AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/35
tarix04.12.2016
ölçüsü4,8 Kb.
#789
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

 
[458]
 
M a d d ə   3 0 9 .  Vəzifə səlahiyyətlərini aşma
 
309.1.  Vəzifəli  şəxs  tərəfindən  xidməti  səlahiyyətlərinin  hüdudlarından  açıq-aşkar 
surətdə  kənara  çıxan  hərəkətlər  etməsi fiziki  və  ya  hüquqi  şəxslərin hüquqlarına  və 
qanuni  mənafelərinə,  yaxud  cəmiyyət  və  ya  dövlətin  qanunla  qorunan  mənafelərinə 
mühüm zərər vurduqda— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla üç ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [459]
 
309.2.  Bu  Məcəllənin  309.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əməllər  zor  tətbiq 
etməklə  və  ya  zor  tətbiq  etmə  hədəsi  ilə  törədildikdə,  yaxud  silah  və  digər  xüsusi 
vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə, əmlakı  müsadirə  olunmaqla üç  ildən  yeddi  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[460]
 
  
M a d d ə   3 1 0 .  Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə
 
Özbaşına  özünün  vəzifəli  şəxs  kimi  təqdim  edilməsi  və  ya  vəzifəli  şəxsin 
səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının 

və  qanuni  mənafelərinin  əhəmiyyətli  dərəcədə  pozulmasına  səbəb  olan  hərəkətlər 
törətmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd 
yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
[461]
 
M a d d ə   3 1 1 .  Rüşvət alma (passiv rüşvətxorluq)
[462]
 
311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası 
ilə  əlaqədar  hər  hansı  hərəkətə  (hərəkətsizliyə)  görə,  eləcə  də  xidmət  üzrə  ümumi 
himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və 
ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı 
və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi –
[463]
 
 üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

311.2.  Vəzifəli  şəxs  tərəfindən  qanunsuz  hərəkətlərə  (hərəkətsizliyə)  görə  rüşvət 
alma— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə ,  əmlakı  müsadirə  olunmaqla beş  ildən  on  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[464]
 
311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər: 
311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən; 
3.11.3.2. təkrar törədildikdə; 
311.3.3. külli miqdarda törədildikdə; 
311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır.
[465]
 
Qeyd: Bu Məcəllənin 311.3.3-cü maddəsində "külli miqdar" dedikdə, beş min 
manatdan artıq olan məbləğ başa düşülür.
[466]
 
 
 
Ma d d ə 3 1 2. Rüşvət vermə (aktiv rüşvətxorluq) 
[467]
 
 
 
312.1. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar 
hər  hansı  hərəkətin  edilməsi  və  ya  belə  hərəkətin  edilməsindən  imtina  olunması 
müqabilində  vəzifəli  şəxsə  onun  özü  və  ya  üçüncü  şəxslər  üçün  birbaşa  və  ya  dolayı 
yolla,  şəxsən  və  ya  vasitəçidən  istifadə  etməklə  maddi  və  sair  nemət,  imtiyaz  və  ya 
güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi –
[468]
 
 min  manatdan  iki  min  manatadək miqdarda  cərimə  və  ya əmlakı  müsadirə 
olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[469]
 
312.2.  Vəzifəli  şəxs  tərəfindən  bilə-bilə  qanunsuz  hərəkətlər  (hərəkətsizlik)  etməyə 
görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə— 

iki  min  manatdan  dörd  min  manatadək  miqdarda  cərimə  və  ya əmlakı  müsadirə 
olunmaqla dörd ildən  səkkiz  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[470]
 
Qeyd: Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət 
verdikdə  və  ya  rüşvət  vermə  haqqında  müvafiq  dövlət  orqanına  könüllü  məlumat  verdikdə 
cinayət məsuliyyətindən azad edilir. 
 
 
 
M a d d ə 3 1 2 - 1. Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz 
alveri) 
[471]
 
 
 
312-1.1. Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə 
edərək  vəzifəli  şəxsin  qərarına  qanunsuz  təsir  etmək  məqsədilə  özü  və  yaxud  üçüncü 
şəxslər  üçün
,  birbaşa  və  ya  dolayı  yolla,  şəxsən  və  ya  vasitəçidən  istifadə 
etməklə
 maddi  və  sair  nemətin,  imtiyazın  və  ya  güzəştin  istənilməsi  və  ya  alınması

yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi
-
[472]
 
 üç  min  manatdan  beş  min  manatadək miqdarda  cərimə  və  ya əmlakı  müsadirə 
olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
[473]
 
312-1.2.  Şəxsə  öz  həqiqi  və  ya  güman  edilən  təsir  imkanlarından  istifadə  edərək 
vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə onun özü və ya üçüncü şəxslər 
üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair 
nemətin, imtiyazın və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsi – 
[474]
 
min  manatdan  iki  min  manatadək miqdarda  cərimə  və  ya əmlakı  müsadirə 
olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[475]
 
M a d d ə   3 1 3 .  Vəzifə saxtakarlığı 
[476]
 
Vəzifə  saxtakarlığı,  yəni  vəzifəli  şəxs ,  eləcə  də  vəzifəli  şəxs  olmayan  dövlət 
qulluqçusu  və  ya  yerli  özünüidarə  orqanı qulluqçusu tərəfindən rəsmi  sənədlərə və  ya 
informasiya  resurslarına bilə-bilə  yalan  məlumatların  daxil  edilməsi,  habelə  göstərilən 
sənədlərdə və  ya  informasiya  resurslarında onların  həqiqi  məzmununu  təhrif  edən 
düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə—
[477]
 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  bir  ildən  iki  ilədək 
müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən 
fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə ,  əmlakı  müsadirə 
olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[478]
 
M a d d ə   3 1 4 .  Səhlənkarlıq
 
314.1.  Səhlənkarlıq,  yəni  vəzifəli  şəxsin  işə  vicdansız  və  ya  laqeyd  münasibəti 
nəticəsində  öz  xidməti  vəzifəsini  yerinə  yetirməməsi  və  ya  lazımi  qaydada  yerinə 
yetirməməsifiziki  və  ya  hüquqi  şəxslərin hüquqlarına  və  qanuni  mənafelərinə  və  ya 
dövlətin  və  ya  cəmiyyətin  qanunla  qorunan  mənafelərinə  mühüm  zərər  vurulmasına 
səbəb olduqda— 

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd 
yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[479]
 
314.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər  ağır 
nəticələrə səbəb olduqda— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə  
3 1 4 - 1 .  Dövlətin 
müstəsna 
mülkiyyətində 
olan 
və 
özgəninkiləşdirilməsi  qadağan  edilən  torpaq  sahələrinə  dair  qanunsuz  qərar  qəbul 
etmə 
[480]
 
Vəzifəli 
şəxs 
tərəfindən 
dövlətin 
müstəsna 
mülkiyyətində 
olan 
və 
özgəninkiləşdirilməsi  qanunla  qadağan  edilən  torpaq  sahələrinin  bələdiyyələrin,  fiziki 
və  ya  hüquqi  şəxslərin  mülkiyyətinə,  istifadəsinə  və  ya  onlara  icarəyə  verilməsi 
haqqında qərar qəbul etmə - 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
  
Maddə  314-2. Qanunvericiliklə  müəyyən  olunmuş  qaydaları  pozmaqla  torpaq 
sahələri 
ayırma, 
tikinti 
və 
ya 
quraşdırma 
işlərinin 
aparılmasına icazə vermə
 
314-2.1.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydaları  pozmaqla  vəzifəli  şəxs 
tərəfindən tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə -
 
bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və 
ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
314-2.2.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydaları  pozmaqla  vəzifəli  şəxs 
tərəfindən  magistral  boru  kəmərlərinin,  gərginliyi  1000  voltdan  çox  olan  elektrik 
şəbəkələrinin,  metropolitenin,  dəmir  yolu  qurğularının,  müdafiə  obyektlərinin,  su 
təchizatı  və  kanalizasiya  sistemlərinin,  texniki  qurğularının,  neft  buruqlarının, 
avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri ayırma, tikinti 
və ya quraşdırma işlərinin aparılmasına icazə vermə -
 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və 
ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  iki  ildən  dörd 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
314-2.3. Bu Məcəllənin 314-2.1 və 314-2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər 
ağır nəticələrə səbəb olduqda -
 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır.
[481]
 
  

Maddə 314-3. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan 
tikinti işlərinin qarşısının alınmaması
 
 
 
314-3.1.  Müvafiq  dövlət  orqanının  vəzifəli  şəxsinin  öz  vəzifələrinə  səhlənkar 
yanaşması  nəticəsində  bu  Məcəllənin  222.1-ci,  222-1.1-ci  və  222-2.1-ci  maddələrində 
nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması -
 
bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və 
ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
314-3.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  və  ya 
az ağır zərərin vurulmasına səbəb olduqda -
 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ildən  dörd  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
314-3.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır 
nəticələrə səbəb olduqda -
 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  dörd  ildən  altı  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[482]
 
34-cü fəsil 
İDARƏETMƏ QAYDASI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   3 1 5 .  Hakimiyyət  nümayəndəsinə  qarşı  müqavimət  göstərmə  və  ya 
zor tətbiq etmə
 
315.1. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə 
zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına 
qarşı  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olmayan  zor  tətbiq  etmə  və  ya  belə  zor  tətbiq 
etmə hədəsi ilə hədələmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
315.2.  Bu  Məcəllənin  315.1-ci  maddəsində  göstərilən  şəxslərə  qarşı  həyat  və 
sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
 
M a d d ə   3 1 6 .  Cinayət prosesində iştirak edən şəxslər barəsində tətbiq edilən 
təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma
 
316.1.  Cinayət  haqqında  müvafiq  orqanlara  məlumat  vermiş  və  ya  cinayətin  aşkar 
edilməsi,  qarşısının  alınması,  yaxud  açılmasında  iştirak  etmiş  şəxs,  zərərçəkmiş  şəxs, 
onun  nümayəndəsi,  şübhəli  şəxs,  təqsirləndirilən,  onların  müdafiəçiləri  və 

nümayəndələri, cinayət işi üzrə mülki iddiaçı, mülki cavabdeh, onların nümayəndələri, 
şahid,  ekspert,  mütəxəssis,  tərcüməçi,  hal  şahidi  və  ya  onların  yaxın  qohumları 
barəsində  tətbiq  edilən  təhlükəsizlik  tədbirləri  haqqında  məlumatların  yayılması,  əgər 
bu əməl qulluq mövqeyi ilə əlaqədar ona etibar edilən və ya məlum olan şəxs tərəfindən 
törədilərsə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[483]
 
316.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
Maddə  316-1. İnsan  alverindən  zərərçəkmiş  şəxs  haqqında  konfidensial 
məlumatları yayma 
[484]
 
316-1.1.  İnsan  alverindən  zərərçəkmiş  şəxs  haqqında  konfidensial  məlumatları 
qanunsuz toplama, yaxud qəsdən yayma – 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd 
yüz  səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  ilə 
cəzalandırılır.
[485]
 
316-1.2.  Eyni  əməllər  təqsirkar  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə 
etməklə törədildikdə - 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[486]
 
316-1.3. Eyni əməllər ağır nəticələrə səbəb olduqda – 
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:  Bu  maddədə  "konfidensial  məlumat"  dedikdə,  yayılması  insan  alverindən  zərər  çəkmiş  şəxsin, 
onun  yaxın  qohumlarının,  habelə  insan  alverinə  qarşı  mübarizəyə  yardım  göstərən  şəxslərin  həyat  və 
sağlamlığına təhlükə yaradan hər hansı məlumat başa düşülür.
 
 
 
Maddə 316-2. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 
leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən 
tədbirlər haqqında məlumatları yayma 
[487]
 
 
 
316-2.1.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasına  qarşı  həyata  keçirilən  tədbirlər  haqqında  şəxsə  qulluq  mövqeyi  ilə 
əlaqədar  etibar  edilmiş  və  ya  məlum  olmuş  məlumatların,  qanunla  nəzərdə  tutulmuş 
hallar istisna olmaqla yayılması -
 
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə  və  ya  edilməməklə  bir  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır.
 

316-2.2.  Terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  həyata  keçirilən  tədbirlər 
haqqında  şəxsə  qulluq  mövqeyi  ilə  əlaqədar  etibar  edilmiş  və  ya  məlum  olmuş 
məlumatların, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması -
 
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə  və  ya  edilməməklə  iki  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır. 
M a d d ə   3 1 7 .  Cəzaçəkmə  müəssisələrinin  və  ya  istintaq  təcridxanalırının 
normal fəaliyyətini pozma
 
317.1.  Cəzaçəkmə  müəssisəsinin  və  ya  istintaq  təcridxanasının  əməkdaşını,  habelə 
məhkumu  onun  islah  olunmasına  mane  olmaq  və  ya  ictimai  vəzifələrini  yerinə 
yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
317.2. Bu Məcəllənin 317.1-ci maddəsində göstərilən şəxslər barəsində onların həyat 
və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə— 
beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
317.3.  Bu  Məcəllənin  317.1  və  ya  317.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
mütəşəkkil  dəstə  tərəfindən  və  ya  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olan  zor  tətbiq 
etməklə törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
 
Maddə  317-1. Cəzaçəkmə  müəssisələrində  və  ya  istintaq  təcridxanalarında 
saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi 
[488]
 
317-1.1.  Cəzaçəkmə  müəssisələrində  və  ya  istintaq  təcridxanalarında  saxlanılan 
şəxslərə  qadağan  olunmuş  əşyaların  yoxlamadan  gizlətməklə  və  ya  hər  hansı  digər 
üsulla verilməsi və ya ötürülməsi -
 
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki  ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[489]
 
317-1.2.  Eyni  əməllər  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə -
 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  üç  min  manatdan  beş  min  manatadək  miqdarda 
cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[490]
 
 
 
Maddə  317-2. Cəzaçəkmə  müəssisələrində  və  ya  istintaq  təcridxanalarında 
saxlanılan  şəxs  tərəfindən  qadağan  olunmuş  əşyaların  hazırlanması,  saxlanılması, 
gəzdirilməsi, daşınması və ya istifadəsi
 
317-2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs 
tərəfindən  qadağan  olunmuş  əşyaların  hazırlanması,  saxlanılması,  gəzdirilməsi, 
daşınması və ya istifadəsi -
 
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 

317-2.2. Eyni əməllər təkrar törədildikdə -
 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 1 8 .  Azərbaycan  Respublikasının dövlət  sərhədini  qanunsuz  olaraq 
keçmə
 
318.1.  Azərbaycan  Respublikasının  mühafizə  olunan  dövlət  sərhədini  müəyyən 
edilmiş  sənədlər  olmadan  və  ya  dövlət  sərhədinin  nəzarət-buraxılış  məntəqələrindən 
kənarda keçmə— 
iki  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[491]
 
318.2.  Bu  Məcəllənin  318.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əməllər  qabaqcadan 
əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və 
ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə— 
[492]
 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  təsbit  edilmiş  siyasi  sığınacaq  hüququndan 
istifadə  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının  mühafizə  olunan  dövlət  sərhədini  keçmə 
qaydalarını  pozmaqla  Azərbaycan  Respublikasına  gəlmiş  əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxsə,  onun 
hərəkətlərində başqa cinayət tərkibi yoxdursa, bu maddənin müddəaları şamil edilmir.
 
M a d d ə   3 1 8 -1. Qanunsuz miqrasiyanın təşkili
[493]
 
318-1.1.  Əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan  Respublikasına 
qanunsuz  gəlməsini,  Azərbaycan  Respublikası  ərazisində  qanunsuz  qalmasını, 
Azərbaycan  Respublikası  ərazisindən  qanunsuz tranzit  keçidini  və  ya  hər  hansı  şəxsin 
Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə -
 
iki  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
318-1.2. Eyni əməllər:
 
318-1.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
 
318-1.2.2.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə;
 
318-1.2.3. təkrar törədildikdə;
 
318-1.2.4. insan həyatı üçün təhlükəli üsulla törədildikdə -
 
iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ildən  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
M a d d ə   3 1 9 .  Azərbaycan  Respublikasının dövlət  sərhədini  qanunsuz  olaraq 
dəyişmə
 
319.1.  Azərbaycan  Respublikasının  dövlət  sərhədini  qanunsuz  olaraq  dəyişmək 
məqsədi ilə sərhəd nişanlarını götürmə, yerini dəyişmə və ya məhv etmə— 
iki  ilədək  müddətə azadlığın  məhdudlaşdırılması  və  ya  eyni  müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[494]
 

319.2. Eyni əməllər təkrar törədildikdə və ya ağır nəticələrə səbəb olduqda— 
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 2 0 .  Rəsmi  sənədləri,  dövlət  təltiflərini,  möhürləri,  ştampları, 
blankları saxtalaşdırma, qanunsuz  hazırlama,  satma və  ya  saxta  sənədlərdən  istifadə 
etmə
[495]
 
320.1.  Hüquq  verən  və  ya  vəzifədən  azad  edən  vəsiqəni  və  ya  digər  rəsmi  sənədi 
istifadə  etmək  məqsədi  ilə  saxtalaşdırma  və  qanunsuz  hazırlama,  yaxud  ya  bu  cür 
sənədi  satma,  habelə  eyni  məqsədlə  Azərbaycan  Respublikasının  saxta  dövlət  təltifini, 
ştampı, möhürü, blankı hazırlama və ya satma— 
min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[496]
 
320.2.  Bu  Məcəllənin  320.1-ci  maddəsində  göstərilmiş  bilə-bilə  saxta  sənədlərdən 
istifadə etmə— 
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç 
yüz saatadək  müddətə  ictimai  işlərlə  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  eyni 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[497]
 
M a d d ə   3 2 1 .  Hərbi xidmət keçməkdən boyun qaçırma
 
321.1.  Qanuni  əsas  olmadan  hərbi  xidmətdən  yayınmaq  üçün  növbəti  hərbi 
çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma— 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
321.2. Eyni əməllər müharibə vaxtı törədildikdə — 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 2 2 .  Özbaşınalıq
 
322.1.  Özbaşınalıq,  yəni  qanunla  və  ya  digər  normativ  hüquqi  aktla  müəyyən 
edilmiş  davranış  qaydasına  zidd  olaraq  qanuniliyi  vətəndaş  və  ya  təşkilat  tərəfindən 
təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda— 
beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  altmış  saatdan  dörd  yüz 
səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  altı  ayadək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[498]
 
322.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə— 
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  bir  ildən  iki  ilədək 
müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[499]
 
M a d d ə   3 2 3 .  Azərbaycan  dövlətinin  başçısının  —  Azərbaycan  Respublikası 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin