Azərbaycan respublikasi


V mərhələ : 2003-2013-cü illər



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix02.01.2022
ölçüsü49,79 Mb.
#2530
1   2   3   4   5   6   7   8   9   ...   22
tarixi 
nailiyyətdir, 
biz 
bunu 
qoruyub 
saxlamalıyıq. 
Naxçıvanın  muxtariyyəti  Naxçıvanın  əldən  getmiş  başqa 
torpaqlarının  qaytarılması  üçün  ona  xidmət  edən  böyük  bir 
amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.  
1920-30-cu  illər  Naxçıvan  tarixinin  ağır  dövrlərindəndir. 
Həmin  illərdə Naxçıvanın  idarə edilməsi, ilk  vaxtlar Azərbaycan 
MİK-in  1924-cü  ilin  aprelində  qəbul  etdiyi  Əsasnamə  ilə 
tənzimlənirdi.  Həmin  əsasnamə  1926-cı  il  aprelin  18-də 
Ümumnaxçıvan  Sovetlər  qurultayının  qəbul  etdiyi  Naxçıvan 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
MSSR-in  birinci  Konstitusiyasınadək  qüvvədə  olmuşdur.  Sonra 
isə  SSRİ  və  Azərbaycan  SSR  konstitusiyalarının  dəyişdirilməsi 
ilə əlaqədar olaraq 1937-ci  il sentyabrın 17-də Naxçıvan MSSR-
də yeni Konstitusiya qüvvəyə minmişdir.  
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin 
Azərbaycana  rəhbərlik  etdiyi  illər  respublikanın,  o  cümlədən 
Naxçıvanın həyatında yüksəliş dövrü kimi xarakterizə olunur. Bu 
illərdə  Naxçıvan  diyarı  yenidən  quruldu,  tikildi,  inkişaf  etdi. 
Naxçıvan  MSSR  qabaqcıl  sənaye,  kənd  təsərrüfatı,  elm  və 
mədəniyyət mərkəzinə çevrildi. Naxçıvanın sosial-iqtisadi, siyasi 
və  mədəni  həyatında  böyük  dirçəliş  baş  verdi.  Bu  dövrdə  SSRİ 
və  Azərbaycan  SSR  konstitusiyalarına  uyğun  olaraq,  Naxçıvan 
MSSR-in də yeni Konstitusiyası (1978-ci il) qəbul edildi. Böyük 
inkişafın  nəticəsi  idi  ki,  1980-ci  ilin  sonuna  yaxın  muxtar 
respublikada  məhsul  istehsalı  1924-cü  ilə  nisbətən  180  dəfədən 
çox  artmışdı.  Mənzil  tikintisi  sahəsində  də  irəliləyiş  müşahidə 
olunurdu.  Belə  ki,  təkcə  Naxçıvan  şəhərində  45  min  nəfər 
əhalinin yaşadığı yeni yaşayış massivləri salındı. 
XX  əsrin  80-ci  illərinin  sonlarında  respublikada  siyasi 
vəziyyət xeyli mürəkkəbləşdi.  
1990-cı  il  yanvarın  19-dan  20-nə  keçən  gecə  sovet 
ordusunun  Bakıda  dinc  əhaliyə  divan  tutmasından  bir  neçə  saat 
əvvəl Naxçıvan erməni təcavüzkarlarının hücumuna məruz qaldı. 
Qanlı  Yanvar  günlərində  Azərbaycan  ilk  şəhidlərini  Naxçıvanda 
verdi.  Kərki  kəndi  ermənilər  tərəfindən  işğal  edildi.  SSRİ 
rəhbərliyinin  riyakar  mövqe  tutması  səbəbindən  xalqın  tələbi  ilə 
Naxçıvan  MSSR  Ali  Soveti  o  zaman  üçün  misli-bərabəri 
olmayan cəsarətli bir qərar qəbul etdi – Naxçıvan MSSR-in SSRİ 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
tərkibindən  çıxdığını  elan  etdi!  Moskvada  isə  1990-cı  il             
20  yanvar  qırğınına  ilk  düzgün  siyasi  qiyməti  həmin  faciənin 
səhəri günü ulu öndər Heydər Əliyev verdi. 
Vətənin  dar  günündə  özünü  Bakıya  yetirən  və  Kreml 
rejiminə  yarınan  Azərbaycan  rəhbərliyinin  xəyanəti  nəticəsində 
paytaxtda  qala  bilməyən  Heydər  Əliyev  1990-cı  il  iyulun  22-də 
Naxçıvana  gəldi.  Ulu  öndərin  Naxçıvana  qayıtması  əhalinin  çox 
böyük  sevincinə  və  ruh  yüksəkliyinə  səbəb  oldu.  Uzaqgörən 
siyasətçi  1990-1993-cü  illərdə  Naxçıvanı  ermənilərin  işğal 
təhlükəsindən  xilas  etdi.  Sovet  İttifaqının  dağılmasından  sonra 
Naxçıvan  Muxtar  Respublikasının  Ermənistanın  təcavüzündən 
müdafiəsində,  son  dərəcə  çətin  vəziyyətdə  bölgənin  idarə 
olunmasında  Heydər  Əliyevin  Naxçıvan  dövrü  fəaliyyəti 
müstəsna  əhəmiyyət  kəsb  edir.  Bu  dövrdə  tarixi  əhəmiyyət 
daşıyan  qərarların  qəbul  edilməsi  tariximizin  ən  parlaq  səhifələ-
rindəndir. Heydər Əliyevin sədrliyi  ilə 1990-cı il  noyabrın 17-də 
Naxçıvan MR Ali Məclisinin 1-ci sessiyası məhz onun təşəbbüsü 
ilə  Naxçıvan  MSSR-in  adından  “Sovet”,  “Sosialist”  sözlərini 
çıxardı,  diyarın  bundan  sonra  “Naxçıvan  Muxtar  Respublikası” 
adlandırılması  qərara  alındı.  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
1918-ci  ildə qəbul etdiyi  dövlət bayrağı Naxçıvan MR-in Dövlət 
bayrağı  kimi  təsdiqləndi.  Bakıda  baş  vermiş  1990-cı  il              
19-20  yanvar  hadisələrinə siyasi qiymət  verildi, 31 Dekabr Dün-
ya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qəbul edildi və s. 
Naxçıvanda  fəaliyyət  göstərən  Heydər  Əliyev,  eyni 
zamanda, bütün Azərbaycanın ümid çırağı idi. Onun 1991-ci ilin 
fevralında 
Ali 
Sovetin 
sessiyasında 
çıxışı, 
SSRİ-nin 
saxlanılmasına  dair  referendumun  Naxçıvanda  keçirilməməsi 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
buna  parlaq  sübutdur.  1991-ci  il  sentyabrın  3-də,  şəxsi 
etirazlarına  baxmayaraq,  Naxçıvan  Muxtar  Respublikası  Ali 
Məclisi  Heydər  Əliyevi  sədr  seçdi.  Naxçıvanda  Sovet 
hakimiyyəti  ləğv  edildi.  Azərbaycan  Respublikası  prezidenti 
seçkilərini  Naxçıvanda  keçirməmək  haqqında  qərar  qəbul 
olundu.  Ali  Məclisin  5  sentyabr  tarixli  iclasında  muxtar 
respublikanın  xalq  təsərrüfatında  yaranmış  gərgin  vəziyyət,  onu 
normallaşdırmaq  və  böhran  vəziyyətindən  çıxarmaq  tədbirləri 
müzakirə edildi. Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar 
Respublikası  tarixinin  məna  və  mahiyyətinə  görə  bir-birindən 
kəskin  surətdə  fərqlənən  iki  dövrü  bir-birindən  ayrıldı  –  sovet 
dövrü  başa  çatdı,  xalqın  arzusunda  olduğu  müstəqillik  dövrü 
başlandı.  Naxçıvanda  yeni  Azərbaycanın  quruculuğu  prosesi 
gedirdi.  Bu  tarixi  prosesə  ulu  öndər  Heydər  Əliyev  başçılıq 
edirdi.  
Müstəqillik  hər  bir  xalqın  ən  böyük  arzusudur. 
Azərbaycanın  yenidən  istiqlaliyyət  əldə  etməsi  xalqın  böyük 
nailiyyəti  idi.  Hakimiyyət  çəkişmələri  və  siyasi  hərc-mərcliyin 
baş  alıb  getdiyi  Bakıdan  fərqli  olaraq  Heydər  Əliyevin  rəhbərlik 
etdiyi Naxçıvan  istiqlal  mübarizəsi  və  yeni həyat quruculuğunun 
önündə gedirdi. Məhz ilk dəfə Naxçıvanda SSRİ-nin tərkibindən 
çıxmaq  haqqında  qərar  qəbul  olunmuş,  SSRİ-nin  saxlanılması 
haqqında 
referenduma 
etiraz 
edilmişdi. 
Yeni, 
müstəqil 
Azərbaycanın  qurulması  prosesi  Naxçıvanda  uğurla  davam 
etdirilirdi.  
Artıq  1993-cü  ilin  yayına  doğru  Naxçıvan  möhkəm 
dövlətçiliyin,  siyasi  sabitliyin  hakim  olduğu  bir  bölgə  idi.  Elə 
buna  görə  də  1993-cü  ilin  iyun  hadisələri  zamanı  bütün 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
respublikanın  diqqəti  Naxçıvana  yönəldi  və  xalqın  tələbi  ilə 
Naxçıvan  MR  Ali  Məclisinin  Sədri  Heydər  Əliyev  Bakıya  gəldi 
(1993,  9  iyun),  respublikanın  siyasi  hakimiyyətində  dəyişiklik 
baş verdi, vətəndaş müharibəsinin, separatçı qüvvələrin fəaliyyə-
tinin qarşısı alındı, sabitlik və əmin-amanlıq yaradıldı, sosial-iqti-
sadi  islahatların  hazırlanması  və  həyata  keçirilməsinə  başlandı. 
Heydər  Əliyev  Azərbaycanda  ikinci  dəfə  siyasi  hakimiyyətə 
gəldikdən  sonra  da  Naxçıvan  Muxtar  Respublikasında  Heydər 
Əliyevin əsasını qoyduğu islahatlar uğurla davam etdirildi. 
Azərbaycanın  müstəqilliyi  dövründə  Naxçıvan  MR  tari-
xində ən mühüm siyasi hadisələrdən biri də onun tarixi və müasir 
inkişaf  sahəsində  əldə  etdiyi  nailiyyətləri  təsbit  edən  yeni 
Konstitusiyasının  qəbulu  olmuşdur.  Heydər  Əliyevin  sədrliyi  ilə 
Azərbaycan  Respublikasının  yeni  Konstitusiyasının  layihəsini 
hazırlayan  komissiya  öz  işini  başa  çatdırmış  və  1995-ci  il 
noyabrın  12-də  keçirilən  ümumxalq  səsverməsi  (referendum) 
yolu  ilə  qəbul  olunmuşdu.  Azərbaycan  və  Naxçıvan  parlament-
lərinə  ilk  demokratik  seçkilər  keçirildi.  Naxçıvan  MR  Ali  Məc-
lisinin  1995-ci  il  dekabrın  16-da  keçirilən  ilk  sessiyasında  Ulu 
öndərin  yolunun  davamçısı  Vasif  Yusif  oğlu  Talıbov  Naxçıvan 
MR Ali Məclisinin Sədri seçildi. 
Ümummilli liderin müəyyən etdiyi siyasi xətt və quruculuq 
strategiyası,  İlham  Əliyevin  yeni  islahatlar  proqramı  muxtar 
respublikada uğurla həyata keçirilir. Bu sahədə Naxçıvan Muxtar 
Respublikası  Ali  Məclisinin  Sədri  Vasif  Talıbovun  ardıcıl  və 
prinsipial  dövlətçilik  fəaliyyətini,  onun  rəhbərliyi  ilə  həyata 
keçirilən  böyük  quruculuq  işlərini  xüsusilə  qeyd  etməliyik. 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvan Muxtar Respublikası heç vaxt sosial-iqtisadi və mədəni 
inkişaf göstəricilərinə görə indiki səviyyədə olmamışdır. 
Naxçıvan  Muxtar  Respublikası  hazırda  Babək,  Culfa, 
Ordubad, Sədərək, Şahbuz, Şərur və Kəngərli kimi yeddi inzibati 
rayonu  əhatə  edir.  Muxtar  respublikada  Naxçıvan,  Ordubad, 
Culfa, Şahbuz, Şərur şəhərləri, 8 qəsəbə və 206 kənd vardır. 
Naxçıvanın  keçdiyi  qədim  və  uzun  tarixi  inkişaf  yolunun 
hər  bir  səhifəsi  aydın  sübut  edir  ki,  bu  diyar  ən  qədim 
zamanlardan  türk  yurdu  kimi  Azərbaycana  məxsus  olmuşdur, 
onun  ayrılmaz  tərkib  hissəsidir  və  Azərbaycanın  ən  qədim 
mədəniyyət mərkəzlərindən biridir. 
Azərbaycan torpağı olan Naxçıvan dinamik inkişaf yolu ilə 
irəliləyən Azərbaycan Respublikasının tərkibində dünya birliyinə 
uğurla  inteqrasiya  edən  çox  mühüm  bir  diyardır.  “Naxçıvan 
Muxtar  Respublikasının  90  illik  yubileyinin  keçirilməsi 
haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  2014-cü  il     
14  yanvar  tarixli  sərəncamında  haqlı  olaraq  deyildiyi  kimi,  “Bu 
gün  yüksək  potensiala  malik  muxtar  respublika  bütün  dövlət 
proqramlarını,  infrastruktur  layihələrini  böyük  uğurla  həyata 
keçirməsi  sahəsində  ölkədə  dinamik  inkişaf  xəttinə  uyğun, 
fasiləsiz  aparılan  irimiqyaslı  quruculuq,  abadlıq  işlərinin  fəal 
iştirakçısıdır”.  
 
 
 
 
 
 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 

Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin