Azərbaycan respublikasi


V mərhələ : 2003-2013-cü illər



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix02.01.2022
ölçüsü49,79 Mb.
#2530
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
V mərhələ : 2003-2013-cü illər 
 
 
Ümummilli  liderimiz  Heydər  Əliyevin  müəyyən  etdiyi 
strategiyaya  əsaslanan  və  ölkə  Prezidenti  cənab  İlham  Əliyevin 
dövrün  tələbləri  nəzərə  alınmaqla  daim  təkmilləşdirdiyi  inkişaf 
siyasətinə  uyğun  olaraq,  ölkəmizin  ayrılmaz  hissəsi  olan 
Naxçıvan  Muxtar  Respublikası  da  inkişafın  keyfiyyətcə  yeni 
mərhələsinə qədəm qoymuşdur.  
Ötən  dövr  ərzində  ölkəmizdə  iqtisadiyyatın  və  sosial 
sahələrin  kompleks  şəkildə  inkişafını,  o  cümlədən  yeni  iş 
yerlərinin  və  müəssisələrin  yaradılmasını,  kommunal,  xidmət  və 
sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəl-
dilməsini,  sahibkarlıq  mühitinin  daha  da  yaxşılaşdırılmasını, 
iqtisadiyyata  investisiya  qoyuluşlarının  artmasını,  əhalinin 
məşğulluq  səviyyəsinin  yüksəldilməsini,  yoxsulluğun  azaldılma-
sını təmin etmək üçün dövlət proqramları qəbul edilmişdir. İcrası 
uğurla başa çatdırılmış 2004-2008-ci  illəri  əhatə edən “Azərbay-
can  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı”  və  “2009-2013-cü  illərdə  Azərbaycan  Respublikası 
regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”  ümumiq-
tisadi  inkişafın  mərkəzlə  yanaşı,  regionlara  doğru  istiqamətlən-
məsində  müstəsna  əhəmiyyət  kəsb  etmişdir.  Müvafiq  dövlət 
proqramlarının  muxtar  respublikada  icrasını  təmin  etmək  məq-
sədilə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədri  tərəfin-
dən  təsdiq  edilmiş  “Naxçıvan  Muxtar  Respublikasının  Regional 
İnkişaf  Proqramı  (2005-2008-ci  illər)”  və  “Naxçıvan  Muxtar 
Respublikasının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı 
Dövlət Proqramı” muxtar respublikada investisiya potensialından 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
tam  və  kompleks  şəkildə  istifadə  olunmasını,  yeni  sənaye,  kənd 
təsərrüfatı,  xidmət  müəssisələrinin  yaradılmasını,  məşğulluq 
səviyyəsinin  yüksəldilməsini,  əhalinin  təhsil,  səhiyyə  və  digər 
sosial təminatlarının daha da yaxşılaşdırılmasını təmin etmişdir. 
  
İqtisadi  inkişafın  əsas  ölçüsü  hesab  olunan  Ümumi  Daxili 
Məhsul  istehsalının  həcmi  2013-cü  ildə  2  milyard  339  milyon 
manat  olmaqla  2003-cü  ildəki  müvafiq  göstəricini  müqayisəli 
qiymətlərlə 8,4 dəfə üstələmişdir.  
2013-cü ildə hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun 
həcmi  2003-cü  ilə  nisbətən  müqayisəli  qiymətlərlə  6,9  dəfə 
artaraq 5423 manat səviyyəsində olmuşdur.  
2003-cü  illə  müqayisədə  2013-cü  ildə  sənaye  məhsulunun 
həcmi  49  dəfə,  əsas  kapitala  yönəldilən  investisiyalar  16,4  dəfə, 
kənd  təsərrüfatının  ümumi  məhsulu  4,7  dəfə,  nəqliyyat 
sektorunda  yük  daşınması  2,6  dəfə,  informasiya  və  rabitə 
xidmətləri  10,3  dəfə,  pərakəndə  əmtəə  dövriyyəsi  11,1  dəfə, 
əhaliyə  göstərilən  pullu  xidmətlər  12,9  dəfə,  ixracın  həcmi      
96,6  dəfə,  icmal  büdcənin  həcmi  12,7  dəfə,  əhalinin  gəlirləri   
10,2  dəfə,  hər  bir  nəfərə  düşən  gəlirlər  8,8  dəfə,  orta  aylıq 
əməkhaqqı isə 9,8 dəfə artmışdır. 
 Sənaye  sahəsinin  aparıcı  mövqedə  olduğu  müasir 
iqtisadiyyatın  qurulması  istiqamətində  həyata  keçirilən  tədbirlər 
nəticəsində  son  illər  ərzində  ciddi  iqtisadi  uğurlar  qazanılmış, 
sürətli  inkişaf  üçün  zəngin  potensial  formalaşmış,  azad 
sahibkarlığın  inkişafına  əlverişli  şərait  yaradılmışdır.  Aparılan 
iqtisadi 
siyasətin 
davam 
etdirilməsini 
və 
sənayenin 
modernləşməsini  təmin  etmək  məqsədilə  Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məclisi  Sədrinin  2013-cü  il  6  iyun  tarixli 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Fərmanı  ilə  “Sənaye  parkları  haqqında  Əsasnamə”  təsdiq 
olunmuşdur.  
 
 2003-cü ilin sonuna muxtar respublikada 66 sənaye müəs-
sisəsi  fəaliyyət  göstərirdisə,  2013-cü  ilin  sonuna  bu  göstərici       
7 dəfə artaraq 438-ə çatmışdır. Sənaye müəssisələrinin fəaliyyəti-
nin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması sənaye 
məhsulu  istehsalının  dinamik  artımına  səbəb  olmuşdur.  2013-cü 
ildə  muxtar  respublikada  862  milyon  871  min  manatlıq  sənaye 
məhsulu  istehsal  edilmişdir  ki,  bu  da  2003-cü  illə  müqayisədə    
49  dəfə  çoxdur.  Muxtar  respublikada  sənaye  sahəsində  əldə 
olunmuş  dinamik  inkişaf  meyillərinin  dayanıqlılığının  təmin 
olunması  üçün  həyata  keçirilən  kompleks  tədbirlərin  mühüm  bir 
istiqaməti  bu  sahədə  səmərəli  kreditləşdirmə  mexanizminin 
formalaşdırılmasından  ibarətdir.  Təkcə  2005-2013-cü  illər 
ərzində  sənaye  sahəsində  iqtisadi  aktivliyi  gücləndirmək  üçün 
sahibkarlara 70  milyon  manatdan artıq  həcmdə  güzəştli kreditlər 
verilmişdir.  
2013-cü  ildə  muxtar respublikanın sənaye  müəssisələrində 
15385  nəfər  işçi  çalışmışdır  ki,  bu  da  2003-cü  ildəki  müvafiq 
göstəricini 5,4 dəfə üstələmişdir. 
Muxtar  respublikada  orta  aylıq  əməkhaqqının  yüksək 
olduğu  iqtisadi  fəaliyyət  sahələrindən  biri  olan  sənaye  sahəsində 
bu göstərici 2013-cü ilin sonuna 356,3 manata çatmaqla 2003-cü 
ildəki müvafiq göstəricidən 4,7 dəfə artıqdır.  
 
Uzun müddət ərzində enerji resurslarına çıxış imkanlarının 
məhdudluğu  blokadanın  yaratdığı  ən  kəskin  problemlərdən  biri 
kimi ümumi inkişafa ciddi mənfi təsir göstərməkdə idi. Ötən illər 
ərzində  bu  sahədə  intensiv  tədbirlər  həyata  keçirilmiş, 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
infrastruktur müasir standartlar səviyyəsində yenilənmiş, davamlı 
olaraq  yeni  güclər  yaradılmışdır  ki,  bu  da,  son  nəticədə,  enerji 
təhlükəsizliyimizin  səmərəli  qurulmasını  şərtləndirmişdir.  Ötən 
dövr  ərzində  gücü  87  meqavat  olan  Naxçıvan  Modul  Elektrik 
Stansiyası,  gücü  22  meqavat  olan  Biləv  Su  Elektrik  Stansiyası, 
gücü  20,5  meqavat  olan  “Arpaçay-1”  Su  Elektrik  Stansiyası, 
Heydər  Əliyev  Su  Anbarı  üzərində  gücü  4,5  meqavat  olan  su 
elektrik stansiyası tikilmiş, gücü 60 meqavat olan Naxçıvan Qaz-
Turbin Elektrik Stansiyası yenidən qurulmuşdur.  
 
Bu sahədə tədbirlərin intensivləşdirilməsi məqsədilə 2014-cü 
ilin  14  mart  tarixində  Azərbaycan  Respublikasının  Prezidenti 
Naxçıvan  Muxtar  Respublikasında  “Arpaçay-2”  Su  Elektrik 
Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında Sərəncam 
imzalamışdır.  Sərəncama  əsasən,  “Arpaçay-2”  Su  Elektrik 
Stansiyasının  tikintisini  başa  çatdırmaq  məqsədilə  Azərbaycan 
Respublikasının  2014-cü  il  dövlət  büdcəsində  nəzərdə  tutulmuş 
Azərbaycan  Respublikası  Prezidentinin  ehtiyat  fondundan 
Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər  Kabinetinə  4  milyon 
manat vəsait ayrılmış və stansiyanın tikintisi başa çatdırılmışdır. 
Əgər  2003-cü  ildə  muxtar  respublikada  1  elektrik  enerjisi 
istehsal  edən  müəssisə  fəaliyyət  göstərirdisə,  aparılan  məqsəd-
yönlü  islahatlar  nəticəsində  bu  müəssisələrin  sayı  7-yə  çatdırıl-
mış,  hazırda  Ordubad  rayonunda  36  meqavat  gücündə  Ordubad 
Su Elektrik Stansiyasının inşası davam etdirilməkdədir. 
Bu  dövr  ərzində  muxtar  respublikada  9  elektrik 
yarımstansiyası yaradılmış, 4 elektrik yarımstansiyası isə yenidən 
qurulmuşdur.  


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin nəticəsidir 
ki,  bu  gün  muxtar  respublikada  yaradılmış  elektrik  stansiyaları 
elektrik  enerjisinə  olan  daxili  tələbatı  tam  ödəməklə  yanaşı, 
elektrik enerjisinin ixracına imkan yaratmışdır. Əgər 2003-cü ildə 
muxtar  respublikaya  949  milyon  kilovat-saat  elektrik  enerjisi 
idxal  olunmuşdursa,  2013-cü  ildə  339  milyon  kilovat-saat 
elektrik enerjisinin ixracı təmin olunmuşdur. 
Muxtar  respublikada  istehlakçıları,  ən  əsası  isə  əhali 
təsərrüfatlarını  təbii  qazla  təmin  etmək  məqsədilə  1992-ci  ildə 
İran  İslam  Respublikasına  səfəri  zamanı  ümummilli  liderimiz 
Heydər  Əliyev  tərəfindən  “Xoy-Culfa”  qaz  kəmərinin  çəkilməsi 
və 
Naxçıvanın 
qazla 
təmin 
edilməsi 
barədə 
protokol 
imzalanmışdır.  
Ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü il 11 fevral 
tarixli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikası 
regionlarının 
sosial-iqtisadi 
inkişafı 
Dövlət 
Proqramı”na      
(2004-2008-ci 
illər) 
uyğun 
olaraq, 
Naxçıvan 
Muxtar 
Respublikasının təbii qazla təminatının bərpası və təbii qaza olan 
tələbatını  ödəmək  məqsədilə  5  avqust  2004-cü  ildə  “Azəriqaz” 
QSC  və  İran  Milli  Qaz  İxrac  Şirkəti  arasında  “Təbii  qaz 
mübadiləsi”  haqqında  müqavilə  imzalandı.  Bununla  da,  bölgə 
üçün sosial sahədə olan ən zəruri  məsələ  uğurlu  və daimi  həllini 
tapmış  oldu.  Nəhayət,  20  dekabr  2005-ci  ildə  14  illik  fasilədən 
sonra  muxtar  respublikaya  mavi  yanacağın  verilməsi  bərpa 
olundu. Təbii qaz təminatı üzrə 1 yanvar 2014-cü il tarixə muxtar 
respublikada  81  min  162  əhali  abonenti  mavi  yanacaqla  təmin 
olunmuş,  təsərrüfat  subyektlərinin  bu  yanacağa  olan  tələbatı 
ödənilmişdir. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Ötən  dövr  ərzində  ordu  quruculuğu  istiqamətində  muxtar 
respublikanın  müdafiə  qabiliyyətinin  möhkəmləndirilməsi,  hissə 
və  bölmələrin  döyüş  qabiliyyətinin  artırılması  məqsədilə  5-ci 
Ordu  Korpusunun  əsasında  Əlahiddə  Ümumqoşun  Ordusu 
yaradılmışdır.  2004-2013-cü  illər  ərzində  muxtar  respublikada 
ordu  quruculuğu  istiqamətində  173  obyekt,  o  cümlədən             
15  qərargah  binası,  səfərbərlik  və  hərbi  xidmətə  çağırış,  hərbi 
prokurorluq  orqanları  və  hərbi  hissələrin  bölük  mərkəzləri  üçün 
13 bina, 26 zabit və əsgər yataqxanası, 17 yeməkxana, 22 yaşayış 
binası, 4 tədris binası, 1 orta məktəb, 2 uşaq bağçası, 4 xəstəxana, 
5  tibb  məntəqəsi,  3  klub  və  61  müxtəliftəyinatlı  obyekt  tikilərək 
və  ya  yenidən  qurularaq  istifadəyə  verilmişdir.  Bundan  əlavə, 
2013-cü  ildə  hərbi  qulluqçuların  mənzil-məişət  şəraitinin 
yaxşılaşdırılması  istiqamətində Naxçıvan şəhərində 20 təqvim  ili 
və  daha  çox  qüsursuz  xidmət  etmiş  16  hərbi  qulluqçuya  yeni 
mənzillər verilmişdir. 
 
İnvestisiyaların  geniş  sahə  quruluşu  və  intensivliyi 
diqqətdə  saxlanılmış,  2013-cü  ildə  əsas  kapitala  yönəldilən 
investisiyaların  həcmi  2003-cü  ildəki  müvafiq  göstəricini        
16,4  dəfə  üstələyərək  1  milyard  37  milyon  748  min  manatı 
ötmüşdür. 
2004-2013-cü 
illər 
ərzində 
muxtar 
respublikada             
227  inzibati  bina,  mənzil  təsərrüfatı  üzrə  42  obyekt,  29  nasos 
stansiyası,  150  subartezian  quyusu,  61  körpü,  119  elm  və  təhsil 
müəssisəsi,  o  cümlədən  26164  şagird  yerlik  83  ümumtəhsil 
məktəbi,  159  mədəniyyət  obyekti,  146  səhiyyə  müəssisəsi,        
18  idman  obyekti,  əlil,  məcburi  köçkün,  qaçqın,  şəhid  ailələri, 
təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
olan  şəxslər  üçün  420  fərdi  ev,  590  istehsal  və  xidmət  obyekti 
tikilərək  istifadəyə  verilmişdir.  İdarəetmənin  səmərəli  təşkili  və 
ucqar yaşayış məntəqələrinin – kəndlərin, qəsəbələrin inkişafı bu 
müddət  ərzində  diqqətdə  saxlanılmış  və  son  illər  ərzində         
101 kənd mərkəzi, 3 qəsəbə mərkəzi istifadəyə verilmişdir. 
 
Ötən  dövr  ərzində  dayanıqlı  əhali  məskunluğunun  təmin 
edilməsi  üçün  tədbirlər  görülmüşdür.  2013-cü  ildə  muxtar 
respublikada əhalinin şəxsi vəsaiti hesabına 358 min kvadratmetr 
yaşayış  sahəsi  tikilmişdir  ki,  bu  da  2003-cü  ildəki  müvafiq 
göstərici ilə müqayisədə 28,2 dəfə çoxdur. 
Əhalinin  rahatlığına  və  yaşayış  səviyyəsinin  yüksəlməsinə 
xidmət  edən  kommunal-məişət  sistemlərinin  yaxşılaşdırılması 
istiqamətində  görülən tədbirlərin tərkib  hissəsi kimi  içməli su  və 
kanalizasiya  sistemlərinin  yenidən  qurulması  işi  xüsusilə  diq-
qətdə  saxlanılmaqdadır.  Ötən  dövr  ərzində  muxtar  respublikada 
mövcud  olan  kaptajlar,  içməli  su  xətləri  bərpa  olunmuş,  yeni 
kaptajlar tikilmiş və içməli su xətləri çəkilmişdir.  
Muxtar respublikada su və kanalizasiya sistemlərinin müa-
sir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan 
tədbirlər davam etdirilir. Naxçıvan şəhərində əhalinin keyfiyyətli 
içməli  su  ilə  təmin  edilməsi,  kanalizasiya  sistemlərinin  yenidən 
qurulması  istiqamətində  Naxçıvan  Şəhər  Su  Anbarı  və  Sutəmiz-
ləyici  Qurğular  Kompleksi  istifadəyə  verilmiş,  1  may  2014-cü  il 
tarixə  208  kilometr  uzunluğunda  kanalizasiya  və  222  kilometr 
uzunluğunda  içməli  su  xətləri  çəkilmişdir.  Bundan  əlavə,  Şərur, 
Babək,  Ordubad,  Culfa,  Kəngərli,  Şahbuz  və  Sədərək  rayonları-
nın  mərkəzləri  və  ətraf  kəndlərinin  içməli  su  təchizatı  və  kana-
lizasiya  şəbəkələrinin  tikintisi  istiqamətində,  ümumilikdə,        


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
415  kilometr  uzunluğunda  içməli  su  və  266  kilometr 
uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.  
Kompleks tədbirlər çərçivəsində yeni emal müəssisələrinin 
yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımlarının 
göstərilməsi,  gübrələrin  güzəştlə  çatdırılması,  meliorasiya-
irriqasiya  sistemlərinin  yenilənməsi,  səmərəli  kreditləşdirmə 
mexanizminin  formalaşdırılması,  lizinqin  inkişafının  dəstəklən-
məsi,  lazımi  texnikaların  sayının  tələbata  uyğun  artırılması,  yeni 
satış  bazarlarının  təşviqi  kənd  təsərrüfatı  sahəsində  iqtisadi 
aktivliyi əhəmiyyətli dərəcədə intensivləşdirmişdir. 
Bu  müddət  ərzində  kənd  təsərrüfatının  davamlı  inkişafına 
yönəldilmiş  kompleks  islahatlar  üzrə  mühüm  qərarlar  qəbul 
edilmiş, 
proqram 
xarakterli 
idarəetmə 
formalaşdırılmış,         
2005-2010-cu 
illəri 
əhatə 
edən 
Naxçıvan 
Muxtar 
Respublikasında  kartofçuluğun  inkişafı  üzrə,  2008-2015-ci 
illərdə  Naxçıvan  Muxtar  Respublikasında  əhalinin  ərzaq 
məhsulları  ilə  etibarlı  təminatına  dair  və  2012-2015-ci  illərdə 
Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin 
inkişafı üzrə dövlət proqramları qəbul olunmaqla konkret inkişaf 
istiqamətləri müəyyənləşdirilmişdir. 
 
Əkinəyararlı  torpaqlar  tam  şəkildə  əkin  dövriyyəsinə 
qatılmaqla 2013-cü  ilin  məhsulu  üçün 60  min  127  hektar sahədə 
əkin  işləri  həyata  keçirilmişdir  ki,  bu  da  2003-cü  ilin  məhsulu 
üçün əkilmiş sahədən 29 faiz çoxdur. 
Taxılçılığa  mühüm  əhəmiyyətli  sahə  kimi  yanaşılması 
nəticəsində bu sahədə yüksək artım  meyillərinə nail olunmuşdur. 
Bunun  nəticəsində  2003-cü  ilə  nisbətən  2013-cü  ildə  taxıl 
istehsalı 41 faiz artmışdır. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Azərbaycan 
Respublikası 
Prezidentinin 
2007-ci 
il            
23  yanvar  tarixli  “Kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına 
dövlət  dəstəyi  haqqında”  Sərəncamının  icrası  istiqamətində  ötən 
dövrdə  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  sərf  etdikləri 
yanacaq  və  motor  yağlarına  görə  yardımların  və  mineral 
gübrələrin  dəyərinin  orta  hesabla  50  faizinin  dövlət  tərəfindən 
ödənilməsi təmin edilmişdir. 
Ötən  dövr  ərzində  muxtar  respublikada  istehsalçıların 
məhsul  tədarükü  zamanı  rastlaşdıqları  problemlərin  aradan 
qaldırılmasında  və  ən  əsası  taxıl  ehtiyatının  yaradılmasında 
mühüm  əhəmiyyətə  malik  olan,  tutumu  27  min  ton  taxılı 
saxlamağa imkan verən anbarı yaradılmışdır.  
Yüksək  istehlak  xüsusiyyətləri  nəzərə  alınaraq  muxtar 
respublikada  kartof  istehsalına  xüsusi  önəm  verilir.  Daxili 
bazarın  kartofla  təminatında  idxaldan  asılılığı  azaltmaq,  əhali 
tələbatının  keyfiyyətli  yerli  məhsul  hesabına  ödənilməsini  təmin 
etmək  məqsədilə  reallaşdırılan  tədbirlərə  uyğun  olaraq,  kartof 
əkini  üçün  əlverişli  torpaq  sahələri  müəyyənləşdirilmişdir. 
Həyata  keçirilən  tədbirlər  nəticəsində  2013-cü  ildə  2957  hektar 
sahədə kartof əkilmişdir. Əkilmiş sahələrdən 41296,8 ton məhsul 
yığılmışdır ki, bu da 2003-cü ildəki göstəricidən 2,9 dəfə çoxdur. 
Muxtar  respublikada  bitkiçilik  məhsullarına  olan  tələbat 
əsas  etibarı  ilə  yerli  istehsal  hesabına  ödənilməkdədir.  2013-cü 
ildə  muxtar  respublikada  102960  ton  taxıl,  66497  ton  tərəvəz, 
39037,5  ton  bostan  məhsulları,  58389  ton  meyvə  və  giləmeyvə 
istehsal  olunmuşdur.  2003-cü  illə  müqayisədə  taxıl  istehsalı      
41 faiz, tərəvəz istehsalı 24,6  faiz,  meyvə və  giləmeyvə istehsalı 
isə  46  faiz  artmışdır.  Əsas  strateji  xəttə  uyğun  olaraq,  yerli 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
tələbatın səmərəli ödənilməsi ilə yanaşı, muxtar respublikada son 
illər  ərzində  yerli  tələbatdan  artıq  səviyyədə  istehsal  olunan  bir 
sıra  meyvə  və  tərəvəz  məhsullarının  ixracı  davamlı  xarakter 
almışdır.  
Aqrar  sahədə  nəzərdə  tutulan  xidmət  işlərinin  yerinə 
yetirilməsini sürətləndirmək, sahibkarların əməyini  yüngülləşdir-
mək,  onların  lazımi  texnika  ilə  vaxtında  və  guzəştli  şərtlərlə 
təmin  edilməsi  məqsədilə  Naxcıvan  Muxtar  Respublikası  Ali 
Məclisi  Sədrinin  “Aqrar  bolmədə  lizinqin  genişləndirilməsi 
sahəsində  əlavə  tədbirlər  haqqında”  2005-ci  il  28  yanvar  tarixli 
Sərəncamı  ilə  “Naxçıvan  Aqrolizinq”  Acıq  Səhmdar  Cəmiyyəti 
yaradılmışdır.  Hazırda  cəmiyyətin  1  satış  xidmət  bazası  və 
muxtar  respublikanın  6  rayonunda  texniki  xidmət  servisləri 
fəaliyyət gostərir. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” Açıq 
Səhmdar  Cəmiyyətinin  xətti  ilə  348  ədədi  2013-cü  ildə  olmaqla, 
cəmi  1227  ədəd  müxtəliftəyinatlı  kənd  təsərrüfatı  texnikası 
alınaraq muxtar respublikaya gətirilmişdir.  
Aqrar sektorun inkişafında mühüm mərhələ kimi soyuducu 
anbarların  yaradılması  prosesinə  xüsusi  diqqət  yetirilmiş  və  bu 
dövr  ərzində  ümumi  tutumu  11  min  970  ton  olan  17  soyuducu 
anbar istifadəyə verilmişdir.  
Muxtar  respublikada  kənd  təsərrüfatının  əsas  sahələrindən 
biri  də  heyvandarlıqdır.  Əhalinin  heyvandarlıq  məhsulları  ilə 
etibarlı  təminatı  məqsədilə  bu  sahəyə  ötən  dövr  ərzində  xüsusi 
diqqət yetirilmişdir.  
“Naxçıvan  Aqrolizinq”  Açıq  Səhmdar  Cəmiyyəti  2009-cu 
ildən  başlayaraq  Almaniyadan,  Avstriyadan,  qonşu  İran  və 
Türkiyədən  1688  baş,  o  cümlədən  84  baş  “Şvis”,  423  baş 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
“Simmental” və 1181 baş “Holştin-friz” cinsindən olan damazlıq 
boğaz  düyələr  gətirərək  lizinq  yolu  ilə  sahibkarlara  verilmişdir. 
Muxtar  respublikada  maldarlığın  cins  tərkibini  yaxşılaşdırmaq 
məqsədilə 19 süni mayalandırma məntəqəsi yaradılmışdır. 
 1  yanvar  2014-cü  il  tarixə  muxtar  respublikanın  bütün 
təsərrüfat  kateqoriyalarında  qaramalın  sayı  106  min  215  baş, 
qoyun və keçilərin sayı isə 635 min 464 baş olmuşdur. 
Yüksək  tələbata  uyğun  olaraq,  kənd  təsərrüfatının  mühüm 
sahələrindən  olan  quşçuluq  və  balıqçılığın  inkişafı  müntəzəm 
olaraq  dəstəklənmiş,  ötən  dövr  ərzində  60  yeni  quşçuluq  və        
11  balıqçılıq  təsərrüfatları  istifadəyə  verilmişdir.  Muxtar 
respublikada 
quşçuluq 
təsərrüfatlarının 
fəaliyyətini 
əlaqələndirmək  məqsədilə  Naxçıvan  Muxtar  Respublikası 
Quşçuluq Birliyi yaradılmışdır. 
Heyvandarlıqda  və  quşçuluqda  qüvvəli  yemlərə  olan 
tələbatı  ödəmək  məqsədilə  Naxçıvan  şəhərində  qarışıq  qüvvəli 
yem,  Ordubad  rayonunda  quş  yemi  və  Culfa  rayonunda  heyvan 
yemi istehsalı sahələri yaradılmışdır.  
Muxtar  respublikada  kənd  təsərrüfatının  perspektivli 
sahələrindən  biri  də  arıçılıqdır.  Bu  sahənin  inkişafı  ilə  əlaqədar 
son  illər  göstərilən  dövlət  maliyyə  dəstəyinin  həcmi  artırılmış, 
balın  emalı  və  qablaşdırılması  ilə  məşğul  olan  istehsal  sahələri 
istifadəyə  verilmişdir.  Arıçılıqla  məşğul  olan  istehsalçıların 
fəaliyyətinin  tənzimlənməsi,  bu  sahədə  təşkilatlanma  işlərinin 
aparılması  məqsədilə  Naxçıvan  Muxtar  Respublikası  “Arıçılar” 
İctimai Birliyi yaradılmışdır. 
1  yanvar  2014-cü  il  tarixə  muxtar  respublikada  arı 
ailələrinin  sayı  2003-cü  ilə  nisbətən  3,9  dəfə  artaraq  68  min    


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
705-ə  çatmışdır.  2013-cü  ildə  muxtar  respublikada  1304  ton  bal 
istehsal olunmuşdur ki, bu da 2003-cü ildəki  müvafiq göstəricini 
8,4 dəfə üstələmişdir.  
 
Ötən  əsrin  80-ci  illərindən  tikintisinə  başlanılmış,  lakin 
məlum  səbəblər  üzündən  sona  çatdırılmamış  Vayxır  Su 
Anbarının tikintisinə 2003-cü ildə yenidən başlanılmış və muxtar 
respublika  rəhbərliyinin  səyi  nəticəsində  2005-ci  ilin  dekabr 
ayında  başa  çatdırılmışdır.  Su  anbarına  ümummilli  liderimiz 
Heydər  Əliyevin  adı  verilmişdir.  Həcmi  100  milyon  kubmetr 
olan anbar istifadəyə verildikdən sonra 6919 hektar torpaq sahəsi 
əkin dövriyyəsinə qatılmış, ümumilikdə isə 16830 hektar sahənin 
suvarma  suyu  ilə  təmin  edilməsi  mümkün  olmuşdu.  Bundan 
əlavə,  2007-ci  ildə  Arpaçay  Su  Anbarında  əsaslı  təmir  işlərinə 
başlanılmış  və  2008-ci  ildə  başa  çatdırılaraq  istifadəyə 
verilmişdir. 
Hazırda  muxtar  respublikada  30-dan  artıq  su  anbarları  və 
sututarları  mövcuddur  ki,  bunlara  da  Araz  Su  Anbarı  istisna 
olmaqla,  304,3  milyon  kubmetr  su  ehtiyatı  toplamaq  mümkün-
dür.  Hər  il  bu  su  anbarlarına  su  ehtiyatı  toplanaraq  suvarma 
mövsümündə istifadə olunur ki, bu da çayların təbii rejimdəki su 
çatışmazlığının qarşısının alınması deməkdir. 
Ötən  dövr  ərzində  muxtar  respublikada  torpaqların 
meliorativ  cəhətdən  yaxşılaşdırılması  üçün  Babək  rayonunda  bir 
neçə  kollektor-drenaj  şəbəkəsi,  Şərur  rayonunda  25  km 
uzunluğunda  kollektor  çəkilərək  ona  açıq  su  yığıcıları  və  qapalı 
drenajlar  qoyulmuşdur  ki,  bu  da  min  hektarlarla  torpaq  sahələ-
rinin  meliorativ  cəhətdən  yaxşılaşdırılmasına  səbəb  olmuşdur. 
Muxtar  respublikada  öz  axını  ilə  suvarma  şəbəkələri  ilə  yanaşı, 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
mexaniki  suvarma  sistemlərinin  də  böyük  əhəmiyyəti  vardır. 
Belə ki, Araz çayı və digər su mənbələri üzərində qurulmuş nasos 
stansiyaları  və  ərazidəki  subartezian  quyuları  su  təminatında 
mühüm  əhəmiyyət  kəsb  edirlər.  Ötən  dövr  ərzində  muxtar 
respublikada 48 yeni nasos stansiyası tikilərək istismara verilmiş, 
35  nasos  stansiyasında  əsaslı  təmir  və  yenidənqurma  işləri 
aparılmışdır.  
Yeraltı  sulardan  istifadə  dünyanın  bir  çox  yerlərində 
olduğu  kimi,  muxtar  respublikamızda  da  böyük  əhəmiyyət  kəsb 
edir. Tariximizi özündə əks etdirən kəhrizlər qədim zamanlardan 
əhalinin  içməli  və  suvarma  suyuna  olan  tələbatının  ödənilmə-
sində  əsas  hidrotexniki  qurğu  olmuşdur.  Muxtar  respublikanın 
relyef  quruluşuna  uyğun  olaraq  kəhriz  sistemi  geniş  yayılmış  və 
bəzi  yaşayış  məntəqələrinin  su  təminatı  yalnız  kəhrizlər  vasitəsi 
ilə  olmuşdur.  Bu  sahəyə  xüsusi  xidmətin  vacibliyi  nəzərə  alına-
raq  2003-cü  ildə  Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Melio-
rasiya  və  Su  Təsərrüfatı  Komitəsinin  nəzdində  Kəhrizlər  İdarəsi 
yaradılmışdır.  Ötən  müddət  ərzində  Kəhrizlər  İdarəsi  tərəfindən 
380  kəhriz  qeydiyyata  alınmış  və  131  kəhriz  bərpa  edilərək 
əhalinin  istifadəsinə  verilmişdir.  Muxtar  respublikada  yeraltı  su-
lardan  həm  suvarma,  həm  də  içməli  su  kimi  istifadə  olunmaq-
dadır. 
Muxtar  respublikada  suvarma  suyunun  itkisiz  torpaq 
mülkiyyətçilərinə  verilməsi  və  su  bölgüsü  işinin  düzgün  qurul-
ması  məqsədilə  2005-ci  ildən  başlayaraq  sudan  istifadəedənlər 
birlikləri yaradılmışdır. 
Muxtar  respublikada  yerləşən  yaşayış  məntəqələrini  və 
əkin sahələrini yaz mövsümində sel sularından qorumaq üçün hər 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
il  mütəmadi  olaraq  sahilbərkitmə  işləri  aparılır.  2003-cü  ildən 
Araz  çayının  sol  sahilində  sahilbərkitmə  işləri  aparılmaqdadır. 
2013-cü  ilin  sonuna  Araz  çayı  sahilində  30  km  məsafədə  daşla 
sahilbərkitmə  işləri  aparılmış  və  bu  işlər  davam  etdirilməkdədir. 
Həmçinin Arpaçay, Naxçıvançay və digər çayların da məcrasının 
sağ  və  sol  sahilindəki  kəndləri  və  əraziləri  sel  sularından  qoru-
maq məqsədilə istiqamətləndirici bəndlər salınmışdır. 
2000-2013-cü  illərdə  188  km  uzunluğunda  yeni  içməli  su 
xətləri  çəkilmiş,  177  km  uzunluğunda  içməli  su  xətlərində  isə 
təmir, bərpa işləri görülmüşdür. 
Muxtar respublikada həyata keçirilən ekoloji siyasətin əsas 
məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi 
naminə  mövcud  ekoloji  sistemlərin,  iqtisadi  potensialın  qorun-
ması  və təbii ehtiyatlardan səmərəli  istifadə edilməsi  ilə davamlı 
inkişafın  saxlanılmasından  ibarətdir.  Muxtar  respublikanın  təbii 
iqlim  xüsusiyyətləri  və  relyefi,  xüsusilə  sənayenin  müxtəlif 
sahələrinin  inkişafı  nəzərə  alınaraq  region  üçün  ən  mühüm 
ekoloji amil olan meşələrin, yaşıllıqların qorunması və artırılması 
sahəsində  qəbul  edilmiş  dövlət  proqramlarına  uyğun  olaraq 
görülən  işlər  nəticəsində  meşə  ehtiyatları  dəfələrlə  artmışdır. 
Hazırda  muxtar  respublikanın  ümumi  ərazisinin  10  faizindən 
çoxunu  yaşıllıqlar  əhatə  edir.  1990-cı  ilin  əvvəllərində  isə  bu 
göstərici 0,6 faiz həddində olmuşdur. 
Ötən  dövr  ərzində  torpaqların  münbitliyinin  qorunması, 
sudan  səmərəli  istifadə  edilməsi,  ekoloji  və  iqtisadi  səmərəlilik 
əsas  götürülərək  ölkəmizdə  ilk  dəfə  olaraq  muxtar  respublikada 
damcı  üsulu  ilə  suvarma  sistemi  yaradılmış  və  1000  hektardan 
çox ərazidə tətbiq edilmişdir. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Muxtar  respublika  ərazisində  təbii  mühitin  unikallığı, 
maddi-mənəvi  sərvətlərin  zənginliyi,  flora  və  fauna  müxtəlifliyi 
bu  ərazilərin  xüsusi  qorunmasını  zəruri  edir.  Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məclisi  Sədrinin  2005-ci  il  23  sentyabr  tarixli 
Sərəncamı ilə Qafqaz ekoregionunda transsərhəd çay boyunca ilk 
xüsusi  mühafizə  olunan  təbiət  obyekti,  Araz  çayı  boyunca 
(muxtar  respublika  hüdudlarına  aid  hissədə)  “Arazboyu”  Dövlət 
Təbiət  Yasaqlığı  (ərazisi  9118  hektar)  yaradılmışdır.  Naxçıvan 
Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  2009-cu  il  22  iyun 
tarixli Fərmanı ilə Şərur, Kəngərli, Şahbuz və Babək rayonlarının 
ərazisində  68  min  911  hektar  sahədə  “Arpaçay”  Dövlət  Təbiət 
Yasaqlığının  yaradılması  təbiət  komplekslərinin,  flora  və  fauna 
ehtiyatlarının  qorunmasına,  bərpasına,  ekoloji  balansın  təmin 
edilməsinə  müsbət  təsir  göstərmişdir.  Kiçik  Qafqazın  Zəngəzur-
Dərələyəz  dağ  silsilələrinin  Naxçıvan  hüdudlarına  aid  hissəsini 
əhatə  edən,  təbiət  komplekslərinin,  təbiət  və  tarixi  mədəniyyət 
abidələrinin  yerləşdiyi  coğrafi  ərazilərdə  respublika  və  beynəl-
xalq  əhəmiyyətli  milli  parkın  yaradılması  sahəsində  zəruri  işlər 
görülmüşdür.  Ekoloji  mühitin  sağlamlaşdırılması,  ekoturizm 
potensialının inkişaf etdirilməsinin dəstəklənməsi məqsədilə ölkə 
Prezidentinin  2009-cu  il  25  noyabr  tarixli  Sərəncamı  ilə  Akade-
mik  Həsən  Əliyev  adına  Ordubad  Milli  Parkının  ərazisi,  Şahbuz 
Dövlət  Təbiət  Qoruğu,  habelə  muxtar  respublikanın  Culfa  və 
Ordubad rayonlarının inzibati ərazisində olan dövlət meşə fondu, 
Şahbuz,  Culfa,  Ordubad  rayonlarının  ərazisindəki  yay  otlaqları-
nın  torpaqları  hesabına  genişləndirilmiş,  42  min  787  hektar 
ərazidə  Akademik  Həsən  Əliyev  adına  Azərbaycan  Respublika-
sının Zəngəzur Milli Parkı yaradılmışdır. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Muxtar respublika ərazisində ən xarakterik, xüsusi gözəlli-
yi  ilə  seçilən  təbiət  guşələri,  şəlalələr,  mağaralar,  nadir  göllər, 
geoloji  nadir  çıxıntılar,  yüzillik  ağaclar  və  digər  elmi,  təcrübi, 
tarixi  əhəmiyyətə  malik  olan  obyektlər,  təbii  komplekslər  təbiət 
abidələri  kimi  qeydiyyata  alınmış  və  pasportlaşdırılmışdır.  Mux-
tar  respublika  ərazisində  məskunlaşmış  nadir  və  nəsli  kəsilmək 
təhlükəsi olan bitki və heyvan növlərinin qeydiyyatının aparılma-
sı  və  xüsusi  mühafizə  olunması  məqsədilə  Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məclisi  Sədrinin  2006-cı  il  15  avqust  tarixli 
Sərəncamına  əsasən,  ilk  dəfə  olaraq  Naxçıvan  Muxtar  Respubli-
kasının  flora  və  faunasına dair “Qırmızı kitab”ların  hazırlanması 
sayı  azalmaqda  olan  növlərin  qorunub  saxlanılmasına,  artırılma-
sına, xüsusi qaydada mühafizə edilməsinə təminat yaratmışdır. 
Muxtar  respublikada  ekoloji  vəziyyətin  daha  da  yaxşılaş-
dırılması  istiqamətində  2004-2013-cü  illər  ərzində  8480  hektar 
sahədə  meşəsalma  və  meşəbərpa  işləri  aparılmış,  5  milyon       
512 mindən çox ağac və gül kolu əkilmişdir. 
Müasir  dövrdə  informasiya-kommunikasiya  texnologiya-
ları  hər  bir  ölkənin  sosial-iqtisadi  həyatına  geniş  nüfuz  etmişdir. 
Ölkəmizin  hər  yerində  olduğu  kimi,  muxtar  respublikamızda  da 
bu  sahəyə  daim  diqqət  və  qayğı  ilə  yanaşılır,  informasiya-kom-
munikasiya texnologiyaları sahəsi sürətlə inkişaf etdirilir. Muxtar 
respublikada  rabitə  və  informasiya  sistemlərinin,  informasiya-
kommunikasiya  texnologiyalarının  inkişafını  təmin  etmək  məq-
sədilə  reallaşdırılmış  məqsədyönlü  tədbirlər  hazırkı  sosial-
iqtisadi inkişafda bu sahənin rolunu artırmaqdadır. 
Ötən  dövr  ərzində  informasiya-kommunikasiya  texnolo-
giyalarının  Naxçıvanda  inkişafı  üçün  kifayət  qədər  imkanlar  və 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
şərait  yaradılmışdır.  Hazırda  Rabitə  və  İnformasiya  Texnolo-
giyaları  Nazirliyi,  şəhər  və  rayon  rabitə  idarələri  müasir  inzibati 
binalarda  fəaliyyət  göstərir.  2002-ci  ildən  etibarən  muxtar 
respublikada  114  poçt  bölməsi,  115  avtomat  telefon  stansiyası 
yeni  binaya  köçürülmüşdür.  Poçt  bölmələrindən  74-ü  yeni 
fəaliyyətə  başlamış,  avtomat  telefon  stansiyalardan  isə  78-i  yeni 
istifadəyə  verilmişdir.  2002-ci  ildən  2014-cü  ilin  yanvar  ayının   
1-nə kimi muxtar respublikada yeni elektrontipli avtomat telefon 
stansiyalarının  və “Naxtel” simsiz rabitə şəbəkəsi üzrə yeni baza 
stansiyalarının  yaradılması  ilə  31  min  710  ədəd  yeni  telefon 
nömrəsi  istismara  verilmişdir.  Muxtar  respublika  ərazisində        
4  mobil  operator  fəaliyyət  göstərir  və  bu  da  yaşayış  ərazilərinin 
90  faizindən  çoxunu  mobil  rabitə  ilə  təmin  edir.  1  yanvar      
2014-cü  il  tarixə  muxtar  respublikada  hər  yüz  ailəyə  düşən 
stasionar  telefon  aparatlarının  sayı  67-yə  çatmış,  əhalinin  hər    
100  nəfərinə  isə  düşən  mobil  telefonlarının  sayı  isə  104  ədəd 
olmuşdur. 
Muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəl-
xalq  Trans-Asiya-Avropa  fiber-optik  kabel  magistralına  qoşul-
muş,  ilk  dəfə  Naxçıvanın  tranzit  telekommunikasiya  imkanları 
yaradılmışdır. Magistralın Naxçıvan-Ordubad, Naxçıvan-Sədərək 
və  Naxçıvan-Şahbuz  hissələri  üzərində  qurulan  optik  rəqəmsal 
şəbəkələr  elektron  hökumət  və  genişzolaqlı  xidmətlərin  həyata 
keçirilməsinə  şərait  yaratmışdır.  Hazırda  muxtar  respublikanın 
mövcud  telekommunikasiya  şəbəkəsinin  94  faizi  optik  şəbəkəyə 
birləşdirilmişdir.  Optik  şəbəkənin  genişləndirilməsi  evlərə  də 
optik  kabelin  çəkilməsinə  imkan  vermiş,  2012-ci  ilin  avqust 
ayından etibarən Naxçıvan şəhərində “Evədək optika” layihəsinin 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
icrasına  başlanmışdır.  Telekommunikasiya  əlaqələrinin  alter-
nativliyinin  təmin  edilməsi  məqsədilə  Naxçıvan-Türkiyə-Gür-
cüstan-Bakı  istiqamətində  optik  kabel  üzərindən  rabitə  kanalları 
yaradılmış,  Naxçıvan-İran-Bakı  istiqamətində  yeni  STM-16 
səviyyəli  telekommunikasiya  əlaqələri  təşkil  edilmişdir.  Bundan 
əlavə,  daxili  telekommunikasiya  əlaqələrinin  alternativliyinin 
təmin  edilməsi  məqsədilə  hazırda  Ordubad-Sədərək  arası  fiber-
optik magistralın tikintisi davam etdirilir. 
 
Ötən  müddət  ərzində  muxtar  respublikanın  telekommuni-
kasiya  sisteminin  yenilənməsi  diqqət  mərkəzində  saxlanılmış, 
Şərur,  Sədərək,  Şahbuz  və  Babək  rayonlarını  əhatə  edən  3-cü 
nəsil  telekommunikasiya  xidmətlərindən  istifadəyə  imkan  verən 
NGN  avadanlıqları  istifadəyə  verilmişdir.  Muxtar  respublikanın 
telekommunikasiya  şəbəkəsi  üzrə  telefon  nömrələri  7  rəqəmli 
nömrə  planına  keçirilmişdir.  Hazırda  istifadə  olunan  avtomat 
telefon  stansiyalarının  80-i  yeni  nəsil  texnologiyaları  təşkil  edir. 
Hazırda  muxtar  respublikanın  yaşayış  ərazilərinin  92  faizində 
genişzolaqlı  internet,  80  faizində  isə  simsiz  internet  xidmətləri 
göstərilir.  Muxtar  respublikaya  daxil  olan  internet  kanalının 
sürəti  512  kb/san-dən  2  gb/san-dək  artırılmış,  internet  xidmət-
lərinin tarifləri aşağı salınmışdır.  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  Sədri  infor-
masiya-kommunikasiya  texnologiyalarının  inkişafı  istiqamətində 
həyata  keçirilən  tədbirlərdən  danışarkən  demişdir:  “Bu  gün 

Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin