NAXÇIVAN: TARİXİ İNKİŞAF YOLU
Özünün 90 illik yubileyini qeyd edən Naxçıvan böyük və
şərəfli tarixi inkişaf yolu keçmişdir. Uzun əsrlər boyu qədim Şərq
sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvanda Azərbaycan xalqının
zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.
Naxçıvan ərazisində aşkar edilən Daş və Tunc dövrünün
abidələri, Gəmiqayada sərt qayalar üzərində iki minə qədər
müxtəlif quruluşlu işarə və təsvirlər, öz sənətkarlığı ilə seçilən
boyalı
qablar
mədəniyyəti,
yüksək
qədim
şəhərsalma
mədəniyyətinin izləri bu yurdun ilkin sivilizasiya beşiklərindən
olduğunu təsdiq edir.
Tədqiqatlar Naxçıvan ərazisində insanların son buzlaşma
dövründən məskunlaşdıqlarını sübut edir. Naxçıvanın tarixi
Urmiya gölü hövzəsi və Mesapotamiyada yaranan sivilizasiya ilə
bağlı olmuşdur. Naxçıvan ərazisində 500-300 min il bundan
əvvəl yaşamış ulu əcdadlarımız zəngin təbiətli çay vadilərində,
dağ yamaclarında, mağaralarda məskunlaşmışlar. Qazma, Kilit,
Daşqala, Ərməmməd mağaraları, I Kültəpə, Sədərək, Ovçular
təpəsi, Xələc, Duzdağ, Şahtaxtı, Nəhəcir kimi yaşayış yerləri bu
ərazidə Neolit dövründən etibarən məskən salmış ibtidai insan-
ların izlərini qoruyur. Gəmiqaya və Əshabi-Kəhf abidələrinin
Naxçıvanda olması bu ərazinin ilkin məskunlaşma, eləcə də
zəngin mədəniyyət mərkəzlərindən biri kimi əhəmiyyətini daha
da artırır. Bu ərazidə Daş dövrü mədəniyyətinin izlərinə Batabat
yaylağında, Naxçıvançay və Əlincəçay vadilərində, İlandağın
cənub ətəyində, Qazma və Kilit mağaralarında, Ovçular təpəsi
yaşayış yerində və digər ərazilərdəki abidələrdə rast gəlinir.
Naxçıvan Muxtar Respublikası – 90
Naxçıvan ərazisində Paleolit, Neolit və Eneolit dövrünə aid
arxeoloji abidələr aşkar edilmişdir. İbtidai icma cəmiyyətinin
sonrakı mərhələlərində (e.ə. XII-I minilliklərdə) Azərbaycanın
Günortacı adlanan bu ərazisində davamlı və intensiv yaşayış
olmuşdur. Məhz bu dövrdə yerli əhalinin kaspi antropoloji tipi
formalaşmışdır.
E.ə. IV-II minilliklərdə Naxçıvan ərazisində meydana
gələn iri tayfa ittifaqları Azərbaycan xalqının soykökünün
formalaşması prosesində mühüm rol oynamışlar. Bunlar başlıca
olaraq türk mənşəli kaspi, kadusi və naxçı tayfa ittifaqları idi.
Mənbələrdə Urmiyadan Naxçıvana qədər olan ərazilərdə mehran
tayfasının yaşaması haqqında da məlumatlar var. Burada
meydana gəlmiş tayfa birlikləri Azərbaycanın etnik-siyasi
tarixində mühüm rol oynamışlar.
Naxçıvan
diyarı
Azərbaycanın
ən
qədim
şəhər
məskənlərindən biridir. Bu diyarın baş şəhəri olan Naxçıvan isə
Şərqdə və bütün dünyada ən qədim şəhərlərdən biri hesab olunur.
Beş min ildən artıq tarixə malik olan Naxçıvan şəhəri sonralar
Azərbaycanın iqtisadi, siyasi və mədəni mərkəzlərindən birinə
çevrilmişdir.
Orta Tunc dövründə Naxçıvanda güclü tayfa ittifaqları
formalaşmış, şəhər-dövlətlər yaranmışdır. Qədim Naxçıvan
şəhərinin yaxınlığında e.ə. II minilliyin əvvəllərində mövcud
olmuş Şahtaxtı, Qızılburun və Qarabağlarda şəhər tipli yaşayış
yerlərinin sakinləri, Cənubi Qafqazın qonşu regionları, eləcə də
Ön Asiya və Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələr
yaratmışlar. Daxili və beynəlxalq ticarət əlaqələri Naxçıvanda
yaranmış tayfa ittifaqları mərkəzlərinin e.ə. II-I minilliklərdə
Naxçıvan Muxtar Respublikası – 90
Naxçıvanın hərtərəfli inkişafına, digər mərkəzlərin qala-şəhərlərə
çevrilməsinə gətirib çıxarmışdır.
Naxçıvanın əlverişli geostrateji mövqeyi, mühüm karvan
yollarının, o cümlədən “İpək Yolu”nun üzərində yerləşməsi,
habelə zəngin ticarət, sənətkarlıq mərkəzi olması bölgələrin
məhsuldar torpaqları hələ eramızdan əvvəl qonşu dövlətlərin
diqqətini cəlb etmişdi. Ona görə də Naxçıvan uzun illər ərzində
bir-birini əvəz edən dövlətlərin tərkibində qalmış, lakin bununla
belə bu ərazi həmin dövlətlərin ən inkişaf etmiş əyalətlərindən
birinə çevrilmişdir.
Naxçıvan e.ə. IX-VII əsrin sonlarına qədər Azərbaycan
Manna dövlətinin tərkibində olmuşdur. Manna dövləti qonşu
Assuriya
və Urartu dövlətlərinə qarşı
mübarizədə öz
müstəqilliyini qoruyub saxlamışdır. Urartuya qarşı mübarizədə
e.ə. 820-810-cu illərə aid edilən İlandağda aşkar olunmuş yazıda
əks olunmuşdur. E.ə. 820-600-cü illərdə Şərurda mərkəzi
Oğlanqala olan qədim dövlət yaranmışdır. Manna dövlətinin
süqutundan sonra Naxçıvan əvvəlcə Midiyanın (e.ə. VII əsrin
sonları – e.ə. 550-ci il), sonra isə Əhəməni imperiyasının (e.ə.
550-e.ə.330-cu illər) tərkibinə daxil olmuşdu. Əhəmənilər
imperiyası Makedoniyalı İsgəndər (e. ə. 336- e.ə. 323) tərəfindən
süquta yetirildikdən sonra Naxçıvan yeni yaranan Atropatena
dövlətinin tərkibində qaldı. Ölkənin cənubunda Atropatena,
şimalında isə Albaniya dövləti yarandı. Azərbaycan xalqının
təşəkkülü tarixində Atropatena dövrü çox mühüm mərhələ
olmuşdur. Naxçıvan bu dövlətin əsas əyalətlərindən, iqtisadi və
mədəni mərkəzlərindən biri idi.
Naxçıvan Muxtar Respublikası – 90
Antik dövrdə və eramızın ilk əsrlərində Naxçıvanda
ictimai-iqtisadi və mədəni tərəqqi daha da sürətləndi. Şəhər xeyli
genişlənərək Azərbaycanın əsas ticarət mərkəzlərindən biri
olmuşdur. Antik dövrdə Naxçıvanla yanaşı, Gilan şəhəri də
məşhur sənətkarlıq və ticarət mərkəzi olmuşdu. Oğlanqala,
Govurqala, Qazançı qalası kimi qala-şəhərlər diyarın iqtisadi,
siyasi, mədəni həyatında, xüsusilə Naxçıvana yadelli basqınların
qarşısının alınmasında çox böyük rol oynamışdır.
E.ə. 150-ci ildən eramızın III əsrinədək Naxçıvan Parfiya
hökmdarlarının aramsız təzyiqinə qarşı rəşadətlə müqavimət
göstərmişdir. E.ə. I əsrdə romalılar Cənubi Qafqaza yiyələnmək
üçün parfiyalılarla müharibələr aparan zaman Naxçıvana böyük
zərbə dəymiş, çoxlu yaşayış məntəqələri dağıdılmışdır. Bu
dövrdə Naxçıvan barədə Roma və yunan müəlliflərinin əsərlərinə
də məlumatlar daxil edilmişdir. İosif Flavi (e.ə. I əsr) və Klavdi
Ptolemey (II əsr) öz əsərlərində Naxçıvandan bəhs etmişlər.
Eramızın III əsrində İran Sasani dövləti (224-651)
güclənməyə başladı. Regionda üstünlüyü ələ keçirmək uğrunda
Sasani, Roma, sonra isə Bizans imperiyaları arasında dağıdıcı
müharibələr baş verdi. Sasani dövləti Naxçıvanı ələ keçirdi. Bu
dövrdə Naxçıvan torpaqları İran-Roma, sonralar isə Bizansla
müharibələrdən xeyli əziyyət çəkdi, dağıntılara məruz qaldı.
Buna baxmayaraq, Naxçıvanın hərbi-strateji mövqeyi və ticarət
yollarının üzərində yerləşməsi onun inkişafına təkan verdi.
Sasanilər Naxçıvanı işğal etdikdən sonra naxçıvanlılardan ibarət
hərbi dəstələri yeni növ silahlarla təchiz etməyə başladılar. Yeni
növ silahlar yerli sənətkarlar tərəfindən istehsal edilmiş silahlarla
birgə istifadə edilirdi. Sasanilər Naxçıvanın Şərqi Roma
Naxçıvan Muxtar Respublikası – 90
imperiyasına coğrafi baxımdan yaxın olmasını nəzərə alaraq
dağıtdıqları qalaları yenidən bərpa etmək məcburiyyətində
qaldılar. Onlar Şahbuz ərazisindəki qalanı bərpa edərək
“Şapurqala” adlandırdılar.
Sasanilərlə Roma arasındakı müharibə yeni müqavilə ilə
nəticələndi. Bağlanmış sülh müqaviləsi nəticəsində Sasani
qoşunları Naxçıvanı tərk etməli oldular. 387-ci ildə bağlanmış
müqaviləyə görə, Naxçıvan yenidən Sasanilərin əlinə keçir.
Burada Sasani mərzbanlarının iqamətgahı yerləşir, Sasani şahları
adından
sikkələr
zərb
olunurdu.
Naxçıvan
zərbxanası
Azərbaycanda mövcud olmuş qədim zərbxanalardan sayılırdı.
Burada “naxç” işarəsi ilə Sasani sikkələri zərb olunmuşdur.
Həmin dövrdə Naxçıvan şəhərində 30 minə qədər yaşayış evi və
150 min əhali vardı.
VII əsrin birinci yarısında Bizans qoşunları Naxçıvan
şəhərini mühasirəyə alsa da, şəhəri işğal edə bilmədi. Bizans
ordusunun 625-ci ildə Naxçıvan üzərinə yürüşü zamanı şəhər
dağıdıldı, Dəbil ələ keçirildi. Gənzədəki məşhur atəşgah viran
qoyuldu.
Ərəb xilafətinin yaranması dünya tarixində böyük
dəyişikliklərə səbəb oldu. Ərəb istilası və İslamın yayılması
Azərbaycana da öz təsirini göstərdi. VII əsrdə Cənubi Qafqazın
digər regionları kimi, Naxçıvan da ərəb xilafətinin işğalına məruz
qalmışdır. Ərəblərin Naxçıvan ərazisinə ilkin hücumu basqın
xarakteri daşısa da, nəticə etibarilə, ağır idi: kəndlər, obalar qarət
edilmiş, əhalinin bir hissəsi öldürülmüş, bir hissəsi didərgin
salınmışdı. Naxçıvanın ərəblər tərəfindən işğalı mərhələli
Naxçıvan Muxtar Respublikası – 90
xarakter daşımış, Xilafət qüvvələri bu əraziyə bir neçə dəfə
hücumlar etmişdilər.
Yadelli əsarətini qəbul etməyən Azərbaycan xalqı
ərəblərin işğalçılıq siyasətinə qarşı azadlıq mübarizəsinə qalxdı.
Babəkin başçılıq etdiyi azadlıq müharibəsinin (816-837) əsas
mərkəzlərindən biri də Naxçıvan idi. Bu azadlıq müharibəsi Ərəb
xilafətinin əsaslarını zəiflətdi.
IX əsrin sonlarına doğru Ərəb xilafətinin zəifləməsi
nəticəsində Naxçıvan torpaqları əvvəl Sacilər (879-930), sonra
isə Salarilər (941-981) dövlətlərinin tərkibinə daxil olmuşdu.
Əsrin sonlarına yaxın ölkədə yaranmış siyasi vəziyyət zəminində
Naxçıvanda müstəqil, yaxud yarımmüstəqil dövlət qurumu
“Naxçıvanşahlıq” meydana gəlir. 80 ilə yaxın mövcud olmuş bu
dövlət qurumu Əbu Düləfilər tərəfindən idarə edilmişdir.
Akademik N.Vəlixanlı qeyd edir ki, “Naxçıvanşahlıq” müstəqil
dövlət yox, Şəddadilər dövlətinin tərkibində bir əmirlik
olmuşdur. Əbu Düləf dövlət başçısı deyil, yalnız Naxçıvanın
hakimi-əmiri olmuşdur. Naxçıvanşahlıq Salarilər dövlətinin son
vaxtlarında meydana gəlmiş və Rəvvadilər dövləti ilə eyni vaxtda
mövcud olmuşdur. Müasir Ordubad ilə Əylis arasında yerləşən
Qoltan əmirliyinin hakimi Əbu Düləf 982-ci ildə Salarilərin son
nümayəndəsi Dvin hakimi ibn İbrahimi məğlub edərək Dvin
(Dəbil), Naxçıvan və s. şəhərləri tutur və Vaspurakan da daxil
olmaqla həmin ərazilərdə möhkəmlənməyə çalışır. Lakin o, buna
nail ola bilmir. Onun nəvəsi Əbu Düləf sonralar Dvini yenidən
tutur və “Naxçıvanşah” titulu qəbul edib şahlığı idarə edir.
Azərbaycan şairi Qətran Təbrizinin qəsidələrindən göründüyü
kimi, Naxçıvanşah Əbu Düləf Azərbaycan hakimi Rəvvadi
Naxçıvan Muxtar Respublikası – 90
Bəhsudan ilə dost olub onunla hərbi ittifaqa girmiş və müttəfiq
qoşunlar Bizansa, eləcə də başqa düşmənlərə qarşı birgə
vuruşmuşlar.
Səlcuq hökmdarı Sultan Toğrulun (1038-1063) Böyük
Səlcuq imperiyasını yaratması ilə dünya tarixində böyük
dəyişikliklər baş verdi. Səlcuq hökmdarı Toğrul bəyin varisi Alp
Arslan
(1063-1072)
Azərbaycanın
cənub
vilayətlərində
Rəvvadilər sülaləsinin hakimiyyətinə son qoyduqdan sonra,
1064-cü ildə Naxçıvana yiyələnmişdir. Alp Arslanın oğlu Məlik
şah və vəziri Nizam ül-mülk tərəfindən Naxçıvan qalaları fəth
edilmiş və burada əmirlik yaradılmışdır. Alp Arslan Naxçıvan
şəhərində
özünə
xüsusi
iqamətgah
tikdirir.
Səlcuqların
Azərbaycandakı canişini Naxçıvanda yerləşirdi.
Səlcuqları tədricən siyasi və iqtisadi qüdrət kəsb edən ayrı-
ayrı atabəy sülalələri əvəz etdi. Böyük Səlcuq imperiyasının
süqutundan sonra Azərbaycan ərazisində Eldəniz (1136-1175)
tərəfindən əsası qoyulan Azərbaycan Atabəylər-Eldənizlər
dövləti (1136-1225) yarandı. 1146-cı ildə ölkədəki vəziyyətdən
istifadə edən Atabəy Eldəniz Naxçıvan vilayətini öz torpaqlarına
birləşdirir və həmin dövrdən etibarən Naxçıvan şəhəri və onun
vilayəti Eldəniz nəslinin irsi iqtasına çevrilir. Eldənizlər
dövlətinin tərkibinə Azərbaycan, Arran, Naxçıvan, Fars (Əcəm)
İraqı, Rey, Həmədan və s. vilayətlər daxil idi. Naxçıvan sərhəd
vilayəti kimi xüsusi rejimdə idi. Naxçıvan vilayəti divan əl-xassə
və ya divan əl-əla adlanan Ali divana tabe idi. Atabəylərin
xəzinəsi həmişə atabəyin olduğu yerdə saxlanılırdı. Əsas xəzinə
isə Naxçıvan yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu.
Azərbaycan Atabəyləri dövlətinin mərkəzi şəhəri, paytaxtı XII
Naxçıvan Muxtar Respublikası – 90
əsrin 30-70-ci illərində Naxçıvan şəhəri olmuşdur. Eldənizlər
dövlətinin banisi Şəmsəddin Eldənizin hakimiyyətinin ilk döv-
ründən dövlətin siyasi, “padşahlıq iqamətgahı” Naxçıvan
şəhərində yerləşmişdir. Azərbaycan hökmdarı Məhəmməd Cahan
Pəhləvanın dövründə (1175-1186) Naxçıvanın hakimi Qızıl
Arslan, onun ölümündən sonra isə arvadı Zahidə xatın idi. Cahan
Pəhləvanın oğlanları Əbubəkr (1191-1210) və Özbəyin
(1219-1225) hakimiyyəti dövründə paytaxt Təbriz olsa da,
Naxçıvan iqtisadi və mədəni mərkəz kimi mühüm rol
oynamışdır. O dövrdə Naxçıvan şəhərində təxminən 150-200 min
əhali yaşamışdır. Məhəmməd Naxçıvani şəhərin bu dövrü
haqqında yazır ki, “Təbrizdən və Bağdaddan sonra Naxçıvan
kimi cəlallı və əzəmətli şəhər yox idi”. Naxçıvan Azərbaycanın
iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri kimi dünya
miqyasında şöhrət qazanmışdı. Şəhərin mərkəzi hissəsində
Möminə xatın türbəsi inşa edilmişdi. Buradakı meydanın
ətrafında bir sıra binalar kompleksi – hökmdarın sarayı, Böyük
Cümə məscidi və ticarət binaları yerləşirdi. Memar Əcəminin
ucaltdığı Yusif Küseyir- oğlu və Möminə xatın türbələri Şərq
memarlığının nadir inciləri sayılır. Naxçıvan memarlığı
Atabəylər dövründə xüsusi məktəbə çevrildi. Onun banisi Əcəmi
Əbu Bəkr oğlu Naxçıvani idi. Onun yaratdığı Möminə xatın
türbəsi nəinki Azərbaycan, hətta dünya memarlığının nadir
incilərindən hesab olunur.
Naxçıvan haqqında məlumat verən XIII əsr qiymətli
mənbələrindən birində (“Əcaib-əd-Dünya” (Dünyanın qəribəlik-
ləri)) deyilir: “Naxçıvan – Azərbaycanda şəhərdir, böyükdür və
əhalisi çoxdur, hündür yerdə yerləşir, çox möhkəmləndirilmişdir.
Naxçıvan Muxtar Respublikası – 90
Şəhərin yanında daşdan qala tikiblər, qalada mədrəsə, məscid
inşa ediblər; qalada şirinsulu bulaq var”.
Monqolların
yürüşü
(1221)
nəticəsində
zəifləyən
Atabəylər-Eldənizlər dövlətini Xarəzmşah Cəlaləddin süquta ye-
tirdi. Naxçıvan Xarəzmşah tərəfindən işğal olundu. Bu, 1231-ci
ilədək davam etdi. Monqolların ikinci yürüşü (1231-1239) ilə
Azərbaycanda monqol ağalığı bərqərar oldu. Naxçıvan XIII-XIV
əsrlərdə Azərbaycanda və ümumiyyətlə, Şərqdə gedən siyasi-
iqtisadi, mədəni proseslərin mərkəzlərindən birinə çevrilmişdi.
Hülakülərin, çobanilərin, cəlairilərin nüfuz dairələrində olan
Naxçıvan bu hakimiyyətlərin siyasi həyatında fəal iştirak edirdi.
Beşinci monqol ulusu Hülakülər dövləti yarandıqda (1256)
Azərbaycan dövləti bu torpaqların tərkibinə daxil edildi.
Naxçıvan o zaman Azərbaycanın cənub torpaqlarının inzibati-
ərazi baxımından bölündüyü doqquz tüməndən biri idi.
Həmdullah Qəzvini (1282-1345) həmin tümənlərdən səkkizinin –
Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sarab, Marağa, Mərənd və
Naxçıvan tümənlərinin adını çəkir və onların hər biri barədə
müfəssəl məlumat verir. Çoxmənalı “tümən” termini ilə orta əsr-
lərdə on min döyüşçünü birləşdirən hərbi bölüm, on min dinara
bərabər pul vahidi və on min əsgər verə biləcək inzibati-ərazi
vahidi nəzərdə tutulurdu. Naxçıvan bölgəsi Azərbaycanın bir tü-
məni idi və dövlətə on min döyüşçü vermək qüdrətinə malik idi.
Naxçıvan tüməninə Azərbaycanın 27 iri şəhərindən 5-i – Nax-
çıvan, Ordubad, Azad, Əncan və Makuyə şəhərləri daxil idi.
Naxçıvan tüməni Makudan Qafan dağlarına kimi olan
geniş ərazini əhatə edir və Xoy, Mərənd, Pişkin tümənləri ilə,
eləcə də Qarabağla hüdudlanaraq Göyçə gölünə qədər uzanırdı.
Naxçıvan Muxtar Respublikası – 90
Naxçıvanın qərb hüdudlarına Dvin şəhəri də daxil idi. Ərəb
coğrafiyaşünası Yaqut Həməvinin (1179-1229) yazdığına görə,
Dvin “Arran vilayətində, Azərbaycanın uzaq hüdudlarında”
yerləşir. Fəzlullah Rəşidəddinin (1247-1318) məlumatına görə,
Qafan ərazisi də Naxçıvan tüməninə daxil idi.
Naxçıvanda və onun ətrafında Əlincə, Sürməli, Gərni,
Tarmap, Fəqnan və s. kimi qala və istehkamlar mövcud
olmuşdur. Öz möhtəşəmliyi, strateji mövqeyi, təbii şəraiti ilə
fərqlənən Əlincə XIII-XIV əsrlərdə Azərbaycanda fəaliyyət
göstərmiş dövlətlərin tarixində, eləcə də xalqımızın azadlıq
mübarizəsində əvəzolunmaz rol oynamışdır. XIV əsrin son
rübündə baş verən siyasi hadisələrin mərkəzində Əlincənin
xüsusi yeri vardır. Bu, Teymurun hücumları və qalanın müdafiəsi
ilə bağlıdır. Həmin dövrdə qalanın hakimi sultan Tahir Cəlairi,
qala kutvalları (sərkərdələr) isə Xacə Cövhər Əmir Altun və
sonra Əhməd Oğulşayi olmuşlar. Qala 14 il (1387-1401) Teymur
qoşunlarının həmlələrinə sinə gərmişdir. Qalaya 4 dəfə (1387,
1393, 1397, 1400) kəskin hücumlar olmuşdur. Lakin hər dəfə
Teymurun qoşunu məyus halda geri dönməli olmuşdur.
Teymurilərə qarşı mübarizədə hürufilər mühüm rol oynayırdı.
Hürufiliyin banisi, böyük Azərbaycan mütəfəkkiri Fəzlullah
Nəimi 1394-cü ildə Teymurun oğlu Miranşah tərəfindən
Naxçıvanda
öldürüldü.
On
dörd
illik
qəhrəmanlıq
mübarizəsindən sonra Əlincə qalası da daxili çəkişmələr
nəticəsində süquta uğradı. Bu hadisədən bir müddət sonra
Teymur Təbrizdən Naxçıvana gəlib, Əlincə qalasının başına
çıxaraq onu seyr etmiş, qalanın əzəməti onu heyran qoymuşdu.
Naxçıvan Muxtar Respublikası – 90
Naxçıvan XIII-XIV əsrlərin mürəkkəb tarixi şəraitinə
baxmayaraq, sosial-iqtisadi və mədəni cəhətdən inkişaf edirdi.
Kənd təsərrüfatı, sənətkarlıq və ticarət sahəsində mühüm
irəliləyiş nəzərə çarpırdı. Həmin dövrdə Naxçıvan, Ordubad,
Culfa şəhərləri Azərbaycanın həyatında mühüm yer tuturdu.
Naxçıvanda görkəmli dövlət, elm və mədəniyyət xadimləri
fəaliyyət göstərirdi. Əslən naxçıvanlı olan görkəmli Azərbaycan
alimi Nəsirəddin Tusi dünyanın elm korifeyləri sırasında layiqli
yer tutmuşdur.
XV əsrdə Naxçıvan diyarı türk mənşəli Qaraqoyunlu və
Ağqoyunlu dövlətlərinin, XVI əsrdə isə tarix səhnəsində 230 ilə
qədər qalmış Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil
olmuşdur. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ərazisi Ərəb
İraqı, Əcəm İraqı, Azərbaycan, Kürdüstan, Diyarbəkir, Luristan,
Fars, Kirman və b. vilayətlərlə yanaşı, Ermənistanı da əhatə
edirdi. Naxçıvan bu dövrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi
olmuşdur. Bəhs olunan dövrdə Ermənistan ərazisi “Çuxur-Səd”
adı ilə tanınırdı. Çuxur-Səd geniş ərazini – Araz çayı vadisinin
hər iki tərəfini – şimal-qərbdə Suragöl, şimal-şərqdə Göyçə gölü,
cənub-qərbdə Qars, cənub və cənub-şərqdə Sürməli, Naxçıvan,
Maku və bəzən də Bəyazid ərazisini əhatə etmişdir.
Orta əsrlərdə Azərbaycanın ən geniş əraziləri əhatə etdiyi
dövr Səfəvilər hakimiyyəti dövrünə təsadüf edir. 280-300 min
kv.km-lik Azərbaycan ərazisi inzibati-ərazi bölgü baxımından
4 bəylərbəyliyə bölünmüşdü: Şirvan, Qarabağ, Təbriz və Çuxur-
Səd. Naxçıvan 1501-ci ildə Səfəvilər dövlətinin tərkibinə daxil
olaraq, Azərbaycanın mühüm iqtisadi, siyasi və mədəni
mərkəzlərindən biri kimi tanınmışdır. Azərbaycan Səfəvi
Naxçıvan Muxtar Respublikası – 90
dövlətində “Naxçıvan ölkəsi” əvvəllər Təbriz bəylərbəyliyinin,
sonra isə Çuxur-Səd bəylərbəyliyinin tərkibində olmuşdur. Səfəvi
şahları Naxçıvan ölkəsinin idarəsini ən güclü dayaqlarından biri
olan türk qızılbaş tayfası – Ustaclıların bir qolu olan Kəngərli
tayfası başçılarına həvalə etmişdilər. Kəngərli tayfa başçıları XIX
əsrin 20-ci illərinə qədər Naxçıvanın irsi hakimləri olmuşdular.
Naxçıvan Səfəvi-Osmanlı müharibələri dövründə dağıdıcı təsirə
məruz qaldı. XVI əsrin 50-ci illərində Naxçıvan şəhəri Osmanlı
qoşunları tərəfindən qarət edilmiş və yandırılmışdır. II Şah
İsmayılın hakimiyyəti dövründə (1576-1577) Naxçıvan şəhəri
Səfəvilərin hakimiyyəti altında olmuş, XVI əsrin sonlarında
yenidən Osmanlı qoşunlarının hücumlarına məruz qalmışdır.
1590-cı ildə səfəvilərlə Türkiyə arasında sülh müqaviləsi
bağlandı. Azərbaycanın bir sıra şəhərləri ilə birlikdə Naxçıvan da
müvəqqəti olaraq Osmanlı imperiyasının hakimiyyəti altında
qaldı. I Şah Abbas (1587-1629) həmin torpaqları İranın tərkibinə
qaytarmaq uğrunda mübarizəyə başlayır. Yenidən genişlənən
Səfəvi-Osmanlı müharibələri Naxçıvanın həyatına ağır zərbə
vurur. 1605-ci ildə Osmanlı dövləti I Şah Abbasa qarşı böyük
ordu göndərdi. Bu vaxt İran şahı zorakılıqla Naxçıvan əhalisini
Dizmar və Qarabağ vilayətlərinə, Culfa əhalisini isə İsfahana
köçürmüşdür. Naxçıvan ölkəsindən 70 mindən çox adam sürgün
edilmişdir. Bu faciəli hadisə tarixdə “Böyük sürgün” adlanmışdır.
Yalnız 1639-cu il sülh müqaviləsi bərpa işlərinə imkan
yaratdı. Sülh müqaviləsindən sonra 1647-ci ildə Naxçıvan
şəhərinə Rzaəddin, 1678-ci ildən Şərif xan, 1691-ci ildən
Məhəmmədrza xan hakim təyin edilmişdi. Hələ I Şah Abbas
Naxçıvan Muxtar Respublikası – 90
Naxçıvan və digər Azərbaycan torpaqlarını osmanlılardan geri
almağa nail olmuşdu.
I Şah Abbasın dövründə vəzir təyin edilmiş Hatəm bəy
Ordubadi böyük Səfəvi imperiyasının idarə olunmasında mühüm
rol oynamışdı. I Şah Abbas 1606-cı ildə Ordubada səfərindən
sonra şəhəri soyurqal kimi ona bağışlamış, Hatəm bəy isə burada
geniş quruculuq işləri aparmışdı. I Şah Abbasın fərmanı ilə
(1607) ordubadlılar vergilərdən azad edilmişdilər. Həmin
fərmanın kitabəsi indiyədək qalmaqdadır.
Rus imperatoru I Pyotrun Cənubi Qafqaza yürüşü Osmanlı
imperiyasını da fəallaşdırdı. Osmanlı imperiyası 1723-cü ilin
yazından öz ordularını Cənubi Qafqaza və Qərbi İrana yeridir.
1723-cü ilin sentyabrında osmanlılar Naxçıvan, sonra isə Ordu-
bad şəhərini ələ keçirirlər. Naxçıvan torpaqları 1735-ci ilədək
Osmanlı Türkiyəsinin hakimiyyəti altında qalır. Osmanlı inzibati-
ərazi bölgüsünə əsasən, Naxçıvan “Naxçıvan sancağı” adı ilə
tanınır. Naxçıvan ərazisinin çox hissəsi Naxçıvan sancağına daxil
idi. Osmanlılar ilhaq etdikləri ərazilərdə əhalinin və onun gə-
lirlərinin müfəssəl siyahısını tərtib edirdilər. O cümlədən 1727-ci
ildə Naxçıvan sancağının iki nüsxədən ibarət “Müfəssəl dəftəri”
tərtib olunmuşdu. Burada Naxçıvanın inzibati-ərazi bölgüsü,
vergilərin miqdarı, əhalinin sayı və s. haqqında mötəbər
məlumatlar verilir. Həmin məlumatlardan Naxçıvan sancağında
14 nahiyə (Naxçıvan, Əlincə, Sair Məvazi, Qışlağat, Dərəşam,
Azadciran, Şorlut, Dərənürgüt, Sisyan və Dərələyəz) adı çəkilir.
Osmanlılar Səfəvilər dövründə Naxçıvanın tərkibində olan Zor,
Zəbil və Şərur nahiyələrini sancağın tərkibindən çıxararaq İrəvan
əyalətinə birləşdirmişdilər.
Naxçıvan sancağının 9.788 vergi
Naxçıvan Muxtar Respublikası – 90
verən əhalisi xəzinəyə hər il 2.629.059 axça ödəyirdi. O dövrdə
Naxçıvan sancağı 315 yaşayış məntəqəsini əhatə edirdi. Buraya
indiki Naxçıvan MR-in ərazisi, Ermənistanın Yexeqnadzor
rayonu, Cermuk rayonunun yarısı, Sisyan rayonunun böyük bir
hissəsi, Mehri də daxil olmaqla rayonun bir neçə yaşayış
məntəqəsi aid idi.
XVIII əsrin 30-cu illərində İranda Nadirin nüfuzu artırdı.
Azyaşlı III Şah Abbas 1736-cı ildə öldürüldü. Elə həmin il Nadir
Muğanda özünü şah elan etdi və bundan sonra Azərbaycanın
bütün ərazisini vahid Azərbaycan vilayətində birləşdirdi.
Naxçıvanda Kəngərli tayfası Nadir şaha itaətsizlik göstərdiyindən
bu tayfanın bəzi nümayəndələri Əfqanıstana köçürüldülər.
Naxçıvan diyarının idarəsi iki nəfərə tapşırıldı: onlardan biri
“hakimi-ölkə-ye Naxçıvan”, digər “hakimi-tümən-i Naxçıvan”
adlandırıldı.
1747-ci ildə Nadirin öldürülməsi ilə imperiya dağıldı.
Naxçıvan faktiki olaraq müstəqil feodal dövlətə – xanlığa
çevrildi. Həmin il Kəngərli tayfasının başçısı Heydərqulu xan
özünü Naxçıvan diyarının müstəqil hakimi elan etdi.
Naxçıvan xanlığının ərazisi indiki Naxçıvan Muxtar
Respublikasının ərazisindən xeyli böyük olub, Dərələyəz və
Zəngəzur torpaqlarının da çox hissəsini əhatə edirdi. Xanlığın
tərkibində 7 mahal (Əlincə, Əylis, Bəlləv, Dəstə, Dərələyəz, Xok,
Ordubad) və 2 şəhər (Naxçıvan, Ordubad) var idi. Xanlıqlar
dövründə ara müharibələri, çəkişmələr, hakimiyyət uğrunda
mübarizələr ənənəvi hal almışdı. Qonşu dövlətlərin müdaxiləsi,
habelə xanlıqda hakimiyyəti ələ keçirmək uğrunda ara verməyən
saray çəkişmələri Naxçıvan xanlığının zəifləməsinə səbəb oldu.
Naxçıvan Muxtar Respublikası – 90
Yalnız Kalbalı xanın (1787-1820) hakimiyyəti dövründə
xanlıqda müəyyən sabitlik yarandı. Naxçıvan xanlığının sonrakı
taleyi İran-Rusiya münasibətləri zəminində müəyyənləşdi və
nəhayət, 1828-ci il fevralın 10-da bağlanmış Türkmənçay
sazişinə görə, xanlığın ərazisi Rusiyaya ilhaq olundu.
1828-ci il martın 21-də çar I Nikolayın fərmanı ilə keçmiş
İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “erməni vilayəti”
adlanan uydurma inzibati ərazi vahidi yaradıldı. “Erməni
vilayəti”ni qərəgahı İrəvanda yerləşəcək rus generalı idarə etməli
idi. Ehsan xan Kəngərli Naxçıvanın naibi kimi 1840-cı ilə qədər
bu diyarı idarə etdi. 1840-cı ildə Ehsan xan özünün bütün
imtiyazlarını və Kəngərli süvari alayının başçısı vəzifəsini
saxlamaqla naiblikdən istefa verdi.
Bu, I Nikolayın real vəziyyəti nəzərə almadan, ənənəvi
ermənipərəst siyasətə əsasən, erməni dövləti yaratmaq istəyinin
nəticəsi idi. Lakin çarizm Rusiya imperiyası daxilində belə bir
siyasətin özünü doğrultmadığına tezliklə əmin oldu.
1840-cı ilin
aprelində çar hökuməti Zaqafqaziyada inzibati islahata dair
qanun verdi: 1841-ci il yanvarın 1-dən qüvvəyə minən bu qanuna
əsasən, komendant üsul-idarəsi ləğv olundu və burada ümumi
Rusiya inzibati sistemi tətbiq edildi. Buna uyğun yaradılan
Naxçıvan qəzası Ordubad mahalı ilə birlikdə Gürcüstan-
İmeretiya quberniyasının tərkibinə daxil edildi. Bu zaman
Naxçıvan qəzasının sahəsi 4378 kv.km, əhalisi isə 86.878 nəfər
idi. Qəza Naxçıvan, Ordubad, Dərələyəz, Culfa, Şahbuz yaşayış
məntəqələrdən ibarət idi.
Çar Rusiyasının geosiyasi məqsədlərinə müvafiq olaraq
Naxçıvan qəzası 1849-cu ildə Qərbi Azərbaycandakı İrəvan
Naxçıvan Muxtar Respublikası – 90
quberniyasına birləşdirildi. Bununla belə, İrəvan quberniyası
tərkibində də Naxçıvana müstəqil idarəçilik statusu verilmişdi.
Şərur-Dərələyəz ərazisi və Ordubad dairəsi də yeni yaradılan
İrəvan
quberniyasına
birləşdirildi.
1870-ci
ildə
İrəvan
quberniyasının tərkibində əhalisinin, demək olar ki, hamısı
azərbaycanlıdan ibarət olan Şərur-Dərələyəz qəzası təşkil edildi.
Azərbaycanın tarixi əraziləri olan İrəvan, Naxçıvan, Göyçə,
Şərur-Dərələyəz, Yeni Bəyazid əraziləri İrəvan quberniyasının
tərkibində idi.
Göründüyü kimi, tarixi Naxçıvan torpaqları çar Rusiyası
tərəfindən dəfələrlə inzibati-ərazi dəyişikliyinə məruz qalmış,
keçmiş xanlıq torpaqlarının böyük bir hissəsi Naxçıvan qəzasına
daxil edilmişdir. Eyni zamanda Naxçıvan ərazisinin məqsədyönlü
şəkildə erməniləşdirilməsi siyasəti həyata keçirilirdi. İran və
Türkiyədən ermənilər Azərbaycanın qədim torpaqlarına, o
cümlədən Naxçıvana köçürülür, əhalinin etnik tərkibi qəsdən
dəyişdirilirdi. Lakin Naxçıvan əhalisi bu qəddar siyasətə qarşı
qəhrəmanlıqla mübarizə aparır, ermənilərin doğma torpaqlarında
möhkəmlənməsinə yol vermirdilər.
Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində
Naxçıvanda ermənilərin sayı artırılsa da, əhalinin əksəriyyəti
yenə də azərbaycanlılardan ibarət idi. Köçürülən ermənilər
Naxçıvan əyalətinin 6 kəndində, Ordubad dairəsinin 11 kəndində
məskunlaşdırıldı. Naxçıvan şəhərində 416 ailə, Əbrəqunusda 36,
Bənəniyarda 43, Qazançıda 22, Xəlillidə 24, Kültəpədə 70,
Nehrəmdə 208, Cəhridə 151, Ayrıncda 31, Qarabağlarda 24,
Külüsdə 13, Nursuda 30, Şahbuzda 20, Gecəzurda 14, Məzrədə
22, Əylisdə 37, Aza, Dar, Dizə və Dırnısda 182 ailə yerləşdirildi.
Naxçıvan Muxtar Respublikası – 90
Köçkünlərdən 2285 ailə əyalətin Naxçıvan mahalında, 226 ailə
isə Ordubad mahalında yerləşdirildi. Rusiya imperiyasının
köçürmə siyasəti nəticəsində Naxçıvan dairəsinin mahalları üzrə
1830-cu illərdə əhalinin etnik tərkibi belə idi: Əlincə mahalı üzrə
azərbaycanlılar 400 təsərrüfat, 1830-cu ildən əvvəl köçürülüb
gətirilən ermənilər 120, həmin ildən sonra köçürülənlər də
120 təsərrüfat idi. Dərələyəz üzrə bu rəqəmlər müvafiq olaraq
1283, 58, 731; Naxçıvan mahalı üzrə 1884, 309,1207, Naxçıvan
şəhəri üzrə 905,156, 269 idi. Xok mahalında azərbaycanlılar 292,
ermənilər isə cəmi 43 təsərrüfat idi.
Ordubad dairəsində və Şərura
aid olan məlumatlar da təsdiq edir ki, göstərilən bütün cəhdlərə
baxmayaraq, Naxçıvan əhalisinin etnik tərkibini ermənilərin
xeyrinə dəyişdirmək mümkün olmamışdı.
Birinci rus inqilabı illərində Rusiyada yaranmış vəziyyət
çar hökumətini millətlərarası münasibətləri qızışdırmağa sövq
etdi. Azərbaycanın paytaxtında və müxtəlif şəhərlərində
ermənilər azərbaycanlılara qarşı soyqırım siyasətinə başladılar.
Nəticədə, naxçıvanlılar kütləvi qırğınlara və zorakılıqlara məruz
qalmış, erməni quldurlarına və onların himayəçisi olan çar
hakimiyyəti
dairələrinə
qarşı
qəhrəmancasına
mübarizə
aparmışdılar. Naxçıvan tarixinin bu qanlı faciələri, ermənilərin
azərbaycanlılara qarşı törətdikləri soyqırımlar böyük Azərbaycan
yazıçısı M.S.Ordubadinin “Qanlı illər” kitabında konkret fakt-
larla əks olunmuşdur.
Birinci Dünya müharibəsi illərində bütün Azərbaycan
torpaqları kimi, Naxçıvan diyarı da tarixin ən ağır sınaqları
qarşısında qaldı. Azərbaycanın digər torpaqları kimi, Naxçıvan
da öz hərbi-siyasi mövqeyinə görə böyük dövlətlərin maraq
Naxçıvan Muxtar Respublikası – 90
dairəsinə daxil idi. Digər tərəfdən, “böyük Ermənistan” yaratmaq
xülyasına düşən erməni millətçiləri Şərqi Anadolu ilə yanaşı,
Naxçıvan da daxil olmaqla bütün Şimali Azərbaycanı ələ
keçirməyə çalışırdılar.
1917-ci il fevral inqilabının qələbəsindən sonra Naxçı-
vanda da müvəqqəti hökumətin orqanları təşkil edildi. Eyni za-
manda Naxçıvan şəhərində, Culfada, Şahtaxtı dəmir yolu stansi-
yasında və b. yerlərdə bolşeviklərin yeni hakimiyyət orqanları–
sovetlər yaradıldı. İmperiyanın bir çox əyalətlərində olduğu kimi,
Naxçıvanda da ikihakimiyyətlilik mövcud idi. Zaqafqaziyanı (rus
dilində Cənubi Qafqaza verilən ad. “Qafqazın o tərəfi” məna-
sında işlənirdi – İ.H.) müvəqqəti olaraq idarə etmək üçün Xüsusi
Zaqafqaziya Komitəsi deyilən hökumət qurumu yaradıldı. Mər-
kəzi Tiflis şəhəri beş nəfər üzvdən yalnız bir nəfər azərbaycanlı
olan hökumətin böyük bir regionu idarə etmək imkanı yox idi.
Həmin hökumətin Naxçıvandakı yerli komitəsi də diyarı idarə
edə biləcək və bu ərazidə əmin-amanlığı qoruyacaq qədər güclü
deyildi. Üstəlik də, 1917-ci ilin oktyabrında Rusiyada baş verən
bolşevik çevrilişi və rus ordularının diyarı tərk etməsindən sonra
bölgədə vəziyyət sürətlə pisləşməyə, ictimai-siyasi sabitlik pozul-
mağa başladı. Naxçıvan diyarının müsəlman-türk əhalisi silahlan-
mış, yaxşı təşkil olunmuş təcavüzkar əhval-ruhiyyəli ermənilər,
quldur daşnak dəstələri ilə üz-üzə qaldılar.
Çar Rusiyasının on illər boyu düşmən gözü ilə baxdığı,
hərbi xidmətdən kənarlaşdırdığı türk-müsəlmanlarından fərqli
olaraq, Qafqazın erməni əhalisi çar ordusunda xidmət edirdilər.
1918-ci
ilin
əvvəllərində
və
sonrakı
iki
ildə
xarici
imperialistlərin, erməni daşnak hökumətinin maddi və mənəvi
Naxçıvan Muxtar Respublikası – 90
köməyi ilə ermənilər Naxçıvan bölgəsində azərbaycanlılara qarşı
dəhşətli qırğınlar törətdilər. Arxiv materiallarından məlum olur
ki, 1918-1920-ci illərdə erməni cəlladları 73 mindən artıq
müsəlman sakini qətlə yetirmişdir. Naxçıvanda Müsəlman Milli
Şurasının katibi olmuş Mirzə Bağır Əliyev 1918-1920-ci illər
hadisələrindən bəhs edən gündəlik yazmış və həmin gündəlik
“Qanlı günlərimiz” adı ilə kitab kimi çap edilmişdir.
1918-ci il may ayının 28-də Azərbaycan xalqı öz dövlət
müstəqilliyini bərpa edərək müsəlman şərqinin ilk demokratik
respublikasını – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. AXC
dövründə ölkədə və onun ətrafında siyasi vəziyyət çox mürəkkəb
idi. 1918-ci ilin iyununda Andranik Ozanyanın quldur dəstələri
Naxçıvana basqın edərək dinc əhaliyə qarşı vəhşiliklər törətdilər.
Silahlı erməni quldur dəstələri təkcə Gilançay və Əlincəçay
vadisində 80-dən artıq kəndi viran qoymuş, əhalini amansızlıqla
qətlə yetirmişdilər. Müsəlman Milli Şurası, onun Cəfərqulu xan,
Rəhim xan, Kamran xan, Kalbalı xan kimi qəhrəman üzvləri və
yerli əhali igidliklə mübarizə aparmış, kömək üçün Osmanlı
Türkiyəsinə müraciət etmişdilər. 1918-ci il iyulun əvvəlində türk
generalı Kazım Qarabəkir paşanın qoşunları yerli əhali ilə
birlikdə erməni cəlladlarını məğlub edib Naxçıvandan qovdular.
Lakin I Dünya müharibəsində məğlub olan Türkiyə Mudros
barışığına (1918, 30 oktyabr) əsasən, öz qoşunlarını Cənubi
Qafqazdan, eləcə də Naxçıvandan çıxarmağa məcbur oldu. Türk
qoşunlarının diyarı tərk etməsindən sonra 1918-ci il noyabrın
3-də Naxçıvanda paytaxtı Naxçıvan şəhəri olan Araz-Türk
Respublikası yaradıldı. Onun ərazisi 8,6 min kv.km, əhalisi isə
1 milyon nəfərə yaxın idi. Bu respublikanın hüdudları Naxçıvan,
Naxçıvan Muxtar Respublikası – 90
Şərur-Dərələyəz qəzalarını, Ordubad mahalını, habelə Sərdar-
abad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və s. əraziləri əhatə
edirdi. Cümhuriyyətin Nazirlər Şurasının sədri Əmir bəy Ək-
bərzadə, hərbi nazir isə İbrahim bəy Cahangiroğlu idi. Araz-Türk
Respublikası bölgəni və onun əhalisini erməni basqınlarından
qorumaq məqsədilə silahlı dəstələr yaratmış və düşmənə qarşı
fəal hərbi əməliyyatlar keçirmişdir.
1919-cu ilin əvvəllərində daşnak hökumətinin təhriki ilə
ingilislər Naxçıvana daxil oldular və burada ingilis general-
qubernatorluğu elan etdilər. İngilislər tərəfindən sıxışdırılan
Araz-Türk Respublikası 1919-cu ilin martında süqut etdi. Bu
respublika az yaşasa da, mühüm xidmətləri ilə əbədiləşdi. Belə
ki, Araz-Türk Respublikası bölgənin azərbaycanlı əhalisinin qüv-
vələrini düşmənlərə qarşı birləşdirməkdə mühüm rol oynamış,
əhalinin daşnaklar tərəfindən məhv edilməsinin qarşısını almış,
ən başlıcası isə bölgənin ermənilərin əlinə keçməsinə imkan ver-
məmişdi.
İngilislər Naxçıvanı Ermənistana vermək istəyirdilər. Nax-
çıvan Müsəlman Milli Şurası ermənilərlə ümumxalq mübari-
zəsinə qalxdı. Kalbalı xanın rəhbərliyi ilə xalq qoşunu ermənilərə
sarsıdıcı zərbə vurdu və avqustun 30-da (1919) ermənilər Nax-
çıvandan qovuldu. Bundan sonra AXC hökuməti Səməd bəy
Cəmilinskini Naxçıvan bölgəsinin general-qubernatoru təyin etdi.
Səməd bəy dərhal idarəetmə strukturları yaratmağa başladı. Bu
zaman Naxçıvanda Amerika general-qubernatorluğun yaradılma-
sına təşəbbüs edilsə də, yerli əhali buna imkan vermədi. Zəngə-
zurun erməni daşnakları tərəfindən tutulması (1919, 23 noyabr)
Naxçıvan Muxtar Respublikası – 90
Naxçıvanı çətin vəziyyətə salsa da, ərazini erməni işğalından
qorumaq mümkün oldu.
1920-ci il aprelin 28-də Azərbaycanın Rusiya tərəfindən
işğalı ilə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. İyulun 28-də
Naxçıvanda Sovet hakimiyyəti quruldu. Naxçıvan Hərbi İnqilab
Komitəsinin 1920-ci il avqustun 10-da Azərbaycan SSR XKŞ-
nın sədri N.Nərimanova göndərdiyi məktubda deyilirdi: “Nax-
çıvan diyarı zəhmətkeşlərin böyük əksəriyyətinin arzu və
tələblərini nəzərə alaraq, özünü Azərbaycan SSR-in ayrılmaz
tərkib hissəsi elan etmişdir”.
1920-ci ilin sentyabrında Naxçıvana daşnak hərbi hissə-
lərinin hücumu başladı. Naxçıvanlılar erməni hücumlarının qarşı-
sını aldılar. Sentyabrın 18-də Ordubad, noyabr-dekabr döyüşləri
nəticəsində isə Şərur azad edildi.
Sovet Rusiyası da Naxçıvanı Ermənistana birləşdirmək
üçün bütün vasitələrdən istifadə edirdi. İ.Stalin, Q.Orconikidze,
S.M.Kirov, G.Çiçerin və b. bu istiqamətdə iş aparırdılar. Er-
mənistanda Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan üçün
təhlükə daha da artdı. Naxçıvan əhalisinin inadlı müqaviməti və
mübarizəsi sayəsində antiazərbaycan siyasəti baş tutmadı. Nəti-
cədə, Ermənistan Hərbi İnqilab Komitəsi 1920-ci il dekabrın
28-də Naxçıvanı müstəqil sovet respublikası kimi tanıdı və
daşnakların bu ərazi ilə əlaqədar iddialarından imtina etdiklərini
bəyan etdilər.
Naxçıvan və Zəngəzurun Ermənistan ərazisinə qatılması
barədə Ermənistan hökuməti ilə sovet Rusiyası arasında razı-
laşma əldə edilmişdi. Ermənistan SSR hökuməti Naxçıvanı ilhaq
etmək üçün yeni cəhdlər göstərirdi. Lakin 1921-ci ilin yanvarında
Naxçıvan Muxtar Respublikası – 90
Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü
ilə keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən
çoxu Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycan
SSR-in tərkibində qalmasına səs verdi.
1920-ci ilin aprel ayından başlayaraq Türkiyə ilə Rusiya
arasında münasibətlərdə mülayimləşmə hiss olunurdu. Bundan
istifadə edən Türkiyə hökuməti həm XIX əsrin 70-ci illərində
itirilmiş torpaqlarının geri qaytarılması, həm də Rusiyanın
yardımından faydalanaraq istiqlal mübarizəsində qalib gəlməsini
düşünürdü. Bu məqsədlə də Rusiya ilə danışıq aparmaq üçün
Bəkir Sami bəyin başçılığı ilə nümayəndə heyətini Moskvaya
göndərmişdi. Bir qədər sonra Yusif Kamal bəyin başçılığı ilə
Moskvaya daha bir nümayəndə heyəti göndərildi. Hər iki
danışıqlarda Naxçıvan məsələsinə də xüsusi əhəmiyyət
verilmişdi. Danışıqlarda Azərbaycan SSR-in RSFSR-dəki
fövqəladə və səlahiyyətli nümayəndəsi B.Şahtaxtinskinin də
mühüm xidmətləri olmuşdu. Danışıqlar nəticəsində 1921-ci il
martın 16-da iki ölkə arasında “Dostluq və qardaşlıq haqqında”
Moskva müqaviləsi imzalandı. Müqavilə 16 maddədən və
2 əlavədən ibarət idi. Onun III maddəsində deyilirdi: “Razılığa
gələn hər iki tərəf Naxçıvan vilayətinin hazırkı Müqavilənin I (C)
əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın protektoratlığı
altında muxtar ərazi yaratmasına razıdırlar, o şərtlə ki,
Azərbaycan
bu
protektoratlığı
üçüncü
dövlətə
güzəştə
getməməlidir”. Bu maddə Naxçıvanın taleyinin həll edilməsində
tarixi əhəmiyyətə malik oldu. Naxçıvan məsələsi özünün ədalətli
həllini tapdı və Azərbaycan ərazisinin bütövlüyü qismən də olsa,
qorunmuş oldu.
Naxçıvan Muxtar Respublikası – 90
Moskva müqaviləsinin şərtləri 1921-ci il oktyabrın 13-də
Rusiya nümayəndəsinin iştirakı ilə Türkiyə, Azərbaycan,
Gürcüstan və Ermənistan arasında bağlanmış Qars müqaviləsi ilə
daha da möhkəmləndirildi. Müqavilədə yenə də Naxçıvanın
Azərbaycanın tərkibində saxlanılması və ona muxtariyyət
verilməsi
məsələsi
təsbit
olunmuşdur.
Lakin
Moskva
müqaviləsindən fərqli olaraq Qars müqaviləsinin V maddəsində
Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən
edilmişdir. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan
hökumətləri idi.
1922-ci il yanvarın 25-də Naxçıvan diyarının I Sovetlər
qurultayı Naxçıvan İnqilab Komitəsini ləğv etdi, Naxçıvan
İcraiyyə Komitəsi və Naxçıvan SSR Xalq Komissarları Soveti
yaratdı. 1923-cü il fevralın 27-də III Ümumnaxçıvan Sovetlər
qurultayı Naxçıvan SSR-in muxtariyyət hüquqları əsasında
Azərbaycan SSR tərkibinə daxil edilməsi haqqında qərar qəbul
etdi və Azərbaycan MİK-ə müraciət ünvanlandı. Azərbaycan
MİK-in III sessiyası bu müraciəti təsdiq etdi.
1923-cü ilin 16 iyunundan Naxçıvan SSR-in statusu məh-
dudlaşdırıldı və o Naxçıvan Muxtar Diyarına çevrildi. 1923-cü
ilin sonunda Naxçıvan Muxtar Diyarının muxtar respublikaya
çevrilməsi məsələsi irəli sürüldü. Azərbaycan MİK 1923-cü il
dekabrın 31-də bu barədə qərar qəbul etdi. Zaqafqaziya MİK-in
1924-cü il yanvarın 8-də keçirilən I plenumu bu qərarı təsdiqlədi.
1924-cü il yanvarın 18-də Naxçıvan MSSR-in hakimiyyət or-
qanları təşkil edildi.
1924-cü il fevralın 9-da Azərbaycan SSR MİK-in dekreti
ilə Naxçıvan Muxtar Diyarı Naxçıvan MSSR-ə çevrildi.
Naxçıvan Muxtar Respublikası – 90
Beləliklə, ermənilərin Naxçıvanın Azərbaycandan qoparılmasına
yönəlmiş düşmənçilik niyyətləri boşa çıxdı, Naxçıvanın
Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və onun Azərbaycan
dövlətçiliyindəki yeri öz ədalətli hüquqi qiymətini aldı.
Naxçıvan Muxtar Respublikasının sahəsi tarixi Naxçıvan
ərazisinin yalnız 5.988 kv.km-ni əhatə edirdi. 1929-1930-cu
illərdə və bundan sonra, Kreml rejimi Moskva və Qars
müqavilələrinin qərarlarına zidd olaraq Naxçıvana qarşı
ermənilərin yeni ərazi iddialarını həyata keçirdi. Nəticədə,
muxtar respublikanın ərazisi daha da azaldıldı. Təkcə 1929-cu
ildə Zaqafqaziya MİK-in qərarı ilə Naxçıvanın 657 kv.km ərazisi
- Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası
Şahbuz nahiyəsinin Oğbin, Ağxaç, Almalı, İtqıran, Sultanbəy
kəndləri, Ordubad qəzasının Qorçevan kəndi, habelə Kilit kəndi
torpaqlarının bir hissəsi Ermənistana verildi.
Hazırda Naxçıvan
Muxtar Respublikasının ərazisi 5,5 min kv.km-dir. Azərbaycan
xalqının
ümummilli
lideri
Heydər
Əliyev
Azərbaycan
Respublikası Konstitusiya Komissiyasının 1998-ci il yanvarın
14-də keçirilən iclasında demişdir: “ Naxçıvanın muxtariyyəti
Dostları ilə paylaş: |