ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
18-ci fəsil
HƏYAT VƏ SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 1 2 0 . Qəsdən adam öldürmə
120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə—
doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[97]
120.2. Qəsdən:
120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;
120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürmə;
120.2.3. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi
ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə;
120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə;
120.2.5. tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından
və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə;
120.2.6. başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi
ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam
öldürmə;—
120.2.7. iki və ya daha çox şəxsi öldürmə;
120.2.8. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə;
120.2.9. təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə,
habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə;
120.2.10. təkrar adam öldürmə;
120.2.11. quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə
əlaqədar adam öldürmə;
[98]
120.2.12. milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə—
on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[99]
Qeyd: Bu Məcəllənin maddələri ilə qəsdən adam öldürməyə görə məsuliyyət müəyyən olunmuş
cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 120-ci maddəsi ilə
nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi onun təkrar törədilməsi hesab olunur.
M a d d ə 1 2 1 . Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi
Ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən
öldürməsi—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 2 2 . Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən
adam öldürmə
122.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz
və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin
mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən
dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt)
vəziyyətində qəsdən adam öldürmə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
[100]
122.2. Güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 2 3 . Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması
üçün zəruri həddi aşmaqla adam öldürmə
123.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
[101]
123.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən adam
öldürmə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 1 2 4 . Ehtiyatsızlıqdan adam öldürmə
124.1. Ehtiyatsızlıqdan adam öldürmə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
[102]
124.2. Ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə—
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 2 5 . Özünü öldürmə həddinə çatdırma
Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi
onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu
gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[103]
M a d d ə 1 2 6 . Qəsdən sağlamlığa ağır zərər vurma
126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və
ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın
funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına,
əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və
ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam
itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya
toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə
eybəcərləşdirilməsində ifadə olunan zərər vurma—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
126.2. Eyni əməllər:
126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan
əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən
törədildikdə;
126.2.2. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi
ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə;
126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə
və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı
törədildikdə;
126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə;
126.2.5. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək
məqsədilə törədildikdə—
altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
126.3. Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[104]
M a d d ə 1 2 7 . Qəsdən sağlamlığa az ağır zərər vurma
127.1. Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı
maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət
pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az
olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər
vurma—
[105]
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[106]
127.2. Eyni əməllər:
127.2.1. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi
ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə;
127.2.2. xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya
sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində
törədildikdə;
[107]
127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə;
[108]
127.2.4. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək
məqsədi ilə törədildikdə;
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 2 8 . Qəsdən sağlamlığa yüngül zərər vurma
Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi
itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—
[109]
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir
ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
[110]
M a d d ə 1 2 9 . Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən
sağlamlığa ağır və ya az ağır zərər vurma
129.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz
və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin
mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən
dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt)
vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
[111]
129.2. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz
və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin
mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən
dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt)
vəziyyətində qəsdən sağlamlığa az ağır zərər vurma—
iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 1 3 0 . Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət
törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır
zərər vurma
130.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma—
bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
130.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən
sağlamlığa ağır və ya az ağır zərər vurma—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
[112]
M a d d ə 1 3 1 . Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma
131.1. Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma—
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[113]
131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma—
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki
ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
[114]
M a d d ə 1 3 2 . Döymə
[ 1 1 5 ]
Bu Məcəllənin 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən
döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə—
iki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai
işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
[116]
M a d d ə 1 3 3 .
Əzab vermə
[ 1 1 7 ]
133.1. Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan
mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi
iztirablar vermə—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
[ 1 1 8 ]
133.2. Eyni əməllər:
133.2.1. iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə
qarşı və ya sifarişlə törədildikdə;
133.2.2. aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;
133.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
133.2.4. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə
köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;
133.2.5. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi
ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə;
[ 1 1 9 ]
133.2.6. işgəncə verməklə törədildikdə —
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[ 1 2 0 ]
133.3. Bu Məcəllənin 133.1 və 133.2-ci maddələri ilə nəzərdə tutulan əməllər şəxsdən
məlumat almaq və ya onu etirafa məcbur etmək, yaxud törətdiyi və ya törədilməsində
şübhə doğurduğu əmələ görə həmin şəxsi cəzalandırmaq məqsədi ilə öz qulluq
mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən və ya onun təhriki ilə
törədildikdə —
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[ 1 2 1 ]
M a d d ə 1 3 4 . Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə
Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi
üçün real əsaslar olduqda—
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[122]
M a d d ə 1 3 5 . Evtanaziya
Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə
tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri
dayandırma—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 3 6 . Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə,
tibbi sterilizasiya
136.1. Qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni
mayalanma və ya embrionu implantasiya etmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[123]
136.2. Şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin
nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması
məqsədi ilə əməliyyat aparma—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[124]
136.3. Bu Məcəllənin 136.1 və 136.2-ci maddələri ilə nəzərdə tutulan əməllər
ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına
səbəb olduqda—
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[125]
M a d d ə 1 3 7 . İnsan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların
transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə
137.1. İnsan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı—
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[126]
137.2. Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə insan orqanlarının və ya
toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etmə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
137.3. Eyni əməllər, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və
ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə
etməklə törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
M a d d ə 1 3 8 . Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan
edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə
138.1. Şəxsin razılığı olmadan onun üzərində biotibbi tədqiqatlar aparma—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[127]
138.2. Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə
üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya
sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[128]
138.3. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan
hesab edilən, habelə qeyri-könüllü psixiatriya yardımı göstərilən və ya tibbi xarakterli
məcburi tədbirlərə cəlb edilən şəxslər üzərində biotibbi eksperimentlər aparma -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah
işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[129]
138.4. Psixi pozuntunun müalicəsində qarşısıalınmaz nəticə doğuran cərrahiyyə
üsullarından istifadə etmə -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[130]
M a d d ə 1 3 9 . Zöhrəvi xəstəlikləri yayma
139.1. Özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə
yoluxdurması—
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[131]
139.2. Eyni əməllərin iki və ya daha çox şəxsə qarşı və ya yetkinlik yaşına çatmayan
şəxsə qarşı törədildikdə—
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 4 0 . İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma
140.1. Bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi
qarşısında qoyma—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
140.2. İnsan immunçatışmazlığı virusu ilə yoluxmasını bilən şəxsin bu xəstəliyi
başqa şəxsə yoluxdurması—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
140.3. Bu Məcəllənin 140.2-ci maddəsində nəzərdə tutulmuş əməllər nəticəsində iki
və ya daha çox şəxsi və ya yetkinlik yaşına çatmayanı insan immunçatışmazlığı virusu
ilə yoluxdurma—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
140.4. Öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində başqa şəxsi
insan immunçatışmazlığı virusu ilə yoluxdurma—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 1 4 1 . Qanunsuz abort etmə
141.1. Həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə—
iki yüz manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə
cəzalandırılır.
[132]
141.2. Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə—
üç yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək
müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[133]
141.3. Bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda—
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[134]
141.4. Bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 1 4 2 . Xəstəyə kömək göstərməmə
142.1. Qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə
borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım
göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma—
üç yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma
və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Dostları ilə paylaş: |