İQTİSADİ SAHƏDƏ CİNAYƏTLƏR
23-cü fəsil
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 1 7 7 . Oğurluq
177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —
yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan
dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[218]
177.2. Eyni əməllər:
177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
177.2.2. təkrar törədildikdə;
177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə
qanunsuz daxil olmaqla törədildikdə;
177.2.3-1.
elektron
məlumat
daşıyıcılarından,
yaxud
informasiya
texnologiyalarından istifadə edilməklə törədildikdə;
[219]
177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə,
elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə
törədildikdə;
177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə
olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
[220]
177.3. Eyni əməllər:
177.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
177.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
[221]
1. Bu Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya
digər sahibinə otuz manatdan min manatadək ziyan vurulduğu hallarda yaranır.
[222]
2. Bu Məcəllənin 177—187, 189 və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə, min manatdan yeddi
min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa
düşülür.
[223]
3. Bu Məcəllənin 177—185-ci, habelə 213-3,217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş
cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—185-ci
maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi onların təkrar törədilməsi
hesab olunur.
[224]
4. Bu fəslin maddələrində, habelə bu Məcəllənin digər maddələrində talama və ya hədə-qorxu ilə tələb
etməyə görə əvvəllər məhkum olunmuş şəxs dedikdə, bu Məcəllənin 177—183, 217, 227, 232 və 235-ci
maddələri ilə nəzərdə tutulmuş bir və ya bir neçə cinayətlərə görə məhkumluğu olan şəxs başa düşülür.
M a d d ə 1 7 8 . Dələduzluq
178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin
əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—
yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan
dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[225]
178.2. Eyni əməllər:
178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
178.2.2. təkrar törədildikdə;
178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə
olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
[226]
178.3. Eyni əməllər:
178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
178.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 7 9 . Mənimsəmə və ya israf etmə
179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını
talama—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan
dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
[227]
179.2. Eyni əməllər:
179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
179.2.2. təkrar törədildikdə;
179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
iki min manatdan üç min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə
olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
[228]
179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
179.3.2. külli miqdarda törədildikdə;
179.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 8 0 . Soyğunçuluq
180.1. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
180.2. Eyni əməllər:
180.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
180.2.2. təkrar törədildikdə;
180.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə
qanunsuz olaraq girməklə törədildikdə;
180.2.4. insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə
törədildikdə;
180.2.5. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla dörd ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
180.3. Eyni əməllər:
180.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
180.3.2. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə;
180.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 8 1 . Quldurluq
181.1. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz
qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq
tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
181.2. Eyni əməllər:
181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
181.2.2. təkrar törədildikdə;
181.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə
qanunsuz olaraq girməklə törədildikdə;
181.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə;
181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə
törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
181.3. Eyni əməllər:
181.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
181.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə;
181.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
M a d d ə 1 8 2 . Hədə-qorxu ilə tələb etmə
182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın
qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici
məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya
əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb
etmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
182.2. Eyni əməllər:
182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
182.2.2. təkrar törədildikdə;
182.2.3. zor tətbiq etmə ilə törədildikdə;
182.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə—
[229]
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
182.3. Eyni əməllər:
182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə;
182.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
M a d d ə 1 8 3 . Xüsusi dəyəri olan əşyaları talama
183.1. Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri
üsulundan asılı olmayaraq talama—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
183.2. Eyni əməllər:
183.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
183.2.2. təkrar törədildikdə;
183.2.3. bu Məcəllənin 183.1-ci maddəsində göstərilən əşyaların və ya sənədlərin
məhv olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
M a d d ə 1 8 4 . Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı
vurma
184.1. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair
sahibin əmlakına talama əlamətləri olmadan ziyan vurma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan
dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
[230]
184.2. Eyni əməllər:
184.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
184.2.2. təkrar törədildikdə;
184.2.3. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[231]
184.3. Eyni əməllər:
184.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
184.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
184.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə, yaxud aldatma və ya
etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurmağa görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
M a d d ə 1 8 5 . Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya
başqa nəqliyyat vasitəsi ələ keçirmə
185.1. Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan
qanunsuz ələ keçirmə (qaçırma)—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
185.2. Eyni əməllər:
185.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
185.2.2. təkrar törədildikdə;
185.2.3. həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə
hədəsi ilə törədildikdə;
185.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
185.3. Bu Məcəllənin 185.1 və ya 185.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
185.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
185.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
185.3.3. həyat üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə
hədəsi ilə törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 8 6 . Əmlakı qəsdən məhv etmə və ya zədələmə
186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli
miqdarda ziyan vurmaqla törədildikdə—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[232]
186.2. Eyni əməllər:
186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə;
186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə
və ya ağır nəticələrə səbəb olduqda—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 8 7 . Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə
187.1. Özgənin əmlakını ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə zərərçəkmiş
şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan
dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[233]
187.2. Eyni əməllər odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız
davranma üzündən baş verdikdə və ya külli miqdarda ziyan vurmaqla törədildikdə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[234]
187.3. Bu Məcəllənin 187.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ağır nəticələrə
səbəb olduqda—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd. Bu Məcəllənin 187.1—187.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
M a d d ə 1 8 8 . Torpaq üzərində mülkiyyət hüququnu pozma
Torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni
torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə —
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd
yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[235]
M a d d ə 1 8 9 . Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma
189.1. Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz daxil
olmaqla danışıqlar aparma, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla
törədildikdə —
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç
yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[236]
189.2. Eyni hərəkətlər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri ilə cəzalandırılır.
[237]
189-1. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması
[238]
189-1.1. Təbii qaz, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu
enerji resurslarının talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə -
min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri ilə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması
ilə cəzalandırılır.
[239]
189-1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə -
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
[240]
189-1.3. Təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli
şəxsi olmayan səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti
nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə
yetirməməsi səbəbindən bu Məcəllənin 189-1.1-189-1.2-ci maddələrində nəzərdə
tutulmuş əməllərin qarşısının alınmaması –
[241]
üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[242]
189-1.4. Təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli
şəxsi olmayan səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə
tamah və ya sair şəxsi marağı üzündən bu Məcəllənin 189-1.1 və 189-1.2-ci
maddələrində nəzərdə tutulmuş əməllərin qarşısını almaması -
dörd min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[243]
Qeyd:
Bu Məcəllənin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
24-cü fəsil
İQTİSADİ FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 1 9 0 . Qanuni sahibkarlıq fəaliyyətinə mane olma
190.1. Fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz
olaraq imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət
növünü həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz
olaraq imtina etmə və ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya
mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının
hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya
kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların
fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz
qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə—
beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
[244]
190.2. Eyni əməllər qanuni qüvvəyə minmiş məhkəmə qərarını pozmaqla və ya külli
miqdarda ziyan vurmaqla törədildikdə—
min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
etmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[245]
Qeyd: Bu Məcəllənin 190, 192, 192-1, 193, 194-198, 202-205, 205-2, 210-212-ci maddələrində «xeyli
miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min
manatdan artıq olan məbləğ başa düşülür.
[246]
M a d d ə 1 9 1 . Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı
Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə tamah məqsədilə
və ya sair şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma,
Dövlət torpaq kadastrının uçot məlumatlarını təhrif etmə, habelə torpaq haqqının
miqdarını qəsdən azaltma—
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki
ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[247]
M a d d ə 1 9 2 . Qanunsuz sahibkarlıq
192.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda
belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə
və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə
etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara
və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə
etməklə törədildikdə—
[248]
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında
cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[249]
192.2. Eyni əməllər:
192.2.1. külli miqdarda ziyan vurduqda;
[250]
192.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;
192.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə—
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında
cərimə və ya bir ildən müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 192–1. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili
və ya keçirilməsi
[251]
192-1.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ
olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə
xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında
cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
192-1.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc
oyunlarının təşkili və ya keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli
miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında
cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
192-1.3. Bu Məcəllənin 192-1.1 və ya 192-1.2-ci maddələrində nəzərdə tutulmuş
əməllər:
192-1.3.1. təkrar törədildikdə;
192-1.3.2. külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə
törədildikdə;
192-1.3.3. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə -
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında
cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 9 3 . Yalançı sahibkarlıq
193.1. Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər
əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə
sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi
şəxsin yaradılması xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə
etməklə törədildikdə
Dostları ilə paylaş: |