AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 4.8 Kb.
PDF просмотр
səhifə10/35
tarix04.12.2016
ölçüsü4.8 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

İQTİSADİ SAHƏDƏ CİNAYƏTLƏR 
23-cü fəsil 
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   1 7 7 .  Oğurluq
 
177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — 
yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan 
dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  iki  ilədək  müddətə  islah  işləri  və  ya  iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[218]
 
177.2. Eyni əməllər: 
177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə
177.2.2. təkrar törədildikdə
177.2.3.  yaşayış  sahəsinə,  habelə  binaya,  anbara  və  ya  başqa  saxlanc  yerlərinə 
qanunsuz daxil olmaqla törədildikdə; 
177.2.3-1. 
elektron 
məlumat 
daşıyıcılarından, 
yaxud 
informasiya 
texnologiyalarından istifadə edilməklə törədildikdə;
[219]
 
177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, 
elektrik,  istilik  enerjisi,  su,  kanalizasiya,  dəmir  yolu  xətlərinə  münasibətdə 
törədildikdə;
 
177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
üç  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya əmlakı  müsadirə 
olunmaqla  və  ya  olunmamaqla üç  ildən  yeddi  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
[220]
 
177.3. Eyni əməllər: 
177.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə
177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə
177.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha 
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla altı  ildən  on  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:
[221]
 
1.  Bu  Məcəllənin  177.1-ci  maddəsində  nəzərdə  tutulmuş  məsuliyyət  əmlakın  mülkiyyətçisinə  və  ya 
digər sahibinə otuz manatdan min manatadək ziyan vurulduğu hallarda yaranır.
[222]
 
2. Bu Məcəllənin 177—187, 189 və 189-1-ci  maddələrində «xeyli miqdar» dedikdə, min manatdan yeddi 
min  manatadək  olan  məbləğ,  «külli  miqdar»  dedikdə  isə  yeddi  min  manatdan  artıq  olan  məbləğ  başa 
düşülür.
[223]
 

3.  Bu  Məcəllənin  177—185-ci,  habelə  213-3,217,  227,  232  və  235-ci  maddələri  ilə  nəzərdə  tutulmuş 
cinayətlərdən  hər  hansı  birini  və  ya  bir  neçəsini  törətmiş  şəxs  tərəfindən  bu  Məcəllənin  177—185-ci 
maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi onların təkrar törədilməsi 
hesab olunur.
[224]
 
4. Bu fəslin maddələrində, habelə bu Məcəllənin digər maddələrində talama və ya hədə-qorxu ilə tələb 
etməyə  görə  əvvəllər  məhkum  olunmuş  şəxs  dedikdə,  bu  Məcəllənin  177—183,  217,  227,  232  və  235-ci 
maddələri ilə nəzərdə tutulmuş bir və ya bir neçə cinayətlərə görə məhkumluğu olan şəxs başa düşülür. 
 
M a d d ə   1 7 8 .  Dələduzluq
 
178.1.  Dələduzluq,  yəni  etibardan  sui-istifadə  etmə  və  ya  aldatma  yolu  ilə  özgənin 
əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— 
yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan 
dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  iki  ilədək  müddətə  islah  işləri  və  ya  iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[225]
 
178.2. Eyni əməllər: 
178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
178.2.2. təkrar törədildikdə; 
178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
üç  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya əmlakı  müsadirə 
olunmaqla  və  ya  olunmamaqla üç  ildən  yeddi  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
[226]
 
178.3. Eyni əməllər: 
178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə; 
178.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha 
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   1 7 9 .  Mənimsəmə və ya israf etmə
 
179.1.  Mənimsəmə  və  ya  israf  etmə,  yəni  təqsirkara  etibar  edilmiş  özgə  əmlakını 
talama— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  altmış  saatdan 
dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
[227]
 
179.2. Eyni əməllər: 
179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
179.2.2. təkrar törədildikdə; 
179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 

179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
iki  min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya əmlakı  müsadirə 
olunmaqla  və  ya  olunmamaqla üç  ildən  yeddi  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
[228]
 
179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
179.3.2. külli miqdarda törədildikdə
179.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha 
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   1 8 0 .  Soyğunçuluq
 
180.1. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
180.2. Eyni əməllər: 
180.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
180.2.2. təkrar törədildikdə; 
180.2.3.  yaşayış  sahəsinə,  habelə  binaya,  anbara  və  ya  başqa  saxlanc  yerlərinə 
qanunsuz olaraq girməklə törədildikdə
180.2.4. insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə 
törədildikdə; 
180.2.5. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və ya  olunmamaqla dörd ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
180.3. Eyni əməllər: 
180.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
180.3.2. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; 
180.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha 
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on üç ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 8 1 .  Quldurluq
 
181.1.  Quldurluq,  yəni  özgənin  əmlakını  ələ  keçirmə  məqsədi  ilə  hücuma  məruz 
qalmış  şəxsin  həyatı  və  ya  sağlamlığı  üçün  təhlükəli  zorakılıqla  və  ya  belə  zorakılıq 
tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın— 

əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla üç  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
181.2. Eyni əməllər: 
181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
181.2.2. təkrar törədildikdə; 
181.2.3.  yaşayış  sahəsinə,  habelə  binaya,  anbara  və  ya  başqa  saxlanc  yerlərinə 
qanunsuz olaraq girməklə törədildikdə; 
181.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə; 
181.2.5.  silah  və  ya  silah  qismində  istifadə  edilən  əşyalar  tətbiq  edilməklə 
törədildikdə— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
181.3. Eyni əməllər: 
181.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə
181.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə; 
181.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha 
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla on  ildən  on  beş  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
M a d d ə   1 8 2 .  Hədə-qorxu ilə tələb etmə
 
182.1.  Hədə-qorxu  ilə  tələb  etmə,  yəni  zərərçəkmiş  şəxsin  və  ya  onun  yaxın 
qohumlarının  şəxsiyyəti  üzərində  zor  göstərmə,  onların  haqqında  rüsvayedici 
məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya 
əmlaka  olan  hüququnu  və  ya  əmlak  xarakteri  daşıyan  digər  hərəkətlər  etməsini  tələb 
etmə— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
182.2. Eyni əməllər: 
182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
182.2.2. təkrar törədildikdə; 
182.2.3. zor tətbiq etmə ilə törədildikdə
182.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə—
[229]
 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla beş  ildən  on  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
182.3. Eyni əməllər: 
182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 

182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; 
182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə; 
182.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha 
çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla on  ildən  on  beş  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
M a d d ə   1 8 3 .  Xüsusi dəyəri olan əşyaları talama
 
183.1.  Xüsusi  tarixi,  elmi,  ədəbi  və  ya  mədəni  dəyəri  olan  əşyaları  və  ya  sənədləri 
üsulundan asılı olmayaraq talama— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla beş  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
183.2. Eyni əməllər: 
183.2.1.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
183.2.2. təkrar törədildikdə; 
183.2.3.  bu  Məcəllənin  183.1-ci  maddəsində  göstərilən  əşyaların  və  ya  sənədlərin 
məhv olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
M a d d ə   1 8 4 .  Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı 
vurma
 
184.1. Aldatma  və  ya etibardan  sui-istifadə etmə  yolu  ilə  mülkiyyətçinin  və  ya sair 
sahibin əmlakına talama əlamətləri olmadan ziyan vurma— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  altmış  saatdan 
dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
[230]
 
184.2. Eyni əməllər: 
184.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
184.2.2. təkrar törədildikdə; 
184.2.3. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  bir  ildən  üç  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[231]
 
184.3. Eyni əməllər: 
184.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
184.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; 

184.3.3.  əvvəllər  talama  və  ya  hədə-qorxu  ilə  tələb  etməyə,  yaxud  aldatma  və  ya 
etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurmağa görə iki dəfə və ya daha çox 
məhkum edilmiş şəxs tərəfindən törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla üç  ildən  yeddi  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.  
M a d d ə   1 8 5 .  Talama  məqsədi  olmadan  qanunsuz  olaraq  avtomobil  və  ya 
başqa nəqliyyat vasitəsi ələ keçirmə
 
185.1.  Avtomobil  və  ya  başqa  nəqliyyat  vasitəsini  talama  məqsədi  olmadan 
qanunsuz ələ keçirmə (qaçırma)— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya üç  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması  və  ya iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
185.2. Eyni əməllər: 
185.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
185.2.2. təkrar törədildikdə; 
185.2.3. həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə 
hədəsi ilə törədildikdə; 
185.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
185.3. Bu Məcəllənin 185.1 və ya 185.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
185.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
185.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə; 
185.3.3.  həyat  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə  və  ya  belə  zor  tətbiq  etmə 
hədəsi ilə törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 8 6 .  Əmlakı qəsdən məhv etmə və ya zədələmə
 
186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli 
miqdarda ziyan vurmaqla törədildikdə— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[232]
 
186.2. Eyni əməllər: 
186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; 
186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə 
və ya ağır nəticələrə səbəb olduqda— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  

M a d d ə   1 8 7 .  Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə
 
187.1.  Özgənin  əmlakını  ehtiyatsızlıqdan  məhv  etmə  və  ya  zədələmə  zərərçəkmiş 
şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  altmış  saatdan 
dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  altı 
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[233]
 
187.2.  Eyni  əməllər  odla  və  ya  başqa  yüksək  təhlükə  mənbəyi  ilə  ehtiyatsız 
davranma üzündən baş verdikdə və ya külli miqdarda ziyan vurmaqla törədildikdə— 
min  manatdan  iki  min  manatadək  miqdarda  cərimə  və  ya  altı  ayadək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[234]
 
187.3.  Bu  Məcəllənin  187.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əməllər  ağır  nəticələrə 
səbəb olduqda— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
Qeyd. Bu  Məcəllənin  187.1—187.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməlləri  ilk  dəfə  törətmiş  şəxs 
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. 
 
 
 
M a d d ə   1 8 8 .  Torpaq üzərində mülkiyyət hüququnu pozma
 
Torpaq  üzərində  qanunla  müəyyən  edilmiş  mülkiyyət  hüququnu  pozma,  yəni 
torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə — 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd 
yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[235]
 
M a d d ə   1 8 9 .  Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma
 
189.1.  Abonentə  məxsus  telefon  nömrəsinə  aid  olan  rabitə  xəttinə  qanunsuz  daxil 
olmaqla  danışıqlar  aparma,  zərərçəkmiş  şəxsə  xeyli  miqdarda  ziyan  vurmaqla 
törədildikdə — 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya iki  yüz  qırx  saatdan  üç 
yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[236]
 
189.2. Eyni hərəkətlər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri ilə cəzalandırılır.
[237]
 
  
189-1. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması
[238]
 
  
189-1.1.  Təbii  qaz,  elektrik  və  ya  istilik  şəbəkələrinə  qanunsuz  qoşulmaqla  bu 
enerji resurslarının talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə -
 

min  manatdan  üç  min  manatadək miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah  işləri  ilə və  ya  iki  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması 
ilə cəzalandırılır.
[239]
 
189-1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə -
 
 üç  min  manatdan  beş  min  manatadək miqdarda  cərimə  və  ya üç  ilədək 
müddətə  azadlığın  məhdudlaşdırılması  və ya üç  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[240]
 
189-1.3.  Təbii  qaz,  elektrik  və  ya  istilik  enerjisi  təchizatı  müəssisələrinin vəzifəli 
şəxsi  olmayan səlahiyyətli  nümayəndəsinin  işə  vicdansız  və  ya laqeyd  münasibəti 
nəticəsində  xidməti  vəzifəsini  yerinə  yetirməməsi  və  ya  lazımi  qaydada  yerinə 
yetirməməsi  səbəbindən  bu  Məcəllənin  189-1.1-189-1.2-ci  maddələrində  nəzərdə 
tutulmuş əməllərin qarşısının alınmaması –
[241]
 
 üç  min  manatdan  dörd  min  manatadək miqdarda  cərimə  və  ya üç  ilədək 
müddətə  azadlığın  məhdudlaşdırılması  və ya iki  ildən  dörd  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[242]
 
189-1.4.  Təbii  qaz,  elektrik  və  ya  istilik  enerjisi  təchizatı  müəssisələrinin vəzifəli 
şəxsi  olmayan səlahiyyətli  nümayəndəsinin  xidməti  mövqedən  sui-istifadə  etməklə 
tamah  və  ya  sair  şəxsi  marağı  üzündən  bu  Məcəllənin  189-1.1  və 189-1.2-ci 
maddələrində nəzərdə tutulmuş əməllərin qarşısını almaması -
 
dörd  min  manatdan  beş  min  manatadək miqdarda  cərimə  və  ya üç  ilədək 
müddətə  azadlığın  məhdudlaşdırılması  və ya dörd  ildən  altı  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[243]
 
Qeyd:
                              
Bu Məcəllənin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs 
cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
 
  
  
24-cü fəsil 
İQTİSADİ FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   1 9 0 .  Qanuni sahibkarlıq fəaliyyətinə mane olma
 
190.1.  Fərdi  sahibkarın  və  ya  kommersiya  təşkilatının  qeydiyyatından  qanunsuz 
olaraq  imtina  etmə  və  ya  onların  qeydiyyatından  boyun  qaçırma,  müəyyən  fəaliyyət 
növünü  həyata  keçirmək  üçün  xüsusi  razılığın  (lisenziyanın)  verilməsindən  qanunsuz 
olaraq  imtina  etmə  və  ya  onun  verilməsindən  boyun  qaçırma,  təşkilati-hüquqi  və  ya 
mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının 
hüquqlarını  və  ya  qanuni  maraqlarını  məhdudlaşdırma,  habelə  fərdi  sahibkarın  və  ya 
kommersiya  təşkilatının  müstəqilliyini  qanunsuz  məhdudlaşdırma  və  ya  onların 
fəaliyyətinə başqa  cür qanunsuz  müdaxilə etmə,  bu  əməllər  vəzifəli  şəxs  tərəfindən  öz 
qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə— 

beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  bir  ilədək  müddətə  islah  işləri  ilə 
cəzalandırılır.
[244]
 
190.2. Eyni əməllər qanuni qüvvəyə minmiş məhkəmə qərarını pozmaqla və ya külli 
miqdarda ziyan vurmaqla törədildikdə— 
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
etmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[245]
 
Qeyd: Bu  Məcəllənin  190,  192,  192-1,  193,  194-198,  202-205,  205-2,  210-212-ci  maddələrində  «xeyli 
miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min 
manatdan artıq olan məbləğ başa düşülür.
[246]
 
M a d d ə   1 9 1 .  Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı
 
Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə tamah məqsədilə 
və ya sair şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma, 
Dövlət  torpaq  kadastrının  uçot  məlumatlarını  təhrif  etmə,  habelə  torpaq  haqqının 
miqdarını qəsdən azaltma— 
beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  müəyyən  vəzifə 
tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  etmə  və  ya  iki 
ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[247]
 
M a d d ə   1 9 2 .  Qanunsuz sahibkarlıq
 
192.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 
dövlət  qeydiyyatına  alınmadan  və  ya  xüsusi  razılıq  (lisenziya)  tələb  olunduğu  halda 
belə  razılıq  (lisenziya)  almadan,  həmçinin  lisenziyalaşdırılma  şərtlərinin  pozulması  ilə 
və  ya  xüsusi  icazə  olmadan  mülki  dövriyyəsi  məhdudlaşdırılmış  əşyalardan  istifadə 
etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara 
və  ya  dövlətə  xeyli  miqdarda  ziyan  vurduqda  habelə  xeyli  miqdarda  gəlir  əldə 
etməklə  törədildikdə—
[248]
 
cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  iki  misli  miqdarında 
cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[249]
 
192.2. Eyni əməllər: 
192.2.1. külli miqdarda ziyan vurduqda;
[250]
 
192.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə; 
192.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  üç  misli  miqdarında 
cərimə və ya bir ildən müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
  
M a d d ə  192–1. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili 
və ya keçirilməsi
[251]
 

192-1.1.  Lotereyaların  (stimullaşdırıcı  lotereyalar  istisna  olmaqla)  buna  hüququ 
olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə 
xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -
 
cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  iki  misli  miqdarında 
cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
 192-1.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc 
oyunlarının  təşkili  və  ya  keçirilməsi  vətəndaşlara,  təşkilatlara  və  ya  dövlətə  xeyli 
miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -
 
 cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  iki  misli  miqdarında 
cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
 192-1.3.  Bu  Məcəllənin  192-1.1  və  ya  192-1.2-ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllər:
 
 192-1.3.1. təkrar törədildikdə;
 
 192-1.3.2.  külli  miqdarda  ziyan  vurduqda  və  ya  külli  miqdarda  gəlir  əldə  etməklə 
törədildikdə;
 
 192-1.3.3.  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik  (cinayətkar  təşkilat)  tərəfindən 
törədildikdə -
 
 cinayət  nəticəsində  vurulmuş  ziyanın  (əldə  edilmiş  gəlirin)  üç  misli  miqdarında 
cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 9 3 .  Yalançı sahibkarlıq
 
193.1.  Yalançı  sahibkarlıq,  yəni  kredit  almaq, rüsumlardan  azad  olmaq və  ya  digər 
əmlak  mənfəəti  əldə  etmək,  yaxud  qadağan  edilmiş  fəaliyyəti  gizlətmək  məqsədi  ilə 
sahibkarlıq  fəaliyyətini həyata  keçirmək niyyəti  olmadan  müəssisə  və  ya  digər hüquqi 
şəxsin  yaradılması  xeyli  miqdarda  ziyan  vurduqda  habelə  xeyli  miqdarda  gəlir  əldə 
etməklə törədildikdə
1   ...   6   7   8   9   10   11   12   13   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə