159-1.1. Namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki (referendum)
kampaniyalarına müdaxilə etmə və ya onu pozma -
iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd
yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
[167]
159-1.2. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma
-
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd
yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
[168]
159-1.3. Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait
yaratma -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[169]
M a d d ə 1 6 0 . Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya
təsir göstərmə
[170]
160.1. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə
və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə
müdaxilə etmə –
[171]
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[172]
160.2. Eyni hərəkətlər:
160.2.1. ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi
ilə;
160.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
160.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[173]
M a d d ə 1 6 1 . Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə
səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma
161.1. Seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak)
sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin
düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və
ya səsvermənin gizliliyinin pozulması -
[174]
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri ilə cəzalandırılır.
[175]
161.2. Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin
təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna
birdən artıq seçki bülletenlərinin qoyulması üçün zərfin açılması –
[176]
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah
işləri ilə cəzalandırılır.
[177]
M a d d ə 1 6 2 . Əmək mühafizəsi qaydalarını pozma
162.1. Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət
edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində
ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri ilə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[178]
162.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda—
üç ildən beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 162-1. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən
işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi
[179]
162-1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada
əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı
işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi —
yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
162-1.2. Eyni əməllər təkrar törədildikdə —
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı
nəzərdə tutulur.
M a d d ə 1 6 3 . Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma
163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və
ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan
imtinaya vadar etmə—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah
işləri ilə cəzalandırılır.
[180]
163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 6 4 . Hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan
qadının
, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin
əmək hüquqlarını
pozma
[181]
Qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə,
həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək
müqaviləsini əsassız ləğv etmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə ilə cəzalandırılır.
[182]
M a d d ə 1 6 5 . Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma
165.1. Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə,
yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin
müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və
ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli
miqdarda ziyan vurulmuşsa—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan
dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
[183]
165.2. Eyni əməllər:
165.2.1. təkrar törədildikdə;
165.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə—
əmlakı müsadirə olunmaqla beş yüz manatdan min manatadək miqdarda cərimə və
ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[184]
M a d d ə 1 6 5 - 1 . İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququ
pozma
[185]
165-1.1. Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem
topologiyasının orijinal olmayan hissəsini cıxarma istisna olmaqla, bütövlükdə, yaxud
onun hər hansı bir hissəsini inteqral sxemə daxil etmə yolu ilə və ya surətini başqa
şəkildə cıxarma, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemi
tətbiq etmə, gətirmə, satış üçün təklif etmə, satma, yaxud başqa formada təsərrüfat
dövriyyəsinə daxil etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa
–
yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan
dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
[186]
165-1.2. Eyni əməllər:
165-1.2.1. təkrar törədildikdə;
165-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[187]
Qeyd: Bu Məcəllənin 165-1.1-ci maddəsində "xeyli miqdar" dedikdə, min manatdan artıq olan məbləğ
başa düşülür.
[188]
M a d d ə 1 6 5 - 2 . Folklor nümunələrindən istifadə tələblərinin pozulması
[189]
165-2.1. Folklor nümunələrindən istifadə tələblərinin pozulması, əgər bu əməllər
nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa
əmlakı müsadirə olunmaqla yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə
və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
[190]
165-2.2. Eyni əməllər:
165-2.2.1. təkrar törədildikdə;
165-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə -
əmlakı müsadirə olunmaqla beş yüz manatdan min manatadək miqdarda cərimə və ya
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[191]
Qeyd: Bu maddədə "xeyli miqdar" dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür
.
[192]
Maddə 165-3. Məlumat toplularından qeyri-qanuni istifadə
[193]
165-3.1. Məlumat toplularından qeyri-qanuni istifadə, əgər bu əməllər nəticəsində
xeyli miqdarda ziyan vurulmuşsa –
əmlakı müsadirə olunmaqla, yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə
və ya
üç yüz iyirmi saatdan dörd yüz səksən
saatadək ictimai işlərlə cəzalandırılır.
[194]
165-3.2. Eyni əməllər:
165-3.2.1. təkrar törədildikdə;
165-3.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə -
əmlakı müsadirə olunmaqla, beş yüz manatdan min manatadək miqdarda cərimə və
ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
[195]
Qeyd. Bu maddədə “xeyli miqdar” dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür.
[196]
M a d d ə 1 6 6 . İxtiraçılıq və patent hüquqlarını pozma
166.1. İxtiraçılıq və patent hüquqlarını pozma, yəni ixtiradan və ya səmərələşdirici
təklifdən qanunsuz istifadə etmə və ya ixtira yaxud səmərələşdirici təkliflərin mahiyyəti
barədə məlumatları müəllifin razılığı olmadan və rəsmi dərc edilənədək yayma,
müəllifliyi mənimsəmə, şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində
xeyli miqdarda ziyan vurulmuşsa—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan
dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
[197]
166.2. Eyni əməllər:
166.2.1. təkrar törədildikdə;
166.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[198]
M a d d ə 1 6 7 . Dini ayinləri icra etməyə mane olma
Qanunsuz olaraq dini ayinlərin icrasına mane olma—
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan
dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
[199]
M a d d ə 167-1. Dinə etiqad etməyə məcbur etmə
[200]
167-1.1. Şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin
və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə
dini təhsil almağa məcbur etmə -
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[201]
167-1.2. Şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv
olduğu dini qurumdan çıxmasına mane olma -
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etməklə cəzalandırılır.
167-1.3. Bu məcəllənin 167-1.1 və ya 167-1.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər:
167-1.3.1. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
167-1.3.2. qabaqcadan əlbir olan bir neçə qrup şəxs və ya mütəşəkkil dəstə
tərəfindən törədildikdə;
167-1.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməkdə
törədildikdə -
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş
ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
[202]
M a d d ə 167-2. Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video
materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını
istehsal etmə, idxal etmə, satma və ya yayma
[203]
167-2.1. Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron
daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu
başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə,
satma və ya yayma
[204]
-
beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
167-2.2. Eyni əməllər:
167-2.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
167-2.2.2. təkrar törədildikdə;
167-2.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə -
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
M a d d ə 1 6 8 . Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd
etmə
168.1. Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən
və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və
ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların
qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə,
ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə—
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[205]
168.2. Bu Məcəllənin 168.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə
yetkinlik yaşına çatmayanları cəlb etmə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 1 6 9 . Toplantıları keçirmə qaydasını pozma
169.1. Qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və
ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin
əhəmiyyətli pozulmasına səbəb olduqda —
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[206]
169.2. Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və
ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və
sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirmə —
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[207]
M a d d ə 169-1. Siyasi partiyada üzvlüyə məcbur etmə
[208]
Siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etmə -
min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
22-ci fəsil
YETKİNLİK YAŞINA ÇATMAYANLAR VƏ AİLƏ MÜNASİBƏTLƏRİ
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 1 7 0 . Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə
170.1. On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma,
vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
170.2. Eyni əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs
tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
170.3. Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına
çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb
etmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 7 1 . Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə
cəlb etmə
171.1. Yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb
etmə—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
171.2. Eyni əməllər:
171.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;
171.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə—
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 171-1. Uşaq pornoqrafiyasının dövriyyəsi
[209]
171-1.1. Uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına
vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və
ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama –
səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
171-1.2. Eyni əməllər:
171-1.2.1. təkrar törədildikdə;
171-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
171-1.2.3. xeyli miqdarda gəlir əldə etməklə törədildikdə;
171-1.2.4. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla
yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş şəxslər və ya
yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil,
tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən
törədildikdə;
171-1.2.5. təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs
barəsində törədildikdə;
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 171-1-ci maddəsinin məqsədləri üçün “uşaq
pornoqrafiyası” dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına
çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real
və ya simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə
yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən istənilən əşyalar və
ya materiallar, o cümlədən aşkar seksual hərəkətlərdə iştirak edən yetkinlik
yaşına çatmayan şəxsi əks etdirən realistik təsvirlər başa düşülür.
2. Bu Məcəllənin 171-1.2.3-cü maddəsində "xeyli miqdar" dedikdə, min manatdan
artıq olan məbləğ başa düşülür.
M a d d ə 1 7 2 . Özgənin uşağını dəyişdirmə
Tibb müəssisələrində uşağın mühafizəsi və ya ona qayğı göstərilməsi vəzifəsini
daşıyan şəxs tərəfindən tamah məqsədilə, intiqam və sair alçaq niyyətlə özgənin uşağını
dəyişdirmə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 1 7 3 . (Çıxarılıb)
[210]
M a d d ə 1 7 4 . Qanunsuz olaraq övladlığa götürmə
Uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə
tərbiyə olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə
törədildikdə—
[211]
yüz manatdan üç yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[212]
M a d d ə 1 7 5 . Övladlığa götürmə sirrini yayma
Övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya
peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya
sair alçaq niyyətlə yayma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan
dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə müəyyən vəzifə tutma
və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
[213]
M a d d ə 1 7 6 . Uşaqlara və ya valideynlərə kömək göstərməkdən qərəzli boyun
qaçırma
[214]
176.1. Əmək qabiliyyəti olan və işləyən valideynlər tərəfindən yetkinlik yaşına
çatmayan uşağın (uşaqların), habelə yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti
olmayan övladların saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti
ödəməkdən qərəzli olaraq boyun qaçırma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz doxsan saatdan iki
yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[215]
176.2. Əmək qabiliyyəti olan və işləyən övlad (övladlar) tərəfindən əmək qabiliyyəti
olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti
ödəməkdən qərəzli olaraq boyun qaçırma—
beş yüz manatadək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
[216]
Maddə 176-1. Qadını nikaha daxil olmağa məcbur etmə
176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə -
iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə -
üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[217]
DOQQUZUNCU BÖLMƏ
Dostları ilə paylaş: |