AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/35
tarix04.12.2016
ölçüsü4,8 Kb.
#789
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

satma
[290]
 
204.1.  Satış  məqsədi  ilə  saxta  pul,  qiymətli  dövlət  kağızları  və  ya  xarici  valyuta, 
yaxud  xarici  valyutada  ifadə  olunan  qiymətli  kağızları  hazırlama,  habelə  əldə  etmə  və 
ya satma
[291]
— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla beş  ildən  yeddi  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
204.2. Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar 
hazırlama 

əldə  etmə  və  ya  satmağa  görə  məhkum  olunmuş  şəxs  tərəfindən 
törədildikdə
[292]
— 
əmlakı  müsadirə  olunmaqla yeddi  ildən  on  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
204.3 Bu Məcəllənin 204.1 və ya 204.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
204.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə

204.3.2. külli miqdarda törədildikdə— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
M a d d ə   2 0 5 .  Saxta  kredit  və  ya  hesab  kartlarını  və  ya  başqa  ödəniş 
sənədlərini hazırlama, əldə etmə  və ya satma
[293]
 
205.1.  Qiymətli  kağız  sayılmayan  saxta  kredit  və  ya  hesab  kartlarını  və  ya  başqa 
ödəniş sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satma
[294]
— 
beş yüz manatdan min manatadək miqdarda cərimə olunmaqla iki ildən beş ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[295]
 
205.2. Eyni əməllər: 
205.2.1. təkrar törədildikdə
205.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
205.2.3. külli miqdarda törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla dörd  ildən  yeddi  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.  
 
 
M a d d ə    205-1.  Saxta  aksiz  markalarını  hazırlama,  əldə  etmə  və  ya 
satma
[296]
 
 
 
Saxta  aksiz  markalarını  satış  məqsədilə  hazırlama,  habelə  əldə  etmə  və  ya 
satma –
 
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə 
islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
[297]
 
  
M a d d ə  205-2. Nəzarət 
markalarının 
qəsdən 
məhv 
edilməsi, 
saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı
[298]
 
 
 
205-2.1. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-
qanuni  yolla  hazırlanması,  istifadəsi  və  satışı,  əgər  bu  əməllər  nəticəsində  xeyli 
miqdarda ziyan vurulmuşdursa - 
üç  min  manat  miqdarında  cərimə  və  ya  üç  yüz  iyirmi  saatdan  dörd  yüz 
səksən saatadək ictimai işlərlə cəzalandırılır. 
205-2.2. Eyni əməllər: 
205-2.2.1. təkrar törədildikdə; 
205-2.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə 
tərəfindən törədildikdə; 
205-2.2.3. külli miqdarda ziyan vurduqda - 

yeddi  min  manat  miqdarında  cərimə  və  ya  iki  ildən  dörd  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
 
 
M a d d ə   2 0 6 .  Qaçaqmalçılıq 
 
 
206.1.  Qaçaqmalçılıq,  yəni  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
gömrük  nəzarətindən  kənar  və  ya  ondan  gizli,  yaxud  sənədlərdən  və  ya  gömrük 
eyniləşdirilməsi  vasitələrindən  aldatma  yolu  ilə  istifadə  etməklə,  yaxud  bəyan 
etməməklə  və  ya  düzgün  bəyan  etməməklə  bu  Məcəllənin  206.2-ci  maddəsində  qeyd 
edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
206.2.  Narkotik  vasitələrin,  psixotrop  maddələrin,  güclü  təsirli,  zəhərli,  zəhərləyici, 
radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu 
ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş 
sursatının,  nüvə,  kimyəvi,  bioloji  və  digər  kütləvi  qırğın  silahlarının,  kütləvi  qırğın 
silahlarının  hazırlanmasında  istifadə  oluna  bilən  və  Azərbaycan  Respublikası  gömrük 
sərhədindən  keçirilməsinin  xüsusi  qaydaları  müəyyən  edilmiş  materialların  və 
avadanlıqların,  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilməsi  üçün 
müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya 
arxeoloji  sərvət  olan  əşyaların  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
gömrük  nəzarətindən  kənar  və  ya  ondan  gizli,  yaxud  sənədlərdən  və  ya  gömrük 
eyniləşdirilməsi  vasitələrindən  aldatma  yolu  ilə  istifadə  etməklə,  yaxud  bəyan 
etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla üç  ildən  yeddi  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
206.3. Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
206.3.1. təkrar törədildikdə; 
206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
206.3.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  edilməklə 
törədildikdə; 
206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla beş  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
206.4.  Bu  Məcəllənin  206.1  —  206.3-cü  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Qeyd:
 
1.  Bu Məcəllənin  206.1-ci  maddəsində «külli  miqdar»  dedikdə,  keçirilən  qaçaqmalçılıq  əşyalarının 
dəyərinin dörd min manatdan yuxarı olan məbləğ başa düşülür.
[299]
 

2.  Bu  Məcəllənin  206.2-ci  maddəsində  "mədəni,  tarixi  və  ya  arxeoloji  sərvət  olan  əşyalar"  dedikdə, 
Azərbaycan  Respublikasının milli  mədəniyyət  əmlakının  Dövlət  Siyahısına daxil  edilmiş  mədəni  sərvətlər 
başa düşülür.
 
M a d d ə   2 0 7 .  Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi, 
arxeoloji sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmama
 
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi 
olan  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılmış  Azərbaycan 
Respublikasının  və  xarici  ölkələrin  incəsənət,  tarixi  və  arxeoloji  sərvəti  olan  əşyaların 
müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmama— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla üç  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 0 8 .  Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama
 
208.1.  Təşkilat  rəhbərləri  tərəfindən  xarici  iqtisadi  fəaliyyətin  həyata  keçirilməsi 
nəticəsində  əldə  edilmiş  və  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq 
olaraq  Azərbaycan  Respublikasının  müvəkkil  edilmiş  bankının  hesabına  məcburi 
qaydada  köçürülməli  olan  xeyli  miqdarda  xarici  valyuta  vəsaitlərini  xaricdən 
qaytarmama— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
208.2. Eyni əməllər: 
208.2.1. külli miqdarda törədildikdə
208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu  maddədə  «xeyli  miqdar»  dedikdə,  qaytarılmamış  xarici  valyuta  vəsaitlərinin  iyirmi  min 
manatdan, «külli miqdar» dedikdə, otuz min manatdan yuxarı olan məbləğ başa düşülür.
[300]
 
M a d d ə   2 0 9 .  Gömrük ödənişlərinin ödənilməsindən yayınma
 
209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri ilə cəzalandırılır.
[301]
 
209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 
209.2.1. təkrar törədildikdə; 
209.2.2. külli miqdarda törədildikdə— 
iki  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah işləri və eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[302]
 
Qeyd:
 
1. Bu maddədə «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük ödənişlərinin iki min manatdan, «külli 
miqdar» dedikdə, dörd min manatdan yuxarı olan məbləğ başa düşülür.
[303]
 
2.  Bu  Məcəllənin  209.1  və  209.2.2-ci  maddələrində  nəzərdə  tutulan  əməlləri  ilk  dəfə  törətmiş  şəxs 
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. 
 

M a d d ə   2 1 0 .  Müflisləşmə zamanı qanunsuz hərəkətlər
 
210.1. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən 
müflisləşmə  zamanı  və  ya  müflisləşmə  güman  edilən  zaman  əmlakın  və  ya  əmlak 
öhdəliklərinin,  əmlak  haqqında  məlumatların,  onun  miqdarının,  olduğu  yerin,  yaxud 
əmlak  haqqında  digər  məlumatların  gizlədilməsi,  əmlakın  digərinin  sahibliyinə 
verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti 
əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və 
ya saxtalaşdırılması xeyli miqdarda ziyan vurduqda— 
cinayət  nəticəsində  vurulmuş  ziyanın  iki  misli  miqdarında  cərimə  və  ya  iki  ilədək 
müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[304]
 
210.2. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən 
özünün müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-
ayrı  kreditorların  əmlak  tələblərinin  təmin  edilməsi,  habelə  müflisləşmiş  borclunun 
üstünlük verdiyi kreditor tərəfindən əmlakın qəbul edilməsinin digər kreditorlara ziyan 
vurduğunu bilə-bilə həmin əmlakın qəbul edilməsi külli miqdarda ziyan vurduqda— 
cinayət  nəticəsində  vurulmuş  ziyanın  üç  misli  miqdarında  cərimə  və  ya  iki  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[305]
 
 
 
M a d d ə   2 1 1 .  Qəsdən müflisləşmə
 
211.1.  Qəsdən  müflisləşmə,  yəni  kommersiya  təşkilatının  rəhbəri  və  ya 
mülkiyyətçisi,  habelə  fərdi  sahibkar  tərəfindən  özünün  və  ya  digər  şəxslərin  manefeyi 
naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması və ya artırılması xeyli miqdarda 
ziyan vurduqda— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
211.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb 
olduqda— 
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 1 2 .  Saxta müflisləşmə
 
212.1.  Saxta  müflisləşmə,  yəni  kommersiya təşkilatının  rəhbəri  və  ya  mülkiyyətçisi, 
habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və 
ya  möhlət  almaq,  habelə  borcun  azaldılmasına  nail  olmaq  və  ya  borcu  ödəməkdən 
yayınmaq  üçün  kreditorları  aldatmaq  məqsədi  ilə  özünü  bilə-bilə  yalandan  ödəmə 
qabiliyyəti olmayan elan etməsi xeyli miqdarda ziyan vurduqda— 
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə 
islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[306]
 

212.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb 
olduqda— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
Maddə   213. Vergi ödəməkdən yayınma
 
KM1
 
213.1.  Xeyli  miqdarda  vergiləri  və  ya  məcburi  dövlət  sosial  sığorta  haqlarını 
ödəməkdən  yayınma  -  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən 
fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  min 
manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[307]
 
213.2. Eyni əməllər:
 
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
 
213.2.2. külli miqdarda törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma 
və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
Qeyd:
 
1. Bu maddədə "xeyli miqdar” dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, "külli 
miqdar" dedikdə isə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
[308]
 
          2. Bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs 
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
 
[309]
 
M a d d ə   2 1 3 - 1 .  Aksiz  markası  ilə  markalanmalı  olan  məhsulları  (malları) 
belə  marka  olmadan  satma,  satış  məqsədi  ilə  saxlama,  istehsal  binasının 
hüdudlarından kənara çıxarma və ya idxal etmə 
[310]
 
213-1.1.  Aksiz  markası  ilə  markalanmalı  olan  məhsulları  (malları)  belə  marka 
olmadan  xeyli  miqdarda  satma,  satış  məqsədi  ilə  saxlama,  istehsal  binasının 
hüdudlarından kənara çıxarma və ya idxal etmə - 
əmlakı müsadirə olunmaqla min manatdan üç min manatadək miqdarda cərimə və 
ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə 
cəzalandırılır.
[311]
 
213-1.2. Eyni əməllər: 
213-1.2.1. külli miqdarda törədildikdə; 
213-1.2.2. təkrar törədildikdə; 
213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - 
əmlakı  müsadirə  olunmaqla beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[312]
 
Qeyd: bu maddədə "xeyli miqdar" dedikdə, beş yüz manatdan iki min manatadək olan məbləğ, "külli 
miqdar" dedikdə isə iki min manatdan yuxan olan məbləğ başa düşülür.
[313]
 
 
 
Maddə  213-2. Qiymətli  metalları  və  qiymətli  daşları  dövlətə  satmaqdan 
yayınma
[314]
 
 
 

Qiymətli  metallar  və  qiymətli  daşlar  hasil,  istehsal  etmiş  subyektlər  tərəfindən 
yerin  təkindən  hasil  olunmuş  qiymətli  metallar  və  qiymətli  daşlar,  standarta  uyğun 
affinaj  edilmiş  qiymətli  metallar,  habelə  rekuperasiya  edilmiş  qiymətli  daşlar 
çeşidlənmiş şəkildə satılarkən, onları ilkin olaraq dövlətə satmaqdan yayınma, əgər bu 
əməl xeyli miqdarda törədilibsə-
 
min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ildən  üç  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[315]
 
Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür.
[316]
 
 
 
Maddə 213-3. Dövlət əyar damğalarını saxtalaşdırma
 
 
 
213-3.1.  Qiymətli  metallar  və  qiymətli  daşlardan  zərgərlik  və  digər  məişət 
məmulatlarının  hazırlanması  (istehsalı)  ilə  məşğul  olan  şəxslər  tərəfindən  dövlət  əyar 
damğalarını saxtalaşdırma-
 
min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[317]
 
213-3.2. Eyni əməllər bir il ərzində təkrar törədildikdə-
 
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
  
ONUNCU BÖLMƏ 
İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN 
CİNAYƏTLƏR 
25-ci fəsil 
İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   2 1 4 .  Terrorçuluq 
[318]
 
214.1.  Terrorçuluq,  yəni  ictimai  təhlükəsizliyi  pozmaq,  əhali  arasında  vahimə 
yaratmaq,  yaxud  dövlət  hakimiyyət  orqanları  və  ya  beynəlxalq  təşkilatlar  tərəfindən 
qərar  qəbul  edilməsinə  təsir  göstərmək  məqsədilə  insanların  həlak  olması,  onların 
sağlamlığına  zərər  vurulması,  əhəmiyyətli  əmlak  ziyanının  vurulması  və  ya  başqa 
ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər 
hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə 

əmlakı  müsadirə  olunmaqla on  ildən on  dörd ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
[319]
 
214.2. Eyni əməllər: 

214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik 
(cinayətkar təşkilat) tərəfindən törədildikdə; 
214.2.2. təkrar törədildikdə; 
214.2.3.  odlu  silahdan  və  silah  qismində  istifadə  olunan  predmetlərdən  istifadə 
etməklə törədildikdə; 
214.2.4. ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda
214.2.5.  beynəlxalq  tədbirin  keçirildiyi  vaxt  və  ya  kütləvi  tədbirin  keçirildiyi 
yerdə törədildikdə -
[320]
 
əmlakı  müsadirə  olunmaqla on  dörd  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan 
məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[321]
 
Qeyd: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında 
xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində 
başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir. 
 
M a d d ə   2 1 4 - 1 .  Terrorçuluğu maliyyələşdirmə 
[322]
 
Əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın 
tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 
214-2, 
214-3,
215,  219,  219-1,  226,  227,  277,  278,  279,  280
,  282  və  283-1-ci
 maddələrində 
nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, 
təşkil  olunmasının  və  ya  törədilməsinin  maliyyələşdirilməsi  üçün,  yaxud  göstərilən 
cinayətlərin  törədilməsi  məqsədilə  şəxsin  və  ya  hə-min  məqsədlə  yaradılan  qrupun 
(dəstənin,  təşkilatın)  təmin  edilməsi  üçün  istifadə  olunacağım  bilərək  pul  vəsaitlərinin 
və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi -
[323]
 
əmlakı  müsadirə  olunmaqla 
on  ildən  on  dörd
 ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[324]
 
Qeyd:
 
1.  Pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  terror  aksiyalarının  törədilməsində  və  ya  törədilməsinə 
cəhddə faktiki istifadə olunmaması və ya konkret terror aksiyası ilə əlaqədar olmaması əmələ görə cinayət 
məsuliyyətini aradan qaldırmır.
 
2.  Bu  Məcəllənin  214-1-ci  maddəsi  ilə  nəzərdə  tutulan  əməli  törətmiş  şəxs  hakimiyyət  orqanlarını 
vaxtında  xəbərdar  etməklə  və  ya  başqa  üsulla bu  cür terrorçuluq  əməlinin  qarşısının  alınmasına  yardım 
etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
[325]
 
 
 
Maddə 214-2. Terrorçuluğa açıq çağırışlar
[326]
 
 
 
Bu  Məcəllənin  102,  214,  214-3,  215,  219,  219-1,  226,  227,  277,  279  və  ya  282-ci 
maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu 
cür məzmunlu materiallar yayma -
 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
 
 
Maddə 214-3. Terrorçuluq məqsədi ilə təlim keçmə
[327]
 
 
 

214-3.1.  Bu  Məcəllənin  102,  214,  215,  219,  219-1,  226,  227,  277  və  ya  282-ci 
maddələrində  nəzərdə  tutulmuş  əməllərin  törədilməsi  məqsədi  ilə  həmin  əməllərin 
törədilməsi  üsulları,  odlu  silahdan,  partlayıcı  maddələrdən  və  ya  qurğulardan,  zəhərli 
maddələrdən,  digər  ümumi  təhlükəli  üsullardan  və  ya  texniki  vasitələrdən  istifadə 
hazırlığı üzrə təlim alma -
 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
214-3.2. Bu Məcəllənin 214-3.1-ci maddəsində nəzərdə tutulan təlimləri təşkil etmə 
və ya keçirmə -
 
doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Qeyd: Bu Məcəllənin 214-3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət 
orqanlarını  vaxtında  xəbərdar  etməklə  və  ya  başqa  üsulla  bu  cür  təlimlərin  keçirilməsində 
nəzərdə tutulan məqsədlər üzrə cinayət əməllərinin qarşısının alınmasına, belə təlimlərdə iştirak 
etmiş, belə təlimləri təşkil etmiş, maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və 
onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
 
 
 
M a d d ə   2 1 5 .  Adamları girov götürmə
 
215.1.  Girov  götürülən  şəxsin  azad  olunması  şərti  ilə  dövləti,  təşkilatı  və  ya 
vətəndaşı hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək 
məqsədilə şəxsi girov götürmə və ya saxlama— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
215.2. Eyni əməllər: 
215.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
215.2.2. təkrar törədildikdə; 
215.2.3. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; 
215.2.4.  odlu  silahdan  və  ya  silah  qismində  istifadə  edilən  əşyalardan  istifadə 
etməklə törədildikdə; 
215.2.5. bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə
215.2.6. təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə; 
215.2.7. iki və ya daha çox şəxs barəsində törədildikdə; 
215.2.8. tamah niyyəti ilə törədildikdə— 
on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
215.3.  Bu  Məcəllənin  215.1  və  ya  215.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə  və  ya  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin 
ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— 
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin