[69]
85.3. İctimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və
yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə
vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş
yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər
üçün isə gündə üç saatdan çox ola bilməz.
[70]
85.4. Yetkinlik yaşına çatmayan məhkumlara islah işləri iki aydan bir ilədək
müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə
müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.
85.5. Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox
olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını
aşağıdakı tərbiyə müəssisələrində çəkirlər:
85.5.1. yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə
məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə
müəssisələrində;
85.5.2. əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına
çatmayan oğlanlar — möhkəm rejimli tərbiyə müəssisələrində.
M a d d ə 8 6 . Yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsi
86.1. Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci
maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə
şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar
şəxslərin ona təsirini nəzərə alır.
86.2. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı
yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.
M a d d ə 8 7 . Tərbiyəvi xarakterli məcburi tədbirlərin məzmunu
87.1. Xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş
ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin
izah edilməsindən ibarətdir.
87.2. Nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud
müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir
göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir.
87.3. Vurulmuş ziyanı aradan qaldırmaq vəzifəsi yetkinlik yaşına çatmayanın əmlak
vəziyyəti və müvafiq əmək vərdişlərinə malik olması nəzərə alınmaqla onun üzərinə
qoyulur.
87.4. Asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına
xüsusi tələblərin qoyulması onun müəyyən yerlərə getməməsini, asudə vaxtdan
istifadənin müəyyən formalarını, o cümlədən mexaniki nəqliyyat vasitələrinin idarə
olunmamasını, günün müəyyən vaxtlarından sonra evdən kənarda olmamasını,
müvafiq dövlət orqanının icazəsi olmadan başqa ərazilərə getməməsini nəzərdə tuta
bilər. Yetkinlik yaşına çatmayana həmçinin təhsilini davam etdirmək və ya müvafiq icra
hakimiyyəti orqanının köməyi ilə işə düzəlmək vəzifəsi də müəyyən edilə bilər. Bu
tədbirlərdən başqa asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın
davranışına xüsusi tələblərin qoyulması digər tədbirləri də nəzərdə tuta bilər.
M a d d ə 8 8 . Tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etmə
88.1. Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az
ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah
olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
88.2. Yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər
tətbiq edilə bilər:
88.2.1. xəbərdarlıq;
88.2.2. valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət
orqanının nəzarətinə vermək;
88.2.3. vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək;
88.2.4. yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun
davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək.
88.3. Yetkinlik yaşına çatmayana eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi
tədbirlər tətbiq edilə bilər. Bu Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrində nəzərdə
tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi müddəti bu tədbirləri təyin
etmiş müvafiq dövlət orqanı tərəfindən müəyyən olunur.
88.4. Yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirləri mütəmadi
olaraq yerinə yetirmədikdə, müvafiq dövlət orqanının təqdimatı əsasında həmin
tədbirlər ləğv edilir və materiallar yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə
cəlb olunması üçün məhkəməyə göndərilir.
M a d d ə 8 9 . Yetkinlik yaşına çatmayanın cəzadan azad edilməsi
89.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum
edilmiş yetkinlik yaşına çatmayan bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş
tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər.
89.2. Məhkəmə az ağır cinayət törətməyə görə məhkum olunmuş yetkinlik yaşına
çatmayanı yalnız belə şəxslər üçün nəzərdə tutulmuş qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisəsində və ya tibbi-tərbiyə müəssisəsində yerləşdirməklə cəzanın məqsədinə nail
olmağı mümkün hesab edərsə, həmin şəxsi cəzadan azad edə bilər. Bu halda yetkinlik
yaşına çatmayan göstərilən müəssisədə on səkkiz yaşına çatana qədər, lakin üç ildən
artıq olmamaq şərti ilə saxlanılır.
[71]
89.3. Yetkinlik yaşına çatmayan islah olunduqda və bununla bağlı qeyd edilən
tədbirin tətbiqinə zərurət aradan qalxdıqda, qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisəsinin və ya tibbi-tərbiyə müəssisəsinin müdiriyyətinin və yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın birgə təqdimatına
əsasən məhkəmə yetkinlik yaşına çatmayanın vaxtından əvvəl həmin müəssisədən
buraxılması haqqında qərar qəbul edə bilər.
[72]
M a d d ə 9 0 . Yetkinlik yaşına çatmayanların şərti olaraq vaxtından əvvəl
cəzadan azad edilməsi
90.0. İslah işlərinə və ya azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik
yaşına çatmayanlar barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, onlar:
90.0.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin
edilmiş cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
90.0.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını
çəkdikdən sonra;
90.0.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı
üçdə iki hissəsini çəkdikdən sonra tətbiq edilə bilər.
M a d d ə 9 1 . Müddətin keçməsi
Yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad
edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər
yarıbayarı azaldılır.
M a d d ə 9 2 . Məhkumluğun ödənilməsi müddətləri
92.0. Məhkumluğun bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş müddətləri
cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və aşağıdakı müddətlər:
92.0.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə
azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il;
92.0.2. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə
növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab
edilir.
Bölmə VI
[73]
CİNAYƏT-HÜQUQİ XARAKTERLİ DİGƏR TƏDBİRLƏR
15-ci fəsil
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR
M a d d ə 9 3 . Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları
93.1. Tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən:
93.1.1. bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya
hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə;
93.1.2. cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna
edən psixi xəstəliyə düçar olmuş şəxslərə;
93.1.3. cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində
olan şəxslərə;
93.1.4. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı
olan şəxslərə təyin edilə bilər.
93.2. Bu Məcəllənin 93.1.1—93.1.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə tibbi
xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya
başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır.
93.3. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunur.
93.4. Bu Məcəllənin 93.1.1—93.1.4-cü maddələrində göstərilən və öz psixi
vəziyyətinə görə təhlükə törətməyən şəxslər barəsində zəruri materiallar həmin
şəxslərin müalicə olunması üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi
üçün səhiyyə orqanlarına verilir.
M a d d ə 9 4 . Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi
Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1—
93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin
yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin
qarşısının alınmasından ibarətdir.
M a d d ə 9 5 . Tibbi xarakterli məcburi tədbirlərin növləri
95.0. Məhkəmə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər:
95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi;
95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə;
95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə;
95.0.4. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında
məcburi müalicə.
M a d d ə 9 6 . Məcburi ambulatoriya müşahidəsi altında olma və psixiatr
tərəfindən müalicə edilmə
Şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda
həmin şəxsin məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən
müalicə edilməsi bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda
təyin edilir.
M a d d ə 9 7 . Psixiatriya stasionarlarında məcburi müalicə olunma
97.1. Əgər psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və
onun üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini
tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci
maddəsində nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər.
97.2. İntensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar
müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya
stasionarlarında məcburi müalicə təyin edilə bilər.
97.3. Öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi
ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər.
97.4. Öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və
daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında
intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər.
M a d d ə 9 8 . Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması,
dəyişdirilməsi və ləğv edilməsi
98.1. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya
ləğv edilməsi həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi müalicəni həyata
keçirən tibb müəssisəsinin müdiriyyətinin vəsatəti ilə məhkəmə tərəfindən həyata
keçirilir.
98.2. Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu tədbirin
tətbiqinin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı
ay müddətində bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan
keçirilməlidir. Tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi və ya dəyişdirilməsi
üçün əsaslar olmadıqda məcburi müalicəni həyata keçirən müəssisənin müdiriyyəti
məcburi müalicənin müddətinin uzadılması haqqında məhkəməyə öz rəyini təqdim
edir. Məcburi müalicənin ilk dəfə uzadılması müalicənin başlandığı gündən altı ay
keçdikdən sonra həyata keçirilir, bundan sonra məcburi müalicə müddətinin uzadılması
hər il həyata keçirilir.
98.3. Şəxsin psixi vəziyyətinin yaxşılaşması səbəbindən onun barəsində əvvəllər
təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi zərurəti olduqda və ya
tibbi xarakterli digər məcburi tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi xarakterli
məcburi tədbirlərin dəyişdirilməsi və ya onların tətbiqinin ləğv edilməsi məhkəmə
tərəfindən həyata keçirilir.
98.4. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edildikdə məcburi müalicə
edilən şəxs barəsindəki materialları məhkəmə səhiyyə orqanlarına göndərir.
M a d d ə 9 9 . Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi müddətinin hesaba
alınması
Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan
sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya
stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum
edilmə hesabı ilə hesablanır.
Fəsil 15-1
[74]
Xüsusi müsadirə
M a d d ə
99-1. Xüsusi müsadirə
99-1.1. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın
məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır:
99-1.1.1. məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr
(qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla);
99-1.1.2. məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər
əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş
gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və
ondan əldə edilmiş gəlirlər istisna olmaqla);
99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın
mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən
çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi;
99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin
(cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə
olunan əmlak.
99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci
maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması
məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq
oluna bilər.
99-1.3. Məhkum tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə
digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan
əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu
ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir.
M a d d ə
99-2. Əmlakın dəyərinə görə müsadirə
Bu Məcəllənin 99-1.1.2—99-1.1.4-cü maddələrində nəzərdə tutulmuş
müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa
səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri
məbləğində məhkuma məxsus olan digər əmlak müsadirə edilir.
M a d d ə
99-3. Cinayət nəticəsində vurulmuş ziyanın müsadirə edilmiş
əmlak vasitəsilə ödənilməsi
99-3.1. Müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində
əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir.
99-3.2. Cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa ziyanın
ödənilməsini təmin edəcək əmlakı olmadıqda, cinayət nəticəsində əmlakın
qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli,
bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır.
Fəsil 15-2
Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər
M a d d ə
99-4. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq
olunmasının əsasları və şərtləri
99-4.1. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə
və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən
törədilən cinayətlərə görə tətbiq edilir:
99-4.1.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
99-4.1.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik
olan vəzifəli şəxs;
99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan
vəzifəli şəxs;
99-4.1.4. bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü maddələrində nəzərdə
tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində
hüquqi şəxsin işçisi.
99-4.2. Hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli
törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin
cinayət məsuliyyətini istisna etmir.
99-4.4. Bu Məcəllənin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs
barəsində qanunla müəyyən edilmiş hallarda cinayət təqibinə xitam verilməsi
hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqinə mane olmur.
99-4.5. Dövlət, bələdiyyələr, həmçinin beynəlxalq təşkilatlar barəsində
cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz.
99-4.6. Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 144, 144-1,
144-2, 144-3, 167–169, 169-1, 170–171-1, 193-1, 194, 214–220, 233, 242–244-1, 271–
284, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə
nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir.
[75]
99-4.7. Məhkəmə tərəfindən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı
qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda cinayət-hüquqi
tədbirlər hüquqi şəxsin hüquqi varisinə təyin olunur. Məhkəmə tərəfindən
cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunduğu vaxtdan
tam icra olunana və ya ləğv olunanadək hüquqi şəxsin yenidən təşkil olunması,
yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil
edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağandır.
M a d d ə
99-5. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlərin
növləri
99-5.1.
Hüquqi
şəxslərə
tətbiq
edilən
cinayət-hüquqi
tədbirlər
aşağıdakılardır:
99-5.1.1. cərimə;
99-5.1.2. xüsusi müsadirə;
99-5.1.3. hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə;
99-5.1.4. hüquqi şəxsi ləğv etmə.
99-5.2. Xüsusi müsadirə bu Məcəllənin 15-2-ci fəsli ilə müəyyən edilmiş
qaydada tətbiq edilir.
99-5.3. Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə
həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi
tədbir növü kimi tətbiq olunur.
99-5.3. Hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi
müəyyən olunarkən aşağıdakı hallar nəzərə alınır:
99-5.3.1. cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi;
99-5.3.2. cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya
onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi;
99-5.3.3. cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı;
99-5.3.4. cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət
nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə;
99-5.3.5. cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü
olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin
azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər.
99-5.3.6. hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun
barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya
digər ictimai faydalı fəaliyyətlə məşğul olması.
M a d d ə
99-6. Cərimə
99-6.1. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbir qismində cərimə
bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin
edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir.
99-6.2. Cərimə bu Məcəllənin 99-6.3, 99-6.4 və 99-8.3-cü maddələrində
göstərilən hallar və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla
əlli min manatdan iki yüz min manatadək miqdarda və ya cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarda
müəyyən olunur.
99-6.3. Hüquqi şəxslərə cərimə növündə cinayət-hüquqi tədbir aşağıdakı
hədlərdə təyin edilir:
99-6.3.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə - əlli min
manatdan yetmiş beş min manatadək, yaxud cinayət nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) bir mislindən iki mislinədək miqdarda;
99-6.3.2. az ağır cinayətlərə görə - yetmiş beş min manatdan yüz min
manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən üç mislinədək miqdarda;
99-6.3.3. ağır cinayətlərə görə - yüz min manatdan yüz iyirmi beş min
manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç
mislindən dörd mislinədək miqdarda;
99-6.3.4. xüsusilə ağır cinayətlərə görə - yüz iyirmi beş min manatdan yüz
əlli min manatadək miqdarda, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) dörd mislindən beş mislinədək miqdarda.
99-6.4. Hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan
çox hissəsini təşkil edə bilməz.
M a d d ə
99-7. Hüquqi
Dostları ilə paylaş: |