və  Cəhri  kəndlərində  feldşer 
məntəqələri  işə  başladı.  Malyariya  ilə  mübarizə  məqsədilə 
Naxçıvan şəhərində və Cəlilkənddə  malyariya stansiyaları açıldı. 
1920-ci illərdə yoluxucu xəstəliklərlə mübarizə səhiyyə orqanları 
qarşısında  ən  zəruri  vəzifə  olaraq  qalırdı.  Xüsusi  təhlükəli 
xəstəliklərə  qarşı  fövqəladə  komissiya  yaradılmışdı.  Əhaliyə 
kütləvi  peyvənd  edilməsi  məqsədilə  qəzalara  epidemioloji 
dəstələr  göndərilirdi.  1925-ci  ildə  uşaqlara  tibbi  xidmət 
tədbirlərini təşkil etmək və həyata keçirmək məqsədilə Naxçıvan 
şəhərində  ilk  uşaq  məsləhətxanası  açıldı.  Naxçıvan  uşaq  evində 
məktəb ambulatoriyası təşkil olundu. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Bölgədə  çiçək,  malyariya,  vərəm,  traxoma,  dəri-zöhrəvi 
xəstəlikləri  ilə  mübarizədə  planlı  surətdə  epidemioloji  tədbirlər 
həyata  keçirilmişdi.  1930-cu  illərdə  malyariyaya  qarşı  mübarizə 
tədbirləri nəticəsində bu xəstəliyə yoluxma və ölüm halları 1940-cı 
ildə 1934-cü ildəkinə nisbətən 3 dəfə azaldı. Muxtar respublikada 
malyariyaya qarşı tədbirlər nəticəsində 1958-ci ildə bu xəstəliyin 
kökü kəsildi.  
1970-ci  ildən  başlayaraq  ötən  dövr  ərzində  səhiyyə 
sahəsində  müəyyən  işlər  görülmüşdür.  Muxtar  respublikanın 
yarandığı  1924-cü  ildə  xəstəxana  çarpayılarının  sayı  95  vahid 
təşkil  etmişdirsə,  bu  göstərici  1970-ci  ilin  sonuna  1975,  1980-ci 
ilin  sonuna  2530,  2013-cü  ilin  sonuna  isə  3082  vahid  təşkil 
etmişdir.  
Əhaliyə 
ambulatoriya-poliklinika 
yardımı 
göstərən 
müalicə  müəssisələrinin  sayı  2013-cü  ilin  sonuna  119  olduğu 
halda,  bu  göstərici  1990-cı  ildə  91,  1980-ci  ildə  isə  54  vahid 
olmuşdur.  
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  öz 
çıxışlarında  dəfələrlə  vurğulamışdır  ki,  dövlətimizin  ən  qiymətli 
incisi  onun  vətəndaşlarıdır.  Məhz  bu  prinsip  əsas  götürülərək 
əhalinin 
sağlamlığının 
qorunması, 
tibbi 
profilaktikanın 
genişləndirilməsi,  xidmətlərin  keyfiyyətinin  yaxşılaşdırılması, 
müasir  tibbi  avadanlıqlarla  təchiz  olunmuş  səhiyyə  ocaqlarının 
inşası diqqət mərkəzində saxlanılmışdır. 1995-ci ildən 2013-cü il 
sonuna olan dövr ərzində Duzdağ Fizioterapiya Mərkəzi, Doğum 
Mərkəzi,  Diaqnostika-Müalicə  Mərkəzi,  Onkoloji  Mərkəz, 
Əlillərin  Bərpa  Mərkəzi,  Uşaq  Bərpa  Mərkəzi,  Kardioloji 
Mərkəz,  Şərur,  Babək,  Ordubad,  Culfa,  Şahbuz,  Kəngərli  və 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Sədərək  Rayon  Mərkəzi  xəstəxanaları,  Əziz  Əliyev  adına 
Naxçıvan  Muxtar  Respublikası  Mərkəzi  Uşaq  Xəstəxanası, 
Akademik  Zərifə  xanım  Əliyeva  adına  Naxçıvan  Şəhər 
Poliklinikası  və  ümumilikdə,  174  səhiyyə  obyektinin  tikintisi,    
51  səhiyyə  obyektinin  isə  yenidən  qurulması  və  ya  əsaslı  təmiri 
başa  çatdırılmışdır.  Səhiyyə  sahəsində  görülən  işlərin  qısa 
xronikasına  nəzər  yetirsək görərik ki, 2003-2013-cü  illər ərzində 
muxtar  respublikada  31  xəstəxana  tikilmiş  və  ya  yenidən 
qurulmuşdursa,  bu  göstərici  1927-1947-ci  illər  ərzində  12,    
1957-1967-ci illərdə isə 13 vahid təşkil etmişdir.  
2014-cü  ilin  ötən  dövrü  ərzində  də  səhiyyə  sahəsinin 
inkişafı diqqətdə saxlanılmış, yenidən qurulması davam etdirilən 
Naxçıvan  Muxtar  Respublika  Xəstəxanasının  müasir  tibbi 
avadanlıqla  təchiz  olunması  məqsədilə  Azərbaycan  Respublikası 
Prezidentinin  2014-cü  il  11  aprel  tarixli  Sərəncamı  ilə 
Azərbaycan  Respublikasının  2014-cü  il  dövlət  büdcəsində 
nəzərdə  tutulmuş  Azərbaycan  Respublikası  Prezidentinin  ehtiyat 
fondundan 
Naxçıvan 
Muxtar 
Respublikasının 
Nazirlər 
Kabinetinə 9 milyon manat vəsait ayrılmışdır. 

Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin