III mərhələ : 1987-1993 - cü illər
Əvvəlki illərdə mövcud olmuş inkişaf sürəti və yeni
sənaye müəssisələrinin tikilib istifadəyə verilməsi elə təsəvvür
yaradırdı ki, muxtar respublika iqtisadiyyatı on ikinci beşillik
dövründə də sürətlə inkişaf edəcəkdir. Lakin 1985-ci ildən
başlayaraq M.S.Qorbaçovun rəhbərliyi ilə Sov.İKP-nin guya
iqtisadiyyatın sosial yönümünü gücləndirmək məqsədilə aqrar-
sənaye kompleksinin yenidən qurulması və spirtli içkilər
istehsalının kəskin surətdə azaldılması siyasəti Azərbaycanın, o
cümlədən Naxçıvanın sənayesinə mənfi təsir göstərdi. Üzüm
istehsalının azalması nəticəsində şərab və başqa sənaye məhsulu
istehsalı da azaldı.
1986-cı ildə muxtar respublikada istehsal olunan sənaye
məhsulunun
həcmi
1985-ci
ilin
müvafiq
göstəricisinin
77,6 faizinə bərabər idi. 1987-1990-cı illərdə sənayenin
inkişafında bir sıra müsbət meyillər olsa da, bütövlükdə,
durğunluq baş vermiş, ümumi məhsulun həcmi 1990-cı ildə
1985-ci ilə nisbətən 92,6 faiz, 1989-cu ilə nisbətən isə 95,9 faiz
təşkil etmişdir. 1990-cı ildə 1985-ci ilə nisbətən dəmir-beton
məmulatı istehsalı 47,7 min kubmetrdən 40 min kubmetrə, xam
ipək ipliyi istehsalı 107 tondan 83 tona, duz istehsalı 118 min
tondan 99 min tonadək azalmışdır.
Erməni millətçilərinin Dağlıq Qarabağ ətrafında yarat-
dıqları fitnəkarlıq, iqtisadi və nəqliyyat əlaqələrinin blokada
səbəbindən kəskin qırılması, müqavilə öhdəliklərinin yerinə
yetirilməməsi, daxildə ictimai-siyasi sabitliyin pozulması
səbəbindən muxtar respublika iqtisadiyyatı 1990-cı ilin əvvəlində
Naxçıvan Muxtar Respublikası – 90
Azərbaycanın digər regionlarına nisbətən daha ağır vəziyyətdə
idi.
Həmin
dövrdə
sovet
imperiyası
rəhbərliyinin
Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana
ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması muxtar
respublikanın həyatına ciddi mənfi təsir göstərməkdə idi. Bu
dövrlərdə bütün Azərbaycanda, o cümlədən onun ayrılmaz
hissəsi olan Naxçıvanda xalqın azadlıq uğrunda apardığı
mübarizəni qələbə ilə başa çatdırmaq üçün siyasi və dövlətçilik
təcrübəsinə malik rəhbər lazım idi. Belə rəhbər Azərbaycanın
görkəmli dövlət xadimi Heydər Əliyev idi. Ulu öndərimiz 1990-cı
il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu
Naxçıvana gəldi. 1990-cı il 30 sentyabr seçkilərində Azərbaycan
SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçilən ümummilli
liderimiz Naxçıvanın ərazisini erməni işğalından, muxtariyyətini
isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Həmin dövrdə muxtar
respublikanın sosial-iqtisadi inkişafı üçün tədbirlər görüldü.
1991-ci il 29 oktyabr tarixində ümummilli liderimizin
ciddi səyi ilə Sədərək rayonunda Naxçıvanla Türkiyə arasında
salınmış körpünün rəsmi açılış mərasimi olmuşdur. 1992-ci il
22-25 mart tarixlərində Türkiyə Cümhuriyyəti ilə Azərbaycanın
Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlıq protokolu
imzalanmışdır.
1992-ci il 22-26 avqust tarixlərində ulu öndər İran İslam
Respublikasına səfər etmiş və müxtəlif sahələrdə əməkdaşlığa
dair protokollar imzalanmışdır. 1992-ci ildə İran və Türkiyə ilə
bağlanmış əməkdaşlıq müqavilələri əsasında Sədərək, Culfa və
Şahtaxtı keçid məntəqələri yaradıldı. Bundan əlavə, Naxçıvan
Naxçıvan Muxtar Respublikası – 90
şəhəri yaxınlığında istilik-elektrik stansiyası tikildi. İran və
Türkiyədən Naxçıvan ərazisinə yüksəkgərginlikli elektrik
xətlərinin çəkilişi həyata keçirildi ki, bu da təsərrüfat həyatını
xeyli canlandırmağa imkan verdi.
Muxtar respublikada iqtisadiyyatın yenidən qurulması
istiqamətində ulu öndərimiz Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri olarkən onun təşəbbüsü ilə 1992-ci il aprel
ayının 6-da “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən
kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və
sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə
təkliflər haqqında” qərarlar qəbul edilmişdir.
1992-ci ildə ümummilli liderimiz Heydər Əliyevin
təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda
ölkədə ilk dəfə olaraq ictimai təsərrüfatlarda islahata başlanılmış
və ilk özəl təsərrüfat qurumları yaradılmışdı. Bu təcrübə sonralar
1993-cü ildə ölkədə aqrar islahatların aparılmasına hazırlıq
dövründə nümunə rolunu oynamış və müxtəlif bölgələrdə
kəndlilərin birləşdiyi kəndli (fermer) təsərrüfatlarının yaradılması
ilə nəticələnmişdir.
Sovetlər Birliyi dövründə Naxçıvanın bütün telekom-
munikasiya xətləri Ermənistan ərazisindən keçirdi. 1990-cı ildə
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi ilə
başlanan müharibə vəziyyəti ölkəmizin ayrılmaz tərkib hissəsi
olan Naxçıvan Muxtar Respublikasının tam blokadaya salınma-
sına gətirib çıxardı. Ermənistan ərazisindən keçməklə Naxçıvana
gələn bütün kommunikasiya xətləri, avtomobil və dəmir yolları,
yüksəkgərginlikli elektrik dirəkləri, qaz kəməri, yeraltı magistral
rabitə qurğuları, radio-televiziya ötürücü rele stansiyaları erməni
Naxçıvan Muxtar Respublikası – 90
hərbi qüvvələri tərəfindən tamamilə dağıdılaraq məhv edilmiş,
muxtar respublika tam blokada vəziyyətinə düşmüşdü. Belə bir
ağır blokada şəraitində insanların dünyada və Azərbaycanda
gedən proseslərdən tamamilə təcrid olunması onsuz da dözülməz
olan vəziyyəti daha da çətinləşdirmişdi.
Qısa müddətdə Türkiyə ilə Naxçıvan arasında radiorele
xətti tikilib istifadəyə verildi. Naxçıvan şəhərində 512 nömrəlik
beynəlxalq avtomat telefon stansiyası işə salındı. Teleradio
verilişlərinin və mətbuatın Naxçıvana çatdırılması üçün tədbirlər
həyata keçirildi. Görülən işlər nəticəsində muxtar respublika
əhalisi lazımi məlumatlar almaq imkanı əldə etdi.
1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri vəzifəsində çalışan ulu öndər hava limanının uçuş-enmə
zolağının yenidən qurulması təşəbbüsünü irəli sürmüş və bu iş
yerli mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata
keçirilmiş, uzunluğu 3300 metr olan uçuş-enmə zolağı istifadəyə
verilmişdir. O vaxta qədər hava limanı kiçik təyyarələri qəbul
edirdisə, uçuş-enmə zolağının yenidən qurulması nəticəsində iri-
tutumlu təyyarələri qəbul etməyə başladı ki, bu da gün ərzində
800-1000 nəfərin hava limanının xidmətindən istifadə etməsi
demək idi.
Muxtar respublikanın Türkiyə ilə həmsərhəd bölgəsində
sosial-iqtisadi inkişafın gücləndirilməsi məqsədilə, həmçinin
ərazinin geostrateji mövqeyi nəzərə alınaraq 1990-cı ildə Sədərək
rayonu yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası – 90
Dostları ilə paylaş: |