AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 4.8 Kb.
PDF просмотр
səhifə13/35
tarix04.12.2016
ölçüsü4.8 Kb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs könüllü və ya hakimiyyət orqanlarının tələbi 
ilə  girov  götürüləni  azad  edərsə,  onun  əməlində  başqa  cinayət  tərkibinin  əlamətləri  olmadıqda,  cinayət 
məsuliyyətindən azad edilir.
 
M a d d ə   2 1 6 .  Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə
 

İnsanların  həlak  olmasına,  əhəmiyyətli  əmlak  ziyanının  vurulmasına  və  ya  sair 
ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın 
və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
[328]
 
M a d d ə   2 1 7 .  Banditizm
 
217.1.  Təşkilatlara  və  ya  ayrı-ayrı  şəxslərə  basqın  etmək  məqsədilə  sabit  silahlı 
qruplar (bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla on  ildən  on  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
217.2.  Sabit  silahlı  qruplarda  (bandalarda)  və  ya  onların  törətdikləri  basqınlarda 
iştirak etmə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 1 8 .  Cinayətkar birlik (təşkilat) yaratma
 
218.1.  Ağır  və  ya  xüsusilə  ağır  cinayətlər  törətmək  məqsədilə  cinayətkar  birlik 
(təşkilat)  yaratma,  habelə  belə  birliklərə  (təşkilatlara)  və  ya  onların  tərkib  hissəsi  olan 
struktur  bölmələrinə  rəhbərlik  etmə,  həmçinin  ağır  və  ya  xüsusilə  ağır  cinayətlərin 
törədilməsi üçün plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin 
təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
218.2. Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, 
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla altı  ildən  on  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
218.3.  Bu  Məcəllənin  218.1  və  ya  218.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla on  ildən  on  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 1 9 .  Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını 
qaçırma
 
219.1. Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma, habelə 
belə gəmiləri və ya qatarı qaçırmaq məqsədilə ələ keçirmə— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
219.2. Eyni əməllər: 
219.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə

219.2.2.  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə  və  ya  belə  zor 
tətbiq etmək hədəsi ilə törədildikdə; 
219.2.3. silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə törədildikdə
219.2.4. təkrar törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
219.3.  Bu  Məcəllənin  219.1  və  ya  219.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə  və  ya  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin 
ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 1 9 - 1 .   Dəniz quldurluğu 
[329]
 
219-1.1. Dəniz quldurluğu, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə zor tətbiq 
etməklə və ya zor tətbiq etmə hədəsi ilə dəniz və çay gəmisinə edilən basqın - 
beş ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
219-1.2. Eyni əməllər: 
219-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
219-1.2.2.  silah  və  ya  silah  qismində  istifadə  edilən  əşyalar  tətbiq  edilməklə 
törədildikdə - 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla səkkiz  ildən  on  iki  ilədək 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
219-1.3. Eyni əməllər: 
219-1.3.1. təkrar törədildikdə
219-1.3.2. mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 
219-1.3.3. ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 

əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla on  iki  ildən iyirmi ilədək 
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 2 0 .  Kütləvi iğtişaş
 
220.1.  Zorakılıqların,  talanların,  yanğınların  törədilməsi,  əmlakın  məhv  edilməsi, 
odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət 
nümayəndəsinə  silahlı  müqavimət  göstərilməsi  ilə  müşayiət  olunan  kütləvi  iğtişaşları 
təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə— 
dörd ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
220.2. Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və 
kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə— 
üç  ilədək  müddətə azadlığın  məhdudlaşdırılması  və  ya  eyni  müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
[330]
 

M a d d ə   2 2 1 .  Xuliqanlıq
 
221.1.  Xuliqanlıq,  yəni  ictimai  qaydanı  kobud  surətdə  pozan,  cəmiyyətə  açıqca 
hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun 
tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi 
ilə müşayiət edilən qərəzli hərəkətlər— 
üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah 
işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 [331]
 
221.2. Eyni əməllər: 
221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə
[332]
 
221.2.2.  ictimai  qaydanın  qorunması  üzrə  vəzifəni  yerinə  yetirən  və  ya  ictimai 
qaydanın  pozulmasının  qarşısını  alan  hakimiyyət  nümayəndəsinə  və  ya  digər  şəxsə 
müqavimət göstərməklə törədildikdə— 
iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
221.3.  Xuliqanlıq,  silahdan  və  ya  silah  qismində  istifadə  edilən  əşyaları  tətbiq 
etməklə törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
  
Maddə  222. Tikinti,  mədən  işlərinin  və  sair  işlərin  aparılmasının  təhlükəsizlik 
qaydalarını pozma
 
 
 
222.1. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin 
sökülməsi  və  ya  bu  obyektdə  yenidənqurmanın  aparılması  zamanı  işlərin,  eləcə  də 
mədən  işlərinin  və  sair  işlərin  aparılmasının  təhlükəsizliyi  qaydalarının  pozulması 
insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda -
 
bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və 
ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
222.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az 
ağır zərərin vurulmasına səbəb olduqda -
 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və 
ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
222.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır 
nəticələrə səbəb olduqda -
 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan  məhrum  edilməklə  dörd  ildən  on  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
 
 
 
Maddə 222-1. Özbaşına tikinti işləri aparma
 
 
 

222-1.1.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  müvafiq  icra  hakimiyyəti 
orqanlarının  razılığını  almadan  özbaşına  bina  və  qurğular  tikmə,  mövcud  tikililərin 
konstruksiyasında  dəyişiklik  etmə,  habelə  bu  tikililərin  funksional  təyinatı 
dəyişdirilməklə,  onlarda  yenidən  planlaşdırma,  yenidənqurma  işlərini  aparma 
insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda -
 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və 
ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır,
 
222-1.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  və 
ya az ağır zərərin vurulmasına səbəb olduqda -
 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ildən  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
222-1.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır 
nəticələrə səbəb olduqda -
 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır.
[333]
 
            M a d d ə   2 2 2 - 2 . Müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya 
quraşdırma işləri aparma  
[334]
 
   222-2.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 
müvafiq  icazə  almadan  magistral  boru  kəmərlərinin,  gərginliyi  1000  voltdan  çox  olan 
elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, 
su  təchizatı  və  kanalizasiya  sistemlərinin  texniki  qurğularının,  neft  buruqlarının, 
avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri 
aparma—
 
   iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma  və 
ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır,
[335]
 
   222-2.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
 
   üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[336]
 
  
Maddə 222-3. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan 
tikinti  işlərinin  dayandırılması  barədə  dövlət  orqanlarının 
qərarlarını qərəzli olaraq İcra etməmə
 
 
 
Qanunvericiliklə  müəyyən  olunmuş  qaydaları  pozmaqla  aparılan  tikinti,  yenidən 
planlaşdırma,  yenidənqurma  və  mövcud  tikililərin  konstruksiyalarında  dəyişiklik 
aparılması  işlərinin  dayandırılması  barədə  müvafiq  dövlət  orqanlarının  qərarlarının 
qərəzli olaraq icra etməmə -
 

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya 
müəyyən  fəaliyyətlə  məşğul  olma hüququndan məhrum edilməklə və ya edilməməklə 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[337]
 
 
 
M a d d ə   2 2 3 .  Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma
 
223.1. Partlayış təhlükəli obyektlərdə və ya partlayış təhlükəli sexlərdə təhlükəsizlik 
qaydalarının pozulması, əgər bu əməl insan ölümünə və ya digər ağır nəticələrə səbəb 
ola bilərdisə— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya üç  ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya 
müəyyən  fəaliyyətlə  məşğul  olma hüququndan məhrum edilməklə və ya edilməməklə 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[338]
 
223.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər  ağır 
nəticələrə səbəb olduqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ildən  yeddi  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 2 4 .  Partlayıcı,  tez  alışan  maddələrin  və  ya  pirotexniki  məmulatın 
uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma
 
Partlayıcı,  tez  alışan  maddələrin  və  ya  pirotexniki  məmulatın  uçotu,  saxlanması, 
daşınması və istifadə edilməsi qaydalarını pozma, habelə bu maddələri və məmulatları 
poçtla  və  baqajla  qanunsuz  olaraq  göndərmə,  həmin  əməllər  ehtiyatsızlıqdan  ağır 
nəticələrə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə  224-1. İkili  təyinatlı mallardan  (işlərdən,  xidmətlər-dən,  əqli  fəaliyyətin 
nəticələrindən) istifadə qaydalarını pozma 
[339]
 
Kütləvi qırğın silahlarının, silahların, hərbi texnikanın və sursatların yaradılmasında 
və hazırlanmasında istifadə oluna bilən ikili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, 
əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunması dövlətin 
milli təhlükəsizliyi və maraqlarına zərər vurduqda —
 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
Maddə 224-2. İxrac rejimini pozma 
[340]
 
İxrac  nəzarətinə  düşən  malların  (işlərin,  xidmətlərin,  əqli  fəaliyyətin  nəticələrinin), 
bu  malların  ixracına  qadağan  və  ya  məhdudiyyət  qoyulmuş dövlətlərə  və  son 
istifadəçilərəİxrac olunması — 

bir  ildən  iki İlədək  müddətə  islah İşləri  və  ya üç ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması və  ya iki  ildən  beş ilədək  müddətə  azadlıqdan  məhrumetmə ilə 
cəzalandırılır. 
M a d d ə   2 2 5 .  Yanğın təhlükəsizliyi qaydalarını pozma
 
225.1.  Üzərinə  yanğın  təhlükəsizliyi  qaydalarına  riayət  edilməsi  vəzifəsi  qoyulmuş 
şəxs  tərəfindən  bu  qaydaların  pozulması,  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin 
sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul 
olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[341]
 
225.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər  ağır 
nəticələrə səbəb olduqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç  ildən  yeddi  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 2 6 .  Radioaktiv materiallarla qanunsuz davranma
 
226.1.  Radioaktiv  materialları  qanunsuz  əldə  etmə,  saxlama,  istifadə  etmə,  satma, 
başqasına vermə və ya dağıtma— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
226.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər  ağır 
nəticələrə səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 2 7 .  Radioaktiv materialları talama və ya hədə-qorxu ilə tələb etmə
 
227.1. Radioaktiv materialları talama və ya hədə-qorxu ilə tələbə etmə— 
min  manatdan  dörd  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ildən  beş  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[342]
 
227.2. Eyni əməllər: 
227.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
227.2.2. təqsirkar tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
227.2.3. həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor 
tətbiq etmək hədəsi ilə törədildikdə— 
beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
227.3. Bu Məcəllənin 227.1 və ya 227.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
227.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə

227.3.2.  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə  və  ya  belə  zor 
tətbiq etmək hədəsi ilə törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla beş  ildən  on  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
[ 3 4 3 ]
M a d d ə   2 2 8 .  Qanunsuz  olaraq odlu silah,  onun  komplekt  hissələrini, 
döyüş  sursatı,  partlayıcı  maddələr  və  qurğular  əldə  etmə,  başqasına  vermə,  satma, 
saxlama, daşıma və gəzdirmə
KM2
 
228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz 
odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və 
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
228.2. Eyni əməllər: 
228.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
228.2.2. təkrar törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
228.3.  Bu  Məcəllənin  228.1  və  ya  228.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
228.4. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə 
etmə,  satma  və  ya  gəzdirmə,  milli  geyim  ləvazimatı  hesab  olunan  ərazilərdə  və  ya 
ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla,—
 [344]
 
üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah 
işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa 
cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
 
M a d d ə   2 2 9 .  Qanunsuz olaraq silah hazırlama
 
229.1.  Qanunsuz  olaraq  odlu  silah,  onun  komplekt  hissələrini,  döyüş  sursatını, 
partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
229.2. Eyni əməllər: 
229.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
229.2.2. təkrar törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
229.3.  Bu  Məcəllənin  229.1  və  ya  229.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

[345]
229.4.  Qanunsuz  olaraq  qaz  silahını,  soyuq  silahı,  o  cümlədən  soyuq  atıcı  silahı 
hazırlama— 
üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa 
cinayət tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
 
M a d d ə   2 3 0 .  Odlu silahı diqqətsiz saxlama
 
Odlu  silahın  diqqətsiz  saxlanılması  ilə  yaranmış  şərait  nəticəsində  həmin  silahdan 
başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya üç  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması  və  ya iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
M a d d ə   2 3 1 .  Silahın,  döyüş  sursatının,  partlayıcı  maddələrin  və  qurğuların 
mühafizəsi üzrə vəzifələri lazımınca yerinə yetirməmə
 
Odlu  silahın,  döyüş  sursatının,  partlayıcı  maddələrin  və  qurğuların  mühafizəsi 
tapşırılmış  şəxs  tərəfindən  öz  vəzifəsinin  lazımınca  yerinə  yetirilməməsi,  onların 
talanmasına və ya məhv edilməsinə, yaxud digər ağır nəticələrə səbəb olduqda— 
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən 
vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul olma  hüququndan  məhrum  edilməklə 
və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
 
M a d d ə   2 3 2 .  Odlu  silahı,  döyüş  sursatını,  partlayıcı  maddələri  və  qurğuları 
talama və ya hədə-qorxu ilə tələb etmə
 
232.1.  Odlu  silahı,  onun  komplekt  hissələrini,  döyüş  sursatını,  partlayıcı  maddələri 
və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
232.2. Eyni əməllər: 
232.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
232.2.2. təkrar törədildikdə; 
232.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
232.2.4. həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor 
tətbiq etmək hədəsi ilə törədildikdə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
232.3. Bu Məcəllənin 232.1 və ya 232.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
232.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 

232.3.2.  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə  və  ya  belə  zor 
tətbiq etmək hədəsi ilə törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla altı  ildən  on  iki  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
M a d d ə   2 3 3 .  İctimai  qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil 
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə
 
İctimai  qaydanı  kobud  surətdə  pozan  və  ya  hakimiyyət  nümayəndəsinin  qanuni 
tələblərinə  tabe  olmamaqla  əlaqədar  olan,  yaxud  nəqliyyatın,  müəssisə,  idarə  və 
təşkilatın  normal  fəaliyyətinin  pozulmasına  səbəb  olan  hərəkətlərin  bir  qrup  şəxs 
tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə— 
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə 
islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[346]
  
Maddə 
233-1. Qanunla 
1   ...   9   10   11   12   13   14   15   16   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə