AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 4.8 Kb.
PDF просмотр
səhifə7/35
tarix04.12.2016
ölçüsü4.8 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   35

ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
18-ci fəsil 
HƏYAT VƏ SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   1 2 0 .  Qəsdən adam öldürmə
 
120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə— 
doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [97]
 
120.2. Qəsdən: 
120.2.1.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə; 
120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürmə
120.2.3. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi 
ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə; 
120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə; 
120.2.5.  tamah  məqsədi  ilə  və  ya  sifarişlə,  habelə  zərərçəkmiş  şəxsin  orqanlarından 
və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə
120.2.6.  başqa  cinayəti  gizlətmə  və  ya  onun  törədilməsini  yüngülləşdirmə  məqsədi 
ilə,  habelə  zorlama  və  ya  seksual  xarakterli  başqa  zorakı  hərəkətlərlə  əlaqədar  adam 
öldürmə;— 
120.2.7. iki və ya daha çox şəxsi öldürmə; 
120.2.8. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə; 
120.2.9. təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, 
habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə; 
120.2.10. təkrar adam öldürmə

120.2.11.  quldurluq,  hədə-qorxu  ilə  tələb  etmə,  terrorçuluq  və  ya  banditizmlə 
əlaqədar adam öldürmə; 
[98]
 
120.2.12. milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə— 
on  dörd  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [99]
 
Qeyd: Bu  Məcəllənin  maddələri  ilə  qəsdən  adam  öldürməyə  görə  məsuliyyət  müəyyən  olunmuş 
cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 120-ci maddəsi ilə 
nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi onun təkrar törədilməsi hesab olunur.
 
M a d d ə   1 2 1 .  Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi
 
Ananın  yeni  doğduğu  uşağı  doğuş  vaxtı  və  ya  doğuşdan  dərhal  sonra  qəsdən 
öldürməsi— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 2 2 .  Qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  vəziyyətində  qəsdən 
adam öldürmə
 
122.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz 
və  ya  əxlaqsız  hərəkətlər  (hərəkətsizlik)  nəticəsində,  habelə  zərərçəkmiş  şəxsin 
mütəmadi  qanunsuz  və  ya  əxlaqsız  davranışı  ilə  əlaqədar  yaranmış  uzun  sürən 
dözülməz  psixi  şərait  nəticəsində  qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  (affekt) 
vəziyyətində qəsdən adam öldürmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
[100]
 
122.2. Güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 2 3 .  Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması 
üçün zəruri həddi aşmaqla adam öldürmə
 
123.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə— 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
[101]
 
123.2.  Cinayət  törətmiş  şəxsin  tutulması  üçün  zəruri  həddi  aşmaqla  qəsdən  adam 
öldürmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
      M a d d ə   1 2 4 .  Ehtiyatsızlıqdan adam öldürmə
 
124.1. Ehtiyatsızlıqdan adam öldürmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
[102]
 

124.2. Ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə— 
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 2 5 .  Özünü öldürmə həddinə çatdırma
 
Təqsirkardan  maddi,  xidməti  və  ya  sair  cəhətdən  asılı  olmuş  zərərçəkmiş  şəxsi 
onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu 
gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma— 
üç  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya üç  ildən  yeddi  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[103]
 
M a d d ə   1 2 6 .  Qəsdən sağlamlığa ağır zərər vurma
 
126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və 
ya  görmə,  eşitmə,  nitq  qabiliyyətinin  və  ya  hər  hansı  bir  orqanın,  yaxud  bu  orqanın 
funksiyasının  itirilməsinə,  psixi  pozuntuya  və  ya  sağlamlığın  başqa  cür  pozulmasına, 
əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və 
ya  təqsirkar  üçün  aşkar  surətdə  zərərçəkmiş  şəxsin  peşəkar  əmək  qabiliyyətinin  tam 
itirilməsi  ilə  əlaqədar  olan  və  ya  hamiləliyin  pozulmasına,  şəxsin  narkomanlıqla  və  ya 
toksikomanlıqla  xəstələnməsinə  səbəb  olan,  yaxud  sifətin  silinməz  dərəcədə 
eybəcərləşdirilməsində ifadə olunan zərər vurma— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
126.2. Eyni əməllər: 
126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan 
əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik  (təşkilat)  tərəfindən 
törədildikdə; 
126.2.2. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi 
ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; 
126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar  verməklə 
və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı 
törədildikdə; 
126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə; 
126.2.5.  zərərçəkmiş  şəxsin  orqanlarından  və  ya  toxumalarından  istifadə  etmək 
məqsədilə törədildikdə— 
altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
126.3.  Bu  Məcəllənin  126.1  və  126.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [104]
 
M a d d ə   1 2 7 . Qəsdən sağlamlığa az ağır zərər vurma
 

127.1.  Zərərçəkmiş  şəxsin  həyatı  üçün  təhlükəli  olmayan  və  bu  Məcəllənin  126-cı 
maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət 
pozulmasına  səbəb  olmuş və  ya  ümumi əmək  qabiliyyətinin  üçdə  bir  hissəsindən  az 
olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər 
vurma—
[105]
 
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və 
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[106]
 
127.2. Eyni əməllər: 
127.2.1. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi 
ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; 
127.2.2. xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya 
sifarişlə, habelə  təqsirkar  üçün  aşkar surətdə  köməksiz  vəziyyətdə  olan şəxs  barəsində 
törədildikdə;
[107]
 
127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə;
[108]
 
127.2.4.  zərərçəkmiş  şəxsin  orqanlarından  və  ya  toxumalarından  istifadə  etmək 
məqsədi ilə törədildikdə; 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 2 8 .  Qəsdən sağlamlığa yüngül zərər vurma
 
Sağlamlığın  qısa  müddətə  pozulmasına  və  ya  ümumi  əmək  qabiliyyətinin  cüzi 
itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—
[109]
 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir 
ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
[110]
 
M a d d ə   1 2 9 .  Qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  vəziyyətində  qəsdən 
sağlamlığa ağır və ya az ağır zərər vurma
 
129.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz 
və  ya  əxlaqsız  hərəkətlər  (hərəkətsizlik)  nəticəsində,  habelə  zərərçəkmiş  şəxsin 
mütəmadi  qanunsuz  və  ya  əxlaqsız  davranışı  ilə  əlaqədar  yaranmış  uzunsürən 
dözülməz  psixi  şərait  nəticəsində  qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  (affekt) 
vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[111]
 
129.2. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz 
və  ya  əxlaqsız  hərəkətlər  (hərəkətsizlik)  nəticəsində,  habelə  zərərçəkmiş  şəxsin 
mütəmadi  qanunsuz  və  ya  əxlaqsız  davranışı  ilə  əlaqədar  yaranmış  uzunsürən 
dözülməz  psixi  şərait  nəticəsində  qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  (affekt) 
vəziyyətində qəsdən sağlamlığa az ağır zərər vurma— 
iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 

M a d d ə   1 3 0 .  Zəruri  müdafiə  həddini  aşmaqla  sağlamlığa  ağır  və  ya  cinayət 
törətmiş  şəxsin  tutulması  üçün  zəruri  həddi  aşmaqla  sağlamlığa  ağır  və  ya  az  ağır 
zərər vurma
 
130.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma— 
bir  ilədək  müddətə  islah  işləri  və  ya iki  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması  və  ya bir  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
130.2.  Cinayət  törətmiş  şəxsin  tutulması  üçün  zəruri  həddi  aşmaqla  qəsdən 
sağlamlığa ağır və ya az ağır zərər vurma— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[112]
 
M a d d ə   1 3 1 .  Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma
 
131.1. Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma— 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı 
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[113]
 
131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma— 
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki 
ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya altı  ayadək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[114]
 
M a d d ə   1 3 2 .  Döymə
[ 1 1 5 ]
 
Bu  Məcəllənin  128-ci  maddəsində  göstərilən  nəticələrə  səbəb  olmayan  qəsdən 
döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə— 
iki  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  yüz  qırx  saatadək  müddətə  ictimai 
işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır.
[116]
 
M a d d ə   1 3 3 .  
Əzab vermə
[ 1 1 7 ]
 
133.1. Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan 
mütəmadi  olaraq  döyməklə  və  ya  sair  zorakı  hərəkətlərlə  güclü  fiziki  ağrı  və  ya  psixi 
iztirablar vermə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[ 1 1 8 ]
 
133.2. Eyni əməllər: 
133.2.1. iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə 
qarşı və ya sifarişlə törədildikdə; 
133.2.2. aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə; 

133.2.3.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 
133.2.4.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  yetkinlik  yaşına  çatmayan,  habelə 
köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə; 
133.2.5. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi 
ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə; 
[ 1 1 9 ]
133.2.6. işgəncə verməklə törədildikdə — 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[ 1 2 0 ]
 
133.3. Bu Məcəllənin 133.1 və 133.2-ci maddələri ilə nəzərdə tutulan əməllər şəxsdən 
məlumat almaq və ya onu etirafa məcbur etmək, yaxud törətdiyi və ya törədilməsində 
şübhə  doğurduğu  əmələ  görə  həmin  şəxsi  cəzalandırmaq  məqsədi  ilə  öz  qulluq 
mövqeyindən  istifadə  etməklə  vəzifəli  şəxs  tərəfindən  və  ya  onun  təhriki  ilə 
törədildikdə — 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[ 1 2 1 ]
 
M a d d ə   1 3 4 .  Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə
 
Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi 
üçün real əsaslar olduqda— 
iki  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[122]
 
M a d d ə   1 3 5 .  Evtanaziya
 
Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə 
tezləşdirmə  və  ya  onun  həyatının  davam  etməsinə  kömək  edən  süni  tədbirləri 
dayandırma— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya 
müəyyən  fəaliyyətlə  məşğul  olma hüququndan məhrum edilməklə və ya edilməməklə 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 3 6 .  Qanunsuz  süni  mayalanma  və  embrionu  implantasiya  etmə, 
tibbi sterilizasiya
 
136.1.  Qadına,  onun  razılığı  olmadan  və  ya  yetkinlik  yaşına  çatmayan  qadına  süni 
mayalanma və ya embrionu implantasiya etmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[123]
 
136.2.  Şəxsin  razılığı  olmadan  onun  üzərində  tibbi  sterilizasiya,  yəni  şəxsin 
nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması 
məqsədi ilə əməliyyat aparma— 

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[124]
 
136.3.  Bu  Məcəllənin  136.1  və  136.2-ci  maddələri  ilə  nəzərdə  tutulan  əməllər 
ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına 
səbəb olduqda— 
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[125]
 
M a d d ə   1 3 7 .  İnsan  orqanlarının  və  ya  toxumalarının  alqı-satqısı  və  onların 
transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə
 
137.1. İnsan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı— 
iki  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[126]
 
137.2.  Zor  tətbiq  etməklə  və  ya  zor  tətbiq  etmə  hədəsi  ilə  insan  orqanlarının  və  ya 
toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etmə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  dörd  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
137.3. Eyni əməllər, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və 
ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə 
etməklə törədildikdə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır.  
M a d d ə   1 3 8 .  Qanunsuz  olaraq  biotibbi  tədqiqatlar  aparma  və  ya  qadağan 
edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə
 
138.1. Şəxsin razılığı olmadan onun üzərində biotibbi tədqiqatlar aparma— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[127]
 
138.2.  Tətbiqi  müəyyən olunmuş  qaydada qadağan edilmiş  diaqnostika  və  müalicə 
üsullarını,  dərman  vasitələrini  tətbiq  etmə  ehtiyatsızlıqdan  şəxsin  ölümünə  və  ya 
sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda— 

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[128]
 
138.3.  Qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  fəaliyyət  qabiliyyəti  olmayan 
hesab  edilən,  habelə  qeyri-könüllü  psixiatriya  yardımı  göstərilən  və  ya  tibbi  xarakterli 
məcburi tədbirlərə cəlb edilən şəxslər üzərində biotibbi eksperimentlər aparma - 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  2  ilədək  müddətə  islah 
işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
[129]
 
138.4.  Psixi  pozuntunun  müalicəsində  qarşısıalınmaz  nəticə  doğuran  cərrahiyyə 
üsullarından istifadə etmə - 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
[130]
 
M a d d ə   1 3 9 .  Zöhrəvi xəstəlikləri yayma
 
139.1.  Özündə  zöhrəvi  xəstəlik  olduğunu  bilən  şəxsin  bu  xəstəliyi  başqa  şəxsə 
yoluxdurması— 
üç  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[131]
 
139.2. Eyni əməllərin iki və ya daha çox şəxsə qarşı və ya yetkinlik yaşına çatmayan 
şəxsə qarşı törədildikdə— 
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   1 4 0 .  İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma
 
140.1.  Bilə-bilə  başqa  şəxsi  insan  immunçatışmazlığı  virusu  ilə  yoluxma  təhlükəsi 
qarşısında qoyma— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya iki  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması  və  ya bir  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
140.2.  İnsan  immunçatışmazlığı  virusu  ilə  yoluxmasını  bilən  şəxsin  bu  xəstəliyi 
başqa şəxsə yoluxdurması— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
140.3. Bu Məcəllənin 140.2-ci maddəsində nəzərdə tutulmuş əməllər nəticəsində iki 
və ya daha çox şəxsi və ya yetkinlik yaşına çatmayanı insan immunçatışmazlığı virusu 
ilə yoluxdurma— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

140.4. Öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində başqa  şəxsi 
insan immunçatışmazlığı virusu ilə yoluxdurma— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
M a d d ə   1 4 1 .  Qanunsuz abort etmə
 
141.1. Həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə— 
iki  yüz  manatadək  miqdarda  cərimə  və  ya  altı  ayadək  müddətə  islah  işləri  ilə 
cəzalandırılır.
[132]
 
141.2. Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə— 
üç yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək 
müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[133]
 
141.3.  Bu  Məcəllənin  141.1  və  141.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda— 
üç  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[134]
 
141.4.  Bu  Məcəllənin  141.1  və  141.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.  
M a d d ə   1 4 2 .  Xəstəyə kömək göstərməmə
 
142.1. Qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə 
borclu  olan  tibb  işçisi  tərəfindən  üzürlü  səbəblər  olmadan  xəstəyə  tibbi  yardım 
göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma— 
üç yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma 
və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə  bir  ilədək  müddətə  islah  işləri  və  ya  bir  ilədək  müddətə azadlığın 
məhdudlaşdırılması  və  ya  altı  ayadək  müddətə azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
1   2   3   4   5   6   7   8   9   10   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə