AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ


partiyaların,  siyası  partiyalar  bloklarının  seçki  (referendum)



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/35
tarix04.12.2016
ölçüsü4,8 Kb.
#789
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

 
159-1.1.  Namizədlərin,  partiyaların,  siyası  partiyalar  bloklarının  seçki  (referendum) 
kampaniyalarına müdaxilə etmə və ya onu pozma - 

iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd 
yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
[167]
 
159-1.2. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma 

beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya dörd  yüz  saatdan  dörd 
yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
[168]
 
159-1.3.  Seçkilərdə  (referendumda)  başqalarının  əvəzinə  səs  verilməsinə  şərait 
yaratma - 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[169]
 
M a d d ə   1 6 0 .  Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya 
təsir göstərmə 
[170]
 
160.1. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə 
və  ya  seçki  komissiyası  üzvünün  öz  vəzifələrini  yerinə  yetirməsi  ilə  bağlı  fəaliyyətinə 
müdaxilə etmə – 
[171]
 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz 
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[172]
 
160.2. Eyni hərəkətlər: 
160.2.1. ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi 
ilə; 
160.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
160.2.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri  və  ya üç  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[173]
 
M a d d ə   1 6 1 .  Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə 
səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma 
161.1.  Seçki  komissiyasının  üzvü  tərəfindən  seçki  (referendumda  iştirak) 
sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin 
düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və 
ya səsvermənin gizliliyinin pozulması - 
[174]
 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri ilə cəzalandırılır.
[175]
 

161.2. Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin 
təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna 
birdən artıq seçki bülletenlərinin qoyulması üçün zərfin açılması – 
[176]
 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri ilə cəzalandırılır.
[177]
 
M a d d ə   1 6 2 .  Əmək mühafizəsi qaydalarını pozma
 
162.1.  Texniki  təhlükəsizlik  və  ya  əmək  mühafizəsinin  başqa  qaydalarına  riayət 
edilməsi  vəzifəsi  həvalə  edilmiş  şəxs  tərəfindən  bu  qaydaların  pozulması  nəticəsində 
ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri ilə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[178]
 
162.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda— 
üç  ildən  beş  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
 
M a d d ə   162-1. Əmək  müqaviləsi  (kontraktı)  hüquqi  qüvvəyə  minmədən 
işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi
[179]
 
 
 
162-1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada 
əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı 
işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi —
 
yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə 
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
162-1.2. Eyni əməllər təkrar törədildikdə —
 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
Qeyd: Bu maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı 
nəzərdə tutulur. 
M a d d ə   1 6 3 .  Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma
 
163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və 
ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan 
imtinaya vadar etmə— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri ilə cəzalandırılır.
[180]
 
163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 
törədildikdə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və 
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

M a d d ə   1 6 4 .  Hamilə  qadının  və  ya  himayəsində  üç  yaşınadək  uşağı  olan 
qadının
,  üç  yaşınadək  uşağını  təkbaşına  böyüdən  kişinin
 əmək  hüquqlarını 
pozma
[181]
 
Qadının  hamiləliyinə  və  ya  himayəsində  üç  yaşınadək  uşağı  olmasına  görə, 
həmçinin  kişi  üç  yaşınadək  uşağını  təkbaşına  böyütdüyünə  görə onunla  əmək 
müqaviləsini əsassız ləğv etmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə ilə cəzalandırılır.
[182]
 
M a d d ə   1 6 5 .  Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma
 
165.1. Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, 
yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin 
müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və 
ya  yayma,  habelə  şərikli  müəllifliyə  məcbur  etmə,  əgər  bu  əməllər  nəticəsində  xeyli 
miqdarda ziyan vurulmuşsa— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  iyirmi  saatdan 
dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
[183]
 
165.2. Eyni əməllər: 
165.2.1. təkrar törədildikdə; 
165.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə— 
əmlakı müsadirə olunmaqla beş yüz manatdan min manatadək miqdarda cərimə və 
ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[184]
  
      M a d d ə   1 6 5 - 1 .  İnteqral  sxem  topologiyasından  istifadəyə  müstəsna  hüququ 
pozma
[185]
 
165-1.1.  Müəllifin  və  ya  digər  hüquq  sahibinin  icazəsi  olmadan  inteqral  sxem 
topologiyasının  orijinal  olmayan  hissəsini  cıxarma  istisna  olmaqla,  bütövlükdə,  yaxud 
onun  hər  hansı  bir  hissəsini  inteqral  sxemə  daxil  etmə  yolu  ilə  və  ya  surətini  başqa 
şəkildə cıxarma, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemi 
tətbiq  etmə,  gətirmə,  satış  üçün  təklif  etmə,  satma,  yaxud  başqa  formada  təsərrüfat 
dövriyyəsinə daxil etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa 
– 
yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan 
dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
[186]
 
165-1.2. Eyni əməllər: 
165-1.2.1. təkrar törədildikdə; 
165-1.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə - 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[187]
 

Qeyd: Bu Məcəllənin 165-1.1-ci maddəsində "xeyli miqdar" dedikdə, min manatdan artıq olan məbləğ 
başa düşülür.
[188]
 
M a d d ə   1 6 5 - 2 .  Folklor nümunələrindən istifadə tələblərinin pozulması 
[189]
 
165-2.1.  Folklor  nümunələrindən  istifadə  tələblərinin  pozulması,  əgər  bu  əməllər 
nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa 
əmlakı müsadirə olunmaqla yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə 
və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
[190]
 
165-2.2. Eyni əməllər: 
165-2.2.1. təkrar törədildikdə; 
165-2.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə - 
əmlakı müsadirə olunmaqla beş yüz manatdan min manatadək miqdarda cərimə və ya 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[191]
 
Qeyd: Bu maddədə "xeyli miqdar" dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür
.
[192]
 
Maddə 165-3. Məlumat toplularından qeyri-qanuni istifadə 
[193]
 
165-3.1.  Məlumat  toplularından  qeyri-qanuni  istifadə,  əgər  bu  əməllər  nəticəsində 
xeyli miqdarda ziyan vurulmuşsa –
 
əmlakı müsadirə olunmaqla, yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə 
və ya 
üç yüz iyirmi saatdan dörd yüz səksən
 saatadək ictimai işlərlə cəzalandırılır.
[194]
 
165-3.2. Eyni əməllər:
 
165-3.2.1. təkrar törədildikdə;
 
165-3.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə -
 
əmlakı müsadirə olunmaqla, beş yüz manatdan min manatadək miqdarda cərimə və 
ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
[195]
 
Qeyd. Bu maddədə “xeyli miqdar” dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür.
[196]
 
M a d d ə   1 6 6 .  İxtiraçılıq və patent hüquqlarını pozma
 
166.1.  İxtiraçılıq  və  patent  hüquqlarını  pozma,  yəni  ixtiradan  və  ya  səmərələşdirici 
təklifdən qanunsuz istifadə etmə və ya ixtira yaxud səmərələşdirici təkliflərin mahiyyəti 
barədə  məlumatları  müəllifin  razılığı  olmadan  və  rəsmi  dərc  edilənədək  yayma, 
müəllifliyi  mənimsəmə,  şərikli  müəllifliyə  məcbur  etmə,  əgər  bu  əməllər  nəticəsində 
xeyli miqdarda ziyan vurulmuşsa— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  iyirmi  saatdan 
dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
[197]
 
166.2. Eyni əməllər: 
166.2.1. təkrar törədildikdə; 

166.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya   mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[198]
  
M a d d ə   1 6 7 .  Dini ayinləri icra etməyə mane olma
 
Qanunsuz olaraq dini ayinlərin icrasına mane olma— 
min  manatdan  iki  min  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  iyirmi  saatdan 
dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  ilə 
cəzalandırılır.
[199]
  
  
M a d d ə  167-1. Dinə etiqad etməyə məcbur etmə
[200]
 
167-1.1. Şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin 
və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə 
dini təhsil almağa məcbur etmə -
 
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə 
islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[201]
 
167-1.2.  Şəxsi  hər  hansı  dini  quruma  üzv  olmağa  məcbur  etmə  və  ya  şəxsin  üzv 
olduğu dini qurumdan çıxmasına mane olma -
 
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə 
azadlıqdan məhrum etməklə cəzalandırılır.
 
167-1.3.  Bu  məcəllənin  167-1.1  və  ya  167-1.2-ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllər:
 
167-1.3.1. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
 
167-1.3.2.  qabaqcadan  əlbir  olan  bir  neçə  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə 
tərəfindən törədildikdə;
 
167-1.3.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməkdə 
törədildikdə -
 
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş 
ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
[202]
 
  
M a d d ə  167-2. Qanunsuz  olaraq  dini  təyinatlı  ədəbiyyatı, audio  və  video 
materialları,  mal  və  məmulatları və  dini  məzmunlu  başqa  məlumat  materiallarını 
istehsal etmə, idxal etmə, satma və ya yayma
[203]
 
167-2.1.  Müvafiq  razılıq  olmadan  dini  təyinatlı ədəbiyyatı  (kağız  və  elektron 
daşıyıcılarında),  audio  və  video  materialları,  mal  və  məmulatları və  dini  məzmunlu 
başqa  məlumat  materiallarını  istehsal  etmə,  satış  və  ya  yayma  məqsədi  ilə  idxal  etmə, 
satma və ya yayma
[204]
  -
 
beş  min  manatdan  yeddi  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək 
müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
 

167-2.2. Eyni əməllər:
 
167-2.2.1.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə;
 
167-2.2.2. təkrar törədildikdə;
 
167-2.2.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə -
 
 yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş 
ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. 
M a d d ə   1 6 8 .  Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd 
etmə
 
168.1. Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən 
və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və 
ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların 
qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, 
ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə— 
yeddi  min  manatdan  doqquz  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[205]
 
168.2. Bu Məcəllənin 168.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə 
yetkinlik yaşına çatmayanları cəlb etmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.  
M a d d ə   1 6 9 .  Toplantıları keçirmə qaydasını pozma
 
169.1. Qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və 
ya  belə  toplantılarda  iştirak  etmə  vətəndaşların  hüquq  və  qanuni  mənafelərinin 
əhəmiyyətli pozulmasına səbəb olduqda — 
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya iki  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[206]
 
169.2. Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və 
ya  soyuq  silah,  yaxud  partlayıcı  maddə  və  qurğular,  eləcə  də  ətrafdakıların  həyat  və 
sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirmə — 
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya üç  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[207]
 
  
M a d d ə  169-1. Siyasi partiyada üzvlüyə məcbur etmə
[208]
 
 
 
Siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etmə - 

min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
22-ci fəsil 
YETKİNLİK YAŞINA ÇATMAYANLAR VƏ AİLƏ MÜNASİBƏTLƏRİ 
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   1 7 0 .  Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə
 
170.1.  On  səkkiz  yaşına çatmış şəxs  tərəfindən  yetkinlik  yaşına  çatmayanı  aldatma, 
vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
170.2. Eyni əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs 
tərəfindən törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
170.3.  Bu  Məcəllənin  170.1  və  ya  170.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına 
çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb 
etmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 7 1 .  Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə 
cəlb etmə
 
171.1.  Yetkinlik  yaşına  çatmayanı  fahişəliyə  və  ya  digər  əxlaqsız  əməllərə  cəlb 
etmə— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
171.2. Eyni əməllər: 
171.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə; 
171.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
  
M a d d ə  171-1. Uşaq pornoqrafiyasının dövriyyəsi
[209]
 
  
171-1.1.  Uşaq  pornoqrafiyasını  yayma,  reklam  etmə,  satma,  başqasına 
vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və 
ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama – 
səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya beş ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
171-1.2. Eyni əməllər: 

171-1.2.1. təkrar törədildikdə; 
171-1.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə
171-1.2.3. xeyli miqdarda gəlir əldə etməklə törədildikdə; 
171-1.2.4.  yetkinlik  yaşına  çatmayanın  valideynləri  və  ya  üzərinə  qanunla 
yetkinlik  yaşına  çatmayanı  tərbiyə  etmək  vəzifəsi  qoyulmuş  şəxslər  və  ya 
yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, 
tərbiyə,  tibbi  və  ya  digər  müəssisənin  müəllimi  və  ya  digər  işçisi  tərəfindən 
törədildikdə; 
171-1.2.5.  təqsirkar  üçün  aşkar  surətdə  on  dörd  yaşına  çatmayan  şəxs 
barəsində törədildikdə; 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  beş  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: 
1.  Bu  Məcəllənin  171-1-ci  maddəsinin  məqsədləri  üçün  “uşaq 
pornoqrafiyası” dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına 
çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real 
və  ya  simulyasiya  edilmiş  iştirakını  əks  etdirən,  yaxud  seksual  məqsədlərlə 
yetkinlik  yaşına  çatmayanların  cinsi  orqanlarını  əks  etdirən  istənilən  əşyalar  və 
ya  materiallar,  o  cümlədən  aşkar  seksual  hərəkətlərdə  iştirak  edən  yetkinlik 
yaşına çatmayan şəxsi əks etdirən realistik təsvirlər başa düşülür. 
2.  Bu  Məcəllənin  171-1.2.3-cü  maddəsində  "xeyli  miqdar"  dedikdə,  min  manatdan 
artıq olan məbləğ başa düşülür. 
M a d d ə   1 7 2 .  Özgənin uşağını dəyişdirmə
 
Tibb  müəssisələrində  uşağın  mühafizəsi  və  ya  ona  qayğı  göstərilməsi  vəzifəsini 
daşıyan şəxs tərəfindən tamah məqsədilə, intiqam və sair alçaq niyyətlə özgənin uşağını 
dəyişdirmə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
M a d d ə   1 7 3 .   (Çıxarılıb) 
[210]
 
M a d d ə   1 7 4 .  Qanunsuz olaraq övladlığa götürmə
 
Uşaqların  övladlığa  götürülməsi,  qəyyumluğa  (himayəyə)  və  ya  himayədar  ailəyə 
tərbiyə  olunmaq  üçün  verilməsi  ilə  bağlı  qanunsuz  hərəkətlər  tamah  məqsədi  ilə 
törədildikdə—
[211]
 

yüz  manatdan  üç  yüz  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[212]
 
M a d d ə   1 7 5 .  Övladlığa götürmə sirrini yayma
 
Övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya 
peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya 
sair alçaq niyyətlə yayma— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  iyirmi  saatdan 
dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə müəyyən vəzifə tutma 
və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə  bir  ilədək  müddətə  islah  işləri  və  ya  altı  ayadək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[213]
  
M a d d ə   1 7 6 .  Uşaqlara və ya valideynlərə kömək göstərməkdən qərəzli boyun 
qaçırma
[214]
 
176.1.  Əmək  qabiliyyəti  olan  və  işləyən  valideynlər  tərəfindən  yetkinlik  yaşına 
çatmayan  uşağın  (uşaqların),  habelə  yetkinlik  yaşına  çatmış,  lakin  əmək  qabiliyyəti 
olmayan  övladların  saxlanması  üçün  məhkəmə  tərəfindən  müəyyən  edilmiş  vəsaiti 
ödəməkdən qərəzli olaraq boyun qaçırma— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  yüz  doxsan  saatdan  iki 
yüz  qırx  saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  altı  ayadək 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[215]
 
176.2. Əmək qabiliyyəti olan və işləyən övlad (övladlar) tərəfindən əmək qabiliyyəti 
olmayan  valideynlərin  saxlanması  üçün  məhkəmə  tərəfindən  müəyyən  edilmiş  vəsaiti 
ödəməkdən qərəzli olaraq boyun qaçırma— 
beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  altı  ayadək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[216]
 
Maddə 176-1. Qadını nikaha daxil olmağa məcbur etmə 
176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə - 
 iki  min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - 
 üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[217]
 
  

DOQQUZUNCU BÖLMƏ 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin