Azərbaycan respublikasi



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix02.01.2022
ölçüsü49,79 Mb.
#2530
1   ...   14   15   16   17   18   19   20   21   22
Bədən tərbiyəsi və idman. Naxçıvanda xalq arasında güc, 
çeviklik  və  bacarıq  tələb  edən  milli  idman  oyunları  qədimdən 
yayılmışdır.  Güləş,  at  çapmaq,  qılınc  və  gürz  oynatmaq,  nizə  və 
ox  atmaq  yarışlarında  əsas  məqsəd  gəncləri  əməyə  və  hərbi  işə 
hazırlamaq  idi.  XIX-XX  əsrlərdə  Naxçıvanda  idman  geniş  vüsət 
almışdı.  Naxçıvanda  pəhləvanların  hazırlanmasında  zorxanalar 
mühüm rol oynayırdı. XX əsrin 20-ci illərindən Azərbaycanda, о 
cümlədən  Naxçıvanda  bədən  tərbiyəsi  və  idman  mədəni  və 
ictimai  həyatın  bir  hissəsinə  çevrildi.  1924-cü  ildə  Naxçıvan 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Bədən  Tərbiyəsi  Şurası  yaradıldı.  1930-cu  ilə  qədər  Naxçıvan 
Bədən  Tərbiyəsi  Şurası  tərəfindən  futbol,  yüngül  atletika,  cıdır, 
akrobatika,  ağır  atletika,  güləş,  voleybol  və  başqa  idman 
oyunlarının  yarışları  təşkil  edilmişdi.  1937-ci  ildə  ağır  atletika 
üzrə  Azərbaycan  birinciliyi  Naxçıvanda  keçirildi.  Naxçıvanda 
bədən  tərbiyəsi  və  idmanın  inkişafında  “Dinamo”,  “Spartak”, 
“Burevestnik”,  “Məhsul”  idman  cəmiyyətlərinin,  “Ehtiyat  Əmək 
Qüvvələri”  cəmiyyətinin  (1998-ci  ildən  Təhsil  İdman  Mərkəzi) 
böyük  rolu  olmuşdur.  1940-cı  ildə  muxtar  respublikada         
5320 idmançı, 61 idman qurğusu var idi. 
1946-cı  ildə  Naxçıvanda  idmanın  9  növünü  təmsil  edən 
250  nəfərlik  gənclər  idman  məktəbi,  1949-cu  ildə  isə  Naxçıvan 
şəhər təhsil sistemində 10 idman növünü əhatə edən uşaq-gənclər 
idman məktəbi yaradıldı. 1950-ci ildə bədən tərbiyəsi və idmanla 
məşğul  olanların  sayı  15481  nəfər,  bədən  tərbiyəsi  kadrlarının 
sayı 71 nəfər, idman qurğularının sayı 230 olmuşdur. 
1970-1980-ci 
illərdə 
Naxçıvan 
MSSR-də 
idman 
kollektivlərinin  və  idmançıların  sayı  xeyli  artdı.  1970-ci  ildə 
idmançıların  sayı  27390  nəfərə  (4230-u  qadın),  idman 
qurğularının sayı isə 322-yə (2 stadion, 21 idman zalı, 251 idman 
meydançası  və  s.)  çatdı.  Həmin  ildə  12  uşaq-gənclər  idman 
məktəbi və 1 güləş məktəbi fəaliyyət göstərirdi.  
Son  illər  ərzində  idman  sahəsinin  inkişafı  istiqamətində 
12  idman  federasiyası,  o  cümlədən  Boks,  Güləş,  Karate-do, 
Yüngül  Atletika,  Şərq  Döyüş  Sənəti,  Şahmat,  Futbol,  Voleybol, 
Basketbol,  Paralimpiya,  Hava  və  Ekstremal  İdman  Növləri  və 
Atıcılıq federasiyaları yaradılmışdır. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvan  şəhərində  İlham  Əliyev  adına  Olimpiya-İdman 
Kompleksi,  Naxçıvan  Şəhər  Üzgüçülük  Mərkəzi,  Muxtar 
Respublika  Stadionu,  Atıcılıq  Mərkəzi,  Süni  örtüklü  əl  oyunları 
meydançası,  Uşaq-Gənclər  İdman  Məktəbi,  Şərur  rayonunda 
İdman-Sağlamlıq  Kompleksi,  Olimpiya-İdman  Kompleksi,  Süni 
örtüklü  əl  oyunları  meydançası,  Culfa  şəhərində  Uşaq-Gənclər 
İdman  Məktəbi,  500  yerlik  yaşıl  örtüklü  stadion,  Sədərək 
rayonunda 500 yerlik yaşıl örtüklü stadion istifadəyə verilmişdir. 
Bundan  əlavə,  Naxçıvan  şəhərində  Şahmat  Mərkəzi,  Şərur, 
Babək,  Ordubad,  Culfa,  Şahbuz,  Sədərək  rayonlarında  şahmat 
məktəbləri  istifadəyə  verilmiş,  hazırda  Kəngərli  rayonunda 
şahmat məktəbi binasının tikintisi davam etdirilməkdədir. 
Ötən  dövr  ərzində  muxtar  respublikada  futbolun  inkişafı 
istiqamətində  “Araz-Naxçıvan”  Peşəkar  Futbol  Klubunun 
peşəkar futbola qayıdışı təmin edilmişdir. 
Muxtar 
respublikada 
idman 
sahəsinin 
inkişafı 
istiqamətində  yaradılan  və  ya  bərpa  olunan  idman  obyektlərinin 
istifadəyə  verilməsi  yeni  idmançıların  yetişməsi  ilə  yanaşı, 
muxtar  respublikada  mötəbər  yarışların  keçirilməsinə  də  şərait 
yaratmışdır. 
İdman  sahəsində  görülmüş  işlərin  nəticəsidir  ki,  2013-cü 
ilin sonuna muxtar respublikada idman qurğularının sayı 1042-yə 
çatmış,  idmanla  məşğul  olanların  sayı  isə  71  min  nəfəri 
ötmüşdür.  

Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin