artıqlaması ilə istehsal olunur, başına qalıb, satmağa imkan
yoxdur, çünki çıxarıb başqa yerdə satmaq mümkün deyildir,
mən buna nə qədər sevinirəm. Nə qədər sevinirəm ki, о vaxt
biz özəlləşdirməni Azərbaycanın hər yerindən tez başladıq və
Naxçıvan bu işlərə hamıdan qabaq nail oldu. Muxtar
respublikanın о qara günləri qurtardı”.
İqtisadi təhlil göstərir ki, muxtar respublikada həyata
keçirilən islahatlar aqrar-sənaye potensialından səmərəli istifadə
edilməsi üçün zəmin yaratmışdır. Muxtar respublikada ərzaq
Naxçıvan Muxtar Respublikası – 90
balansının müsbət meyilliliyini təmin etmək, idxaldan asılı
olmayan dayanıqlı ərzaq təminatına nail olmaq üçün bitkiçiliyin
inkişafı ötən dövr ərzində prioritet istiqamət kimi diqqətdə
saxlanılmışdır. 2003-cü ilin məhsulu üçün 46 min 648 hektar
sahədə əkin işləri aparılmışdır ki, bu, 1993-cü ildəki əkilmiş
sahədən 72,1 faiz çoxdur. Əkin sahələrinin artımı məhsul
istehsalının artmasına təsir göstərmişdir. Belə ki, 2003-cü ildə
81438 ton dənli və dənli-paxlalılar, 14234 ton kartof, 53350 ton
tərəvəz, 41700 ton bostan məhsulu istehsal edilmişdir ki, bu da
1993-cü ildəki göstəricilərdən müvafiq olaraq 4,1 dəfə, 7,9 dəfə,
3,6 dəfə və 41,7 dəfə çoxdur. Bu dövr ərzində meyvə istehsalı
3,5 dəfə artaraq 28632 tona çatmışdır.
Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən
biri olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilmiş,
heyvanların baş sayında və heyvandarlıq məhsullarının
istehsalında artıma nail olunmuşdur. 2003-cü ilin sonuna muxtar
respublikada 81202 baş iribuynuzlu mal-qara, 474898 baş
xırdabuynuzlu mövcud olmuşdur ki, bu da 1993-cü ilin sonuna
olan göstəriciləri müvafiq olaraq 1,7 dəfə və 1,9 dəfə
üstələmişdir. Heyvandarlıqda baş sayının artımı heyvandarlıq
məhsullarının artmasına müsbət təsir göstərmişdir. 2003-cü ildə
muxtar respublikada 6879 ton ət (kəsilmiş çəkidə), 58927 ton
süd, 43327 min ədəd yumurta və 793 ton yun istehsal edilmişdir
ki, bu da 10 il öncə olan göstəricilərə nisbətdə müvafiq olaraq
1,7 dəfə, 3,5 dəfə, 1,5 dəfə və 2,7 dəfə çoxdur.
Muxtar respublikada kənd təsərrüfatının perspektivli
sahələrindən biri olan arıçılıq sahəsinin inkişafı arı ailələrinin
sayının və məhsul istehsalı həcminin artmasına zəmin
Naxçıvan Muxtar Respublikası – 90
yaratmışdır. 1 yanvar 2004-cü il tarixə muxtar respublikada
17451 arı ailəsi mövcud olmuşdur ki, bu da 1993-cü ilin sonuna
olan müvafiq göstəricidən 3,9 dəfə çoxdur. 2003-cü ildə bal
istehsalı 1993-cü ilə nisbətən 5 dəfə artaraq 155 tona çatmışdır.
Kənd təsərrüfatı sahəsində qazanılmış uğurların nəticəsidir
ki, 2003-cü ildə 71 milyon 822 min manatlıq kənd təsərrüfatı
məhsulu istehsal olunmuşdur ki, bu da 10 il öncəki müvafiq
göstəricidən 3,7 dəfə çoxdur.
Müstəqillik dövründə xüsusi mühafizə olunan təbiət
əraziləri şəbəkəsi daha da inkişaf etdirilmişdir. Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı
ilə ərazisi 12131 hektar olan Akademik Həsən Əliyev adına
Ordubad Milli Parkı, ərazisi 3139 hektar olan Şahbuz Dövlət
Təbiət Qoruğu yaradıldı. Muxtar respublikada ekoloji vəziyyətin
yaxşılaşdırılması istiqamətində 1993-2003-cü illər ərzində
4270 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış,
2 milyon 135 mindən çox ağac və gül kolu əkilmişdir.
Ötən dövr ərzində rabitə sahəsinin inkişafı istiqamətində
muxtar respublikanın bütün ərazisini əhatə edən elektron telefon
stansiyaları istifadəyə verildi, Bakı-Naxçıvan arası peyk kanalları
vasitəsilə rabitə əlaqələri yaradıldı, Azərbaycan televiziya və
radio verilişlərinin peyk üzərindən Naxçıvana çatdırılması təmin
edildi. 1998-ci ildə muxtar respublikada istismar olunan
koordinattipli avtomat telefon stansiyaları yüksək keyfiyyətə
məxsus Cənubi Koreya istehsalı olan yeni elektrontipli avtomat
telefon stansiyaları ilə əvəz olundu. 2003-cü ilin sonuna muxtar
respublikada hər yüz ailəyə düşən stasionar telefon aparatlarının
sayı 46-ya çatmışdır.
Naxçıvan Muxtar Respublikası – 90
Nəqliyyat infrastrukturu quruculuğu üzrə 2002-ci il
oktyabr ayının 1-də inşasına başlanan hava limanında bölgənin
sərt iqlim şəraiti nəzərə alınaraq tikinti-quraşdırma işləri ən
müasir tələblər səviyyəsində həyata keçirildi. Hava limanında
saatda 300 sərnişinə xidmət göstərmək imkanı yaradıldı.
1993-2003-cü illər ərzində muxtar respublikada həyata
keçirilmiş tədbirlər nəticəsində 1856 kilometr uzunluğunda yeni
avtomobil yolları salınmış və ya əsaslı təmir olunmuş, 34 körpü
tikilmiş, 32 halda isə körpülər əsaslı təmir olunmuşdur. Digər
tərəfdən bu müddət ərzində dəmir yolu nəqliyyatının gələcək
inkişaf perspektivləri nəzərə alınaraq infrastrukturu davamlı
olaraq təkmilləşdirilmiş və muxtar respublika daxilində ahəngdar
işi təmin edilmişdir.
2003-cü ildə muxtar respublikada yük daşınması
5949,1 ton, sərnişin daşınması 37661,7 min nəfər təşkil etmişdir
ki, bu da 1993-cü ildəki göstəriciləri müvafiq olaraq 5,8 dəfə və
2 dəfə üstələmişdir.
Muxtar respublikada sahibkarlığın inkişafına əlverişli
şəraitin yaradılması məqsədilə sahibkarlığın hüquqi bazası dünya
təcrübəsinə uyğun olaraq təkmilləşdirilmiş, idarəetmənin və
iqtisadiyyatın bütün sahələrində mühüm əhəmiyyətə malik
qanunlar, proqramlar və fərmanlar qəbul edilmişdir. Bunlardan
ən əsası bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir
sıra amillərin aradan qaldırılması sahəsində qəbul olunmuş
“Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının
alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 28 sentyabr tarixli 790 nömrəli və müvafiq olaraq
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il
Naxçıvan Muxtar Respublikası – 90
30 sentyabr tarixli 69-II-FR nömrəli fərmanları muxtar
respublikada sahibkarların hüquqlarının qorunması sahəsində
xüsusi əhəmiyyətə malikdir. Fərmanın icrası istiqamətində bir
sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarının sahibkarlıq
subyektlərinə kənar müdaxilələri qadağan edilmiş, sahibkarlarla
operativ əlaqə sistemi yaradılmışdır. 2000-ci ildən 1 yanvar
2004-cü il tarixə sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə
8 layihənin maliyyələşdirilməsinə 1 milyon 522 min manat
həcmində kredit verilmişdir.
Muxtar respublika iqtisadiyyatında və sosial sahədə
qazanılmış uğurlar məşğulluq probleminin də həllinə zəmin
yaratmışdır. 1993-cü ildən 2003-cü ilin sonunadək olan dövr
ərzində muxtar respublikada 21851 yeni iş yeri yaradılmışdır ki,
bunun da 11377-si və ya 52,1 faizi daimi iş yerləridir.
Ötən dövr ərzində məşğulluq səviyyəsinin yüksəlməsi
əməkhaqlarının da artımına səbəb olmuşdur. 2003-cü ildə muxtar
respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının
məbləği 38,4 manat olmuşdur ki, bu da 1993-cü ildəki müvafiq
göstəricidən 3 dəfə çoxdur.
2003-cü ildə muxtar respublikada əhalinin gəlirləri 1993-cü ilə
nisbətən 10,5 dəfə artaraq 170 milyon 397 min manata, onun hər
bir nəfərə düşən həcmi isə 9 dəfəlik artımla 458 manata
çatmışdır.
Ötən dövr ərzində əlil və şəhid ailələrinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması, əlillərin tibbi-sosial reabilitasiyası
sisteminin müasir tələblər səviyyəsində qurulması, əlillərin minik
avtomobili, əlil arabaları və digər reabilitasiya vasitələri ilə
təminatı, pensiya və müavinətlərin artırılması istiqamətində
Naxçıvan Muxtar Respublikası – 90
uğurlu tədbirlər həyata keçirilmişdir. 1993-2003-cü illər ərzində
muxtar respublikada əlil və şəhid ailələrinə 47 fərdi yaşayış evi
və mənzil tikilmiş, 62 nəfər müharibə əlilinə minik avtomobili
verilmişdir.
Ötən dövr ərzində milli-mədəni irsin qorunub saxlanılması,
zənginləşdirilməsi və muxtar respublikanın turizm potensialının
mövcud imkanlarından səmərəli istifadə edilməsi üçün mühüm
tədbirlər görülmüş və bir sıra nəticələr əldə edilmişdir. 2003-cü
ildə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və
xarici ölkələrdən, ümumilikdə, 69 min nəfər turist gəlmişdir ki,
bu da 1993-cü ildəki müvafiq göstəricini 2 dəfə üstələmişdir.
Muxtar respublikada qazanılmış uğurlar makroiqtisadi
göstəricilərin artım tempində də öz əksini tapmışdır. Belə ki,
2003-cü ildə muxtar respublikada 168040,4 min manatlıq Ümu-
mi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 1993-cü ildəki
müvafiq göstəricidən 6,8 dəfə çoxdur. 1993-cü illə müqayisədə
2003-cü ildə sənaye məhsulunun həcmi 3,4 dəfə, əsas kapitala
yönəldilən investisiyalar 31,3 dəfə, kənd təsərrüfatının ümumi
məhsulu 3,7 dəfə, nəqliyyat sektorunda yük daşınması 5,8 dəfə,
informasiya və rabitə xidmətləri 61,5 dəfə, pərakəndə əmtəə
dövriyyəsi 5,2 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 6,3 dəfə,
ixracın həcmi 5,6 dəfə, əhalinin gəlirləri 10,5 dəfə, hər bir nəfərə
düşən gəlirlər 9,1 dəfə, orta aylıq əməkhaqqı isə 3 dəfə artmışdır.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci il-
lərdə salınmış qəsəbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2000-ci il 23 mart tarixli Qərarına əsasən, Sədərək
kəndinin tərkibindən ayrılaraq müstəqil inzibati vahidə – Heydər-
abad qəsəbəsinə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası – 90
Dostları ilə paylaş: |