AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 4.8 Kb.
PDF просмотр
səhifə17/35
tarix04.12.2016
ölçüsü4.8 Kb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

[419]
 
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 8 8 .  Ədalət  mühakiməsinin  və  ya  ibtidai  istintaqın  həyata 
keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə
 
288.1.  İşin  və  ya  müvafiq  materialların  məhkəmədə  baxılması  ilə  əlaqədar  hakimi, 
andlı  iclasçıları,  habelə  onların  yaxın  qohumlarını  öldürməklə,  onların  sağlamlıqlarına 
zərər vurmaqla, əmlakını məhv etməklə və ya əmlakını zədələməklə hədələmə— 
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ildən  beş  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[420]
 
288.2.  Eyni  əməllər  işin  və  ya  müvafiq  materialların  məhkəmədə  baxılması  və  ya 
ibtidai  istintaqın  aparılması,  hökmün  yaxud  digər  məhkəmə  qərarlarının  icrası  ilə 
əlaqədar prokuror, müstəntiq və ya təhqiqatçı, müdafiəçi, ekspert, icra məmuru, habelə 
onların yaxın qohumları barəsində törədildikdə—
[421]
 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[422]
 
288.3.  Bu  Məcəllənin  288.1  və  ya  288.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
288.4.  Bu  Məcəllənin  288.1  və  ya  288.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 8 9 .  Məhkəməyə hörmətsizlik etmə
 
289.1.  Məhkəmə  baxışı  iştirakçılarını  təhqir  etməklə  məhkəməyə  hörmətsizlik 
etmə— 
üç yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək 
ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[423]
 
289.2. Eyni əməllər hakim və ya andlı iclasçılar barəsində törədildikdə— 

üç  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[424]
 
M a d d ə   2 9 0 .  Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb 
etmə
 
290.1. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
290.2.  Eyni  əməllər  şəxsin  ağır  və  ya  xüsusilə  ağır  cinayət  törətməkdə  ittiham 
olunması ilə bağlı törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 9 1 .  Qanunsuz olaraq cinayət məsuliyyətindən azad etmə
 
Prokuror,  müstəntiq  və  ya  təhqiqatçı  tərəfindən  cinayətin  törədilməsində  şübhə 
edilən  və  ya  təqsirləndirilən  şəxsi  qanunsuz  olaraq  cinayət  məsuliyyətindən  azad 
etmə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 9 2 .  Qanunsuz olaraq tutma, həbs yerində alma və ya həbsdə 
saxlama
[ 4 2 5 ]
 
292.1. Bilə-bilə qanunsuz tutma— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən 
vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul olma  hüququndan  məhrum  edilməklə 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
292.2. Bilə-bilə qanunsuz həbsə alma və ya həbsdə saxlama—
[ 4 2 6 ]
 
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
292.2-1. Bilə-bilə qanunsuz həbs yerində saxlama —
[ 4 2 7 ]
 
dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
292.3.  Bu  Məcəllənin 292.1-ci,  292.2-ci  və  ya  292.2-1-ci maddələrində  nəzərdə 
tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda—
[ 4 2 8 ]
 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 9 3 .  
İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani
yaxud ləyaqəti alçaldan rəftar və ya cəza
[ 4 2 9 ]
 
293.1.  Xidməti  vəzifələrini  yerinə  yetirməsi  ilə  əlaqədar  dövlət  orqanının 
vəzifəli  şəxsi  və  ya  bu  qisimdə  çıxış  edən  digər  şəxs  tərəfindən,  yaxud  onun 
təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən 
şəxsi  qəddar,  qeyri-insani,  yaxud  ləyaqəti  alçaldan  rəftara  və  ya  cəzaya  məruz 
qoyma,  həmin  əməldə  bu  Məcəllənin  293.2-ci  maddəsində  nəzərdə  tutulmuş 
işgəncə əməlinin əlamətləri olmadıqda – 

üç  min  manatdan  dörd  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək 
müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə 
ilə cəzalandırılır. 
293.2.  Xidməti  vəzifələrini  yerinə  yetirməsi  ilə  əlaqədar  dövlət  orqanının 
vəzifəli  şəxsi  və  ya  bu  qisimdə  çıxış  edən  digər  şəxs  tərəfindən,  yaxud  onun 
təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən 
işgəncə vermə – 
 üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  üç  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
293.3.  Eyni  əməllər  sağlamlığa  ağır  və  ya  az  ağır  zərər  vurmaqla 
törədildikdə – 
altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu  maddədə,  habelə  bu  Məcəllənin  digər  maddələrində  “işgəncə”  dedikdə  şəxsin 
özündən  və  ya  digər  şəxsdən  məlumat  və  ya  etiraf  almaq,  yaxud  onu  və  ya  digər  şəxsi 
qorxutmaq,  özünün  və  ya  digər  şəxsin  törətdiyi  və  ya  törədilməsində  şübhəli  bilindiyi  əmələ 
görə cəzalandırmaq, iradəsi əleyhinə hər  hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya 
ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa 
düşülür.
 
M a d d ə   2 9 4 .  Sübutları saxtalaşdırma
 
294.1.  Mülki  iş  üzrə  işdə  iştirak  edən  şəxs  və  ya  onun  nümayəndəsi  tərəfindən 
sübutların saxtalaşdırılması— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  bir  ildən  iki  ilədək 
müddətə  islah  işləri  və  ya  altı  ayadək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[430]
 
294.2.  Cinayət  işi  üzrə  təhqiqatçı,  müstəntiq,  prokuror  və  ya  müdafiəçi  tərəfindən 
sübutları saxtalaşdırma— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
294.3.  Ağır  və  ya  xüsusilə  ağır  cinayətlər  haqqında  cinayət  işi  üzrə  sübutları 
saxtalaşdırma,  habelə  digər işlər  üzrə  sübutların  saxtalaşdırılması  ağır nəticələrə səbəb 
olduqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  beş  ildən  yeddi  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.  
M a d d ə   2 9 5 .  Bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma
 

295.1.  Hakimlərin  bilə-bilə  ədalətsiz  hökm,  qətnamə,  qərardad  və  ya  qərar 
çıxarması— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[431]
 
295.2.  Eyni  əməllər  azadlıqdan  məhrum  etmə  barədə  məhkəmənin  çıxardığı 
qanunsuz hökm ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 9 6 .  Bilə-bilə yalan xəbərçilik etmə
 
296.1. Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə— 
üç yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd 
yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[432]
 
296.2.  Eyni  əməllər  şəxsin  ağır  və  ya  xüsusilə  ağır  cinayət  törətməkdə  ittiham 
olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[433]
  
M a d d ə   2 9 7 .  Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış 
tərcümə etmə
 
297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan 
ifadə  vermə  və  ya  ekspert  tərəfindən  bilə-bilə  yalan  rəy  vermə,  habelə  tərcüməçi 
tərəfindən bilə-bilə yanlış tərcümə etmə— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  iyirmi  saatdan 
dörd  yüz saatadək  ictimai  işlər  və  ya  bir  ildən  iki  ilədək  müddətə  islah  işləri  və  ya iki 
ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya altı  ayadək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[434]
 
297.2.  Eyni  əməllər  şəxsin  ağır  və  ya  xüsusilə  ağır  cinayət  törətməkdə  ittiham 
olunması ilə bağlı törədildikdə— 
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:
 
1.  Bu  Məcəllənin  297.1-ci  maddəsində  göstərilən  şəxslər  təhqiqatın,  ibtidai  istintaqın  gedişində, 
məhkəmə  baxışında  məhkəmə  tərəfindən  hökm  və  ya  qətnamə,  habelə  Azərbaycan  Respublikasının 
Konstitusiya Məhkəməsi tərəfindən qərar çıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin 
yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar. 
[435]
 
2. Şəxs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş 
digər  yaxın  qohumlarına  qarşı  ifadə  verməyə  məcbur  edilərək  bilə-bilə  yalan  ifadə  verdikdə  cinayət 
məsuliyyətinə cəlb oluna bilməz. 
 
M a d d ə   2 9 8 .  Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina 
etməsi
 
Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi— 

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç 
yüz altmış saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı 
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[436]
 
Qeyd: Şəxs özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər 
yaxın qohumlarına qarşı ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz. 
 
M a d d ə   2 9 9 .  İfadə verməkdən boyun qaçırmağa, yalan ifadə və ya yalan rəy 
verməyə, yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma
 
299.1.  Şahidin,  zərərçəkmiş  şəxsin  yalan  ifadə  verməsi  məqsədi  ilə  və  ya  ekspertin 
yalan  rəy  və  ya  yalan  ifadə  verməsi  məqsədi  ilə,  habelə  tərcüməçinin  yanlış  tərcümə 
etməsi məqsədi ilə onları pulla ələ alma— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  altmış  saatdan 
dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  iki  ilədək  müddətə  islah  işləri  və  ya  altı 
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[437]
 
299.2. Şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə və 
ya  tərcüməçini  yanlış  tərcümə  etməyə  məcbur  etmə,  habelə  həmin  şəxsləri  ifadə 
verməkdən boyun qaçırmağa məcbur etmə şantajla, həmin şəxsləri və ya onların yaxın 
qohumlarını  öldürmək,  sağlamlığa  zərər  vurmaq  və  ya  əmlakını  məhv  etmək  və  ya 
zədələmək hədəsi ilə törədildikdə— 
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[438]
 
299.3. Bu Məcəllənin 299.2-ci maddəsində nəzərdə tutulmuş əməllər həmin şəxslərin 
həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
299.4.  Bu  Məcəllənin  299.1  və  ya  299.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
mütəşəkkil dəstə tərəfindən və ya həmin şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli 
olan zor tətbiq etməklə törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   3 0 0 .  Təhqiqat və ya ibtidai istintaq məlumatlarını yayma
 
Qanunla  müəyyən  edilmiş  qaydada  yayılmaması  barədə  xəbərdarlıq  edilmiş  şəxs 
tərəfindən təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını 
həyata  keçirən  hakimin  icazəsi  olmadan  təhqiqat  və  ya  ibtidai  istintaq  məlumatlarının 
yayılması maraqlı şəxsə mənəvi və ya maddi ziyanın vurulmasına səbəb olduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[439]
 
M a d d ə   3 0 1 .  Məhkəmə və hüquq mühafizə orqanları işçiləri barəsində tətbiq 
edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma
 

301.1.  Hakimlər,  andlı  iclasçılar,  icra  məmurları,  prokurorlar,  müstəntiqlər, 
təhqiqatçılar,  əməliyyat-axtarış  fəaliyyətini,  gömrük  işini  həyata  keçirən,  ictimai 
qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, habelə istintaq orqanlarının və 
ya prokurorların qərarlarını icra edən şəxslər və ya onların yaxın qohumları barəsində 
tətbiq  edilən  təhlükəsizlik  tədbirləri  haqqında  məlumatların  yayılması,  əgər  bu  əməl 
qulluq  mövqeyi  ilə  əlaqədar  ona  etibar  edilən  və  ya  məlum  olan  şəxs  tərəfindən 
törədilərsə—
[440]
 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[441]
 
301.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
      M a d d ə   3 0 2 .  Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi 
pozma
 
302.1.  Əməliyyat-axtarış  fəaliyyətini  həyata  keçirmək  səlahiyyətinə  malik  olmayan 
şəxslər  tərəfindən  belə  tədbirlərin  keçirilməsi,  habelə  əməliyyat-axtarış  fəaliyyətini 
həyata  keçirmək  səlahiyyətinə  malik  olan  şəxslər  tərəfindən  həmin  tədbirlərin 
qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla 
qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə  və  ya  edilməməklə  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[442]
 
302.2.  Eyni  əməllər  gizli  qaydada  informasiya  alınması  üçün  nəzərdə  tutulmuş 
texniki vasitələrdən istifadə edilməklə törədildikdə—  
min  manatdan  iki  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
[443]
  
302.3. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri 
qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə -
 
min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək 
müddətə azadlığın  məhdudlaşdırılması  və  ya  eyni  müddətə azadlıqdan  məhrum  etmə 
ilə cəzalandırılır.
[444]
  
M a d d ə   3 0 3 .  Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə 
olunmalı əmlak barəsində qanunsuz hərəkətlər
 
303.1.  Siyahıya  alınmış  və  ya  üzərinə  həbs  qoyulmuş  əmlakın  etibar  olunmuş  şəxs 
tərəfindən  israf  edilməsi,  özgəninkiləşdirilməsi,  gizlədilməsi,  həmçinin  dəyişdirilməsi, 
habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının bank 
və ya digər kredit təşkilatının nümayəndəsi tərəfindən həyata keçirilməsi— 

beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  altmış  saatdan 
dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
[445]
 
303.2. Məhkəmənin hökmünə əsasən müsadirə edilməli olan əmlakı gizlətmə və ya 
mənimsəmə,  habelə  əmlakın  müsadirə  olunması  barədə  məhkəmənin  qanuni  qüvvəyə 
minmiş hökmünün icra olunmasından başqa cür yayınma— 
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  beş  yüz  manatadək 
miqdarda cərimə edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır.
[446]
 
M a d d ə   3 0 4 .  Azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə 
altından qaçma
[ 4 4 7 ]
 
304.1. Cəza çəkən, həbs edilən və ya tutulan şəxsin azadlıqdan məhrum etmə və ya 
həbs yerindən, yaxud mühafizə altından qaçması—
[ 4 4 8 ]
 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
304.2. Eyni əməllər: 
304.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə
304.2.2. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor 
tətbiq etmə hədəsi ilə törədildikdə; 
304.2.3. silah işlətməklə və ya silah qismində işlədilən əşyalardan istifadə olunmaqla 
törədildikdə— 
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 0 5 .  Azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun 
qaçırma
 
Azadlıqdan  məhrum  etmə  yerindən  qısa  müddətə  getməsinə  icazəsi  olan  şəxsin 
icazə müddəti başa çatmaqdan sonra geri qayıtmaması— 
bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 0 6 .  Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra 
etməmə
 
[449]
306.1.  Qanuni  qüvvəyə  minmiş  məhkəmə  qətnaməsini,  hökmünü,  qərardadını, 
qərarını  və  ya  əmrini  qərəzli  olaraq  icra  etməmə  və  ya  həmin  məhkəmə  aktlarının 
icrasına maneçilik törətmə— 
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  iyirmi  saatdan 
dörd  yüz  səksən saatadək  ictimai  işlər  və  ya  iki  ilədək  müddətə  islah  işləri və  ya  eyni 
müddətə  azadlığın  məhdudlaşdırılması və  ya  üç  ilədək  müddətə  azadlıqdan 
məhrumetmə ilə cəzalandırılır.
[450]
 
306.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə — 

üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  dörd  min  manatdan  altı  min 
manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  islah  işləri  və  ya üç  ilədək 
müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya üç  ildən  beş  ilədək  müddətə  azadlıqdan 
məhrumetmə ilə cəzalandırılır.
[451]
 
  
M a d d ə   3 0 7 .  Cinayət  barəsində  xəbər  verməmə  və  ya  qabaqcadan  vəd 
etmədən cinayəti gizlətmə
 
307.1. Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək 
həmin cinayət barəsində xəbər verməmə — 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[452]
 
307.2. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə— 
iki  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[453]
 
307.3. Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Arvadı  (əri),  övladları,  valideynləri  və  qanunvericiliklə  dairəsi  müəyyən  edilmiş  digər  yaxın 
qohumları  tərəfindən  hazırlanmış  və  ya  törədilmiş  cinayət  barəsində  xəbər  verməyən  şəxs  bu  Məcəllənin 
307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb oluna bilməz. 
 
  
Otuz üçüncü fəsil. Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər 
cinayətlər
[454]
 
M a d d ə   3 0 8 .  Vəzifə səlahiyyətlərindən sui-istifadə
 
308.1. Vəzifə  səlahiyyətlərindən  sui-istifadə,  yəni  vəzifəli  şəxsin  xidməti 
vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə 
etmək  məqsədilə  öz  qulluq  səlahiyyətlərindən  qulluq  mənafeyinə  qəsdən  zidd  olaraq 
istifadə  etməsi  və  ya  qulluq  mənafeyi  tələb  etdiyi  halda  istifadə  etməməsi  fiziki  və  ya 
hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin 
qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –
 
min  manatdan  iki  min  manatadək miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
etmə  və  ya  iki  ilədək  müddətə  islah  işləri  və  ya əmlakı  müsadirə  olunmaqla üç  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[455]
 
308.2.  Bu  Məcəllənin  308.1-ci  maddəsi  ilə  nəzərdə  tutulmuş  əməllər  ağır  nəticələrə 
səbəb  olduqda  və  ya  seçkinin  (referendumun)  nəticələrinə  təsir  məqsədilə 
törədildikdə—
[456]
 

üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə ,  əmlakı  müsadirə  olunmaqla üç  ildən  səkkiz 
ilədəkmüddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[457]
 
Qeyd: Bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:
 
1.  hakimiyyət  nümayəndələri,  o  cümlədən  Azərbaycan  Respublikasının  Konstitusiyası  və 
qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud 
xüsusi  səlahiyyət  əsasında  dövlət  və  ya  yerli  özünüidarə  orqanlarını  təmsil  edən  şəxslər,  zabit, 
gizir  və  ya  miçman  olan  hərbi  qulluqçular,  dövlət  qulluqçuları  (dövlət  qulluğunun  xüsusi 
növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;
 
2.  dövlət  orqanlarında  seçkili  vəzifələrə  namizədliyi  qanunla  müəyyən  edilən  qaydada 
qeydə alınmış şəxslər;
 
3.  dövlət  və  bələdiyyə  müəssisə,  idarə  və  təşkilatlarının,  digər  kommersiya  və  qeyri-
kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;
 
4.  dövlət  və  bələdiyyə  müəssisə,  idarə  və  təşkilatlarında,  digər  kommersiya  və  qeyri-
kommersiya  təşkilatlarında  xüsusi  səlahiyyət  üzrə  təşkilati-sərəncamverici  və  ya  inzibati-
təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;
 
5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;
 
6.  xarici  ölkələrin  dövlət  orqanlarının  vəzifəli  şəxsləri,  xarici  ölkələrin  seçkili  dövlət 
orqanlarının  üzvləri,  beynəlxalq  təşkilatların  vəzifəli  şəxsləri  və  digər  qulluqçuları,  beynəlxalq 
parlament assambleyalarının üzvləri;
 
7.  beynəlxalq  məhkəmələrin  hakimləri  və  digər  vəzifəli  şəxsləri,  arbitrajların  xarici  və  ya 
yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar.
1   ...   13   14   15   16   17   18   19   20   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə