AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 4.8 Kb.
PDF просмотр
səhifə16/35
tarix04.12.2016
ölçüsü4.8 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

Qeyd: 
1. Bu Məcəllənin 271-273-2-ci  maddələrində “kompyuter sistemi”  dedikdə, 
müvafiq  proqramlara  uyğun  olaraq  verilənlərin  avtomatlaşdırılmış  işlənməsini 
həyata keçirən hər hansı qurğu və ya bir-birinə qoşulmuş və ya əlaqələndirilmiş 
qurğular qrupu başa düşülür. 
2.  Bu  Məcəllənin  271-273-2-ci  maddələrində  “kompyuter  məlumatları” 
dedikdə,  kompyuter  sistemində  işlənməsi,  emal  edilməsi  üçün  yararlı  olan 
istənilən  informasiya  (faktlar,  məlumatlar,  proqramlar  və  anlayışlar)  başa 
düşülür. 
3.  Bu  Məcəllənin  271-273-cü  maddələrində  “ictimai  əhəmiyyətli 
infrastruktur  obyekti”  dedikdə,  dövlət  və  cəmiyyət  üçün  mühüm  əhəmiyyət 
kəsb edən xidmətlər göstərən dövlət idarə, müəssisə, təşkilatları, qeyri-hökumət 
təşkilatları  (ictimai  birliklər  və  fondlar),  kredit  təşkilatları,  sığorta  şirkətləri, 
investisiya fondları başa düşülür. 
  
  

M a d d ə  272. Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə 
  
272.1.  Kompyuter  sisteminə,  kompyuter  sistemindən  və  ya  bu  sistem 
daxilində  ötürülən  ümumi  istifadə  üçün  nəzərdə  tutulmayan  kompyuter 
məlumatlarının,  o  cümlədən  bu  cür  kompyuter  məlumatlarının  daşıyıcısı  olan 
kompyuter  sistemlərinin  elektromaqnit  şüalanmasının,  buna  hüququ  olmayan 
şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi – 
iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək 
miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
272.2. Eyni əməllər: 
272.2.1. təkrar törədildikdə
272.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə
272.2.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə – 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  iki  min  manatdan  üç  min 
manatadək  miqdarda  cərimə  və  ya  iki  ildən  dörd  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
272.3.  Bu  Məcəllənin  272.1  və  ya  272.2-ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya 
onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə – 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  dörd  ildən  altı  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
  
M a d d ə  273. Kompyuter  sisteminə  və  ya  kompyuter  məlumatlarına 
qanunsuz müdaxilə 
  
273.1.  Kompyuter  məlumatlarının  qəsdən  zədələnməsi,  silinməsi, 
korlanması,  dəyişdirilməsi  və  ya  bloklanması  buna  hüququ  olmayan  şəxs 
tərəfindən törədilməklə əhəmiyyətli zərər vurulmasına səbəb olduqda – 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək 
miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
273.2.  Kompyuter  məlumatlarının  daxil  edilməsi,  ötürülməsi,  zədələnməsi, 
silinməsi,  korlanması,  dəyişdirilməsi  və  ya  bloklanması  yolu  ilə  kompyuter 

sisteminin işləməsinə buna hüququ olmayan şəxs tərəfindən qəsdən ciddi maneə 
törədilməsi – 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək 
miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
273.3.  Bu  Məcəllənin  273.1  və  ya  273.2-ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllər: 
273.3.1. təkrar törədildikdə; 
273.3.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 
273.3.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə – 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək 
miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
273.4. Bu Məcəllənin 273.1-273.3-cü maddələrində nəzərdə tutulmuş əməllər 
ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya onun 
hər hansı bir hissəsinə münasibətdə törədildikdə – 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  dörd  ildən  altı  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: 
1.  Bu  fəslin  maddələrində  “əhəmiyyətli  zərər”  dedikdə,  ictimai  təhlükəli 
əməl  nəticəsində  min  manatdan  artıq  olan  məbləğdə  ziyan  vurulması  və  ya 
dövlətin,  cəmiyyətin  və  ya  ayrı-ayrı  şəxslərin  qanunla  qorunan  maraqlarına 
digər mühüm zərərin vurulması başa düşülür. 
2.  Bu  Məcəllənin  273.2-ci  maddəsində  “kompyuter  sisteminin  işləməsinə 
ciddi  maneə  törədilməsi”  kompyuter  sisteminin  normal  fəaliyyətinin  elə  bir 
pozulmasıdır  ki,  kompyuter  sisteminin  sahibinin  və  ya  istifadəçisinin  bu 
sistemdən  istifadə  etmək  və  ya  digər  kompyuter  sistemləri  ilə  məlumatları 
mübadilə etmək imkanını mühüm dərəcədə məhdudlaşdırsın. 
  
M a d d ə  273-1. Kibercinayətlərin 
törədilməsi 
üçün 
hazırlanmış 
vasitələrin dövriyyəsi 
  
273-1.1.  Hazırlanmasının  və  ya  uyğunlaşdırılmasının  əsas  məqsədi  bu 
Məcəllənin  271-273-cü  maddələrində  nəzərdə  tutulmuş  cinayətlərin  törədilməsi 
olan  qurğuların  və  ya  kompyuter  proqramlarının  istehsalı,  həmin  cinayətlərin 

törədilməsi  məqsədi  ilə  idxalı,  istifadə  üçün  əldə  olunması,  saxlanılması,  satışı, 
yayılması və ya əldə edilməsinə digər formalarda şərait yaradılması, əhəmiyyətli 
zərər vurduqda – 
iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  iki  min  manatdan  üç  min 
manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
273-1.2.  Kompyuter  parollarının,  giriş  kodlarının  və  ya  kompyuter 
sisteminə,  yaxud  onun  hər  hansı  bir  hissəsinə  hüququ  olmadan  daxil  olmağa 
imkan  verən  digər  analoji  məlumatların  bu  Məcəllənin  271—273-cü 
maddələrində  nəzərdə  tutulmuş  cinayətlərin  törədilməsi  məqsədilə  istehsalı, 
saxlanılması və ya istifadə üçün əldə olunması, əhəmiyyətli zərər vurduqda – 
iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  iki  min  manatdan  üç  min 
manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
273-1.3.  Kompyuter  parollarının,  giriş  kodlarının  və  ya  kompyuter 
sisteminə,  yaxud  onun  hər  hansı  bir  hissəsinə  hüququ  olmadan  daxil  olmağa 
imkan  verən  digər  analoji  məlumatların  bu  Məcəllənin  271—273-cü 
maddələrində  nəzərdə  tutulmuş  cinayətlərin  törədilməsi  məqsədi  ilə  satışı, 
yayılması və ya onların əldə edilməsinə digər formalarda şərait yaradılması – 
iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  iki  min  manatdan  üç  min 
manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
273-1.4.  Bu  Məcəllənin  273-1.1-273-1.3-cü  maddələrində  nəzərdə  tutulmuş 
əməllər: 
273-1.4.1. təkrar törədildikdə; 
273-1.4.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 
273-1.4.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə – 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  üç  min  manatdan  dörd  min 
manatadək  miqdarda  cərimə  və  ya  iki  ildən  dörd  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
  
M a d d ə  273-2. Kompyuter məlumatlarının saxtalaşdırılması 
  

Saxtalaşdırılmış  kompyuter  məlumatlarını  autentik  (həqiqi)  kompyuter 
məlumatları  kimi  qələmə  vermək  və  ya  istifadə  etmək  məqsədilə  kompyuter 
məlumatlarını müvafiq hüquq olmadan qəsdən daxil etmə, dəyişdirmə, silmə və 
ya  bloklama,  bu  əməllər  ilkin  kompyuter  məlumatlarının  autentikliyinin 
(həqiqiliyinin) pozulmasına səbəb olduqda – 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul olma hüququndan məhrum edilməklə min manatdan üç min manatadək 
miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
 
  
ON BIRINCI BÖLMƏ 
DÖVLƏT HAKİMİYYƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
31-ci fəsil 
DÖVLƏTİN KONSTİTUSİYA QURULUŞUNUN ƏSASLARI VƏ 
TƏHLÜKƏSİZLİYİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   2 7 4 .  Dövlətə xəyanət
 
Dövlətə 
xəyanət, 
yəni 
Azərbaycan 
Respublikasının 
suverenliyi, 
ərazi 
toxunulmazlığı,  dövlət  təhlükəsizliyi  və  ya  müdafiə  qabiliyyəti  zərərinə  olaraq 
Azərbaycan  Respublikasının  vətəndaşı  tərəfindən  qəsdən  törədilən  əməl:  düşmən 
tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına 
qarşı  düşmənçilik  fəaliyyəti  aparmaqda  xarici  dövlətə,  təşkilata  və  ya  onların 
nümayəndələrinə kömək etmə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə 
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu  maddədə,  habelə  bu  Məcəllənin  276-cı  maddəsində  nəzərdə  tutulmuş  cinayətlərin 
törədilməsi  üçün  xarici  ölkələrin  xüsusi  xidmət  orqanları  tərəfindən  cəlb  edilmiş  şəxs  aldığı  cinayət 
tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və 
vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının 
alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət 
məsuliyyətindən azad olunur.
 
M a d d ə  
2 7 5 .  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrindən  və 
Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər  silahlı 
birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə 
etmə
 
275.1.  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrindən  və  Azərbaycan 
Respublikası  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər  silahlı  birləşmələrdən 
Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə— 

yeddi ildən on iki müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [409]
 
275.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 
on  iki  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 7 6 .  Casusluq
 
Dövlət  sirri  olan  məlumatları  xarici  dövlətə,  xarici  təşkilata  və  ya  onların 
nümayəndələrinə  vermə,  yaxud  vermək  məqsədilə  oğurlama,  toplama  və  ya  saxlama, 
habelə  xarici  ölkələrin  xüsusi  xidmət  orqanlarının  tapşırığı  ilə  Azərbaycan 
Respublikasının  təhlükəsizliyi  zərərinə  olaraq  istifadə  etmək  üçün  sair  məlumatları 
vermə,  vermək  məqsədilə  oğurlama  və  ya  toplama,  əgər  casusluq  əcnəbi  və  ya 
vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla on ildən  on  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [410]
 
M a d d ə   2 7 7 .  Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə 
(terror aktı)
 
Dövlət  xadiminin  və  ya  ictimai  xadimin,  habelə  xarici  dövlət  nümayəndəsinin 
xidməti  və  ya  siyasi  fəaliyyətinə  son  qoymaq  və  ya  bu  fəaliyyətə  görə  qisas  almaq 
məqsədi ilə onun həyatına sui-qəsd etmə (terror aktı)— 
on  dörd  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 7 8 .  Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama
 
Azərbaycan  Respublikasının  Konstitusiyasına  zidd  olaraq  hakimiyyətin  zorla  ələ 
keçirilməsinə,  yaxud  hakimiyyətin  zorla  saxlanılmasına,  habelə  dövlətin  konstitusiya 
quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər— 
on  iki  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətləri törətmiş, lakin dövlət hakimiyyət orqanlarına könüllü 
surətdə  və  vaxtında  məlumat  vermiş  və  ya  Azərbaycan  Respublikasının  mənafelərinə ziyan  vurulmasının 
qarşısının  alınmasına  sair  formada  kömək  etmiş  şəxs,  əgər  törətdiyi  cinayət  ilə  əhəmiyyətli  zərər 
vurmamışsa və onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
 
M a d d ə   2 7 9 .  Qanunvericiliklə  nəzərdə  tutulmayan  silahlı  birləşmələri  və ya 
qrupları yaratma
 
279.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmayan  silahlı 
birləşmələr  və  ya  qruplar  yaratma,  eləcə  də  onların  yaradılmasında  və  fəaliyyətində 
iştirak  etmə,  onları  silahla,  döyüş  sursatı  ilə,  partlayıcı  maddələrlə,  hərbi  texnika  ilə, 
yaxud əsgəri ləvazimatla təchiz etmə— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

279.2.  Bu  Məcəllənin  279.1-ci  maddəsində  nəzərdə  tutulan  birləşmələrin  və  ya 
qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın 
etmə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
279.3. Bu Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulan əməllər adamların həlak 
olmasına və ya digər ağır nəticələrə səbəb olduqda— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə 
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [411]
 
M a d d ə   2 8 0 .  Silahlı qiyam
 
Azərbaycan  Respublikasının  konstitusiya  quruluşunu  zorla  dəyişdirmək  və  ya 
Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünü  parçalamaq  məqsədilə  silahlı  qiyam 
təşkil etmə və ya qiyamda fəal iştirak etmə— 
on  iki  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 8 1 .  Dövlət əleyhinə yönələn açıq çağırışlar
 
281.1. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan 
Respublikasının  konstitusiya  quruluşunun  zorla  dəyişdirilməsinə  və  ya  ərazi 
bütövlüyünün  parçalanmasına  yönələn  açıq  çağırışlar  etmə,  habelə  bu  cür  məzmunlu 
materialları yayma— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
281.2. Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
281.3. Bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici 
təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 8 2 .  Təxribat
 
282.1. Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini 
zəiflətmək  məqsədilə  müəssisələrin,  qurğuların,  yolların,  əlaqə  və  rabitə  vasitələrinin, 
əhalinin  həyat  təminatı  obyektlərinin  dağıdılmasına,  yaxud  zədələnməsinə  yönəldilən 
partlayışlar,  yanğınlar  və  sair  hərəkətlər  törətmə,  həmçinin  eyni  məqsədlə  kütləvi 
surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma— 
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
282.2. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 8 3 .  Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması 
[412]
 

283.1. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin 
alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların 
hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn 
hərəkətlər,  aşkar  surətdə,  o  cümlədən  kütləvi informasiya  vasitələrindən  istifadə 
olunmaqla törədildikdə—
[413]
 
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[414]
 
283.2. Eyni əməllər: 
283.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə
283.2.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
283.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
 
Maddə  283-1. Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda 
silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma
[415]
 
283-1.1.  Azərbaycan  Respublikası  vətəndaşlarını  və  ya  Azərbaycan 
Respublikasında  daimi  yaşayan  vətəndaşlığı  olmayan  şəxsləri  dini  məzhəbləri 
yaymaq,  dini  ayinlərin  icrası  adı  altında,  yaxud  dini  düşmənçilik  zəminində 
Azərbaycan 
Respublikasının 
hüdudlarından 
kənarda 
aparılan 
silahlı 
münaqişələrə  cəlb  etmə,  yaxud  bu  məqsədlə  döyüş  təlimləri  keçirmə,  yaxud 
həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik 
etmə – 
doqquz  ildən  on  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
283-1.2.  Eyni  əməllər  yetkinlik  yaşına  çatmayan  şəxsi  cəlb  etməklə 
törədildikdə - 
on  iki  ildən  on  beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
283-1.3. Bu Məcəllənin 283-1.1-ci maddəsində nəzərdə tutulmuş qruplarda, 
təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə – 
yeddi  ildən  on  bir  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
283-1.4.  Bu  Məcəllənin  283-1.1  –  283-1.3-cü  maddələrində  nəzərdə  tutulan 
hərəkətlərin  törədilməsinə  açıq  çağırışlar  etmə,  habelə  bu  cür  məzmunlu 
materiallar yayma - 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu  Məcəllənin  283-1.1  –  283-1.3-cü  maddələrində  nəzərdə  tutulan  əməli  törətmiş 
şəxs  hakimiyyət  orqanlarını  vaxtında  xəbərdar  etməklə  və  ya  başqa  üsulla  həmin  maddələrdə 
nəzərdə  tutulan  əməllərin  qarşısının  alınmasına  yardım  etdikdə  və  onun  əməlində  başqa 
cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
 

 
 
M a d d ə   2 8 4 .  Dövlət sirrini yayma
 
284.1. Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə 
ona  məlum  olan  dövlət  sirrini  təşkil  edən  məlumatların  yayılması,  dövlətə  xəyanət 
əlamətləri olmadıqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
284.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 
beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan  məhrum  edilməklə  üç  ildən  yeddi  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
M a d d ə   2 8 5 .  Məzmununda dövlət sirri olan sənədləri itirmə
 
Məzmununda  dövlət  sirri  olan  sənədlərin,  habelə  barəsindəki  məlumatlar  dövlət 
sirri  olan  əşyaların,  etibar  olunan  şəxs  tərəfindən  göstərilən  sənədlərlə  və  ya  əşyalarla 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş davranış qaydalarının 
pozulması nəticəsində onların ehtiyatsızlıqdan itirilməsi ağır nəticələrə səbəb olduqda— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən 
vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul olma  hüququndan  məhrum  edilməklə 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
32-ci fəsil 
ƏDALƏT MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
M a d d ə   2 8 6 .  Ədalət  mühakiməsinin,  ibtidai  istintaqın  həyata  keçirilməsinə 
mane olma
 
286.1. Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə 
fəaliyyətinə hər hansı formada müdaxilə etmə— 
iki  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[416]
 
286.2.  İşin  obyektiv,  tam  və  hərtərəfli  aparılmasına  mane  olmaq  məqsədilə 
prokurorun,  müstəntiqin  və  ya  təhqiqatçının  fəaliyyətinə  hər  hansı  formada  müdaxilə 
etmə— 
iki  yüz  manatdan beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya üç  yüz  saatdan  dörd 
yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır.
[417]
 
286.3. Bu Məcəllənin 286.1 və 286.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs 
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 

beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[418]
 
M a d d ə   2 8 7 .  Ədalət  mühakiməsini  və  ya  ibtidai  istintaqı  həyata  keçirən 
şəxsin həyatına qəsd etmə
 
İşin  və  ya  müvafiq  materialların  məhkəmədə  baxılması  və  ya  ibtidai  istintaqın 
aparılması yaxud hökmün və ya digər məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni 
fəaliyyətlərinə mane olma və ya belə fəaliyyətdən qisas almaq məqsədilə hakimin, andlı 
iclasçıların, habelə prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, ekspertin, icra 
məmurunun, eləcə də onların yaxın qohumlarının həyatına qəsd etmə—
1   ...   12   13   14   15   16   17   18   19   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə