AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 4.8 Kb.
PDF просмотр
səhifə15/35
tarix04.12.2016
ölçüsü4.8 Kb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

şelf 
haqqında 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyini pozma
 
253.1. Qanunsuz olaraq Azərbaycan Respublikasının sahilyanı şelfində tikililər və ya 
başqa  qurğular  ucaltma,  onların  ətrafında  təhlükəsizlik  zonasını  yaratma,  habelə 
quraşdırılan  tikililərin  və  dəniz  gəmiçiliyinin  təhlükəsizliyinin  təmin  edilməsi 
vasitələrinin tikintisi, istismarı, mühafizəsi və ya ləğv olunması qaydalarını pozma— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[374]
 
253.2. Azərbaycan  Respublikasının  sahilyanı  şelfində  xarici hüquqi  və  fiziki  şəxslər 
tərəfindən  təbii  sərvətlərin  tədqiqi,  kəşfiyyatı,  işlənməsi  və  başqa  işlər  görülməsi,  əgər 
bu  hərəkətlərin  həyata  keçirilməsi  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
dövlətlərarası  müqavilələrdə  və  ya  Azərbaycan  Respublikasının  müvafiq  dövlət 
orqanlarının verdiyi xüsusi icazədə nəzərdə tutulmamışdırsa— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 5 4 .  Torpaqları korlama
 
254.1.  Saxlanması,  istifadə  edilməsi  yaxud  daşınması  zamanı  gübrələrlə,  təhlükəli 
kimyəvi və ya bioloji maddələrlə davranış qaydalarının pozulması nəticəsində təsərrüfat 
və ya başqa fəaliyyətin zərərli məhsulları ilə torpaqların zəhərlənməsi, çirkləndirilməsi 
yaxud  onların  başqa  cür  korlanması,  insanların  sağlamlığına  və  ya  ətraf  mühitə 
əhəmiyyətli ziyanın vurulmasına səbəb olduqda— 
yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən 
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 
bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[375]
 
254.2. Eyni əməllər fövqəladə və təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 

254.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 5 5 .  Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma
 
Dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması 
ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və 
ya  istismarı  zamanı  yerin  təkinin  qorunması  və  istifadə  edilməsi  qaydalarının 
pozulması,  habelə  faydalı  qazıntıların  yerləşdiyi  ərazidə  qanunsuz  tikinti  aparılması 
əhəmiyyətli zərərə səbəb olduqda— 
yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən 
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 
bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[376]
 
M a d d ə   2 5 6 .  Balıqları və başqa su heyvanlarını qanunsuz tutma
 
256.1.  Balıqların  və  ya  başqa  su  heyvanlarının  qanunsuz  tutulması  xeyli  miqdarda 
ziyan vurduqda — 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya iki  yüz  qırx  saatdan  üç 
yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[377]
 
256.2. Eyni əməllər: 
256.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə
256.2.2. özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi 
maddələrdən  və  ya  balıqların,  yaxud  başqa  su  heyvanlarının  kütləvi  məhvinə  səbəb 
olan vasitələrdən istifadə etməklə törədildikdə; 
256.2.3.  qoruqların  ərazisində  və  ya  fövqəladə  yaxud  təhlükəli  ekoloji  vəziyyət 
zonasında törədildikdə—
[378]
 
yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri 
və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[379]
 
256.3. Bu Məcəllənin 256.1-ci və ya 256.2-ci maddələrində nəzərdə tutulmuş əməllər 
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir 
qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
min  manatdan  iki  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
[380]
 
Qeyd: Bu Məcəllənin 256.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək 
olan  məbləğ,  256.2.2-ci  maddəsində  «külli  miqdar»  dedikdə  isə  min  manatdan  artıq  olan  məbləğ
 
 başa 
düşülür.
[381]
 
M a d d ə   2 5 7 .  Balıq ehtiyatlarının qorunması qaydalarını pozma
 
Körpülərin,  bəndlərin  tikintisi,  partlayış  işlərinin  və  ya  digər  işlərin  həyata 
keçirilməsi,  habelə  suburaxıcı  qurğuların  istismarı  balıq  ehtiyatlarının  qorunması 

qaydalarını pozmaqla törədildikdə və bu əməllər balıqların və ya digər su heyvanlarının 
kütləvi məhvinə səbəb olduqda— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[382]
 
M a d d ə   2 5 8 .  Qanunsuz ov etmə
 
258.1. Lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş 
vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya iki  yüz  qırx  saatdan  üç 
yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[383]
 
258.2. Eyni əməllər: 
258.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə; 
258.2.2. partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb 
olan başqa üsullardan istifadə etməklə törədildikdə; 
258.2.3.  ovlanması  tamamilə  qadağan  edilmiş  quşlara  və  heyvanlara  qarşı 
törədildikdə; 
258.2.4.  qoruqların  ərazisində  və  ya  ekoloji  fəlakət  və  fövqəladə  ekoloji  vəziyyət 
zonasında törədildikdə— 
yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri 
və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[384]
 
258.3. Bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulan əməllər: 
258.3.1.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə; 
258.3.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə— 
altı  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya iki  ilədək  azadlığın 
məhdudlaşdırılması  və  ya üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən 
fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ildən 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[385]
 
Qeyd: Bu Məcəllənin 258.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək 
olan  məbləğ,  258.2.1-ci  maddəsində  «külli  miqdar»  dedikdə  isə  min  manatdan  artıq  olan  məbləğ
 
 başa 
düşülür.
[386]
 
 
 
Maddə 259. Qanunsuz ağac kəsmə
 
  
259.1.  Meşələrdə  və  ya  qoruqlarda,  milli  və  ya  təbii  parklarda  ağacların  və  ya 
kolların,  eləcə  də  meşə  fonduna  aid  olmayan  ağacların  və  ya  kolların  qanunsuz 
kəsilməsi xeyli miqdarda ziyan vurduqda -
 

iki  min beş  yüz  manatdan  üç  min beş  yüz  manatadək miqdarda  cərimə  və  ya  iki 
ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
[387]
 
259.2. Eyni əməllər:
 
259.2.1. təkrar törədildikdə;
 
259.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
 
259.2.3.  şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
 
259.2.4. külli miqdarda ziyan vurmaqla törədildikdə -
 
üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya iki ildən beş 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[388]
 
 
 
Qeyd: Bu  Məcəllənin  259.1-ci  maddəsində  "xeyli  miqdar"  dedikdə, üç  yüz  manatdan  min 
manatadək olan məbləğ, 259.2.4-cü maddəsində "külli miqdar" dedikdə isə min manatdan artıq olan məbləğ 
başa düşülür.
[389]
 
M a d d ə   2 6 0 .  Meşələri məhv etmə və ya korlama
 
260.1. Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən 
meşələri  və  ya  meşə  fonduna  aid  olmayan  ağac  və  ya  kol  əkililərini  məhv  etmə  və  ya 
korlama— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[390]
 
260.2.  Yandırma  və  ya  digər  ümumi  təhlükəli  üsulla  və  ya  zərərli  maddələrlə, 
tullantılarla çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna aid olmayan ağac və 
ya kol əkililəri məhv etmə və ya korlama— 
iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə  
2 6 1 .  Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  təbiət 
obyektlərinin mühafizə rejimini pozma
 
Qoruqların,  milli  parkların,  təbiət  abidələrinin  və  ya  dövlət  tərəfindən  xüsusi 
mühafizə  olunan  təbiət  ərazilərinin  mühafizə  rejiminin  pozulması  əhəmiyyətli  zərər 
vurulmasına səbəb olduqda— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah 
işləri ilə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[391]
 
Qeyd: Bu  Məcəllənin  261-ci  maddəsində  "əhəmiyyətli  zərər"  dedikdə  iki  yüz  manatdan  artıq  olan 
məbləğ başa düşülür. 
[392]
 
29-cu fəsil 
HƏRƏKƏT TƏHLÜKƏSİZLİYİ VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN 
İSTİSMARI QAYDALARI ƏLEYHİNƏ OLAN CINAYƏTLƏR 
M a d d ə   2 6 2 .  Dəmir  yolu,  su  və  ya  hava  nəqliyyatının hərəkət təhlükəsizliyi 
və istismarı qaydalarını pozma
 

262.1.  Yerinə  yetirdiyi  işlə  və  ya  tutduğu  vəzifə  ilə  əlaqədar  dəmir  yolu,  su  və  ya 
hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu 
olan  şəxs  tərəfindən  həmin  qaydaların  pozulması,  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin 
sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda— 
iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[393]
 
262.1-1.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  zərər 
vurulmasına səbəb olduqda –
 
 üç ilədək müddətə müəyyən vəzifə tutma və  ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan  məhrum  edilməklə  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[394]
 
262.2. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[395]
 
262.3. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
iki və daha çox şəxsin ölümünə səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 6 3 .  Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını 
pozma
 
263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs 
tərəfindən  yol  hərəkəti  və  ya  nəqliyyat  vasitələrinin  istismarı  qaydalarının  pozulması, 
ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  az  ağır və  ya  ağır zərər  vurulmasına 
səbəb olduqda— 
iki  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə  beş  min  manatdan  yeddi  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək 
müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[396]
 
263.1-1.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  zərər 
vurulmasına səbəb olduqda –
 
 üç  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum  edilməklə  üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[397]
 
263.2. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[398]
 
263.3. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
iki və daha çox şəxsin ölümünə səbəb olduqda— 
beş  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Qeyd: Bu  maddədə  «digər  mexaniki  nəqliyyat  vasitəsi»  dedikdə  trolleybuslar,  traktorlar,  motosikllər, 
habelə başqa özüyeriyən maşın və mexanizmlər nəzərdə tutulur.
 
M  a  d  d  ə  263-1. Yol  hərəkəti  və  ya  nəqliyyat  vasitələrinin  istismarı  qaydalarını 
sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən 
pozma
[399]
 
263-1.1.  Bu  Məcəllənin  263.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əməllərin  alkoqollu 
içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən 
maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini 
idarə  etmək  hüququ  olmayan  şəxs  tərəfindən  törədilməsi  ehtiyatsızlıqdan  zərərçəkmiş 
şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -
 
üç  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə  altı  min  manatdan  səkkiz  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək 
müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum  edilməklə  üç  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
263-1.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  zərər 
vurulmasına səbəb olduqda -
 
dörd  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
263-1.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-
 
beş  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
263-1.4.  Eyni  əməllər  ehtiyatsızlıqdan  iki  və  ya  daha  çox  şəxsin  ölümünə  səbəb 
olduqda -
 
beş  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 6 4 .  Yol nəqliyyat hadisəsi yerindən qaçma
 
Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş 
verdiyi  hallarda  nəqliyyat  vasitəsini  idarə  edən  və  yol  hərəkəti  və  ya  nəqliyyat 
vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması—
[400]
 
üç  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum 
edilməklə üç  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
KM2
 
Qeyd: Zərərçəkmiş  şəxsə  kömək  göstərilməsi  ilə  əlaqədar  yol  nəqliyyat  hadisəsi  yerini  tərk 
etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur.
 [401]
 
M a d d ə   2 6 5 .  Nəqliyyat  vasitələrini  keyfiyyətsiz  təmir  etmə  və  ya  onları 
texniki cəhətdən nasaz vəziyyətdə işə buraxma
 
265.1.  Nəqliyyat  vasitələrinin  və  ya  nəqliyyat  avadanlıqlarının  keyfiyyətsiz  təmir 
edilməsi,  habelə  nəqliyyat  vasitələrinin  texniki  vəziyyətinə  cavabdeh  olan  şəxs 

tərəfindən  texniki  cəhətdən  nasaz  nəqliyyat  vasitələrinin  istismara  buraxılması, 
ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  az  ağır  və  ya  ağır  zərər  vurulmasına 
səbəb olduqda— 
yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri 
ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[402]
 
265.2. Eyni hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
265.3. Bu Məcəllənin 265.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 6 6 .  Nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma
 
266.1. Dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya 
nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin 
sağlamlığına  az  ağır  və  ya  ağır  zərər  vurulmasına  və  ya  külli  miqdarda  ziyan 
vurulmasına səbəb olduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[403]
 
266.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
266.3. Bu Məcəllənin 266.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 6 7 .  Nəqliyyat  vasitələrinin  təhlükəsiz  işləməsini  təmin  edən 
qaydaları pozma
 
267.1.  Sərnişin,  piyada  və  ya  yol  hərəkətinin  digər  iştirakçıları  (bu  Məcəllənin 263-
264 maddələrində  nəzərdə  tutulmuş  şəxslər  istisna  olmaqla)  tərəfindən yol  hərəkəti  və 
ya  nəqliyyat  vasitələrinin  istismarı  qaydalarının  pozulması,  ehtiyatsızlıqdan 
zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—
[404]
 
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah 
işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[405]
 
267.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
267.3. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

M a d d ə   2 6 8 .  Magistral  boru  kəmərlərinin  inşası,  istismarı  və  ya  təmir 
edilməsi zamanı təhlükəsizlik qaydalarını pozma
 
268.1. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmiri zamanı təhlükəsizlik 
qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya 
ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda— 
iki  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya üç  ilədək  müddətə 
azadlığın  məhdudlaşdırılması  və  ya iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
[406]
 
268.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
268.3. Bu Məcəllənin 268.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 
iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
M a d d ə   2 6 9 .  Gəmi kapitanının fəlakətə uğrayanlara kömək göstərməməsi
 
Dəniz və ya sair su yolunda fəlakətə uğrayanlara gəmi kapitanı tərəfindən öz gəmisi, 
onun heyəti və sərnişinləri üçün ciddi təhlükə olmadan kömək edə bildiyi halda kömək 
göstərməməsi— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya üç  ilədək  müddətə  azadlığın 
məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 7 0 .  Beynəlxalq uçuş qaydalarını pozma
 
Müəyyən  edilmiş  icazədə  göstərilən  marşrutlara,  enmə  yerlərinə,  hava  qapılarına, 
uçuş yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma— 
beş  yüz  manatdan  iki  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə 
islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[407]
  
  
  
  
  
[408]
Otuzuncu fəsil 
KİBERCİNAYƏTLƏR 
 
 
M a d d ə  271. Kompyuter sisteminə qanunsuz daxil olma 
  

271.1. Kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq 
hüququ  olmadan  həmin  sistemə  və  ya  onun  hər  hansı  bir  hissəsinə  mühafizə 
tədbirlərini  pozmaqla,  yaxud  burada  saxlanılan  kompyuter  məlumatlarını  ələ 
keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma - 
iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək 
miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
271.2. Eyni əməllər: 
271.2.1. təkrar törədildikdə; 
271.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 
271.2.3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə – 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  iki  min  manatdan  üç  min 
manatadək  miqdarda  cərimə  və  ya  iki  ildən  dörd  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
271.3.  Bu  Məcəllənin  271.1  və  ya  271.2-ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya 
onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə – 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə 
məşğul  olma  hüququndan  məhrum  edilməklə  dörd  ildən  altı  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
1   ...   11   12   13   14   15   16   17   18   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə