Qeyd:
1. Bu Məcəllənin 271-273-2-ci maddələrində “kompyuter sistemi” dedikdə,
müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini
həyata keçirən hər hansı qurğu və ya bir-birinə qoşulmuş və ya əlaqələndirilmiş
qurğular qrupu başa düşülür.
2. Bu Məcəllənin 271-273-2-ci maddələrində “kompyuter məlumatları”
dedikdə, kompyuter sistemində işlənməsi, emal edilməsi üçün yararlı olan
istənilən informasiya (faktlar, məlumatlar, proqramlar və anlayışlar) başa
düşülür.
3. Bu Məcəllənin 271-273-cü maddələrində “ictimai əhəmiyyətli
infrastruktur obyekti” dedikdə, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət
kəsb edən xidmətlər göstərən dövlət idarə, müəssisə, təşkilatları, qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar), kredit təşkilatları, sığorta şirkətləri,
investisiya fondları başa düşülür.
M a d d ə 272. Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə
272.1. Kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem
daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter
məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan
kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan
şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi –
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
272.2. Eyni əməllər:
272.2.1. təkrar törədildikdə;
272.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
272.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan üç min
manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
272.3. Bu Məcəllənin 272.1 və ya 272.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya
onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 273. Kompyuter sisteminə və ya kompyuter məlumatlarına
qanunsuz müdaxilə
273.1. Kompyuter məlumatlarının qəsdən zədələnməsi, silinməsi,
korlanması, dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs
tərəfindən törədilməklə əhəmiyyətli zərər vurulmasına səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
273.2. Kompyuter məlumatlarının daxil edilməsi, ötürülməsi, zədələnməsi,
silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması yolu ilə kompyuter
sisteminin işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə
törədilməsi –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
273.3. Bu Məcəllənin 273.1 və ya 273.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər:
273.3.1. təkrar törədildikdə;
273.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
273.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək
miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
273.4. Bu Məcəllənin 273.1-273.3-cü maddələrində nəzərdə tutulmuş əməllər
ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya onun
hər hansı bir hissəsinə münasibətdə törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu fəslin maddələrində “əhəmiyyətli zərər” dedikdə, ictimai təhlükəli
əməl nəticəsində min manatdan artıq olan məbləğdə ziyan vurulması və ya
dövlətin, cəmiyyətin və ya ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına
digər mühüm zərərin vurulması başa düşülür.
2. Bu Məcəllənin 273.2-ci maddəsində “kompyuter sisteminin işləməsinə
ciddi maneə törədilməsi” kompyuter sisteminin normal fəaliyyətinin elə bir
pozulmasıdır ki, kompyuter sisteminin sahibinin və ya istifadəçisinin bu
sistemdən istifadə etmək və ya digər kompyuter sistemləri ilə məlumatları
mübadilə etmək imkanını mühüm dərəcədə məhdudlaşdırsın.
M a d d ə 273-1. Kibercinayətlərin
törədilməsi
üçün
hazırlanmış
vasitələrin dövriyyəsi
273-1.1. Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi bu
Məcəllənin 271-273-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi
olan qurğuların və ya kompyuter proqramlarının istehsalı, həmin cinayətlərin
törədilməsi məqsədi ilə idxalı, istifadə üçün əldə olunması, saxlanılması, satışı,
yayılması və ya əldə edilməsinə digər formalarda şərait yaradılması, əhəmiyyətli
zərər vurduqda –
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan üç min
manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
273-1.2. Kompyuter parollarının, giriş kodlarının və ya kompyuter
sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa
imkan verən digər analoji məlumatların bu Məcəllənin 271—273-cü
maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi məqsədilə istehsalı,
saxlanılması və ya istifadə üçün əldə olunması, əhəmiyyətli zərər vurduqda –
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan üç min
manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
273-1.3. Kompyuter parollarının, giriş kodlarının və ya kompyuter
sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa
imkan verən digər analoji məlumatların bu Məcəllənin 271—273-cü
maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi məqsədi ilə satışı,
yayılması və ya onların əldə edilməsinə digər formalarda şərait yaradılması –
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan üç min
manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
273-1.4. Bu Məcəllənin 273-1.1-273-1.3-cü maddələrində nəzərdə tutulmuş
əməllər:
273-1.4.1. təkrar törədildikdə;
273-1.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
273-1.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan dörd min
manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 273-2. Kompyuter məlumatlarının saxtalaşdırılması
Saxtalaşdırılmış kompyuter məlumatlarını autentik (həqiqi) kompyuter
məlumatları kimi qələmə vermək və ya istifadə etmək məqsədilə kompyuter
məlumatlarını müvafiq hüquq olmadan qəsdən daxil etmə, dəyişdirmə, silmə və
ya bloklama, bu əməllər ilkin kompyuter məlumatlarının autentikliyinin
(həqiqiliyinin) pozulmasına səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə min manatdan üç min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
ON BIRINCI BÖLMƏ
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
31-ci fəsil
DÖVLƏTİN KONSTİTUSİYA QURULUŞUNUN ƏSASLARI VƏ
TƏHLÜKƏSİZLİYİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 2 7 4 . Dövlətə xəyanət
Dövlətə
xəyanət,
yəni
Azərbaycan
Respublikasının
suverenliyi,
ərazi
toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq
Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən
tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına
qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların
nümayəndələrinə kömək etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin
törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət
tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və
vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının
alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət
məsuliyyətindən azad olunur.
M a d d ə
2 7 5 . Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və
Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı
birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə
etmə
275.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan
Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən
Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə—
yeddi ildən on iki müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[409]
275.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 7 6 . Casusluq
Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların
nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama,
habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan
Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları
vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[410]
M a d d ə 2 7 7 . Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə
(terror aktı)
Dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin
xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq
məqsədi ilə onun həyatına sui-qəsd etmə (terror aktı)—
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 7 8 . Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama
Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ
keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya
quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər—
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətləri törətmiş, lakin dövlət hakimiyyət orqanlarına könüllü
surətdə və vaxtında məlumat vermiş və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının
qarşısının alınmasına sair formada kömək etmiş şəxs, əgər törətdiyi cinayət ilə əhəmiyyətli zərər
vurmamışsa və onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
M a d d ə 2 7 9 . Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya
qrupları yaratma
279.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı
birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində
iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə,
yaxud əsgəri ləvazimatla təchiz etmə—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
279.2. Bu Məcəllənin 279.1-ci maddəsində nəzərdə tutulan birləşmələrin və ya
qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın
etmə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
279.3. Bu Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulan əməllər adamların həlak
olmasına və ya digər ağır nəticələrə səbəb olduqda—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[411]
M a d d ə 2 8 0 . Silahlı qiyam
Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirmək və ya
Azərbaycan Respublikasının ərazi bütövlüyünü parçalamaq məqsədilə silahlı qiyam
təşkil etmə və ya qiyamda fəal iştirak etmə—
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 8 1 . Dövlət əleyhinə yönələn açıq çağırışlar
281.1. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan
Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi
bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu
materialları yayma—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
281.2. Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
281.3. Bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici
təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 8 2 . Təxribat
282.1. Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini
zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin,
əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən
partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi
surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma—
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
282.2. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə—
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 8 3 . Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması
[412]
283.1. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin
alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların
hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn
hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə
olunmaqla törədildikdə—
[413]
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[414]
283.2. Eyni əməllər:
283.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;
283.2.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
283.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 283-1. Azərbaycan Respublikasının hüdudlarından kənarda
silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma
[415]
283-1.1. Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri
yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində
Azərbaycan
Respublikasının
hüdudlarından
kənarda
aparılan
silahlı
münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud
həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik
etmə –
doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
283-1.2. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə
törədildikdə -
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
283-1.3. Bu Məcəllənin 283-1.1-ci maddəsində nəzərdə tutulmuş qruplarda,
təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə –
yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
283-1.4. Bu Məcəllənin 283-1.1 – 283-1.3-cü maddələrində nəzərdə tutulan
hərəkətlərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu
materiallar yayma -
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 283-1.1 – 283-1.3-cü maddələrində nəzərdə tutulan əməli törətmiş
şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla həmin maddələrdə
nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa
cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
M a d d ə 2 8 4 . Dövlət sirrini yayma
284.1. Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə
ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət
əlamətləri olmadıqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
284.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—
beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
M a d d ə 2 8 5 . Məzmununda dövlət sirri olan sənədləri itirmə
Məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət
sirri olan əşyaların, etibar olunan şəxs tərəfindən göstərilən sənədlərlə və ya əşyalarla
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş davranış qaydalarının
pozulması nəticəsində onların ehtiyatsızlıqdan itirilməsi ağır nəticələrə səbəb olduqda—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
32-ci fəsil
ƏDALƏT MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 2 8 6 . Ədalət mühakiməsinin, ibtidai istintaqın həyata keçirilməsinə
mane olma
286.1. Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə
fəaliyyətinə hər hansı formada müdaxilə etmə—
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[416]
286.2. İşin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə
prokurorun, müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə
etmə—
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd
yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
[417]
286.3. Bu Məcəllənin 286.1 və 286.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[418]
M a d d ə 2 8 7 . Ədalət mühakiməsini və ya ibtidai istintaqı həyata keçirən
şəxsin həyatına qəsd etmə
İşin və ya müvafiq materialların məhkəmədə baxılması və ya ibtidai istintaqın
aparılması yaxud hökmün və ya digər məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni
fəaliyyətlərinə mane olma və ya belə fəaliyyətdən qisas almaq məqsədilə hakimin, andlı
iclasçıların, habelə prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, ekspertin, icra
məmurunun, eləcə də onların yaxın qohumlarının həyatına qəsd etmə—
Dostları ilə paylaş: |